04 okt 21:03manset

Valeriya Məmmədova dördüncü yeri də uğur sayır

Valeriya Məmmədova dördüncü yeri də uğur sayır
“Faiq Qarayev misdən brilyant düzəldə bilən yeganə insandı”
Avropa çempionatına çox yaxşı başlayan qadın voleybolçulardan ibarət yığma bizi xeyli ümidləndirmişdi. Artıq tarixdə ilk dəfə komanda növündə böyük yarışda medal qazanacağımızı düşünməyə başlamışdıq. Ancaq Avropa Oyunlarında olduğu kimi, yenə yarımfinalda büdrədik. Əvvəlcə Hollandiya, ardınca isə Türkiyə medal ümidimizi puç etdi.
Dünən yarışla bağlı fikirlərini öyrənmək üçün yığmanın heyətində ən çox oyun keçirən voleybolçu – Avropanın ən yaxşı liberosu seçilən Valeriya Məmmədova ilə söhbətlışdik.
- Artıq Türkiyə ilə oyundan bir gün keçib. İndi özünü necə hiss edirsən?
- Təbii ki, alışmadığımz vəziyyət oldu. Üç aya yaxın idi dayanmadan çalışırdıq. Bu müddət ərzində xeyli güc və emosiya sərf etdik. Axır ki hər şey başa çatdı. İndi ciddi dönəmdən sonra bərpa olunmağa çalışırıq.
- Avropa çempionatının ən yaxşı liberosu seçildin. Bu sənin üçün bir növ təsəlli oldu deyə bilərik. Sürpriz oldu, yoxsa gözləyirdin?
- Bəli, çox böyük sürpriz oldu. Bunu gözləmirdim. Polina Rəhimovanın ən yaxşı hücumçu olacağını düşünürdüm. O çox yaxşı çıxış etdi. Bu adı qazandığıma görə çox sevinirəm. 12 illik fasilədən sonra təkrarlanan hadisəyə sevinməmək mümkün deyil. Özü də karyeramı başa vurmağa daha yaxın olduğum bir anda. Bir sözlə, hələ də bir az şokdayam (gülür).
- Oyundan sonra paltardəyişmə otağında Faiq Qarayev sizə nə dedi?
- Görüşün ardından onunla qarşılaşmadıq. Çünki yaxşı çıxış etmədik. Türkiyə bizi gücdə və emosiyada üstələdi. Hollandiya ilə matç bərabərsəviyyəli keçmişdi. Sonradan Faiq müəllimlə danışdıq. O bizə çıxışa görə təşəkkür etdi və qarşıdakı turnirlərdə uğurlar arzuladı.
- Covanni Quidetti oyundan sonra dedi ki, biz Serbiyaya 0:3 hesabı ilə uduzmuşduq, Azərbaycan isə Hollandiyaya 2:3 hesabı ilə yenilmişdi. Yəni bizim Hollandiya ilə matçda daha çox güc sərf etdiyimizi vurğulamışdı. Doğrudanmı Türkiyə ilə matçda fiziki cəhətdən çatdırmadız?
- Bəli, həqiqətən də belə oldu. Hollandiyaya qarşı çempionatın ən ağır oyununu keçirdik. Psixoloji stress yaşadıq, xeyli güc itirdik. Həmin oyun emosiyalar üzərində qurulmuşdu. Biz rəqibi məğlub da edə bilərdik. Amma sadə səhvlər üzündən uduzduq. Həmin görüş Türkiyə ilə oyunun nəticəsinə də təsir etdi.
- Hollandlara qarşı yaxşı oynadız. Səncə, Türkiyə onlardan daha güclü komandadı, yoxsa oyununuz alınmadı?
- Hər ikisi çox yaxşı komandadı. O kollektivlər haqda mənfi nəsə demək doğru olmaz. Türkiyə ilə oyunda gücümüz və emosiyamız çatmadı. Bizim komandamız əsasən gənclərdən qurulub. Onlar üçün bu ilk böyük turnir idi. Qızlar psixoloji cəhətdən tam hazır deyildi.
- Faiq Qarayev komandaya dönəndən sonra ardıcıl 24 qələbə qazanmışdız. Hollandiya ilə oyundan sonra isə bu seriya qırıldı. Demək olarmı ki, həmin görüşdən sonra Türkiyə ilə oyun üçün motivasiya qalmamışdı?
- Belə deməzdim. Bizdə ruh yüksəkliyi var idi və yaxşı hazırlaşmışdıq. Dediyim kimi, Türkiyə ilə oyunda təcrübə, güc və psixoloji hazırlığımız kifayət etmədi.
- “Doğma divralar” arasında oynadığımızı nəzərə alsaq, 4-cü yeri uğur saymaq olarmı? Yoxsa ancaq medal qazanmaq uğur sayıla bilərdi?
- Komandamız üçün 4-cü yerə çıxmaq çox böyük uğurdu. Bu yaxşı nəticədi. Çünki güclü komandalara qarşı oynayıb, yarımfinala çıxmışıq. Rusiya, Almaniya və Bolqarıstan kimi komandalar yarımfinala çıxa bilmədi. Hansı ki, heyətlərində ulduzlar çıxış edir. Bu ölkələrdə çempionatlar çox güclüdü. Bizim ölkəmizdə isə çempionat yoxdu. Yarışa 3-4 ay qalmış oyunçu yığırıq, hazırlaşırıq. Bu da çətindi və nəticələrə təsir göstərir.
- Çox adam düşünür ki, Avropa çempionatlarında medal qazanmaq üçün bu bizim son şanzımız idi. Çünki evdə oynayırdıq. Yaxın gələcəkdə medal qazana bilərik, yoxsa şans əldən çıxdı?
- Millimizin böyük potensialı var. Yığmada çıxış edən gənclər qarşıdakı iki il ərzində böyük təcrübə toplayacaq. Bu son şansımız deyildi. Böyük uğurlar hələ qarşıdadı. Növbəti yarışlarda medallar qazana bilərik.
- Avropa Oyunlarında da belə olmuşdu. Əvvəl yarımfinalda, sonra da 3-cü yer uğrunda görüşdə uduzmuşduz. Hərdən belə fikir formalaşır ki, doğma meydan amili və azarkeş təzyiqi sizə mənfi təsir edir.
- Əksinə, azarkeşlərin çox olması bizim üçün daha yaxşıdı. Onlar dayanmadan bizi dəstəkləyir. Təbii ki, bu böyük məsuliyyət və təzyiqdi. Hər şey bizdən asılı olur. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Bu gün 4-cü yeri tutmuşuqsa, azarkeşlərə minnətdar olmalıyıq.
- Prezident də bütün oyunlarınızı izləyirdi və məğlub olduğunuz görüşlərdən sonra da sizi alqışladı. Onun orda olması sizə təsir göstərirdmi?
- Prezidentin oyunlarımıza gəlməsi çox böyük dəstək idi. Heç bir ölkədə belə şey yoxdu. Ölkə başçısına təşəkkür edirəm. O bizə inanırdı, bizimlə birgə həyəcan keçirirdi. Onun zalda olması bizim üçün böyük fəxr idi.
- Sosial şəbəkələrdə çox adam Natalya Məmmədovadan narazılıq edir. Onun top qəbulunda çoxlu səhvlərə yol verdiyini söyləyirlər. Deyirlər ki, Natalya can yandırmır, pula görə milliyə qayıdıb. Sən bu fikirlə razısan?
- Belə deməzdim. Natalya çempionat ərzində çox yaxşı çıxış etdi. O, əvvəllər heç vaxt top qəbul etmirdi. Son 2-3 ildə bunu etməyə başlayıb. Təbii ki, səhvlər hər kəsdə olur. Lakin onun üstünə düşmək doğru deyil. Natalya çox səviyyəli və peşəkar oyunçudu.
- Əvvəlki illərdə komandada Oksana Parxomenko, Oksana Məmmədyarova, Yelena Şabovta, İnessa Qorxmaz və Alla Həsənova kimi oyunçular var idi. Son iki oyunun gedişində onlardan hansının yeri görünürdü?
- Həmin dövrün voleybolu ilə indikini müqayisə etmək olmaz. O vaxt voleybol daha texnikalı idi. Əminliklə deyə bilərəm ki, indi komandamızda o vaxt olduğu kimi texnikalı oyunçular çatışmır. İndi volleybol daha çox gücə hesablanıb. Kimin gücü var, o da qalib gəlir. Əvvəllər cavanlar daha çox mübarizə aparırdı. İndi isə bizim çiyinlərimizə çox yük düşür.
- Voleybol Federasiyasının rəsmi “feysbuk” səhifəsində azarkeşlər daha çox baş məşqçi Faiq Qarayevi tənqid edirlər ki, müasir texnologiyalardan – planşet və qulaqcıqdan istifadə etmir, statistikaları öyrənmir. Bu haqda nə düşünürsən? Doğrudanmı ardıcıl iki məğlubiyyətdə onun günahı var?
- Faiq Qarayev dahi məşqçilərdən biridi. Onu günahlandırmaq olmaz. Bizdə çempionat və ulduz oyunçular yoxdu. Voleybolçularımız indi-indi ölkə xaricinə getməyə, təcrübə toplamağa başlayıb. Faiq müəllim hər şeyi sıfırdan yığdı. Hər şeyi ən yüksək səviyyədə etmək üçün onun əlində bütün imkanlar yoxdu. İndiki halda Avropada 4-cü olmaq uğur sayılır. Bunları deyənlər, yazanlar voleyboldan anlayışı olmayan adamlardı. Digər millilərə baxıb belə fikirlər yürütmək doğru deyil. Həmin komandalarda məşqçi hazır oyunçulara sahibdi. 50 nəfər düzülürlər, baş məşqçi də seçim edir. Bizdəki kimi hər kəs sıfırdan hazırlanmır. Faiq Qarayev misdən brilyant düzəldə bilən yeganə insandı.
- 4-cü yerə görə federasiya rəhbərliyi tərəfindən mükafat vəd olunub?
- Hələlik bizimlə heç kim görüşməyib. Bununla bağlı oyunçulara heç nə deməyiblər. Yəqin ki, 4-cü yerə görə bizə təşəkkür edəcəklər. Mükafatın olacağını düşünmürəm.
- Bu yay voleybolçularımızın əksəriyyəti xarici klublara keçdi. Sən “Azərreyl”də qalacaqsan, yoxsa karyerasını xaricdə davam etdirəcəksən?
- Heç yerə getmirəm. Bura mənim doğma vətənim, “Azerreyl” isə evimdi. Bəli, burda çempionat yoxdu. Lakin bu mənim üçün ən ideal variantdı. Doğma ölkəmi və klubumu tərk etmək istəmirəm.
- Oğlun Tamerlanın voleybol və ya hər hansı bir idmanla məşğul olmasını istərdin?
- Bəli. Onun yaxşı potensialı var. Tamerlan voleybolçu olmaq istəmir. Çox güman, cüdo və ya güləş ilə məşğul olacaq. Yavaş-yavaş idmana maraq göstərməyə başlayıb.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar