05 okt 18:02manset

Avropa çempionatından çıxan nəticələr

Avropa çempionatından çıxan nəticələr
Natalya, çox sağ ol və geri dön!
Qadın voleybolçuların Avropa çempionatını bizim üçün bir cümlə ilə belə təsvir etmək olar: şirin başlayan, acı bitən nağıl. Sanki yığmamızla medal heç cür bir-birinə qovuşa bilməyən Leyli və Məcnundu. 2005-ci ildə debütdə yarımfinala çıxmaq belə bizim üçün uğur sayılırdı. Bu üzdən medalın biraddımlığında qalmaq voleybol ictimaiyyətini çox da üzmədi. 10 il sonra Avropa Oyunlarında medal qazana bilərdik. Rəqiblər də münasib idi. Daha doğrusu, Avropa nəhəngləri Bakıya əsasən gəncləri yollamışdı. Ancaq yenə medal üçün həlledici qələbə gəlmədi. Bu proses 3-cü dəfə Milli Gimnastika Arenasında baş verdi. Çox böyük istək və sürətlə mübarizəyə başladıq. Ancaq yenə sona çatanda göydən yerə çırpıldıq. Niyə belə oldu? Bu haqda danışacağıq. Ancaq təşkilatçılıq, prezidentin qəbulu və statistik məqamlara toxunmaq lazımdı.
Prezident qəbul etdi və mükafatlandırdı
Yığmamızın hər oyununu canlı izləyən, hətta 3-cü yer uğrunda görüşdə Türkiyədən ağır məğlubiyyət alandan sonra da qızları alqışlayan prezident İlham Əliyev oktyabrın 3-də komandanı qəbul edib. Deyəsən, bu dəvəti Voleybol Federasiyası (AVF) gözləmirdi. Əks halda, Natalya Məmmədova çempionat başa çatan kimi evinə yollanmazdı. Ölkə başçısı layiqli çıxış münasibətilə voleybolçuları təbrik edib, millinin bütün azarkeşlərə böyük sevinc bəxş etdiyini deyib: “Bu, son dərəcə maraqlı idman mübarizəsi idi və çempionat qadın voleybolumuzun səviyyəsini bir daha nümayiş etdirdi. Bütövlükdə Avropa çempionatı çox uğurla keçdi və təşkilatçılıq yüksək səviyyədə oldu. Qonaqlar da bunu qeyd etdi. Qitə birinciliyinin yalnız Bakıda yox, həm də Göygöldə keçirilməsi idman infrastrukturunun inkişafını göstərir. Bütün idman növləri, o cümlədən voleybolda idmançılar üçün yaradılan yaxşı şərait olmadan belə dinamik inkişaf mümkün olmazdı. İdman uğurlarımız əsasən fərdi idman növlərində qazanılıb. Komanda növlərində isə qadın voleybolu birinci yerdədi. Avropada 4-cü yeri qazanmaq böyük nailiyyətdi. Qrupda və 1/4 finalda böyük üstünlüklə əldə olunan qələbələr azarkeşlər üçün gözlənilməz idi. Əlbəttə, ilk növbədə sizin üçün təəssüfləndiricidi ki, medal qazana bilmədiz. Ancaq qarşıda xeyli yarışlar var. Əminəm ki, qələbələr olacaq. Əsas odu ki, layiqli çıxış etdiz. Yarımfinalda qələbəyə yaxın idiz. Amma idmanda hadisələr fərqli cərəyan edir. Faiq Qarayev uzun illər ərzində dünya voleybolunda böyük nüfuz qazanıb, komandamıza uğurla rəhbərlik edir. Ölkədə voleybolun inkişafı onun adı ilə bağlıdı. İdmançılarımız çox peşəkar və vətənpərvərdi. Çünki qələbə uğrunda bu cür əzmlə mübarizə aparmaq səmimi qəlbdən milyonlarla Azərbaycan vətəndaşına sevinc bəxş etmək istəyən idmançıya xasdı. Əminəm ki, gələcəkdə bizi uğurlarınızla sevindirəcəksiz”.
Çempionat keçirilən müddət ərzində göstərdiyi dəstəyə görə prezidentə minnətdarlığını bildirən Valeriya Məmmədova bu dəstəyin qələbələrdə rolunun olduğunu vurğulayıb. Millimizin ən təcrübəli üzvü İlham Əliyevin komandanın çətin və sevincli anlarında yanında olduğunu xatırladıb. Baş məşqçi Faiq Qarayev göstərdiyi dəstəyə və diqqətə, həmçinin onun haqda dediyi xoş sözlərə görə ölkə başçısına təşəkkürünü bildirib: “Əlbəttə, sizin yanınıza medalla gəlmək, sizi daha çox sevindirmək istərdik. Ancaq milli üzvləri arasında bəzi gənclər ilk dəfə belə böyük yarışda çıxış edirdi. Avropa çempionatına hazırlığı İtaliya və Sloveniyada keçdik. Güclü komandalarla oynadıq. Son bir il ərzində milli ardıcıl 24 rəsmi oyunda qalib gəlib. DÇ-2018-in seçmə mərhələsində 5 matçda rəqibləri 3:0 hesabıyla məğlub edərək mundiala vəsiqə qazandıq. Komandamız bundan sonra da yeni qələbələr qazanmaq üçün əlindən gələni əsirgəməyəcək”.
AVF-nin başqanı Cavid Qurbanov da qısa nitqində prezidentə voleybola verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Sonra milli üzvləri ölkə başçısına hədiyyələr təqdim edib. Sonda xatirə şəkli çəkdirilib. Elə həmin gün İlham Əliyevin sərəncamıyla AVF-yə prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb. Bu isə son illər maddi sıxıntı yaşayan qurum üçün göydəndüşmə olub.
Göygöldə hə, Bakıda yox
Komandamızın çıxışını təhlil etməmiş təşkilatçılığa nəzər salaq. Nə qədər qəribə səslənsə də, Göygöldə bu mənada nöqsan az üzə çıxdı. Əcnəbi jurnalistlərin əksəriyyəti Hollandiya və Belçikadan idi. Çexiyadan 1 həmkarımız Göygölə təşrif buyurmuşdusa, Serbiyadan kimsə gözümüzə dəymədi. İlk turda internetlə bağlı bəzi problemlər yaşandı ki, bu da təcrübəsizlikdən irəli gəlirdi. Ancaq növbəti iki gündə hər şey yolunda getdi. Əcnəbilər sərbəst şəkildə işini gördü. Ən çox razı qalan isə voleybolçular oldu. Xüsusən Göygöl Olimpiya İdman Kompleksini bütün oyunlarda dolduran azarkeşlərin əla dəstəyi oyunçuların ürəyincə idi. Zal kiçik olsa da, ab-hava möhtəşəm təəssürat oyadırdı. Paytaxtla müqayisə aparaq. Bakıda heç final oyununda dolu tribunaları görmədik. Yalnız millimizin matçları zamanı anşlaq olurdu. Rəsmi statistikaya inansaq, Serbiya – Hollandiya finalını Milli Gimnastika Arenasında 3600 insan izləyib. Bu da son 10 ildə AÇ finalları arasında ən aşağı göstəricidi. Bu da onu göstərir ki, təbliğat istənilən səviyyədə aparılmamışdı. Üstəlik, biletlərin üzərində yalnız sektor yazılır və yer göstərilmirdi. Dəvətnaməsi olanlar istənilən sektorda əyləşə bilərdi. Bu da haqlı narazılığa səbəb olurdu. İnternet media otağında saz vəziyyətdə idi. Ancaq press-lojada nə kabellə, nə də “wi-fi”la qoşulmaq mümkün olurdu. Könüllülərin məlumatsızlığına isə əvvəlki yarışlarda da rast gəlmişik.
Top qəbulunda problemlər davam edir
“Medal üçün nə çatmadı” sualı üzərində uzun-uzadı baş sındırmağa dəyməz. Bir daha gördük ki, “qızıl” nəslin gedişindən sonra ortaya çıxan top qəbulu problemi aradan qalxmayıb. Düzdü, yarımfinaladək irəlilədik. Ancaq bunun da öz səbəbləri var. Macarıstan üzərində qələbə təəccüblü olmamalıdı. Bütün mövqelərdə güclü olduğumuz rəqibə qalib gəlmək təbiidi. Polşa və Almaniya zəfərləri sürpriz kimi dəyərləndirilə bilər. Axı bunlar Avropa çempionu olmuş və voleybolda sözünü demiş ölkələrdi. Bəxtimiz onda gətirdi ki, hər iki yığmada nəsildəyişmə prosesi getmiş, əsasən gənclərlə Bakıya gəlmişdilər. Polşanın Neslihan Dəmirsiz Türkiyədən cəmi 1 set alması da bundan irəli gəlirdi. Əlbəttə, ucuz tənqid xatirinə “komandamızda inkişaf olmayıb” fikrini irəli sürmürük. Hər halda, ortada 24 oyunluq qələbə seriyası var ki, bu da yığma tarixində rekorddu. Amma onu da etiraf etmək lazımdı ki, bunda böyük pay Polina Rəhimovanın hücumçu kimi püxtələşməsinin, Yelizaveta Səmədova və Odina Bayramovanın “bişməsinin” rolu böyükdü. Hollandiya və Türkiyənin simasında gördük ki, yaxşı servis atan komandalarla bacarmırıq. Topun qəbulu üzərində hələ çox işləməliyik.
Natalyaya “əlvida” deyin!
Yığmanın 14 üzvündən cəmi beşi – Valeriya Məmmədova, Ayşən Abduləzimova, Aynur Kərimova, Şəfaqət Həbibova və Ceyran Əliyeva yerlilərdi. Onlardan da yalnız biri əsas heyətdə yer aldı. Qalanlarının oyunları kənardan izləməsi xoş deyil. 10 il əvvəl voleybola güclü maliyyə axını olanda siyasət elə qurulmalıydı ki, tədricən “milliləşdirməyə” son qoyulsun, əsas komandada əcnəbiləri yerlilər əvəzləsin. Ancaq həmin vəsait “alt yapı”nın inkişafına yox, legionerlərə xərcləndi. İndi hanı “mənəm-mənəm” deyən klublar? Pulu israf edib, voleybolumuza xeyir vermədən dağıldılar. İndi də Faiq Qarayev seleksiya zamanı 20-25 nəfəri güclə tapır.
Digər tərəfdən, minnətçi düşüb çağırdıqları Natalya Məmmədovaya “əlvida” deməyin vaxtıdı. Ağır məğlubiyyətdən sonra üzündən təbəssüm əskik olmayan hücumçunun qəbulu bərbaddı. Onunla vidalaşıb 2 sürətli 4-cü zona oyunçularından – Bayramova və Səmədovadan istifadə etmək lazımdı. Bu həm top qəbulunun xeyli yaxşılaşmasına, həm də hücumların daha dinamik qurulmasına imkan verər.

Yeri gəlmişkən...
CEV Avropa çempionatının yekunlarına əsasən reytinq siyahısını yeniləyib. Bakıda kuboku başı üzərinə qaldıran Serbiya 100 xal qazanıb. Belədə ümumi xalını 290-a çatdıran serblər rusları geridə qoyaraq Avropada liderliyi ələ keçirib. Şimal qonşularımız onlardan 8 xal geri qalır. İtaliya (280) əvvəlki kimi ilk “3-lüy”ü qapayır. Yığmamızın 24 oyunluq qələbə seriyasını qırsa da, finalda uduzan Hollandiya 3 pillə irəliləyib. “Narıncılar” 278 xalla dördüncüdü. Onların ən yaxın izləyicisi Bakıda bürünc medal qazanan Türkiyədi (276). AÇ-də 12 il öncəki nəticəsini təkrarlayan yığmamız qitə birinciliyindən hesabına 94 xal yazıb. Belədə ümumi xal 200-ə çatıb. Nəticədə millimiz 1 pillə irəliləyərək 15-ci yerə yüksəlib. Ukrayna (202) və Macarıstan (206) xal sarıdan uzaqda deyil. Əslində komandamız bu siyahıda ilk “10-luğ”a belə yüksələ bilərdi. Çünki Faiq Qarayevin yetirmələri ötən il Avroliqanın qalibi olmaqla dünya “Qran-pri”sində iştirak hüququ qazanmışdı. Ancaq rəhbərlik İslamiada və DÇ-2018-in seçmə mərhələsinə qatılan komandamıza istirahət vermək və zədə riskini minimuma endirmək üçün yayda nüfuzlu yarışa qatılmaqdan imtina etdi.

Maraqlıdı...
Yığmamız AÇ-dən 4 qələbə, 2 məğlubiyyətlə ayrıldı. Setlərin nisbəti belə oldu: 15-7. Bu da debüt etdiyimiz 2005-dən daha yaxşı göstəricidi. Belə ki, 12 il əvvəl 4 qələbəyə sevinmişdiksə, 3 oyunda məyus olmuşduq. Setlərin nisbətində isə minimal üstünlük var idi: 12-11. Qatıldığımız 7 qitə birinciliyində əldə etdiyimiz ümumi qələbə sayı 11-ə, məğlubiyyətlər isə 24-ə bərabərdi. 45 seti hesabımıza yazmışıqsa, 77-ni uduzmuşuq.

Bilin ki...
Polina Rəhimova 151 xalla AÇ-nin bombardiri oldu. Hücumçumuz hər setdə orta hesabla 6,86 xal toplayıb. Orta göstəriciyə görə yığma üzvü yalnız çempionatın MVP-si seçilən serb Tiyana Boşkoviçdən (7,22) geri qalıb. Polina bu xallardan 125-ni hücumda qazanıb və bu göstəricidə də lider olub. Rəhimova həm də yarışın ən yaxşı servis atan voleybolçusudu. Polina 14 eysə sevinib. Maraqlıdı ki, bombardir, hücumçu və ən yaxşı servis atan oyunçu kimi hamını qabaqlayan voleybolçuya çempionatın sonunda açıqlanan rəmzi yığmada yer tapılmadı.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar