05 okt 17:23manset

“İticket” yaxasını məsuliyyətdən kənara çəkdi

“İticket” yaxasını məsuliyyətdən kənara çəkdi
Hər məntəqədə bir oparator oturtmağın adı nədi?
“Qarabağ” - “Roma” oyununda azarkeşlərin bilet problemi yaşadığı sirr deyil. Xüsusən vauçerlərin biletlə dəyişdirilməsi prosesi qarşılaşmaya maraq göstərənləri əməlli-başlı yordu. Belə ki, kassalar önündə yaşanan izdiham, əməliyyat zamanı üzə çıxan texniki problemlər saysız-hesabsız şikayətlər və narazılıqlarla müşayiət olundu. Maraqlıdı ki, “Qarabağ”ın ev oyunlarının bilet satışını həyata keçirən “İticket” şirkəti bütün bunlarla bağlı srağagün rəsmi açıqlama yayıb. Halbuki oyundan dərhal sonra bunu etmək olardı. Həmin açıqlamada narazılıqlara belə aydınlıq gətirilib: “Bütün suallara aydınlıq gətirmək üçün ilk növbədə onu bildirək ki, “İticket”də 2 cür bilet satılır: biri elektron, digəri isə adi, kağız bilet. Onlayn olaraq bilet aldıqda siz elektron bilet əldə edirsiz ki, həmin bileti istədiyiniz adi kağıza çap edib, teatra, konsertə gedərkən qapıda göstərərək içəri daxil olmağınız mümkündü. Amma böyük idman yarışları - futbol, “Formula-1”, Olimpiya Oyunları kimi tədbirlərdə mütləq onlayn alınan bilet - vauçer kağız biletə dəyişilməlidi.
Şirkət olaraq işimizi elektron bilet satışı ilə yekunlaşdırmaq bizə də rahat olardı. Əvvəl vauçer satmaq, sonra onu kağız biletə dəyişmək ikiqat zəhmət tələb edir. Lakin elektron bileti saxtalaşdırmaq çox asandı. Bir biletin 10, 100 ədəd surətini çıxarmaq mümkündü. Real biletin isə surətini çıxarmaq mümkün deyil. Məhz bu səbəbdən də mötəbər yarışlar zamanı biletin satışı əvvəl təkcə vauçerlərlə yekunlaşmır.
“Qarabağ” - “Roma” oyunu üçün bilet satışının təşkili “İticket” şirkəti olaraq ilk təcrübəmiz deyil. Bundan öncə “Formula-1”, İslam Oyunları kimi mötəbər yarışların bilet satışını da məhz şirkətimiz reallaşdırıb. “Qarabağ”ÇL-in qrup mərhələsinə vəsiqə qazandıqdan sonra klubla bilet satışı ilə bağlı müqavilə imzaladıq. Sözləşmə imzalanandan dərhal sonra işə start verildi. İlk 3-4 gün ancaq biletin dizaynına sərf olundu. Hazırlanan nüsxə UEFA-ya göndərildi. Məhz qitə futbol qurumunun təsdiqini aldıqdan sonra həmin dizaynı İtaliyaya göndərdik. Bilet dizaynının hazırlanması UEFA-nın tələbinə əsasəndi, çünki ÇL-in oyunları üçün bileti biz istədiyimiz dizaynda, kağızda çap edə bilməzdik. Biletin dizaynını mütləq UEFA təsdiqləməlidi. İtaliyada biletlər 15 günə hazır oldu. 3 gün ərzində də təyyarə ilə Bakıya gətirildi. Sentyabrın 7-də vauçerlərin onlayn satışına başlandı. Vauçerlərin satışı müəyyən vaxt aparır. Çünki hər bir şəxs vauçeri alarkən özü haqda məlumatı təqdim etməlidi. Sentyabrın 19-20-də biletlər Bakıya çatdıqdan sonra vauçerlərin biletlərlə əvəzləməsi prosesinə start verildi. Bu proses qısa çəkdi. Çünki vauçer satışı zamanı alıcının özü haqda məlumat verməsi müəyyən vaxt aparırdısa, bu dəfə həmin vauçeri təqdim edərək dərhal biletə sahib çıxmaq mümkün idi.
Narazılıqların bir qismi çatdırılma ilə bağlı idi. Halbuki çatdırılma prosesini biz həyata keçirmirdik. “İticket” şirkəti olaraq 8 gün ərzində 60 min bilet dəyişdik. Biz biletlərimizi ofisimizdə konvertə yerləşdirib çatdırıcı şirkətə təqdim edirdik, onlar da lazımi ünvana çatdırırdılar. Bir müddətdi əməkdaşlıq etdiyimiz həmin şirkət işinin öhdəsindən 99,9 faiz gəldi. Çox cüzi sayda bilet sahibinə çatmayıb ki, bu da sifarişçilərin adlarını, yaxud telefon nömrələrini düzgün qeyd etməmələrindən irəli gəlir.
“İticket” şirkəti olaraq Azərbaycanda 18 kassamız vauçer satışını təşkil edirdi. Qısa müddət ərzində 60 min insana xidmət etmişik. Satış zamanı istər-istəməz növbə olmalıdı. Bu, dünya praktikasında da belədi. ÇL, AL kimi mötəbər turnirlərin vacib oyunlarına bilet satışları zamanı minlərlə insan saatlarla növbədə dayanır. Bu qaçılmazdı. 60 min biletin satışını qısa müddət ərzində növbəsiz təşkil etmək qeyri-mümkündü. Digər tərəfdən də zaman çox az idi. Bütün bu işi 28 günə yerinə yetirdik. Halbuki İslam Oyunları zamanı biletlə bağlı bütün prosesə 1 il vaxt sərf edilib.
Şirkətimizin “Call Center”i bilet satıışı zaman fasiləsiz zənglər qəbul edirdi. Həmin mərkəzdə cəmi 3 operator fəaliyyət göstərirdi. 1 oyun üçün 50 nəfərlik “Call Center” saxlamağımız qeyri-mümkün idi. 1 saatda 1 operator maksimum 30 müştərinin sualını cavablaya bilər. Bu isə 30 gün ərzində 10 min insanın zənginə cavab vermək deməkdi. İstər-istəməz 50 min insanın zəngi cavabsız qalır. Bütün azarkeşlərin suallarını cavablamaq fiziki olaraq qeyri-mümkün idi. Azarkeşlərin narahatlığını aradan qaldırmaq üçün sosial şəbəkələr vasitəsi ilə müntəzəm hər kəsə biletinin çatdırılacağı barədə anonslar verirdik.
Biletlərin İtaliyada sifariş verilməsi ondan irəli gəlir ki, həmin kağızdan Azərbaycanda yoxdu. Biletlər mütləq dünya standartlarına uyğun olan həmin kağızlarda çap olunmalıydı. Hər yerdə mümkün olduğu qədər kassalarımızın sayını artırmışdıq. Azarkeşlərin rahatlığı üçün şirkətimiz maksimum əlindən gələni edirdi. Bəzən əməkdaşlarımız işin sürətlənməsi üçün səhər saat 5-ə qədər çalışırdılar.
Azarkeşlərdən xahiş olunmuşdu ki, oyuna 3 saat öncədən gəlsinlər. Təəssüf ki, həmin vaxtda stadionun qarşısında maksimum 200 nəfər var idi. Onlar da çox rahat şəkildə stadiona daxil oldular. 1 saat ərzində bu proses normal şəkildə davam etdi. Bütün biletlər yoxlanılır, sonra azarkeşlər stadiona buraxılırdılar. Təəssüf ki, əsas kütlə, azarkeşlərin təxminən 70 faizi yalnız oyuna 40 dəqiqə qalmış stadiona təşrif buyurdu. Bu halda insan axınının qarşısını almaq mümkün olmadığı üçün müəyyən problemlər ortaya çıxdı. Stadionda 3 sektorun boş qalması isə həmin hissənin “Roma” fanatlarına ayrılmasından irəli gəlir. UEFA-nın qaydalarına əsasən, arenanın azarkeş tutumunun 5 faizi qədər yer qonaq komandaya ayrılmalıdı. İtaliyadan həmin sayda azarkeş ölkəmizə gəlməmişdi. Həmin sektorların biletlərinin yerli azarkeşlərə satılması isə qadağandı.
1 biletin 2 dəfə satılması da qeyri-mümkündü. Bununla bağlı yaranan narazılıq korporativ biletlərə aiddi. Belə ki, müəyyən şirkətlər vauçeri aldıqdan sonra onu hədiyyə ediblər. Bileti hədiyyə olaraq əldə edən şəxs də 2 dəfə vauçeri biletə dəyişməyə cəhd edib. Bu halda birinci şəxsin adı sistemdən çıxarılıb.
Biletlərdə alıcının ad və soyadının, şəxsiyyət vəsiqəsinin nömrəsinin qeyd edilməsi haqda qərarı “İticket” şirkəti olaraq “Qarabağ”la birgə qəbul etmişik. Bu addım “qara bazar”ın qarşısının alınması üçün atılıb. 100 faiz mümkün olmasa da, əminliklə söyləyə bilərik ki, “qara bazar”ın qarşısının ən azı yarısından çoxunu ala bildik. Bir daha azarkeşlərin diqqətinə çatdırırıq ki, “qara bazar”dan bilet almasınlar. 2 manatlıq bileti 20-30 manata almağın nə mənası var?
Bildiyiniz kimi, artıq həm “Atletiko”, həm “Çelsi” ilə oyunlara vauçerlərin satışı başlanıb. Artıq “Atletiko” ilə oyun üçün satılan vauçerlərdən 5 mindən artığı biletə dəyişdirilib. “Çelsi” ilə görüş üçün isə 4 mindən çox vauçer satılıb. İnsanları indidən bilet almağa dəvət edirik. Bu halda onlar həm bizim, həm də öz işlərini asanlaşdırmış olacaqlar”.
Təbii, bu açıqlaması ilə “İticket” məsuliyyətdan yaxasını kənara çəkir, əsas yükü azarkeşlərin çiyninə qoyur. Düzdü, bilet alışı və ya vauçerlərin dəyişdirilməsi prosesi zamanı növbə yaranması normaldı. Ancaq bu qədər də yox. Şəxsən “Futbol+”in əməkdaşı “Qarabağ” – “Roma” oyunundan bir gün öncə kassanın önündə gözləyən 98-ci adam olub. Vauçerlərin dəyişdirilməsi tezliyini və iş gününün bitməsini nəzərə alaraq qəzetimizin əməkdaşı növbəni tərk etməli olub. Çünki o növbəsini gözləyənə kimi kassa işini bitirəcək və boşuna vaxt itirmiş olacaqdı. Şirkət Bakıda 18 kassasının olduğunu qeyd edib. Say baxımından yaxşı rəqəmdi. Ancaq orda alıcılara xidmət hansı səviyyədədi? Bax, əsas sual budu. Azarkeşlərə yaxşı qulluq etmək, onları razı salmaq istəyən şirkət hər kassada vauçerlərin dəyişdirilməsinə daha çox işçi, daha çox aparat ayıra bilərdi. Belədə növbədə gözləyənlərin sayı da acınacaqlı həddə olmazdı. Özü də kassalarda iş çox primitiv şəkildə aparılır, bu da tez-tez texniki problemlərə (ən populyar bəhanə: sistem işləmir) yol açırdı. Halbuki bu cür önəmli yarışların, oyunların bilet satışını təşkil edən “İticket” texniki problemlərin qarşısını almaq üçün əvvəlcədən nələrsə düşünməlidi.
Açıqlamada belə bir qeyd var: “Biletlərin İtaliyada sifariş verilməsi ondan irəli gəlir ki, həmin kağızdan Azərbaycanda yoxdu”. Əlbəttə, bu da olduqca qeyri-adi və toxunulası məqamdı. Axı, həmin biletlərdə xüsusi heç nə yox idi. Məgər buna qədər təşkil olunan yarışlar üçün biletlər hamısı xaricdə çap olunurdu? Ölkəmizdə CBS mətbəəsi var və hər cür yüksək keyfiyyətə malik məhsul istehsal edir. Doğrudanmı bu şirkət də həmin biletləri araya-ərsəyə gətirə bilmir? Əsas məqam biletin üstündəki holoqramdı, bu da əvəllər ölkəmizdə necə edilibsə, yenə də o cür edilərdi.
Daha bir maraqlı məqam isə “İticket”in açıqlamasında “italiyalı azarkeşlər üçün nəzərdə tutulan sektorların biletlərinin yerli azarkeşlərə satılması qadağandı” ifadəsidi. Bu, ümumiyyətlə, səhv informasiyadı. “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov qəzetimizin ötən saylarından birinə açıqlamasında “Roma”nın geri qaytardığı 1300 bileti satmağın mümkünlüyünü təsdiqləmişdi. Bundan başqa, ilk turda “Çelsi” “Qarabağ”a lazım olmayan biletləri öz azarkeşlərinə satmışdı. Təbii, şirkətin bu cür yanlış məlumatı hardan əldə etdiyi maraqlıdı. Bir sözlə, “İticket” məlum açıqlama ilə yalnız özünü “sudan quru çıxarmağa” çalışıb. Ancaq reallıq başqadı və şirkət məsuliyyətdən yaxasını kənara çəkmək əvəzinə problemləri aradan qaldırsa, daha yaxşı olar.
FARİZ
Inhibor Side Effects and The Dangers of il costo di cialis su for more details.

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar