09 yan 20:10manset

Fuad Musayevdən gündəmi dəyişəcək “yol xəritəsi”

Fuad Musayevdən gündəmi dəyişəcək “yol xəritəsi”
“Prezidentin gözünün qarşısında 0:5 uduzmağın hesabatını vermək lazımdı”

Fuad Musayevi tanımayan yoxdu. AFFA-nın ilk prezidenti, ölkə futbolunda iz qoymuş, ilklərə imza atmış şəxs. Təkcə Azərbaycanın Asiyanın futbol ailəsinə yox, UEFA-nın üzvünə çevrilməsini xatırlamaq kifayətdi ki, ona minnətdarlıq edək. Onunla sonuncu dəfə iki il əvvəl görüşmüşdük. Səhhətində problemlər var idi. İş o yerə gəlib çatdı ki, görüşümüzdən bəhs edən yazı “Futbol+”də dərc olunanda artıq xəstəxanada idi. Sonradan hər şeyin qaydasında olduğunu, övladları ilə birlikdə ölkə xaricinə, müayinə və istirahətə getməyə hazırlaşdığını eşidib sevindim. Düzü, ondan sonra uzun müddət Musayevdən xəbərim olmadı. Hara getdi, necə oldu, bilmədim. Səhlənkarlıq yox, qayğıların, iş-gücün başdan aşması səbəbindən əlaqə saxlamasam da, adını qəzetdə və internetdə görəndə əmin olurdum ki, hər şey qaydasındı. Növbəti dəfə Olimpiya stadionunda – “26-cı dəqiqə” filminin təqdimatında görüşdük. Ayaqüstü salamlaşandan sonra yanında çox dayanmadım. Çünki ətrafdakılar bir andaca onunla görüşməyə, hal-əhval tutmağa başladılar. Təqdimat mərasimində aparıcılar onu təqdim etməyi, mikrofona çağırmağı unutsalar da, Kazbek Tuayev onların bu nöqsanını düzəltdi və onu səhnəyə çağırdı. Danışmağa, keçmişi vərəqləməyə başladı. Mövzu Azərbaycan futbolunun tarixində iz qoymuş insanlara qarşı laqeydlikdən, veteranların futboldan kənarda qalmasından düşüncə, tədbirin xanım aparıcısı ardıcıl iki dəfə onun sözünü kəsdi, vaxt azlığını xatırlatdı. Hiss edirdim ki, ürəyi doludu. Fürsətdən istifadə edib sözlərini həm AFFA-nın baş katibinə, həm də ora toplaşanlara çatdırmaq istəyir.
Üç gün sonra zəngləşdik, “məni unutmusan” deyib gileylənəcəyinə təəccüblənmədim və elə həmin an “yeni ildə mütləq sizə baş çəkəcəm” sözünü verdim. Sözümü yerinə yetirdiyim gün böyük bir masanın ətrafında 2 il əvvəl olduğu kimi üzbəüz oturub xeyli söhbətləşdik. Danışdıqlarımızdan müsahibəyə çevirə bildiyim hissələri sizin ixtiyarınıza buraxıram.


“Zaman haqlı olduğumu sübut etdi”
- Fuad müəllim, “necəsiz” soruşmuram. Maşallah, gümrahsız.
- Yeni il ərəfəsində İsmayıllıya getmişdim, bir az kənd havası uddum. Gümrah olmağa çalışıram.
- Deyəsən, futbolsuz qala bilmirsiz. Yenə ölkə futboluyla maraqlanırsız...
- Özün görürsən, masamın üstü qəzetinizlə doludu. Özüm evdən çıxanda alıram, ya da yanıma kimsə gələndə tapşırıram. “Futbol+” vasitəsiylə olanlardan xəbər tuturam. Futbolumuzun hazırkı vəziyyətinə çox təəssüflənirəm. Ogünkü tədbirdə də dedim. Futbol adamları bu işdən kənarda saxlanılmamalıdı, onların bilik və bacarığından istifadə olunmalıdı. Bu sözüm kimlərinsə xoşuna gəlmədi.
- Ötən illərdə futbolumuzda heç nə dəyişməyib?
- Təxminən 15 il əvvəl qəzetlərdən biri məndən müsahibə almışdı. Azərbaycan idmanından danışmışdıq. Demişdim ki, bizim idmanımız düzgün yolda deyil. Səhər qəzetdən mənə zəng vurdular. Ağacan Abıyev, Rəfiqə Şabanova və Taekvondo Federasiyasından bir nəfər gəlib mənə etiraz bildirirmişlər, cavab verməyə çalışırmışlar. Dedim ki, buyursunlar. Əslində mənim iradım daha çox kollektiv idman növlərinə aid idi. Zaman haqlı olduğumu sübut etdi. Hanı indi Şabanovanın həndbolçuları? Niyə qazandıqları uğurları, mükafatları görmürük? Taekvondo, boks kimi idman növləri fərdidi. Bir-iki legioner gətirib, onların sayəsində medal alırlar, onunla da xalqın başını aldatmağa çalışırlar. Kimi yetişdirmişik boksda, yaxud taekvondoda? Kollektiv idman növlərində vəziyyət daha acınacaqlıdı. Futbolda da o cümlədən. AFFA rəsmiləri inkişaf deyəndə nəyi nəzərdə tuturlar? 15 ildi milyonlar xərclənib. Düz söz acıqlarına gəlir. Özünüz də gördüz, film təqdimatında problemləri qabardan kimi iki dəfə sözümü kəsdilər, imkan vermədilər ki, məni narahat edən məsələlərdən danışım.


“İcraiyyə Komitəsi formal bir quruma çevrilib”
- Tənqidçilərin qarşısını həmişə bir arqumentlə kəsirlər. Deyirlər ki, hamı tənqid edir, amma çıxış yolu göstərən yoxdu, daha yaxşısını necə etmək olar?
- Mən tənqid etmirəm, reallığı deyirəm. Böhrandan çıxmaq üçün proqramım da hazırdı. Bir dəfə futbol ictimaiyyətinin nümayəndələriylə görüşdük, onlara həmin proqramdan bəzi fikirləri çatdırdım. Məşqçilərin və klubların toplandıqları bir qurumun olması mənim ideyamdı. Hələ bizim vaxtımızda AFFA-nın Məşqçilər Şurası var idi. Çox keçmədi, gördüm ki, AFFA Məşqçilər Komitəsi və Klublar Komitəsi yaratdı. Amma bunu elə formada etdilər ki, həmin komitələr AFFA-dan asılı, formal bir quruma çevrilib. Bu gedişlə, futbola belə baxışla və idarəetmə üsulu ilə biz heç nə əldə edə bilməyəcəyik. Mən yazdığım proqramdan bəzi nüansları sizə deyə bilərəm. Özünüz və oxucularınız da düşünün. AFFA-nın baş katibi İcraiyyə Komitəsinin qərarları əsasında çalışmalı, həmin qərarların yerinə yetirilməsinə nəzarət etməlidi. Bizdə isə tərsinədi. Sanki bütün futbolumuzu bir nəfər idarə edir, hər şey onun ixtiyarındadı. İcraiyyə Komitəsi formal bir quruma çevrilib. AFFA-nın ən böyük problemi budu. Komitə daha çevik olmalı, futbolumuz üzərində nəzarəti və müdaxilə imkanlarını artırmalıdı. Bunun üçün komitənin tərkibində klublarla iş üzrə bölmə yaradılmalıdı. Klublara dəstək olmaq, onları bu işə cəlb etmək üçün təkan vermək lazımdı. Komitə üzvləri arasında mütləq kuratorlar ayrılmalıdı. Kuratorların hər biri 2-3 klubla daimi ünsiyyətdə olmalı, cavabdehlik daşımalı, onların mövqeyini bilavasitə ali orqanda müzakirəyə çıxarmalıdı. 8 komandalı çempionatı keçirməkdə AFFA-nın məqsədi nədi? Legionerlərin hesabına formalaşan millilər bizə nə verir? İndiki legioner limiti hansı məntiqə əsaslanır? Mən təklif edirəm ki, AFFA-da struktur islahatları aparılsın. Baş katib bilavasitə çempionatın təşkilinə, legioner limitinin və reqlamentin düzənlənməsinə cavabdeh olmalıdı. 8 komandalı çempionat üçün ayrıca PFL-ə də ehtiyac yoxdu. Elitada mübarizə aparan komandaların sayı mütləq 14-ə çatdırılmalıdı. Bunun üçün real imkanlar mövcuddu. U-19 və U-21 milliləri də premyer-liqada iştirak etməlidi. Klublar narazılıq etsə də, o gəncləri və yeniyetmələri bir komandaya toplamağa ehtiyac var. O vaxt biz bunu etdik, bəhrəsini də gördük. İndiyə kimi “Şəfa”da oynayan, yetişən uşaqlar milli komandada çıxış edir, aparıcı klublarda oynayır. Elita təmsilçilərində ehtiyatda oturan gənclər necə inkişaf edəcəklər? Birinci dizivionla bağlı da vəziyyət dəyişməlidi. Orda oynayan klubların məqsədi bölgədəki gənclərin “bişməsi”, peşəkar futbolçu həyatına hazırlanması olmalıdı. 16-17 yaşlı əyalətdə yaşayan uşaqlara şərait yaratmaq lazımdı ki, rayonlarının komandasında oynasınlar. Aşağı dəstə klublarında 25 yaşlı maksimum 3 futbolçu oynamalıdı. Daha yaşlısına ehtiyac yoxdu. Divizion Azərbaycanın bütün bölgələrini əhatə etməlidi. İndiki vəziyyətdə aşağı dəstə bizim futbolumuza nə verir?!
- Amma razılaşaq ki, bütün bunlar zəhmət və xərc tələb edən işlərdi. Hazırda iqtisadi böhran hər yerdə var, büdcələr azaldılır, ixtisarlar gedir...
(müsahibə tam halda qəzetin çap variantında)
AMAL ABIŞOV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:04 “Cəhənnəm”də “sülh” Bu gün, 15:59 “Neftçi” ümid verib, uduzdu Bu gün, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu Bu gün, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir Bu gün, 15:46 Coşqun yenə atasını məyus etdi Bu gün, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” Bu gün, 15:38 5 və 10 manatlıq biletlər tükəndi Bu gün, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı Bu gün, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi Bu gün, 15:35 Kamran yenə ehtiyatda qaldı Bu gün, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi Bu gün, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı Bu gün, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu Bu gün, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi Bu gün, 15:25 Cüdoçular Mariborda tarix yazdı Bu gün, 15:21 Millimiz Bakıda italyanlara uduzdu Bu gün, 15:20 Lunyov mövqeyini qorudu Bu gün, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir 10-09-2017, 18:34 DİVİZİON XƏBƏRLƏRİ Bütün xəbərlər
Ən çox oxunanlar