14 sen 17:25manset

“Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb

“Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb
Srağagün “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində debüt etdi. Son illərin dəyişməz çempionu “Stemford Bric”də “Çelsi” ilə üz-üzə gəldi və 0:6 hesabıyla uduzdu. “Köhlən atlar”ın yenilgisini gözləmək olardı. Çünki tarixində ilk dəfə qatılığın turnirdə “Çelsi” kimi rəqibə qarşı oynamaq çox çətindi. Lakin heç kim bu cür hesabı gözləmirdi desək, yanılmarıq. Gözləyənlər belə “Qarabağ”ın 6 cavabsız qol buraxmasını istəmirdi. 41150 azarkeşin izlədiyi qarşılaşmada, təbii ki, “Qarabağ” tərəfdarları da iştirak edib. Oyundan öncə xəbər verdiyimiz kimi, “İmarət Avropa” və “Milli Dəstə” Londondakı qarşılaşmanı izləməyə getmişdi. Bundan başqa, İngiltərədə və Avropanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız da “Qarabağ”a stadiondan dəstək verib. Bəs oyun azarkeşlərin gözündə necə keçib? Həmyerlilərimiz oyundan, arenadakı şəraitdən razı qalıbmı?
Sualları “Milli Dəstə”nin rəhbəri Şamil Mustafayev cavabladı: “Bizim azarkeş qrupundan 30-dan çox üzv “Stemford Bric”də olub. O cümlədən “İmarət Avropa”dan 2, “İmarət”dən də 6 nəfər stadionda olub. Yəni ürəkdən komandanı dəstəkləyənlərin sayı 40 nəfərə yaxın olub. 400 nəfərlik sektorun digər hissəsində isə Avropada yaşayan sıravi həmyerlilərimiz idi. Sağ olsunlar, sektoru tam doldurmuşdular. “İmarət” bir banner gətirmişdi. Lakin onlar əvvəlcədən icazə almamışdılar. Bu üzdən banneri açmağa icazə vermədilər. Yalnız Azərbaycan bayraqlarını və şərfləri buraxmışdılar. Oyundan öncə də açıqlamamda dediyim kimi, biletin üstündə “ayaqüstə dayanmaq olmaz” yazılmışdı. Bununla bağlı “Qarabağ”a müraciət etsək də, cavab almamışdıq. Buna baxmayaraq, üzvlərimiz ayaqüstə dayanmağa cəhd edib. Lakin mühafizəçilər buna imkan verməyib. Hətta aralarında kiçik mübahisə də yaşanıb. Onların edə biləcəyi yeganə şey şüarlar səsləndirmək oldu. “Qarabağ bizimdi, bizim olacaq”, “Bir daha, bir daha” və başqa şüarlar səsləndirdilər. Ayaqüstə dayanmadan tam azarkeşlik etmək olmur. İnanırıq ki, Madrid və Romadakı oyunlarda bu problemlərlə üzləşməyəcəyik. Öncədən bunlarla bağlı “Qarabağ”a xəbər edəcəyik ki, bizim üçün icazə alınsın. Artıq “Atletiko” və “Roma” ilə oyunlar üçün biletləri almağa başlamışıq. “Milli Dəstə” olaraq hazırlığımız Almaniya – Azərbaycan oyunu üçün gedir. Orda böyük xoreoqrafiya açmaq niyyətindəyik. Hazırda bizim üçün önəmli oyun budu”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar