28 sen 22:47manset

Qol var, xal da olacaq...

Qol var, xal da olacaq...
Çempionlar Liqası
Qrup mərhələsi, 2-ci tur
Qarabağ – Roma (İtaliya) 1:2 (1:2)

13. İbrahim Şehiç
25. Ansi Aqolli
55. Bədavi Hüseynov
14. Rəşad Sadıqov (k)
5. Maksim Medvedev
2. Qara Qarayev
20. Riçard Almeyda
11. Mahir Mədətov
(77. Vild-Donald Gerye, 81)
8. Miçel
(99. Dani Kintana, 88)
10. Pedro Enrike
(18. Tarik Elyunussi, 76)
9. Dino Ndlovu
Ehtiyat oyunçular
1. Anton Kanibolotski
7. Rahid Əmirquliyev
52. Yakub Jezniçak
91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov

1. Alisson Beker
11. Aleksandr Kolarov
5. Juan Jezus
44. Kostas Manolas
25. Bruno Peres
4. Raca Naynnqolan (k)
21. Maksim Qonalon
(16. Daniele De Rossi, 67)
7. Lorentso Pelleqrini
(6. Kevin Strotman, 82)
92. Stefan Əl-Şaaravi
23. Qriqori Defrel
(24. Alessandro Florentsi, 58)
9. Edin Dzeko
Ehtiyat oyunçular
28. Lukaş Skorupski
17. Çengiz Ündər
20. Federiko Fasio
30. Jerson
Baş məşqçi: Eusebio Di Françesko
Qollar: K.Monalos, 7 (0:1). E.Dzeko, 15 (0:2). P.Enrike, 28 (1:2).
Vərəqələr: Q.Qarayev, 39. P.Enrike, 41. M.Qonalon, 43 – sarı.
Hakimlər: ARTUR DİAŞ, Ruy Tavares, Paulo Soareş, Bruno Rodriges, Tyaqo Martins, Joao Pineyro (hamısı Portuqaliya).
Hakim-inspektor: Haim Yakov (İsrail).
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya).
27 sentyabr. Bakı. Olimpiya stadionu. 67200 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
13 (1) qapıya (“çərçivə”yə) zərbə 15 (9)
4 korner 9
5 ofsayd 1
21 qayda pozuntusu 8
2 vərəqə (qırmızı) 1
Dünən azərbaycanlı futbolsevərlər daha bir tarixi anın şahidi oldu. Belə ki, ölkəmizdə ilk dəfə Çempionlar Liqasının qrup oyunu keçirildi. Düzdü, cari mövsüm artıq bir dəfə paytaxtımızda qitənin ən nüfuzlu klub turnirinin himni səslənmişdi. Bu pley-off oyunu zamanı baş vermişdi, indi isə qrup matçında o möhtəşəm himn səslənəcək, azarkeşlər coşacaq, hər kəs bu sevincin qürurunu yaşayacaqdı.
“Roma” favorit olsa da, “Qarabağ”sevərlər də tam ümidsiz deyildi. Futbol elə sürprizlərinə, bəzən aşkar üstün görünən tərəfin uğursuzluğa düçar olmasına görə də sevilir. Hər halda, Olimpiya stadionunda bir sıra tarixi məqamlar yaşana bilərdi. Vurulacaq qol, mümkün 1 xal ÇL-in qrupundakı ilklər kimi ölkə futbolunun tarixinə düşəcəkdi.
İlk turda “Roma” evdə “Atletiko” ilə qolsuz heç-heçə etmiş. “Qarabağ” isə “Çelsi” səfərindən ağır məğlubiyyətlə dönmüşdü. Odu ki, ağdamlılar Londondakı 0:6-nı hansısa yolla unutdurmaq niyyətindəydi. Bu ən yaxşı halda “Roma”dan qoparılacaq xal hesabına da ola bilərdi, ən pis halda qol vurmaq və daha yaxşı oyun sərgiləmək hesabına da. Hər halda, ilk dəfə avrokubok oyununa “qucaq açan” Olimpiya stadionuna axışan onminlərlə azarkeş “Qarabağ”a inanırdı. Ölkənin ən nəhəng arenasında qeydə alınan ölkəmiz üçün rekord tamaşaçının gözü önündə Qurbanovun yetirmələri uğurlu nəticə üçün döyüşəcəkdi. “Qarabağ”ın start heyətinə gəlincə, zədəsini sağaldan Ansi ilk “11-lik”də idisə, Jezniçak və Gerye matçı ehtiyat oyunçular skamyasından izləyirdi.
İlk dəqiqələrdə “Qarabağ” pis təsir bağışlamasa da, tezliklə “Roma” üstünlüyü ələ aldı. Qurbanovun yetirmələrinin həyəcanı fonunda təzyiqi artıran “canavarlar” erkən qol arzusuna da çatdı. 7-ci dəqiqədə kornerdən qapı önünə asma zamanı Şehiç topu düz Pelleqrininin üstünə qaytardı. Lorentso isə qapı önünə sürətli ötürmə etdi, Manolas dəqiq baş zərbəsi ilə “atəşkəsi pozdu”. Bundan sonra meydan sahibləri bir qədər fəallaşdı. Hətta Enrike ilə qurulan əks-hücum da yaddaqalan alındı. Həmin anda Pedronun, ardından Sadıqovla Riçardın zərbəsinin qarşısını rəqib müdafiəçilər aldı. İtalyanların növbəti hücumu isə qolla nəticələndi. Defrel çətin vəziyyətdə olmasına baxmayaraq, Dzekoya ötürmə etdi. Sonuncu topu sinəsi ilə saxladı, Rəşadı ikili mübarizədə məğlub etdi, qüvvətli vuruşundan sonra top tirə dəyib, tora daxil oldu. 26-cı dəqiqədə topu ələ keçirən Dino irəliləmək qərarına gəldi, halbuki həmin anda rəqib qolkiper xeyli önə çıxmışdı və “kürə”ni onun başı üzərindən tora göndərmək olardı. Zaman göstərdi ki, Ndlovunun irəliləmək qərarı doğru deyilmiş və müdafiəçilər təhlükənin böyüməsinə imkan vermədi. 28-ci dəqiqədə Dzekonun uzaqdan vuruşunu Şehiç zərərsizləşdirdi. “Qarabağ” isə bunun cavabını dərhal, özü də qolla verdi. Dino topu ələ keçirib, Pedroya ötürmə etdi. Enrike onun zəhmətini lazımınca dəyərləndirib, qapıya qarşısıalınmaz zərbə endirdi. Bu qol həm ölkə futbolu, həm də “Qarabağ” adına ÇL-in qrupundakı ilk qol kimi tarixə düşdü. Buraxılan qoldan sonra “canavarlar” təzyiqi artırdı və Şehiçin qoruduğu qapıya “yükləndi”. 33-cü dəqiqədə Əl-Şaaravinin baş zərbəsi zamanı İbrahim topun tora daxil olmasına imkan vermədi. Bundan bir qədər sonra isə “köhlən atlar” yerli azarkeşləri ayağa qaldıra bilərdi. Riçard əla ötürməylə Pedro üçün fürsət yaratsa da, müdafiəçilər bu dəfə braziliyalıya əl-qol açdırmadı. Hissənin sonlarına doğru Di Françeskonun yetirmələri iki yaddaqalan hücum təşkil etdi. 40-cı dəqiqədə Kolarov cərimə zərbəsindən birbaşa qapını nişan alsa da, Şehiç topu qaytardı. Cəmi 3 dəqiqə sonra isə Defrel diqqət mərkəzinə düşdü. Ancaq o da fasiləyə kimi hesabı dəyişə bilmədi.
İkinci hissəyə “Qarabağ” fəal başladı. 50-ci dəqiqədə Miçelin zərbəsi təhlükəli alınsa da, dəqiq deyildi. Az sonra qonaqlar bunun cavabını qolla verməyə yaxın oldu. Pelleqrininin vuruşundan sonra Şehiç barmaqlarının ucu ilə topu kornerə çıxardı. Ümumiyyətlə, ikinci hissədə “köhlən atlar” inamlı görünürdü. Qurbanovun yetirmələri təhlükəli hücumların sayı baxımından da ilk yarıyla müqayisədə daha yaxşı təsir bağışlayırdı. Bununla belə, irəli xətdəki fəallığa rəğmən, müdafiədə boşluqlar da diqqəti çəkirdi. Belə epizodlardan birində - 61-ci dəqiqədə isə “Roma” hesab arasındakı fərqi artırmağa yaxın oldu. Dzeko əla ötürmə ilə Peresi zərbə mövqeyinə çıxardı, Brunonun vuruşu zamanı İbrahim komandasını real qoldan xilas etdi. Bundan sonra bir müddət qapılar qarşısında qol vəziyyətinin şahidi olmadıq. Daha çox qayda pozuntuları fonunda qapıçıların işi çox deyildi. 73-cü dəqiqədə isə “Qarabağ” “status-kvo”nu bərpa edə bilərdi. Aqollinin qapı önünə ötürməsini Manolas qaytardı, Riçardın ayağı boşa çıxsa da, Qara qüvvətli zərbə endirdi. Lakin bu dəfə də blok topun qarşısını aldı. Bu dəqiqələrdə “kohlən atlar” əməlli-başlı üstünlüyə yiyələnmişdi. Qurbanov tarixi qola imza atan Enrikeni Elyunussi ilə əvəzlədi. Oyunun son 10 dəqiqəsi də dramatik axarsa keçdi. Sonradan meydana çıxan Gerye Elyunussini zərbə mövqeyinə çıxarsa da, sonuncunun vuruşu effektli alınmadı. 90-cı dəqiqədə isə Olimpiya stadionunda, eləcə də ekranların qarşısında olan azarkeşləri coşdurmaq olardı. Ansi qapı önünə asma etdi, Dino əla baş zərbəsi ilə topu qapıya yönəltsə də, vuruşunda cüzi dəqiqlik çatmadı.
Beləliklə, “Qarabağ” ardıcıl ikinci oyunda da uduzdu. Lakin xüsusən ikinci hissədə sərgilənən oyuna görə komandanı qınamaq olmaz. İlk 20 dəqiqədəki həyəcan və inamsızlıq olmasaydı, bəlkə də bu komandadan xal qoparmaq olardı. Heyətlə bağlı seçimlər – Jezniçakla Geryenin ehtiyatda qalması isə müzakirə mövzusu ola bilər. Hər halda, bu oyunda qol vurmaqla təsəlli tapan komanda növbəti oyunlarda xal arzusunu gerçəkləşdirməyə çalışacaq. Bunun nə qədər mümkün olub-olmayacağını isə zaman göstərəcək. Onu da qeyd edək ki, “Qarabağ” növbəti oyununu da evdə keçirəcək. Ağdamlılar oktyabrın 18-də “Atletiko”nu qəbul edəcəksə, həmin gün “Roma” “Çelsi”nin qonağı olacaq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar