06 sen 13:37manset

Ruslanın ilk “11-lik”də yer almaması qardaşını özündən çıxardı

Ruslanın ilk “11-lik”də yer almaması qardaşını özündən çıxardı
“Emosiyalı olmuşam, oldu-keçdi”
Ruslan Abışov birvaxtlar ölkənin ən perspektivli futbolçularından sayılırdı. “Neftçi”nin yetirməsi olan müdafiəçinin karyerasında eniş 2012-ci ildən başladı. Bəli, böyük pullar qarşılığında “ağ-qaralar”ın barışmaz rəqibi, artıq fəaliyyət göstərməyən “Xəzər Lənkəran”a keçəndən sonra. Daha sonra onun “Rubin”, “Qəbələ” və “İnter” karyerası da uğursuz oldu. Ardından bu ilin əvvəlində Abışov yenidən “Neftçi”yə döndü. Özü də böyük ümidlərlə. Lakin o, əvvəlki oyununu nümayiş etdirə bilmir. Bütün bunlara baxmayaraq, Ruslan 2009-cu ildən şərəfini qoruduğu milliyə yenə çağırılır. Bunda yığmanın məşqçilər korpusunu qınamaq doğru olmaz. Çünki Ruslan ən azı böyük təcrübə sahibidi. Amma Abışov yığmada şans qazana bilmir. Futbolçu sonuncu dəfə rəsmi oyunda yığmanın formasını 2015-ci il oktyabrın 13-də geyib. Bəli, ötən il Fransada baş tutan AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Bolqarıstanla oyunda futbolçu 90 dəqiqə meydanda olub. Görüş rəqibin 2:0 hesablı qələbəsilə başa çatıb.
Sentyarın 1-də yığma DÇ-2018-in seçmə mərhələsində səfərdə Norveçlə üz-üzə gəldi. Yığmanın zəif oyun göstərərək 0:2 hesabı ilə uduzduğu qarşılaşmada Abışov meydana çıxmadı. Dünən isə millimiz evdə San Marino ilə münasibətləri aydınlaşdırdı. Skandinaviyalılarla görüşə görə tənqid olunan Prosineçki heyətdə 8 dəyişiklik etmişdi. Oyunöncəsi açıqlanan start heyətində çox adam Abışovun da adının olacağını gözləyirdi. Lakin bu, baş vermədi.
Bu məqam Ruslanı və onun ətrafını çox əsəbləşdirib. Meneceri olan qardaşı Sərxan İbrahimoğlu isə emosiyalarını cilovlaya bilməyib və “feysbuk” hesabında maraqlı paylaşım edib. O, qardaşının fotosunu paylaşaraq, belə yazıb: “İnsafən, indiyə kimi hər şey qaydasında idi. Lakin bu gün sənin haqqını yüngülvari yedi(lər), qardaş. Əslində kiminsə haqqını yeyən özü də bilmədən onun *** yeyir”.
Sərxan İbrahimoğlunun yazısındakı ulduzların yerinə nə istəsəz, qoya bilərsiz. Bizə isə onun öz fikri maraqlıdı. Görəsən, bu sözlər kimə ünvanlanıb? Sərxan bəyin cavabı belə oldu: “Bu anidən oldu. Nəsə danışmaq istəmirəm. Heyət açıqlananda bir az əsəbiydim. Gözləyirdim Ruslan həmin oyunda meydana çıxacaq. Bu gün (dünən) də oynamırsa, daha heç nə. Emosiyalı olmuşam, oldu-keçdi”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar