23 sen 00:46manset

Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər

Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər
“Qurban Qurbanova “Şöhrət” ordeni verilməlidi”
Dünən “İnter”in yaradıcılarından biri olan Alı Alıyevlə söhbətləşdik. Əslində sabiq klub funksioneri “Qarabağ”la bağlı danışmaq istəmişdi. O, “Çelsi”yə ağır məğlubiyyətə görə “köhlən atlar”ı tənqid edənləri haqsız saydığını dilə gətirdi. Bununla belə, Alı bəylə söhbətdə təkcə “Qarabağ” haqda danışmadıq, “İnter”in hazırki durumuna toxunduq, bizi maraqlandıran məsələləri müzakirə etdik.
- “Çelsi”yə darmadağına görə səslənən tənqidləri haqsız sayırsız...
- “Qarabağ”ı tənqid edənlər həqiqətən haqsızdı. Qurban Qurbanov tarix yazdı. Gəlin təhlil edək, bir neçə istiqamətdə müqayisə aparaq. Azərbaycan və İngiltərə çempionatlarını yan-yana qoyaq. Onların çempionatında yüksək liqada 20 komanda iştirak edir. Bizdə isə say 8-di. 20 komandanın iştirak etdiyi birincilikdə ən azı 4-5 komanda çempionluq uğrunda mübarizə aparır. MS, MY, “Çelsi”, “Arsenal”, “Liverpul”... Hər il qızıl medallar uğrunda bu qədər komanda savaşır. Halbuki başqa ölkələrdə 2, uzağı 3 iştirakçı çempionluğa oynayır. İngiltərə birinciliyinin gücü hər kəsə bəllidi. İndi “Qarabağ”la “Çelsi”nin büdcəsini müqayisə edək. Daha doğrusu, bu heç müqayisə olunası da deyil. Qurbanov çox sağ olsun ki, Azərbaycan futbolunda tarix yazdı. Görünməyən bir ilki bacardı. Heç düşünülməyən bir şey idi. Mən “İnter”də çalışanda baş məşqçim belə bir uğura imza atsaydı, bəlkə də stadionun girişində ona heykəl qoyardım. O, əlçatmaz bir zirvəyə qalxıb. Bundan başqa, Tahir Gözəllə Qurban birlikdə belə bir komanda yaradıblarsa, bu tərifəlayiqdi. Bunu heç kim inkar edə bilməz. 0:1 oldu, yaxud da 0:6 - heç bir fərqi yoxdu, məğlubiyyət məğlubiyyətdi. “Çelsi”nin bir oyunçunun aldığı əmkhaqqı “Qarabağ”ın büdcəsidi. Bu necə müqayisə oluna bilər?
- Ancaq razılaşaq ki, pul hər şey demək deyil. Büdcə azdı deyə, öncədən hamıya təslim olmalıyıq?
- Xeyr, futbolda hər şeyi pul həll edir. Güclü büdcən varsa, güclü də oyunçu dəvət edirsən. Büdcən imkan vermirsə, hansı futbolçunu alacaqsan?! “Çelsi”nin hansısa futbolçusu gəlib “Qarabağ”da o pula oynayar? Mümkün deyil. Bu “Qarabağ”ın əldə etdiyi nəticədi.
- “Qarabağ” – “Roma” oyununu stadiondan izləyəcəksiz?
- Mən “Qarabağ”ın bütün oyunlarına gələcəm. Komandanı bu gün hamımız dəstəkləməliyik. Bundan başqa, bir məsələni də təhlil edək, hər kəs üçün də aydın olsun. Avropada UEFA-ya üzv 55 ölkə var və onların hər birinin yüksək liqasında nə qədər komanda var. Bu qədər kollektivin arasından “32-liy”ə düşmək fantastikadı. Vallah, Qurbana “Şöhrət” ordeni verilməlidi. Özü də Qarabağın adını daşıyan komandanı uğura daşıyıb. Qurbanov “Qarabağ”ı ən güclü 32 komanda arasına saldı, hər yerdə Qarabağın təbliği gedir. Hansı ki bu gün həmin torpaqlar uğrunda canımızı da verərik. Bu komanda ilə bir daha sübut etdik ki, Qarabağ bizimdi. Mən klub rəhbərliyində olsaydım, prezidentə bir xahişnamə yazardım ki, Qurbana “Şöhrət” ordeni verilsin. Çünki çox böyük iş gördü. Azərbaycan futboluna böyük şöhrət gətirdi. Gəlin tarixə nəzər salaq. Tiflis “Dinamo”su ilə “Neftçi”nin tarixinə nəzər yetirək. Hansı böyük zirvələri fəth edib? Gürcülər neçə dəfə SSRİ çempionu olub. Onların futbolu bizimkindən çox yuxarıda idi. Nə qədər futbolçusu daim SSRİ yığmasında çıxış edib. Azərbaycanda kim olub? Arada özümüzə baxmalıyıq. Futbolçunun bədən quruluşundan tutmuş yetişdiyi məktəbə qədər hamısı önəmlidi. Rəşad Sadıqov yaşlıdı, ancaq çox fərqlənir. Rəşad kimi can yandıran elə bir futbolçumuz varmı? Düşünürəm ki, Qurban millidə olsaydı, yığma daha yaxşı nəticə verə bilərdi. Sadıqovun futbolçu karyerasını bitirməsinə uzağı 2 il qalıb. O yaxşı məşqçi də olacaq. Artıq məşqçiliyə başlayıb və bu alqışlanasıdı.
- “Qarabağ” haqda fikriləriniz aydındı. Bəs vaxtilə rəhbəri olduğunuz “İnter”in durumu haqda nə düşünürsüz? Komandanın taleyi necə olacaq?
- “İnter”i həddən artıq çox istəyirəm. Çünki bu komandanı sıfırdan yaratmışıq. Ancaq mənim zəhmətimi bəzi adamlar qiymətləndirmədi. “İnter”də məşqçidən çox iş görürdüm. Stadionundan tutmuş fəhləliyi, mühafizəsi, bağbanlığına qədər. Əlimdən gələni etmişəm ki, komanda yüksək nəticə göstərsin. O vaxt məşqçini mən gətirməmişdim. Dəvət etdilər, nəticə də vermədi. Fikirləşirdik ki, Qurban olar, ancaq buna narazılıq etdilər. Qurban da sübut etdi ki, doğrudan da güclü məşqçiymiş. Vitse-prezidentlə birgə bizim düşündüyümüz əslində doğru qərar imiş.
- Bəs hazırki vəziyyətlə bağlı nə deyə bilərsiz? Maaşlar verilmir, klubun adı dəyişdirilir...
- Klub adını dəyişə bilər. Ancaq elə bazası olan komandanın dağılması günahdı. Şəhərin mərkəzində bu cür şəraiti var. Klubda çalışanlar kənardan sponsor axtarmalıdı. Himayədar tapmalıdılar, kömək olmalıdı. Xaricdə yaşayan pullu azərbaycanlılar yoxdu ki? Var. Onları cəlb eləmək lazımdı. Variantlar çoxdu. “Xəzər Universiteti”ni saxlamağa gücümüz çatmadı, Beynəlxalq Banka müraciət etdik, onlar da sponsorluğu qəbul elədilər. Pul yox idi deyə dağıtmadıq. Komanda yaratmaq çox çətindi. Yarandı, yüksək liqaya vəsiqə qazandı, belə bir bazası var, birdən-birə klubu ləğv etmək olmaz. Səbəb nədi? Onda klubda işləyənlər düzgün işləmir. Mən belə fikirləşirəm. “İnter” Azərbaycan futboluna çox böyük yeniliklər gətirdi. Hər klub formalaşmağı “İnter”dən öyrəndi. “İnter” məktəbi çox güclü məktəb idi. Komandanı saxlaya bilmirlərsə, qaytarıb özümə versinlər. Mən sponsor da taparam, hər şey də edərəm.
- Yəni “İnter”i vəziyyətdən çıxarmaq üçün planınız var?
- Bəli.
- Bəs özünüz hazırda nə işlə məşğulsuz?
- Hazırda heç bir işlə məşğul deyiləm. Sərbəst Azərbaycan vətəndaşı kimi rahat şəkildə yaşayıram.
- Ölkə futbolundan zövq ala bilirsiz?
- Hazırki durum heç xoşagələn deyil. Azərbaycan futbolu yoxdu, “Qarabağ”la “Qəbələ” var. Başqaları nədi? 8 komanda arasında çempionat keçirmək doğrudu? Suallar çoxdu.
- Bugünlərdə sevindirici bir xəbər də oldu. 2019-cu ildə Avropa Liqasının final oyununu Bakıya veridlər.
- Bu əladı, ölkəmizə verilən qiymətdi. Prezident İlham Əliyevin və onun xanımının qurduğu bazalar əsasında onu bizə həvalə ediblər. Çox sevindirici haldı. “Qarabağ” ÇL-in qrupuna vəsiqə qazanmasaydı, İcraiyyə Komitəsinin üzvlərinin hamısı ölkəmizə səs verərdi? Yox. Burda “Qarabağ”ın da böyük rolu var.
- Ancaq biz ÇL-in finalını gözləyirdik...
- Heç bir problem yoxdu. Bu addım-addım olan prosesdi. Hər şey mərhələli şəkildə olur, birdən-birə Çempionlar Liqasını bizə verməzlər.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı Dünən, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi Dünən, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” Dünən, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu Dünən, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı Dünən, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir Dünən, 16:26 “Sabah”dan darmadağın Dünən, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər Dünən, 14:50 Birinci divizionda ilk istefa Dünən, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı Dünən, 14:47 Abasov yetirmələrini təriflədi Dünən, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu Dünən, 14:42 “Araz” mübarizəni dayandırdı... Dünən, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı Dünən, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq Dünən, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi Dünən, 14:34 Antalyada ikiqat uğur Dünən, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” Dünən, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu Dünən, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı 15-10-2017, 12:36 Gürcü mütəxəssis Cavid Çələbiyevi fərqləndirdi 12-10-2017, 18:20 ABF-nin vitse-prezidentləri arasında fikir ayrılığı 12-10-2017, 18:19 Natalya Məmmədova Rusiyaya iddialı yollanıb 12-10-2017, 18:15 Nicat Muxtarov psixoloji müalicə alır 12-10-2017, 18:14 Rahidin himni oxumamasına sərt münasibət 12-10-2017, 18:13 “CBC Sport”un superliqa fiaskosu 12-10-2017, 18:12 “Qarabağ” rəsmisi Avropa Klublar Birliyinin işçi qrupuna seçildi 12-10-2017, 18:09 UEFA klubları sevindirdi 12-10-2017, 18:06 Divizionun kisəsindən 200 manat çıxdı 12-10-2017, 18:02 İK üzvləri Prosineçki ilə bağlı mövqeyini açıqladı 12-10-2017, 18:00 Prosineçki Bakıya gələn həftə gələcək 12-10-2017, 17:58 U-19 penaltilərlə yıxıldı 12-10-2017, 17:57 Siyasət Əsgərov U-17-nin şansının olduğunu düşünür 12-10-2017, 17:55 Millətlər Liqasında mənzərə aydınlaşdı 12-10-2017, 17:52 U-17-ni də kötəklədilər 12-10-2017, 17:50 BOS-da monitorlar üçün kabellər quraşdırılıb 12-10-2017, 17:47 Kubok mövsümünə start verildi 12-10-2017, 17:44 Veteranlar jurnalistlərə güzəşt etmədi 12-10-2017, 17:36 Yubileyə maliyyə problemləri ilə 12-10-2017, 17:35 Tərlan Əhmədovlu “Neftçi”nin avazı yaxşı gəlir 12-10-2017, 17:32 Rəşad məşqlərə başlayıb, Səlahət də qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar