23 sen 00:37manset

AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib

AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib
Klub agentliyi haqsız saydı, PFL işə əl qoydu
Məlum olduğu kimi, premyer-liqanın 5-ci turunun bütün oyunlarından sonra komandaların futbolçularından dopinq-test götürülüb. Bu haqda report.az saytına Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) baş direktoru Şəfəq Hüseynli məlumat verib. O bildirib ki, 8 komandanın ümumilikdə 16 oyunçusundan götürülmüş test nümunələri Almaniyanın Köln şəhərində yerləşən laboratoriyaya göndərilib. Şəfəq xanım sentyabrın 16-da keçirilən "Neftçi” – "Zirə” matçından (1:2) sonra qonaq komandanın məşqçilər heyətinin futbolçulardan test götürmək istəyən AMADA əməkdaşlarına müqavimət göstərməsinə də münasibət bildirib. Baş direktor həmin vaxt tərəflər arasında anlaşılmazlığın olduğunu söyləyib: "Əvvəlcə bir qədər müqavimət göstəriblər. Lakin sonra vəziyyəti anlayandan sonra sakitləşiblər. Qaydalara əsasən, seçilmiş idmançı hər bir yarışdan sonra bir saat ərzində dopinq-testə cəlb olunmalıdı. Bu səbəbdən "Zirə"nin oyunçusunun paltardəyişmə otağından aparılması qaydalar çərçivəsindədi”.
Əslində ötən saylarımızda həmin qarşılaşmada yaşananlara aydınlıq gətirmək üçün “Zirə”nin baş məşqçisi Ayxan Abbasovla danışmışdıq. Ancaq bəzi detallar maraq doğurur. Məgər klub bu haqda məlumatlandırılmır ki, arada narazılıq, mübahisə yaranır? Yaxud da AMADA əməkdaşının paltardəyişmə otağına girməsi nə dərəcədə düzgündü? Sualları aydınlaşdırmaq üçün həm “Zirə” tərəfinin, həm də təşkilatçı qurumun – PFL-in məsələyə münasibətini öyrənməyi lazım bildik. Qəsəbə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu bunları dedi: “Qaydalara əsasən, AMADA oyundan öncə heyətləri götürməlidi. Daha sonra püşk atırlar, kim çıxsa, o da dopinq-testə cəlb olunur. Anlaşılmazlıq onların oyun bitən kimi futbolçuları testə aparmamalarından yaranmışdı. Açıqlamda deyilir ki, “testdən yayınmaq üçün müqavimət göstərilib”. Ancaq belə bir şey olmayıb. Həmin an orda olan PFL-in rəsmisi də mübahisənin niyə yarandığını deyə bilər. Girib paltardəyişmə otağına, Ayxan müəllim də görüb ki, yad adam var. Soruşub kimdi, o da özünü təqdim edib. Baş məşqçi xahiş edib ki, otağı tərk etsin. Futbolda yazılmamış qanundu ki, heç bir komandanın paltardəyişmə otağına icazəsiz daxil olmaz olmaz. Hətta klub rəhbərliyi belə otağa daxil olanda baş məşqçidən icazə alır. Oyun bitəndən sonrakı 1 saat ərzində futbolçular dopinq-testə aparılmalıdı. Apar da, kim sənə nə deyir? Şəxsən özüm onlara kömək etmişəm. Oyuna yarımsaat qalmış gəlib heyətləri axtarırlar. Bizim imtina etməyimizlə bağlı deyilənlər əsassızdı. Bunu ordakı PFL nümayəndəsi də təsdiq edə bilər. Bizdən Təmkin Xəlilzadə ilə Riçard Qadzeni apardılar. Futbolçular püşklə müəyyənləşir və özüm də püşkdə iştirak etmişəm”.
PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevin fikirləri isə belə oldu: “Əslində orda ciddi bir problem olmayıb. Sadəcə, hər şey ilk dəfə reallaşanda nəsə çatışmazlıq baş verir. Bildiyiniz kimi, bu ildən çempionatımızda dopinq-test olacaq. Onun da proseduru var, oyundan öncə püşk atılır, adətən, hər komandanın iki futbolçusu testə aparılır. Həmin qarşılaşmada anlaşılmazlıq yaşanıb, AMADA-nın əməkdaşı “Zirə”nin paltardəyişmə otağına daxil olub. Onu tanımayıblar, bu üzdən elə bir durum yaranıb. Artıq AMADA tərəfi məlumatlandırılacaq ki, oyunlardan 2 saat öncə baş tutan iclaslarda onların da əməkdaşları iştirak etsin. AFFA nümayəndəsi onu tanımalıdı, təqdim etməlidi ki, belə vəziyyətlər yaranmasın”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu Bu gün, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı Bu gün, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq Bu gün, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür Bu gün, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq Bu gün, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub Bu gün, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb Bu gün, 00:47 Son anda fərqli qərar verilsəydi... Bu gün, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı Bu gün, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs Bu gün, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? Bu gün, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar