10 sen 13:25manset

Abdulbari Gözəl “Qarabağ”a baş çəkdi

Abdulbari Gözəl “Qarabağ”a baş çəkdi
Klub “vauçer” qaydası tətbiq etdi
Sentyabrın 12-də "Stemford Bric"də “Çelsi” ilə ÇL-də debüt oyununa çıxacaq "Qarabağ"ın İngiltərəyə səfər proqramı dəqiqləşib. Ağdamlılar Londona oyundan iki gün əvvəl - sentyabrın 10-da yollanacaq. Komanda bazar günü saat 17.00-da səfərə çıxacaq. İngiltərə paytaxtına çarter reysi ilə yollanacaq “Qarabağ”ın əsas komandasına U-19 da yoldaş olacaq. Rəşad Sadıqovun komandasının UEFA Gənclər Liqasında debütü sentyabrın 12-də Londonda "Çelsi"dəki həmyaşıdlarına qarşı olacaq. Ancaq həmin matç günorta saatlarında - Bakı vaxtı ilə saat 14.05-də başlayacaq. Əsas komandalar isə saat 22.45-də qarşılaşacaq. Komandanın oyundan bir gün öncəki son məşqini "zadəganlar"ın stadionunda keçirməsi nəzərdə tutulub.
Gözəldən anlamlı jest: prezident bazaya gəldi
Tarixi oyuna 4 gün qalmış “Qarabağ” camiəsi tam səfərbər olunub. Dünən klubun bazasında görüş olub. “Qarabağ”ın prezidenti Abdulbari Gözəl futbolçu, məşqçi və idarə heyətinin üzvlərini bir araya toplayıb. Klub prezidenti komandanı Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik etməklə yanaşı, qitəmiqyaslı yarışın növbəti oyunlarında futbolçulara uğurlar arzulayıb.
Elyunussi düşərgəyə qoşuldu və keçidindən danışdı
Dünən həmçinin “Qarabağ”ın yeni transferi Tarik Elyunussi Azərbaycana gələrək, komandaya qoşulub. Norveçli Ağdam təmsilsiçinə keçidi haqda fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib: “Azərbaycanın ən güclü komandasına gəldiyim üçün xoşbəxtəm. Bu komandadan təklif gələndə təəccüblənmədim. Hətta “Qarabağ” “Rusenborq”u məğlub etdiyi vaxtdan yadımda qalmışdı. “Qarabağ”ın gücü bəllidi, bu mövsüm Azərbaycan futbol tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparacaq. Güclü qrupda yer almışıq. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, “Qarabağ”ı layiqincə təmsil edək. Buna inanıram. Komandanın son günlərdə hücumameyilli futbolçular transfer etdiyini bilirəm. Bu rəqabət ancaq komandanın xeyrinə olacaq, keyfiyyətin artmasına kömək edəcək. Mən də “Qarabağ”ın uğur qazanmasını üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”.
Biletlər satışdadı: “vauçer” qaydası tətbiq olunur
Paralel olaraq, “Qarabağ” ÇL-də ilk ev oyununun da hazırlıqlarını görür. Hələ bir neçə gün əvvəl klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov qəzetimizə açıqlamasında sentyabrın 27-də Olimpiya stadionunda "Roma” ilə baş tutacaq oyunun biletlərinin ayın 7-də satışa çıxarılacağını, onlayn sistemin tətbiq olunacağını, bunun üçün “iTicket” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladıqlarını anons etmişdi. Prosesə dünən saat 17.00-da start verildi. Ancaq klub bu dəfə “feysbuk” səhifəsi vasitəsilə yaydığı xəbərdə bilet satışının təkcə onlayn həyata keçirilmədiyini, azarkeşlərin göstərilən ünvanlardakı kassalara yaxınlaşmaqla da istəyini reallaşdıra biləcəyini açıqladı. Əslində isə söhbət nominaldan getmir. Yəni indiki məqamda ələ bilet kağızı verilmir. Gəlin Nurlan İbrahimovu dinləyək: “Bilirsiz necədi? Hazırda qeyd olunan məntəqələrdə vauçer satılır. Onu sonra biletə çevirmək mümkün olacaq. Yəni kassalarda və ya “Asan Xidmət”də bilet yoxdu. Azarkeşlərə vauçer təqdim olunacaq, daha sonra o biletə çevriləcək. Yəni bu həm elektron qayda sayılır, həm də əvvəlki qaydaya uyğun satış forması hesab olunur”.
Beləliklə, biletlər “iTicket” saytı vasitəsilə onlayn, eləcə də Bakı və Sumqayıtda ümumilikdə 18 məntəqədə satışa çıxarılıb. Hər kəs şəxsiyyət vəsiqəsini təqdim etməklə vauçer ala bilər. Onun üzərində şəxsin ad və soyadı yazılacaq. Bu, "qara bazar"ın qarşısını almaq və azarkeşlərin rahat şəkildə stadiona gəlmələri üçündü. Bir şəxs bir neçə şəxsiyyət vəsiqəsi təqdim etməklə və həmin sənəddəki bilgilər qeyd olunduqdan sonra onların sayı qədər vauçer ala bilər. Yaxud da internetə daxil olaraq, onlayn bilet almaq mümkündü. Beləliklə, həm də saxta biletlərə qarşı tədbir düşünülüb. Barkod sistemi olacaq və bir biletlə yalnız bir adam içəri keçə biləcək. Sistem saxta biletləri oxumayacaq.
Biletləri “iTicket.az” saytından başqa, Asan Xidmət Mərkəzləri, Heydər Əliyev Sarayının kassası, 28 Mall, Gənclik Mall, Park Bulvar (Qarabağ FK Fanshop), M.Rəsulzadə, 3 (“Azərbaycan” kinoteatrının yaxınlığı), Bül-Bül prospekti, Nizami küçəsi (“Nizami” kinoteatrının yaxınlığı), Üzeyir Hacıbəyov küçəsi, 69x (Hökumət evinin arxası) ünvanlarından əldə etmək mümkündü.
Biletlərin qiymətlərinə gəlincə, sektorlara uyğun olaraq, biletlər 4 kateqoriyaya və VİP yerlərə bölünüb:
VIP - 50 manat
1-ci kateqoriya - 20 manat
2-ci kateqoriya - 10 manat
3-cü kateqoriya - 5 manat
4-cü kateqoriya - 2 manat
Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si, saat 20.00-da başlayacaq.
“Çelsi” azarkeşlərinə paket təklif etdi
Bu arada “Çelsi” rəhbərliyi Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la Bakıdakı oyun üçün azarkeşlərinə güzəşt etmək qərarına gəlib. London klubunun rəsmi saytı tərəfdarlarına paket təklif edib. Bakıya gəlmək istəyən fanatlar üçün güzəştli paketlər hazırlanıb. Yolun uzunluğunu və xərcləri nəzərə alan “zadəganlar” abunəçilərin xərc yükünü azaldacaq. Bakıya səyahət paketlərinin qiyməti minimuma endirilib. Belə ki, səyahət, gəzinti, həmçinin bir gecə 4 ulduzlu oteldə qalmağın da daxil olduğu paket bir nəfər üçün 359 funt sterlinqdən (796 manat) başlayır. Qarşılaşmanın bilet qiyməti hələlik müəyyənləşmədiyindən, bu məbləğ sonradan əlavə olunacaq. İstənilən halda, bir gecə Bakıda qalmaq ingilislərə 820 manatdan ucuz başa gələcək.
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” matçı noyabrın 22-də Olimpiya stadionunda keçiriləcək.
İlk dövrənin təqvimi açıqlandı
Bu arada UEFA Gənclər Liqasının qrup mərhələsinin 1-ci dövrəsinin təqvimini açıqlayıb. C qrupunda mübarizə aparan “Qarabağ”ın U-19 komandasının “Çelsi”, “Roma” və “Atıletiko” ilə görüşlərinin vaxtı və yeri dəqiqləşib. Təmsilçimizin İngiltərədəki səfər oyunu saat 14.05-də, ilk iki ev qarşılaşması isə 12.00-da başlayacaq. Rəqiblərini “Azərsun Arena”da qəbul edəcək ağdamlıların meydançası rəsmən “Qarabağ” stadionu kimi tanınacaq. Çünki UEFA reklam tipli, sponsor adlarından istifadəni qəbul etmir.
Gənclər Liqası, Çempionlar Liqası yolu
Qrup mərhələsi, C qrupu
1-ci tur
12 sentyabr
Çelsi – Qarabağ
Surrey. “Çelsi” Futbol Klubunun Təlim-Məşq Bazası. Saat 14.05
2-ci tur
27 sentyabr
Qarabağ – Roma
Bakı. “Qarabağ” stadionu. Saat 12.00
3-cü tur
18 oktyabr
Qarabağ – Atletiko
Bakı. “Qarabağ” stadionu. Saat 12.00
Yeri gəlmişkən, UEFA U-19 komandasının baş məşqçi vəzifəsi ilə bağlı yanlışlığı aradan qaldırıb. Bu, Ağdam klubunun quruma müraciəti əsasında baş verib. Saytda baş məşqçi qismində Rəşad Sadıqovun əvəzinə Aftandil Hacıyevin adı göstərilsə də, artıq düzəliş olunub. Ötən mövsüm Azərbaycan çempionu olan "Qarabağ”ın U-19 komandası qitəmiqyaslı oyunlara Rəşadın rəhbərliyi altında çıxacaq.
Onu da qeyd edək ki, U-19-un “Çelsi” ilə oyununa ölkəmizdə baxmaq mümkün olmayacaq. Hər halda, UEFA-nın rəsmi saytında qurumun “youtub” kanalındakı bölməsində (UEFA.TV) yayınlanacaq matçların siyahısı təqdim olunub və orda “Qarabağ”ın adı yoxdu. Təşkilatçılar əsasən qrup liderlərinin görüşlərini yayınlamağı məqsədəuyğun sayıb.
1-ci tur
Çərşənbə axşamı
Barselona – Yuventus (saat 18.00)
Seltik – PSJ (saat 20.00)
Çərşənbə
Tottenhem – Borussiya D (saat 18.00)
Liverpul – Sevilya (18.00)
2-ci tur
Çərşənbə axşamı
Napoli – Feyenoord (saat 16.00)
Borussiya D – Real (saat 18.00)
Çərşənbə
Atletiko – Çelsi (saat 16.00)
PSJ – Bavariya (saat 18.00)
3-cü tur
Çərşənbə axşamı
Monako – Beşiktaş (saat 18.00)
Real – Tottenhem (saat 20.00)
Çərşənbə
Çelsi - Roma (saat 16.00)
Bavariya – Seltik (saat 18.00)
4-cü tur
Çərşənbə axşamı
PSJ – Anderlext (saat 16.00)
Seltik – Bavariya (saat 20.00)
Çərşənbə
Napoli – MS (saat 16.00)
Tottenhem – Real (saat 18.00)
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar