26 sen 14:02manset

“Raufun oyunu ilə heç maraqlanmıram”

“Raufun oyunu ilə heç maraqlanmıram”
Zaur Axundov Nizaminin “Neftçi”yə keçid ehtimalından danışdı
“Zirə” – “İnter” matçında ikincilərin Müşahidə Şurasının sədri Zaur Axundov qayğılı görünürdü. Axundovun xüsusilə ikinci hissənin gedişində “ürəyini udması” aşkar hiss olunurdu. Matç başa çatandan sonra sevinənlərdən biri də Zaur bəy idi. Odu ki, “İnter”in əsas söz sahibinə yaxınlaşıb klubla və komandayla bağlı suallara aydınlıq gətirdik.
- İndi sizi təbrik edən olsa, təbrikləri qəbul edərsiz?
- Belə deyim, bu gün “Zirə” 2 xal itirdi. Əvəzində biz 1 xal qazandıq. Meydan sahibləri səviyyəli oyunla yadda qaldı. Çempionluğa iddia edən komandadı. “İnter” ilk 30 dəqiqədə pis oynamadı. İlkin Qırtımovun meydandan qovulması bütün planları pozdu. 1 xal da qənimətdi.
- Baş məşqçinin iradları öz yerində, klubun rəhbəri kimi Qırtımova “barmaq silkələyəcəksiz”?
- Mütləq. Bir “sarı”sı olan peşəkar futbolçunun əlini topa uzatmaq haqqı yoxdu. Ciddi irad bildiriləcək, lazım olsa, cərimələnəcək də.
- Futzalla müqayisədə futbolda sakit görünürsüz?
- Bu gün “İnter”in transfer qadağası var. Yanvara qədər gözləməliyik. Futbolçuları yaxşı başa düşürəm, ağırdı. Hər həftə eyni heyətlə oynamaq onlar üçün çətindi. Üstəlik, süni örtük amili. Növbəti turda “Neftçi”ylə qarşılaşmada İlkin olmayacaq. Bildiyimə görə, Nizaminin zədəsi də ciddidi. Belə vəziyyətdə əsas heyətin bir yox, iki üzvünü itirmək olduqca ağırdı. Əvəzləyəcək oyunçularımız yoxdu. Ona görə də sakit olmağa məcburam. On nəfər qalandan sonra özümə qapanıb, matçın başa çatmasını gözləyirdim. 50 dəqiqə bir qapıya oyun getdi.
- Keçək əsas məsələyə - maaşlara.
- Maaşlarla bağlı hər şey qaydasındadı.
- Bildiyimə görə, iyulun əməkhaqqı verilib, qalıb avqust.
- İyul, ya avqust – fərqi yoxdu. Uşaqlar maaşlarını alıblar.
- Nizami “Futbol+”ə müsahibəsində “nə qədər pulsuz oynamaq olar” demişdi.
- Bu, Nizaminin şəxsi işidi. Qalmağa yer var, maaşlar verilir. Problem yoxdu. Hər futbolçu öz baxış bucağından danışır.
- Mükafat sistemi var?
- Olanda olur. Ola bilər, 2 oyuna mükafat olsun, ola bilər, heç nə olmasın. Əsas odu ki, komanda dağılmadı. Üstəlik, getdikcə öz oyunumuzu tapırıq, kollektivdə mehribanlıq var. Halbuki yayda bir çox futbolçular “İnter”i tərk etmək istəyirdi. Bunun qarşısını aldıq. Bu dəqiqə bütün fikrimizi qışa yönəltmişik. Komandanı gücləndirib yolumuza davam etməliyik.
- Yeri gəlmişkən, gözaltı etdiyiniz futbolçular var?
- Təbii ki. Yerli futbolçularla bağlı işimiz çətin olacaq. Tələbat olan futbolçuların klublarla yaya qədər müqaviləsi var. Ona görə də əsas iş legionerlərin üzərində gedir.
- Nizami Hacıyevin yanvarda “Neftçi”yə keçəcəyi deyilir...
- Bütün futbolçuların “İnter”lə mayın 30-na qədər müqaviləsi var. Nizaminin “Neftçi”yə getmək istədiyini sizdən eşidirəm. Məndə bu haqda məlumat yoxdu.
- Daha doğrusu, “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Nizamini sərəncamında görmək istədiyini bildirmişdi.
- Mənim bu söhbətdən xəbərim yoxdu. Belə bir şey hiss eləməmişəm. Nizami son oyunlarda meydanda can qoyur. Onun çıxışından tam razıyam.
- Mövsümün əvvəlində “İnter”in “Keşlə” ilə əvəzlənəcəyi deyilirdi. O söhbətin axırı nə oldu?
- Bununla bağlı qərar qəbul olunub və hazırda üzərində iş gedir. Sənədləşmə və hüquqi işlər görülür. Bu proses başa çatandan sonra klub “Keşlə” adlanacaq.
- Nə vaxt?
- Çox güman, qış fasiləsinə qədər.
- Nizami rayonundakı idarə və təşkilatlardan “İnter”in oyununa məcburi azarkeşlərin gətirilməsi ilə söhbətlər gəzir...
- Başqa vaxt şikayət olunur ki, stadionlar boşdu, azarkeş yoxdu. Azarkeş gələndə də bəzi jurnalistlər yazır ki, niyə bu qədər adam gəlir? İndi necə edək? Deyin, elə edək. Əsas odu, azarkeş gəlir, canlı yayın təşkil olunur. Hardan gəlir, necə gəlir...
- Dəvət edirsiz, yoxsa özləri istəyib gəlir?
- Toydu dəvət edək? Eşidib, bilib gəlirlər. Nizami rayonudu, Keşlədi, görün nə qədər əhalisi var. Təbliğat işləri aparılır. Bizim hələ başqa planlarımız da var. Bundan sonra lotereya oyunları təşkil etmək istəyirik. O vaxt uduşa avtomobil, televizor, başqa məişət əşyaları qoyurdular ki, azarkeşlər daha da həvəslənsin. Lisenziya alandan sonra bir çox işlər görüləcək. Nizami rayonu Bakının ən böyük rayonlarından biridi, əhalisi çoxdu. Stadionun əhatəsi də Keşlə qəsəbəsidi. “Keşlə” adını eşidən azarkeşlər öz doğma komandalarına azarkeşlik edəcəklər.
- Stadionun adı “İnter Arena” kimi qalacaq?
- “İnter Arena” “Aqrarkredit”in balansındadı.
- Yeni geyim dəstlərindən nə xəbər var?
- Bunların hamısı klubun adı dəyişəndən sonra yoluna qoyulacaq. “Keşlə”yə uyğun işlər qurulacaq. Bu proses 3-5 günün işi deyil.
- “Keşlə”nin rəngi də dəyişəcək?
- Qırmızı-ağ formalardan istifadə edəcəyik.
- Rauf Əliyev “Kukesi”yə keçəndən sonra danışığınız olub?
- Xeyr.
- Albaniyadakı çıxışını izləyirsiz?
- Xeyr. Heç maraqlanmıram da. Belə bir fikrim yoxdu. Raufla tam başqa söhbətimiz olmuşdu, ancaq o başqa addım atdı. Onunla düşmənçiliyim yoxdu. Yığmanın sabiq üzvüdü, az vaxtda olsa belə, işbirliyimiz olub. O yolu seçdisə, uğurlar arzulayıram. Hara getsə də, Azərbaycanın adını təmsil edir.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar