01 okt 14:09manset

BOS-un direktoru azarkeşləri qınadı

BOS-un direktoru azarkeşləri qınadı
“60 min adam eyni anda stadiona gəlirsə, problemlər qaçılmazdı”
“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki ev oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirməsi qərara alındıqda bu xeyli müzakirələrə səbəb olmuşdu. BOS-la bağlı yeganə yaxşı məqam arenanın daha çox azarkeş tutumuna malik olması idi. Öncədən bilinirdi ki, müəyyən problemlər olacaq. Arenanın yerləşdiyi məkan, stadiona gediş-gəliş məsafəsi və başqa məqamlar bunu deməyə əsas verirdi. Amma “Roma” ilə oyunda gözləniləndən daha çox problemlər ortaya çıxdı. Məsafədən əlavə, media üçün ayrılmış yerin yağış sularına qərq olması, giriş-çıxışlarda yaranan sıxlıq, media mərkəzində fasilə zamanı qida probleminin yaranması, bəzi könüllülərin təlimatsız olması, əvvəlcədən söz verilənin əksinə, media-zonada monitorların quraşdırılmaması və oyundan sonra Bakı Nəqliyyat Agentliyinin (BİA) avtobuslarının azarkeşləri daşımamasına qədər çatışmazlıqlar bir daha göstərdi ki, BOS böyük idman tədbirlərini qəbul etməyə tam hazır deyil. Bütün bunlar 2019-cu ildə Avroliqanın finalını qəbul edəcək arena üçün böyük nöqsanlardı. Düzdü, qarşıda təxminən iki ilə qədər vaxt var. Amma “Qarabağ”ın “Atletiko” və “Çelsi” ilə ev oyunlarını da nəzərə almaq lazımdı. Görəsən, həmin görüşlər zamanı da bu çatışmazlıqlar davam edəcək? Çərşənbə günü gördüklərimizlə bağlı BOS-un direktoru Cavid Qarayevlə danışmağı lazım bildik.
- Stadionun girişində azarkeşlər müəyyən problemlərlə üzləşdi. Nəticədə sıxlıq yarandı. Bilinirdi ki, bu matça xeyli azarkeş gələcək. Fanatların rahatlığı üçün nəsə düşünməmişdiz?
- Təəssüf ki, bizdə futbola gələn adamlar oyuna 1 saat qalmış stadionun yanında olurlar. Qapılar matçın başlamasına 3 saat qalmış açılıb. Biz sıxlığı nəzərə aldığımız üçün bu addımı atmışdıq. 60 min adam eyni anda stadiona gəlirsə, problemlər qaçılmaz olur. Bizdə videolar var, görürük ki, ilk 1 saat ərzində stadiona cəmi 1500-2000 nəfər gəlib. Oyunun startına bir saat qalmış isə 60 minlik kütlə girişə yaxınlaşdı. Burda edə biləcəyimiz nəsə yox idi. Orda yoxlama gedirdi. Üstəlik, yağış yağırdı. Bu da prosesə maneə törətdi. Sıxlığı aradan qaldırmaq fiziki cəhətdən mümkün olmadı.
- Bəs növbəti matçlarda bu problemi aradan qaldırmaq üçün hansısa ideyalarınız varmı?
- Dünən (srağagün) oyundan sonra “Qarabağ”ın nümayəndələri və mühafizə orqanları ilə görüş keçirdik. Növbəti matçlardan öncə də bu cür görüşlər olacaq. Müəyyən addımlar atacağıq ki, azarkeşlər stadiona sərbəst girib-çıxa bilsinlər. Boşluqları aradan qaldırmağa çalışacağıq.
- Azarkeşlərin stadiondan çıxışı zamanı da müəyyən çətinliklər yaşanıb. BNA tərəfindən söz verilən avtobuslar BOS-a gəlməyib və nəticədə azarkeşlər güclü yağışda islanıb, yollarda qalıblar.
- Bizim BNA ilə müqaviləmiz yoxdu. Daşınma ilə bağlı problemin olduğunu bilirəm. Amma səbəbi bilmirəm. Bunu həmin şirkətdən soruşsaz, daha yaxşı olar.
- Könüllülərin xidməti də yüksək səviyyədə deyildi və düzgün təlimatlandırılmamışdılar. Onlar qarşısına çıxan adamları hansı tərəfə yönəltməli olduqlarını bilmirdilər. Könüllülərin təlimatlandırılması sizin səlahiyyətinizdə idi, yoxsa “Qarabağ”ın?
- Yox, onları biz təlimatlandırmamışıq. Könüllülər sırf “Qarabağ”ın işi idi. Bu haqda konkret nəsə deyə bilmərəm. Bəli, yaxşı olardı ki, onlar güclü təlimatlandırılardılar. Çatışmazlıqlar olsa da, onlar bizə çöx kömək etdilər. Oyundan 3 gün əvvəl xeyli təlim keçmişdilər. Yenə deyirəm, havanın yağışlı olması müəyyən işlərə mane oldu. Könüllülər gənc insanlardı. Böyük təcrübələri yoxdu. Yəqin ki, bəzi təlimatları unudublar. Amma “Qarabağ” onları həm yağışdan qorudu, həm də qidalanmalarını yüksək səviyyədə təmin etdi.
- Bilirik ki, BOS-da media tribunası meydandan çox uzaqdadı. Deyilmişdi ki, jurnalistlərin oyuna daha rahat baxa bilməsi üçün monitorlar yerləşdiriləcək. Lakin biz bunu görmədik.
- Bəli, belə ideya var idi. Amma bunu fiziki cəhətdən çatdırmadıq. Biz monitorları birinci mərtəbədən 5-ə demontaj etməliydik. Bunun üçün də vaxt lazımdı. Matça 3 gün qalmış UEFA baxış keçirən zaman monitorları tələb etdi. Lakin çatdıra bilmədik. Bilirsiz, monitor quraşdırılandan sonra da başqa problem ortaya çıxa bilərdi. Axı, media zonasının üstü tam örtülü deyil. Yağış hər yeri isladır. Bu halda monitordan nəyəsə baxmaq mümkünsüzdü. Dünən (srağagün) quraşdırmış olsaydıq belə, bütün monitorlar işlək vəziyyətdə olmazdı. Qarşıdakı oyunlarda bu çatışmazlıqlar aradan qaldırılacaq.
- Bəli, elə media zonasına yağış yağdığına görə normal işləyə bilmədik. Həmin hissənin bağlanması üçün iş görəcəksiz?
- Stadionun konstruksiyası elədi ki, ora yağış düşür. İndi fikirləşirik ki, həmin problemi necə aradan qaldıraq? Heç kim istəməz ki, jurnalist gəlsin, islansın, normal işləyə bilməsin. Kameramanlar öz kameralarını selofanlarla örtmüşdülər. Amma bilgisayarları örtmək bir az müşkül məsələdi. Bunu düşünürük və mütləq şəkildə iş görəcəyik.
- Digər sualımız BOS-da azarkeşlər üçün xidmət göstərən bufetlərlə bağlıdı. Bildimiz qədər həmin bufetlərdə qiymətlər çox yüksək olub. Bunu siz tənzimləyirsiz, yoxsa şirkətlər?
- Qiyməti biz yox, şirkətlər təyin edir. Biz buna müdaxilə edə bilmərik. Düzünü desəm, mən qiymətlərlə maraqlanmamışam. Amma çoxları seçimin geniş olduğunu vurğulayırdı.
- Fasilədə jurnalistlər üçün açılan furşet zamanı da müəyyən çatışmazlıqlar oldu. Çay verilmədi, yemək çatmadı. Media mənsublarına yeməyi BOS hazırlamışdı?
- Biz bunu “Qarabağ”la birgə təşkil etmişdik. Yəni işi tək biz görməmişdik. Orda hansısa problemin yaşandığını eşitməmişəm. Bu cür problem görmüşdüzsə, gərək bizə xəbər edəydiz. Orda həm “Qarabağ”ın, həm də bizim nümayəndələrimiz olub. Çatışmazlığı rahat aradan qaldıra bilərdilər. Hamınızdan xahiş edirəm, oyun zamanı stadionda gördüyünüz bütün problemləri bizə çatdırın. Biz də onları aradan qaldıraq.
- Sizcə, dünənki oyun fonunda BOS Avroliqanın final görüşünü qəbul etməyə neçə faiz hazırdı?
- Çatışmazlıqlar var. Gəlin, şkala ilə hesablayaq. Mən BOS-un hazırlıq səviyyəsinə 10 ballıq şkala ilə 8 bal verərəm. Qalan iki bal da çatışmazlıqlardı ki, onların üzərində işləyib, arenanı ideal vəziyyətə gətirməliyik.
ŞƏFİ ŞƏFİYEV
20
Vitamin a up way lilly cialis 20 mg online for this shampoo.

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-10-2018, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı 19-10-2018, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” 19-10-2018, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı 19-10-2018, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır 19-10-2018, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? 19-10-2018, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb 19-10-2018, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir 19-10-2018, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır 19-10-2018, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? 19-10-2018, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq 19-10-2018, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi 19-10-2018, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır 19-10-2018, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? 19-10-2018, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi 19-10-2018, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb 19-10-2018, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar