08 okt 10:26manset

Löv böyük hesabın qeydə alınmayacağını düşünür

Löv böyük hesabın qeydə alınmayacağını düşünür
“Azərbaycan topu hara gəldi vurmur”
Sabah millimiz DÇ-2018-in seçmə mərhələsində son matçına çıxacaq. Yığmamız səfərdə Almaniya ilə qarşılaşacaq. Bu gün Almaniya millisinin baş məşqçisinin mətbuat konfransı baş tutdu. Maynts şəhərində yerləşən “Hyyat Regency” otelinin konfrans zalında reallaşan tədbirdə “bundestim”in çalışdırıcı Yoahim Löv bütün diqqətlərini sabahkı oyuna yönəltdiklərini söylədi: “Seçmə mərhələdə bundan öncə keçirdiyimiz görüşlərdən tam razıyıq. Şimali İrlandiya ilə oyunun ilk dəqiqələrindən gücümüzü göstərdik, erkən qol vurduq. Sabah Azərbaycanla qarşılaşacağıq. Bütün gücümüzü və diqqətimizi sabaha yönəltmişik. Qrupdakı 10-cu matçda da qələbə qazanmaq istəyirik. Sabah meydana kimlərin çıxacağını deyə bilmərəm. Amma qapıda Ter-Ştegen dayanacaq. Həmçinin Leroy Sane də start heyətində yer alacaq. Dünən komandaya bir az sərbəstlik verdim. Yaxşı istirahət etdilər. Kimlərin sabah oynayacağına axşam qərar verəcəm. Əlbəttə ki, artıq Rusiyadakı dünya çempionatı barədə də düşünürük. Orda olmuşam, harda qalaq məsələsi ilə maraqlanmışam. Amma püşkatmadan da çox şey asılıdı. Bizim hansı qrupda yer almağımız da maraqlıdı. Dünya çempionatı üçün yeni strategiyaya ehtiyacımız var. Dünyanın ən güclü komandalarından biriyik. Futbolçular arasındakı birlik cari seçmə mərhələdəki nəticələrdə öz sözünü dedi. Yəqin ki, Rusiyadakı mundial ən çətin turnirimiz olacaq. Hamı deyir ki, Almaniya qalib olmalıdı. Amma biz indidən bu barədə nəsə deyə bilmərik. Ümid edirəm ki, həmin yarışa qədər heç kim zədələnməsin, cəzalanmasın. Bütün futbolçular bu ərəfələrdə formada olmağa çalışmalıdılar. Bəzi mövqelər tam istədiyimiz kimi deyil. Bir sıra oyunçularımız zədəlidi. Azərbaycan autsayder komanda deyil. Onları dünya çempionatındakı komandalarla müqayisə etmək doğru olmaz. Bu seçmə mərhələ bitdikdən sonra bizim əsl işimiz başlayacaq. Mundiala hazırlıq dövrümüzü yaxşı keçirməliyik”.
- Dörd il öncəki dünya çempionatı ilə müqayisədə komadanın indiki durumu necədi?
- Biz həmişə formadayıq. Yaxşı kollektivimiz var. İtaliya kimi qeyri-stabil deyilik. Bütün oyunlarda yüksək performans sərgiləyirik. Hər futbolçu özünü hazırlamalı, bilməlidi ki, dünya çempionatı gəlir. Bu, bütün turnirlərdən vacib gəlir. Dünyada birinci pillədəyik. Çünki həmişə seçmə mərhələlərdə güclü çıxış etmişik. Amma gələn il necə olacaq, bunu deyə bilmərəm. Öncədən proqnoz vermək doğru deyil. DÇ-də güclü komandalar olacaq. Hansı formada olacağımızı orda biləcəyik. Bilirsiz, komandamızda zədəlilər olsa belə, kimsə səhv edəndə, dərhal onun üzərində işləyirik. Bir-birinmizi sığortalayırıq. Mundialla bağlı arzumuz böyükdü. Kifayət qədər gənc oyunçularımız var. Düşünməyin ki, ən yaxşılar Almaniyadadı. İtaliya və Fransada da güclü oyunçular mövcuddu. Dünya çempionu olsaq da, daim çalışırıq ki, dünəndən yaxşı olaq. Son 7-8 ildə üzərimizdə çox çalışdığımız üçün indi bu səviyyədəyik. Yenə də arxayınlaşmaq olmaz.
- Komandada tam istədiyiniz şəkildə olmayan nə var?
- Bəzi mövqelərimizdə çatışmayan cəhətlər var. Dediyim kimi zədəli futbolçularımız var. Noyer, Roys hazırda yığmaya cəlb olnmur. İstəyirəm ki, dünya çempionatında bir nəfər zədəli olsa, digərləri onu əvəz etmək üçün yüz faiz hazır olsunlar. Həmişə kimsə zədəli olur. Hazırda da 6-7 futbolçu bundan əziyyət çəkir.
- Manuel Noyer üçün il başa çatıb. Bu haqda nə düşünürsüz?
- Arzu edirəm ki, Noyer tezliklə sağalsın. Amma hələ çox fikir eləmirəm. Çünki qısa müddətdə toparlanacağına əminəm. Ter-Ştegen də yaxşı qapıçı olduğunu göstərir. O seçmə mərhələdə bizə çox kömək edib. “Barselona”da da əsas qolkiperdi.
- Azərbaycan millisi ilk 3 turdan sonra Almaniya ilə birlikdə qrupda liderlik edirdi. Sizcə, komandamızda nə çatmadı?
- Azərbaycan çalışır ki, həqiqətən də futbol oynasın. San Marino, Norveç kimi oynamırlar. Bakıdakı matçın gedişində hesabı bərabərləşdirmişdilər, 1:1 olmuşdu. Bu, onların gücündən xəbər verir. Məsələn, Almaniyada oynayan Dmitri Nazarovu qeyd edə bilərəm. Seçmə mərhələdə niyə davamını yaxşı gətirə bilmədiklərini bilmirəm. Yeni baş məşqçiləri çox güclüdü. Azərbaycan meydan gizlənməməlidi və gizlənmir də. Onlar topu hara gəldi vurmurlar.
- Sabah cari seçmə mərhələnin ən böyük hesabı qeydə alına bilərmi, yoxsa futbolçuları çox yormaq istəmirsiz?
- Ən böyük fərqə inanmıram. Belə böyük nəticə olmayacaq. San Marino ilə oynamaq bizim üçün daha asan idi, nəinki Azərbaycanla. Onlar qrupda digər komandaların hamısı ilə başabaş mübarizə apardılar. Oyunçuları yormamaq barədə düşünmürəm. Yeni futbolçular üçün bu şansdı ki, özlərini yaxşı tərəfdən göstərə bilsinlər.
ŞƏFİ ŞƏFİYEV, Maynts
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar