02 okt 13:15manset

Yalnız “Futbol+”də! Rəşad Sadıqov oktyabrın 5-də sonuncu dəfə milli formanı geyəcək

Yalnız “Futbol+”də! Rəşad Sadıqov oktyabrın 5-də sonuncu dəfə milli formanı geyəcək
16 illik yolun sonu...
Oktyabrın 5-i təkcə Azərbaycan - Çexiya oyunu ilə yadda qalmayacaq. Həmin gün daha bir əlamətdar hadisə baş verəcək. Bununla bağlı kifayət qədər maraqlı xəbər əldə etmişik ki, yazaq, siz də bilin. Rəşad Sadıqov Bakıda sonuncu dəfə millinin formasını geyəcək! Başqa cür desək, kapitan 16 ildi şərəfini qoruduğu yığma ilə vidalaşır.
Səbəbkara olduqca yaxın mənbədən əldə etdiyimiz məlumata görə, Rəşad bununla bağlı yaxınlarını xəbərdar edib. Artıq AFFA-da da bilirlər, Robert Prosineçki də söhbətdən halidi. Deyilənlərə inansaq, qurum rəhbərliyi Sadıqovun gedişi ilə bağlı müəyyən planları götür-qoy edir. Oktyabrın 5-də yığma Çexiya ilə Bakıda, 3 gün sonra səfərdə Almaniyaya üz-üzə gələcək ki, kapitanın səfərdə meydana çıxacağı sual altındadı. Çox güman, Olimpiya stadionunda reallaşacaq qarşılaşma onun üçün sonuncu olacaq.
Məlumatla bağlı Rəşadın fikirlərini öyrənmək istəsək də, dünən gün ərzində əlaqə saxlamaq mümkün olmadı. “Qarabağ” – “Zirə” görüşündən sonra isə müsahibə verməyi sonraya saxladı. Amma yenə də səbəbkarla danışmağa çalışacağıq.
Millidə ilk dəfə 2001-ci il oktyabrın 7-də, yəni 19 yaşında DÇ-2002-nin seçmə mərhələsi çərçivəsində İsveçlə səfər oyununda debüt edən Rəşad Sadıqov tam 16 ildi yığmanın aparıcı üzvü sayılmaqla yanaşı, 10 ildən çoxdu kapitan sarğısını daşıyır. Neçə-neçə tarixi zəfərlərin iştirakçısı olub, dəfələrlə millinin ən yaxşısı seçilib. Uzun illər keçsə də, ölkənin əsas komandasında mərkəz müdafiəçisi mövqeyində layiqli əvəzedicisi yetişməyib. Bədavi Hüseynovdu, vəssalam. Məhz buna görədi ki, Prosineçki indiyə qədər təcrübəli futbolçuya güvənir, əsas heyətdə yer verir. Bəli, Çexiya ilə qarşılaşma onun üçün sonuncu və heç vaxt unutmayacağı matç olacaq. Onsuz təsəvvür edə bilmədiyimiz millini bundan sonra Rəşad Sadıqovsuz görəcəyik. Olimpiya stadionuna toplaşacaq onminlərlə futbolsevər oyunboyu “Rəşad, Rəşad” deyəcək. Qarşılaşma başa çatandan sonra isə istər kapitan, istərsə də azarkeşlər göz yaşlarına hakim ola bilməyəcək. “Ayrılıqdan betər nə var” sualına cavabı nəinki Rəşad, heç kim tapa bilməyəcək...
HƏBİB
P.S. Bu gün qəzetimizdə və saytımızda gedən xəbəri artıq ölkənin ən populyar futbolçusu AFFA-nın rəsmi saytına açıqlamasında da təsdiqləyib və yığmadan gedişi ilə bağlı bütün sualları oyunöncəsi mətbuat konfransında cavablayacağını deyib. Rəşada bundan sonrakı karyerasında və şəxsi həyatda uğurlar, cansağlığı arzulayırıq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar