17 sen 15:27manset

Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq

Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq
“Futbolçular bir-birini qəbul etmir, legionerlər bir qrupa yığılıb, yerlilər başqa qrupa”
Dünən saat 17.00-da “Neftçi”nin yeni baş məşqçisi Tərlan Əhmədovla yeni transfer Rəşad Sadiqovun təqdimat mərasimi baş tutmalıydı. Əslində tutdu da. Sadəcə, təqdimat mərasimindən çox “Zirə”ylə oyundan əvvəlki mətbuat konfransını xatırladırdı. 10-dan artıq media mənsubunun iştirak etdiyi görüş bir saatı əhatə etməliydi. Lakin sonradan planda edilən dəyişikliyə görə komandanın məşqi 18.00-dan 17.30-a keçirildi. Belədə sual-cavab üçün cəmi yarımsaat vaxtımız qaldı. Adətən, təqdimat mərasimlərində klub rəhbərliyindən kimsə təmsil olunur. Təəssüf ki, kameralar önündə iki səbəbkarla yanaşı, Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Əfsərli əyləşmişdi. Komandanın meneceri Eldəniz Yusifov isə konfransı kənardan müşahidə edirdi. Əsas hissəyə keçid almamış Əfsərli Sadiqova “6 nömrə”ni təqdim etdi və ona yeni komandasında uğurlar arzuladı. Rəşad məşqə tələsdiyindən öncə sualları o cavabladı.
- “Zirə”dən ayrılandan sonra məşq edirdin?
- Fərdi məşq edirdim. Bəzən dəniz qırağında qaçırdım, bəzən də uşaqlarla yığışıb futbol oynayırdıq. Lakin bu, kollektiv çalışmaların yerini vermir. Çəki yığmaqla bağlı problem olmur deyə, işim rahatdı. Nə qədər məşq etməsəm də, çatışmazlıq özünü çox göstərmir. 3-5 gün çalışmaqla formaya düşə bilərəm. Bu gün 100 faiz olmasa da, 70 faiz hazıram. Baş məşqçi şans versə, can-başla komandaya kömək etməyə hazıram.
- Artıq neçə gündü kollektivlə birgəsən. Futbolçuların əsas problemi nədi? Nə çatmır?
- Müsahibəmdə də demişdim ki, ən böyük problem inamsızlıqdı. Ruh düşkünlüyü var ki, ilk növbədə bu aradan qaldırılmalıdı. Qələbə ruhu, özünəinam çox vacibdi. Komanda ruhsuzdusa, meydana çıxmasının mənası yoxdu. Onsuz da məğlub olacaq.
- “Neftçi”dən təklif gəlməsəydi, karyeranı bitirmək haqda düşünəcəkdin?
- Düzünü desəm, bəli, belə bir fikrim vardı. Tərlan müəllim dəvət etməsəydi, yəqin ki, karyeramı başa vuracaqdım.
- “Neftçi”də lider futbolçunun yoxluğu diqqəti çəkirdi. Bu yükün altına girmək çətin olmayacaq ki?
- Hər komandada lider futbolçu olmalıdı. Həm oyunu, həm də xarakteri ilə sözünü deməyi bacarmalıdı. Lider o oyunçudu ki, yerli və legioner futbolçuları bir yerə toplayıb ailə mühiti yarada bilsin. Bu gün “Neftçi”də buna ehtiyac var.
- Bütün komandalarda “6”nı geymisən. Bunun xüsusi anlamı var?
- Ciddi anlamı yoxdu. Sadəcə, 20 ilə yaxındı bu nömrə altında çıxış edirəm. Başqa nömrəyə keçmək çətindi.
- Yaydakı olaylardan sonra “Zirə”yə qarşı xüsusi motivasiya var?
- Motivasiya hər bir rəqibə qarşı var. Fərqi yoxdu, “Zirə”di, yaxud başqası. Ona qalsa, “Qəbələ” və “Qarabağ”da da oynayıb, sonradan ayrılmışam. Heç bir prinsipiallıq yoxdu. Bu dəqiqə yalnız 3 xal qazanmaq haqda düşünürəm.
- Avtomobilin cərimə meydançasına aparılmışdı. Sonradan ortaya belə xəbər çıxdı ki, guya hadisə “Zirə” rəhbərliyinin sifarişi əsasında baş verib.
- Bu haqda oxudum, amma belə ola biləcəyinə inanmadım, həyatı boyu da inanmaram. Həmin hadisədən sonra ofisə gedib qalan maaşımı və mükafatımı götürdüm. Avtomobilimi saxlatdıranlar, sizcə, pulumu verərdi? “Zirə” rəhbərliyi ilə münasibətim əladı, yaxşı insanlardı. Adi hal idi, saxlamışdılar, sonradan qaytardılar.
- Pul verdin?
- Danışsam, çox vaxt aparacaq. Ona görə də burda dayanaq (gülür).
Rəşad konfrans salonunu tərk edib məşqə tələsincə, suallar Tərlan Əhmədova yağdırıldı. Vəli Qasımov, Elxan Abdullayev, Əsgər Abdullayev kimi həmkarlarından fərqli, zarafatı xoşlayan, söhbət zamanı səmimi olmağa çalışan mütəxəssis bu dəfə də öz ampluasında idi. Odu ki, bəzən özü, bəzən də biz rəsmiyyəti kənara qoyurduq.
- Elxan Abdullayev nələr qoyub gedib ki, indi onları təmizləməlisiz?
- Futbolun yazılmamış qanunudu. Uğursuzluq olanda həmişə biz məşqçilər cavab verməli oluruq. Amma bütün səhvləri də Elxan Abdullayevin üstünə yıxmaq olmaz. Bəli, çatışmazlıqlar həddən artıq çoxdu... (sözünü kəsirəm)
- ... Sadalaya bilərsiz?
- İlk növbədə futbolçularda özünəinam yoxdu. Beşinci gündü burdayam, hər gün ancaq bunun üzərində çalışıram.Təkcə özlərinə yox, bir-birinə də inanmırlar. Hiss edirəm ki, futbolçular bir-birini qəbul etmir. Nə ilə bağlıdı? Yavaş-yavaş bunu araşdırırıq. Legionerlər bir qrupa yığılıb, yerlilər başqa qrupa. Atmosfer xoşuma gəlmirdi. Birdən-birə köklü dəyişiklik edə bilmərəm. Bunun üçün zaman lazımdı. Az vaxt ərzində mehribanlıq yolunda müəyyən addımlar atmışıq.
- Başqa hansı çatışmazlıqlar var? Məsələn, komanda fiziki cəhətdən hazırdı?
- Desəm ki, ciddi problem var, yalan olar. Belə deyim, komanda tam hazır deyil. Buna baxmayaraq, oyundan-oyuna indiki durumu yaxşılaşdırmaq olar.
- Baş məşqçi təyin olunanadan sonra Elxan Abdullayevlə telefon danışığınız olub? Ya da görüşmüsüz?
- Gələndən sonra bir-iki dəfə zəng etdim, amma telefonu bağlıydı. Ola bilsin, istirahət edirmiş, yaxud məşğul imiş. Son 2-3 gündə isə işlər həddən artıq çoxdu. “Zirə”ylə oyundan sonra yenə əlaqə saxlayacam. Həm halallıq alacam, həm də söhbət edəcəm. Telefonda danışmaq yox, görüşmək istərdim.
- Fiziki hazırlıq üzrə köməkçi-məşqçi Andrey Kolesnikovla çalışmaq istəmədiyiniz deyilir. Buna səbəb isə AZAL-da birgə çalışdığınız vaxtda köməkçinizin sizi yarıyolda qoyub “Neftçi”yə keçməsidi.
- Kolesnikovla yollarımızı ayıracağıq. Lakin bu, AZAL-da məni atıb getməsi ilə bağlı deyil. Mən kin saxlayan insan deyiləm. O vaxt deyirdilər ki, guya Railin “Neftçi”dən uzaqlaşdırılmasına mən səbəbkar olmuşam. Lakin sonradan Raili AZAL-a yanıma gətirdim. İşdə hər cür söhbət olur, normaldı. Qız qalası, Şirvanşahlar sarayı Bakının tarixi olduğu kimi, “Neftçi” də Azərbaycan futbolunun tarixidi. Bura gəlib-gedənlər dahi futbolçular olub, əvvəlki illərdə ilklər bu klubun adıyla bağlı olub. Kolesnikovun böyük təcrübəsi yoxdu. Bir müddət “İnter”də işləyib, sonra “Şaxtyor”un uşaq futbolunda çalışıb. Sonuncu iş yeri də AZAL olmuşdu. Bu gün “Neftçi”də fiziki problem varsa, deməli, daha savadlı və səviyyəli mütəxəssis cəlb olunmalıdı. “Neftçi”nin başqa problemi ola bilər, amma fiziki cəhətdən əsla. Ona görə də məşqçi dəyişikliyi olacaq. Kimi dəvət edəcəyimizi indidən deyə bilmərəm. Bəzi mütəxəssislərlə danışıqlar gedir, aralarında yığmada çalışmış da var, vaxtilə komandası Avroliqanın qrup mərhələsində iştirak etmiş də. Büdcəmizə uyğun addım atacağıq.
- AZAL-dakı maliyyə durumu ilə “Neftçi”dəki imkan arasında fərq var?
- Fərq yerlə göy arasındakı qədərdi. AZAL-da birinci il hər şey yaxşı idi. Sonradan ortaya çətinliklər çıxdı. “Parma” kimi klub imkansızlıq üzündən dağılırsa, əvəzində AZAL ayaq üstə durmağı bacarırdısa, deməli, büdcə birinci növbədə deyil. Bu gün məni “Neftçi”də büdcə maraqlandırmır. Mənim tələbim tam başqadı. Nə qədər qardaşlıq mühiti yaratsam da, bir o qədər sərt üzüm var. İlk növbədə nizam-intizam tərəfdarıyam. İşdə məsuliyyətsizliyi bağışlamıram. Tələblərim zamanı insafsızam. Futbolçu müqavilə bağlayıb yükün altına girirsə, buna görə cavab verməlidi.
- Bir ara adınız U-21-lə yanaşı hallanırdı. AFFA rəhbərliyi ilə danışığınız olmuşdu?
- Xeyr, o barədə heç bir danışıq olmamışdı. Yalnız mətbuatdan oxuyurdum.
- Futbol oynadığınız vaxtlarda mərkəz müdafiəçisi olmusuz. Bu gün “Neftçi”dəki mərkəz müdafiəçilərinin bacarığı sizi qane edir?
- Məğlubiyyətlərə görə təkcə müdafiəçiləri günahlandırmaq olmaz. Yenilgi varsa, bütün komandanın, həmçinin baş məşqçinin ayağına yazılmalıdı. Müdafiə hücumdan başlayır. Komanda qol vura bilmirsə, hücumçular, qol buraxırsa, müdafiəçilər günahkardı. Vəziyyətin bu həddə çatmasında hər bir futbolçunun günahı var. Bu neçə gündə əvvəlki 4 oyunun videoyazısını izləmişəm. Hiss edirəm ki, futbolçular komanda halında birləşə bilmir, xətlətarası əlaqə yox dərəcəsindədi. Dediyim kimi, təkcə mərkəz müdafiəçilərini qınamaq istəmirəm. Problemlərimiz ümumidi. Rəşadı da buna görə komandaya dəvət etdim. Yarımmüdafiə ilə müdafiə arasındakı boşluq aradan qaldırılmalıdı.
- Vaqif Cavadovla Ruslan Əmircanovu ötən mövsüm AZAL-a dəvət etmişdiz. Üstəlik, Rail Məlikov var. Qış fasiləsində bu futbolçulardan hansısa birini “Neftçi”yə dəvət etmək fikriniz var?
- Bu dəqiqə gələcək haqda düşünmürəm. Bütün fikrimi qarşıdakı 10 oyuna yönəltmişəm. Dekabra qədər xal ehtiyatımızı zənginləşdirməliyik. Ruslan və Vaqif haqda mənə deyilib. Lakin transferlərə ayrılan büdcə artıq doldurulub. Ona görə də indinin işi deyil.
- Bu durumda Vaqif “Neftçi”də pulsuz oynamağa da razılaşar. Onsuz da klubsuzdu.
- “Neftçi” peşəkar klubdu və qarşısında hədəf var. İstəmərəm ki, kimsə gəlib burda havayı oynasın. AZAL-da bu addımı atmağa məcbur idik. Bilirdim ki, komanda son günlərini yaşayır. Məcburiyyətdən bəzi futbolçuların pulsuz oynamasına razılıq verdim. Qışda legionerləri dəvət etsək belə, onlar vaxtilə Azərbaycanda oynamışlar olmayacaq. Yerli gənclərlə bağlı çatışmazlıq var. Ona görə də akademiyaya göz dikmişəm. Bəzi oyunçuları gözaltı etmişəm.
- Emin Mahmudovla bağlı nə xəbər var?
- Emin millinin üzvüdü, Rusiyada, Portuqaliyada legioner həyatı yaşayıb. Futbolsuz qalmasını istəmirik. Onu klub rəhbərliyinə təklif edəndə, şəxsi fikrimi bildirdim ki, “Neftçi”yə kömək etməsi yaxşı olar. Yaxın günlərdə məsələ öz həllini tapmalıdı. Yalnız son 15 gündə fərdi məşq edib. Fiziki durumu qaydasında deyil.
- Rəhbərlik qarşınıza hansı hədəfi qoyub?
- İlk növbədə qışa qədər xal ehtiyatımızı artırmalıyıq. İstəyimizə çata bilsək, çox güman, yanvarda heyətə bəzi oyunçular cəlb olunacaq. Müqavilə müddəti bitən oyunçularla danışıq aparılacaq. Əvvəlki “Neftçi” səviyyəsində futbolçular dəvət etməyə çalışacağıq. Rəhbərlik sağ olsun, hər cür səlahiyyət verib, işimə qarışan yoxdu. Gördüyünüz kimi, hansısa qlobal dəyişikliklərə əl atmadım. Bu gün həllini tapmalı olan vacib məsələ fiziki hazırlıq üzrə məşqçinin cəlb olunmasıdı.
- “Neftçi”nin problemləri ilə bağlı hər dəfə Böyükağa Hacıyevdən nəsə soruşanda “o komandanın uğur resepti məndədi” deyir. Gələndən sonra Hacıyevə zəng vurmusuz? Ya da zəng vurub sizi təbrik edib?
- Allah Böyükağa müəllimə şəfa versin. Yox, heç bir danışığımız olmayıb.
- “Zirə”ylə oyunun start heyətində neçə dəyişiklik olacaq?
- Ola bilsin, üç-dörd dəyişiklik etdim. Ad çəkməyəcəm, amma müəyyən yeniliklər olacaq. Bir onu deyə bilərəm ki, Rəşadı “11-lik”də görəcəksiz.
- Karyerasını bitirmək haqda düşünən futbolçuya start heyətində yer vermək nə dərəcədə düzgündü?
- Rəşad bir il futbolsuz qalsaydı, siz deyən olardı. Amma bu adam cəmi ayyarımdı futbol oynamır. Yayda avrokuboklarda çıxış etdi, ondan sonra da fərdi məşq edib. “Qarabağ”da Rəşad Sadıqov zədəli halda olsa belə, meydana çıxır, oynayır. Çünki onun meydanda olması böyük üstünlükdü. Sadiqov sabah 70 dəqiqə də oynaya bilsə, bizim üçün üstünlükdü. Komandanı toparlamaq üçün mənə lider lazımdı.
- Bu təqdimat mərasimidi, yoxsa mətbuat konfransı?
- Hər ikisi (gülür).
- Təqdimat mərasimidisə, rəhbər şəxslərdən kimisə yanınızda görmək istərdik.
- (Rüstəm Əfsərli müdaxilə edir) Rəhbərlikdən Eldəniz Yusifov burdadı, suallarınız varsa, bizə yaxınlaşıb cavablaya bilər.
- Öncəki iki premyer-liqa mövsümündə “Neftçi”nin “Zirə”ni məğlub edə bilməməsindən xəbəriniz var?
- Bu haqda məlumatlıyam. Bu dəfə necə olacaq, sabah görəcəyik. Gələn kimi böyük iddialardan danışmağım düzgün olmaz. Sabah əvvəlki turlardan fərqli, daha istəkli və qələbəyə oynayan komanda görəcəksiz. Məqsədimiz 3 xal qazanmaq olacaq.
- Gələndən sonra hansısa cəza sistemi hazırlamısız?
- Bəli. İntizam məcəlləsi hazırlamışıq. Futbolçuların addımından tutmuş uğursuzluğa qədər. Futbolçu işinə məsuliyyətsiz yanaşırsa, cəzalanmalıdı.
- Məşqçilərə də aiddi?
- Bütün kollektivə.
- Artıq məşqə 5 dəqiqə yubanırsız. Sizin cəzanız nədən ibarət olacaq?
- Mənə cəzanı futbolçular verəcək. Sizə hörmətsizlik olmasın deyə, yubandım.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu Bu gün, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı Bu gün, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq Bu gün, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür Bu gün, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq Bu gün, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub Bu gün, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb Bu gün, 00:47 Son anda fərqli qərar verilsəydi... Bu gün, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı Bu gün, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs Bu gün, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? Bu gün, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar