11 yan 19:44manset

AFFA həyətindəki stadionu niyə icarəyə verib?

AFFA həyətindəki stadionu niyə icarəyə verib?
Mikayıl Nərimanoğlu bu addımı ayıb saymır

Təxminən ilyarımdı ölkədə hökm sürən iqtisadi böhran bir sıra sahələrə mənfi təsir göstərib. Dünyada neftin qiymətinin xeyli aşağı düşməsi və milli valyutamızın kəskin devalvasiyası bir çox təşkilatların da büdcəsinin azalmasına səbəb olub. Təbii ki, böhran futboldan da yan keçmədi. Klublar kasıbladı, hətta dağılmaq təhlükəsi ilə üz-üzə qaldı. AFFA da maliyyə böhranından əziyyət çəkir. SOCAR-dan maliyyələşən assosiasiyanın büdcəsi qismən azalıb. Bu üzdən də AFFA rəhbərliyi alternativ gəlir mənbələri axtarmaqda davam edir. Vəziyyət o həddə çatıb ki, AFFA-nın inzibati binasının həyətindəki stadion artıq icarəyə verilir.
Ötən sayımızda xəbər vermişdik ki, bir müddət əvvəl “Media turniri” keçirilən stadionun təmiri artıq başa çatıb və meydança bundan sonra icarəyə veriləcək. 1 saatlı1 icarə haqqı isə 60 manat olacaq. Düzdü, meydança saat 18.00-a qədər aşağı yaş qrupları üzrə millilərin oyunçularının istifadəsində olacaq. Ondan sonra isə kimin pulu varsa, gedib orda futbol oynayacaq. Qiymət yetərincə baha olduğundan, AFFA müştərilərinə bonus da verir. Belə ki, müştərilər oyundan əlavə, 1 saat ərzində trenajor zalından istifadə edə bilər. Meydançanın icarəsindən əldə olunan gəlir uşaq və gənclər liqalarının cari xərclərinə sərf ediləcək.
Görəsən, dünyanın hansı ölkəsində belə şey var? Axı AFFA özü hər il büdcədən belə meydançaları salmaq, təmir etmək üçün yetərincə böyük məbləğ xərcləyir. İndi isə özü stadionu icarəyə verir. Məsələ ilə bağlı qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. Ona “AFFA-nın maliyyə durumu bu qədər ağırlaşıb ki, artıq inzibati binanın həyətindəki stadionu da icarəyə verirsiz” sualını ünvanladıq: “Xeyr, bunun maliyyə böhranı ilə heç bir əlaqəsi yoxdu. Sadəcə, iş saatından sonra orda oynamaq istəyənlərin sayı həddən artıq çox olur. Bu üzdən kommersiya məqsədi ilə stadionu icarəyə vermək qərarına gəldik. Meydançanı təmir etdik və müştərilər üçün şərait yaratdıq. Düşündük ki, bu qədər müştəri varsa, niyə pulsuz verək? İş vaxtında həmin stadionda yığmalarımızın toplanışarı, qızların məşqləri olur”.
Mikayıl bəy “axı 60 manat bir az bahadı” sualımızı isə belə cavabladı: “Yəqin ki, qiyməti ölkəyə uyğun təyin ediblər. Düşünmürəm ki, bahadı”. Assosiasiya rəsmisi stadionun icarəyə verilməsində heç bir ayıbın olmadığını da bildirdi: “ Düzdü, dediyiniz kimi, bir çox xarici ölkədə olmuşam. Amma mən səfərlər zamanı Futbol Federasiyalarına getməmişəm. Bununla belə, hansısa stadionun icarəyə verilməsində ayıb bir şey yoxdu. İş vaxtından sonra nə ayıb olacaq ki? Bir var istifadə olunmaya, bağlı qala. Bu halda dediyiniz kimi, ayıb olar. Lakin bizə müraciət edənlərin sayı həddən çoxdu”.
AFFA stadionun icarəyə verilməsi ilə bağlı “feysbuk”dakı rəsmi səhifəsində reklam elanı yerləşdirib. Maraqlıdı, müştəri o qədər çoxdusa, stadiondan yararlanmaq istəyənlərin sayı-hesabı yoxdusa, bunu reklam etməyin mənası nədi? Nəhayət, Bakıda bir saat futbol oynamağın qiyməti hər yerdə orta hesabla 30-40 manat arasında dəyişirsə, AFFA-da oturanlar 60 manatı hardan götürüb. Yəqin “ağ adamlar”ın əyləncəsi də baha olur...
ŞƏFİ ŞƏFİYEV
27 year old Health Information Manager Adney from Madoc, has pastimes which include reading to the, this link and poole pottery. Has just finished a travel to Carioca Landscapes between the Mountain and the Sea.

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar