24 sen 22:57manset

“Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı”

“Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı”
“Futbol+”in ilk fotoqrafı qonağımız oldu
“Futbol+”in ilk sayında 10 imza var. Onlardan biri, yəni Cavanşir heç nə yazmayıb. Sadəcə, qəzetin ilk fotoqrafı kimi yanımızda olub, şəkillərin əziyyətini çəkib. Açığı, qəzetdə qısa müddət işləyəndən sonra ayrıldı. Və baş redaktorumuzun 20 yaşlı bloknotundakı şəhər telefon nömrəsi olmasaydı, yəqin onu heç vaxt tapa bilməyəcəkdik. Cümə axşamı 20 il əvvəl yazılan nömrənin önünə 4-ü artırıb yığdıq və tanış səsi eşitdik. Dediyinə görə, 2002-ci ildən mobil telefon gəzdirir. Hər halda, biz onu şəhər nömrəsi ilə tapdıq və dünən redaksiyaya dəvət etdik. “Futbol+”in ilk fotoqrafı Cavanşir Manafov qarşınızdadı.
- “Futbol+”ə gəlişini necə xatırlayırsan?
- “Press-Fakt”da sizinlə bir yerdə çalşırdıq. Məhz sizin dəvətinizlə bu qəzetə gəldim.
- İlk say üçün Banişevskinin evinə getməyimiz də yadındadı?
- Səhv etmirəmsə, üç nəfər idik. Siz, Rövşən müəllim və mən. Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı.
- Futbol sahəsində çalışmaq sənin üçün yenilik idi...
- Bəli, həmin vaxta kimi bu sahədə təcrübəm yox idi. Onu da bildirim ki, şəkil çəkdiyim fotoaparat da tələblərə cavab vermirdi. İlk vaxtlar hətta “zum” da yox idi, sonradan aldım. Bütün bu çətinliklərə baxmayaraq, futbol məni özünə dartırdı. Böyük həvəslə stadionlara gedir, şəkillər çəkirdim.
- Birgə çalışdığın uşaqlardan kimləri xatırlayırsan?
- Etibarı, Şahini. Etibar da “Press-Fakt”dan gəlmişdi.
- Çəkiliş apardığın oyunlar yadındadı?
- Görün üstündən neçə il keçib. İndi həmin illəri yada salıb konkret hansı matçlardan şəkillər çəkdiyimi söyləməkdə çətinlik çəkirəm. Ancaq onu deyə bilərəm ki, Bakının əksər arenalarında və Sumqayıtdakı qarşılaşmalarda olmuşam.
- Həmin illərdə şəkil çəkmək üçün stadiona üz tutan fotoqrafların sayı da az idi. Kimləri xatırlayırsan?
- Demək olar ki, heç kimi.
- Qəzetdən ayrılandan sonra nə işlə məşğul oldun?
- Xəzər Dəniz Gəmiçiliyi İdarəsində foto-müxbir kimi çalışmağa başladım. İdarənin müxtəlif tədbirlərini işıqlandırırdım. Orda 6 il işlədim. Hazırda isə Bakıda fəaliyyət göstərən ticarət mərkəzlərinin birinin reklam şöbəsində texniki işlərlə məşğulam.
- Onu bilirsən ki, tarixə Anatoli Banişevskinin son şəklini çəkən şəxs kimi düşmüsən?
- Bu faktı dəqiq bilməsəm də, təxmin etmişdim. Çünki biz onunla görüşəndən təxminən ayyarım sonra dünyasını dəyişdi. İndiki kimi yadımdadı, “Baksovet” tərəfdə yaşayırdı. Mənzilləri də 6-cı mərtəbədəydi. Yadınızdadısa, Banişevskinin hüzr mərasimində də iştirak etmişdik. Veteran futbolçunun nəşini ADBTİA-dan götürdülər və Fəxri Xiyabanda dəfn etdilər.
- Sənə verdiyimiz fotoaparat yadındadı?
- Əlbəttə, “Zenit” markalı fotoaparat idi.
- Neçə övladın var?
- İki qızım var.
- Onlar fotojurnalistikaya maraq göstərir?
- Xeyr.
- Sənə zəng vuranda təəccüblənmədin?
- Açığı, gözləməzdim ki, üstündən bu qədər vaxt keçəndən sonra məni axtarıb tapasız.
- O vaxt “Futbol+” qəzetinin 20 il yaşaya biləcəyini düşünürdünmü?
- Sözün düzü, yox. Çünki o illərdə, demək olar ki, hər gün hansısa qəzetin açıldığını eşidirdik. Ancaq üstündən çox keçməmiş həmin mətbu orqanlar tarixin yaddaşına köçürdü. Düşünürdüm ki, “Futbol+”i də eyni tale gözləyir.
- Həmin illərdən xatirə kimi daha nəyi yada bilərsən?
- Qəzet nəşr olunmağa başlayan vaxtlarda bir qədər şəraitsizlik idi. Bütün kollektiv üçün cəmi bir otaq ayrılmışdı. Buna baxmayaraq, işdən zövq alırdıq.
- Bəs şəkilləri harda çıxarırdın?
- İndiki İctimai Televiziyanın yerində o vaxt “Ozon” zavodu fəaliyyət göstərirdi. Orda mənim kiçik laboratoriyam var idi. Çəkdiyim şəkilləri də orda çıxarırdım.
- Foto sənətindən uzaqlaşmısan, yoxsa yenə işini davam etdirirsən?
- Arada, dost-tanış müraciət edəndə ailə məclislərini, xeyir işlərini tarixin yaddaşına köçürürəm. Həm videoçəkilişlər aparıram, həm də şəkil çəkirəm. Ümumiyyətlə, yeni model telefonlar çıxandan fotoqraflara tələbat azalıb. İndi çoxları keyfiyyəti nəzərə almadan telefonla şəkil çəkdirməyə üstünlük verir.
- Videoçəkilişlə fotoqraflıq arasında hansı fərq var? Ümumiyyətlə, hansında yaradıcılıq üçün imkanlar genişdi?
- Hərəsinin özünə xas özəlliklərinin olduğunu qeyd edim. Əsas odu ki, görülən iş yüksək səviyyədə olsun. Təəssüf ki, indi peşəkarlığa çox fikir verən yoxdu.
- Fotoqraf kimi futbolda çəkdiyiniz ən yaxşı şəkil hansı olub?
- Hansı komandaların qarşılaşdığını xatırlamıram. Ancaq həmin görüşdə uzaqdan başla vurulan qolu yaxşı “tutmuşdum”. O şəkli çox bəyənirdim.
RƏŞAD

Qızıl fond
“Futbol+”in 20 illik tarixində oxucuların yaddaşında dərin iz buraxan minlərlə yazı olub. Amma bu gün “qızıl fond”dan məhz qəzetin ilk sayı üçün Anatoli Banişevskinin evindən hazırlanan reportajı təqdim etməyi lazım bildik. İlk növbədə ona görə ki, Rövşənlə Mahirdən sonra ömrünün sonuna qədər heç bir jurnalist onunla ünsiyyət qura bilmədi. Bu müsahibə dərc olunandan 49 gün sonra – dekabrın 9-da Banişevski dünyadan köçdü. Digər tərəfdən, bizə elə gəlir ki, yazıda mərhum və əfsanəvi futbolçunun portetini açan bir çox cizgilər var...
Banişevski yaşamaq uğrunda mübarizədə
BANİŞEVSKİ! Təqdimat üçün bir başqa sözə ehtiyac yox. Həyatdan daim acı sürprizlər alan birisi. İndi şəkərli diabetin əridib “yumağ”a döndərdiyi bu adama baxanda inanmırsan ki, o...
...o, parıltılı dövründə neçə-neçə Moskva klubunun şirin təkliflərini rədd edən “Ermənikənd” uşağıdı, o, “Neftçi”nin “Qriqori Fedotov klubu”na üzv olan birinci və sonuncu oyunçusudu, o, Braziliyanın qapısına – özü də “Marakana”da – qol vuran ilk sovet futbolçusudur.
“Necəsiniz?” soruşmağa adam peşman olur. Çünki cavabında əllərini günahkarcasına bədənində gəzdirib iynə yerlərini göstərir. Əslində günahkar o deyil, taleyin yazdığına yardımçı olan Allah bəndələridi. Banişevskini “vurmaq” üçün bəhanə tapmağa nə vardı ki?! SSRİ dünya çempionatında 4-cü yeri tutur – odu günahkar, Almaniyaya 0:3 uduzur – yenə o yada düşür. Heç nəyə gücləri çatmayanda da... adını 33 ən yaxşı oyunçu siyahısından silirdilər.
Lənətlənmiş Burkina-Faso
1972-ci ildə, Avropa çempionatının finalında almanlara 0:3 uduzduqdan sonra 26 yaşlı bakılı bir daha SSRİ yığmasına cəlb olunmadı, uzun müddətə futboldan uzaqlaşdırıldı. Sovet futboluna bələd olanlar bilirlər ki, bu yaş yığmada oynamaq üçün son hədd deyildi. Sadəcə, çoxdan bəri ipə-sapa yatmayan Anatolidən üzülüşmək üçün ələ fürsət düşmüşdü. Ölkə futboluna təsir etməyi bacaranlar onun bu cür oynaya-oynaya hansısa əyalət şəhərində qalmasıyla barışmaq istəmirdilər.
Bundan sonra Banişevskinin ziqzaqlı həyatı başladı və ömür dolanbacları sonda onu aparıb... Afrikaya çıxardı. Xəstəlik də Anatoli Andreyeviçi burda yaxaladı. 1987-ci ildə Burkina-Fasoda dövlət çevrilişi baş verdi. “Təsəvvür edin, gözümün qabağında qocaları, uşaqları öldürürdülər, qan su yerinə axırdı. Məni isə “sovet mütəxəssisidi” deyə qorumağa çalışırdılar. O günlər yaman qorxmuşdum” – bunlar Banişevskinin sözləridi. Beləcə, xəstəlik onun bundan sonrakı ömrünə “yoldaşlıq” etməyə başladı.
Yaddaş
Adam elə hey bu canlı klassikdən nəyisə soruşmaq, öyrənmək istəyir. Nə heyf ki bəzi məqamları dəqiqləşdirməkdə o artıq çətinlik çəkir; şəkərin ağrı-acısı təsirini göstərir. Bizlər isə ümidlə onun yaddaşını “vərəqləməyə” çalışırdıq. Çox şeydən söhbət düşdü: 66-nın dünya çempionatından, 100-cü topu necə vurmasından, braziliyalılara vurduğu qoldan... Bu sonuncunu yada salanda Anatoli Andreyeviç gülümsəyib, “biz niyə xatırlayırıq, qoy onlar xatırlasınlar” dedi.
O qol isə təkcə braziliyalılarla azərbaycanlıların yox, bütün dünyanın yadındadı. Qapıçı Manqa və həmvətənləri Sovet futbolçusunun 20 metrlik məsafədən başla zərbəsi önündə donub qalmışdılar.
“Ya je bakineç”
Bu sözləri də Anatoli Andreyeviç dedi. Həm bir qədər səbrsiz, həm də azca zarafatla. “Səbəbkar” da biz olduq. Səidə xanımdan həyat yoldaşının yaşantıları barədə bəzi şeyləri soruşmaq istəyirdik ki... cavab gəldi: “Vı ne zabudte. Ya je bakineç. Eşyo ne xvatalo, çtobı jenşina razqovarivala”.
O, zarafatından qalmır. Daim nəsə yaxşı şeylər danışmağa, gülümsəməyə çalışır. Adama elə gəlir ki, o, məhz bu yolla ağrılardan xilas olmağa can atır.
...Oktyabrın 13-də Rusiyanın NTV kanalı “Vek futbola” verilişində iki Anatoli – Banişevskiylə Bışovets arasında qiyabi yarışma təşkil edib qələbəni ikinciyə verdi. Təbii ki, onlar qələbəni bakılıya verəsi deyildilər. Hərçənd özləri də etiraf etdilər ki, “Neftçi”də oynamaqla bundan uca zirvəyə qalxmaq mümkün olmazdı.
...Nə olsun ki. Banişevski onsuz da elə Banişevskidi. Və yaşanan hər gün Tanrının ona qısqandığı ömür payından gedir. Amma Siz güclüsüz, ölümü öldürün, Anatoli Andreyeviç... Xahiş edirik...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı Dünən, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi Dünən, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” Dünən, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu Dünən, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı Dünən, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir Dünən, 16:26 “Sabah”dan darmadağın Dünən, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər Dünən, 14:50 Birinci divizionda ilk istefa Dünən, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı Dünən, 14:47 Abasov yetirmələrini təriflədi Dünən, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu Dünən, 14:42 “Araz” mübarizəni dayandırdı... Dünən, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı Dünən, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq Dünən, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi Dünən, 14:34 Antalyada ikiqat uğur Dünən, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” Dünən, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu Dünən, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı 15-10-2017, 12:36 Gürcü mütəxəssis Cavid Çələbiyevi fərqləndirdi 12-10-2017, 18:20 ABF-nin vitse-prezidentləri arasında fikir ayrılığı 12-10-2017, 18:19 Natalya Məmmədova Rusiyaya iddialı yollanıb 12-10-2017, 18:15 Nicat Muxtarov psixoloji müalicə alır 12-10-2017, 18:14 Rahidin himni oxumamasına sərt münasibət 12-10-2017, 18:13 “CBC Sport”un superliqa fiaskosu 12-10-2017, 18:12 “Qarabağ” rəsmisi Avropa Klublar Birliyinin işçi qrupuna seçildi 12-10-2017, 18:09 UEFA klubları sevindirdi 12-10-2017, 18:06 Divizionun kisəsindən 200 manat çıxdı 12-10-2017, 18:02 İK üzvləri Prosineçki ilə bağlı mövqeyini açıqladı 12-10-2017, 18:00 Prosineçki Bakıya gələn həftə gələcək 12-10-2017, 17:58 U-19 penaltilərlə yıxıldı 12-10-2017, 17:57 Siyasət Əsgərov U-17-nin şansının olduğunu düşünür 12-10-2017, 17:55 Millətlər Liqasında mənzərə aydınlaşdı 12-10-2017, 17:52 U-17-ni də kötəklədilər 12-10-2017, 17:50 BOS-da monitorlar üçün kabellər quraşdırılıb 12-10-2017, 17:47 Kubok mövsümünə start verildi 12-10-2017, 17:44 Veteranlar jurnalistlərə güzəşt etmədi 12-10-2017, 17:36 Yubileyə maliyyə problemləri ilə 12-10-2017, 17:35 Tərlan Əhmədovlu “Neftçi”nin avazı yaxşı gəlir 12-10-2017, 17:32 Rəşad məşqlərə başlayıb, Səlahət də qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar