08 yan 13:31manset

Ziya Məmmədovun oğlu "Bakı"nın bazasını ələ keçirmək istəyir

Ziya Məmmədovun oğlu "Bakı"nın bazasını ələ keçirmək istəyir
Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov dekabrın son günlərində Gənclər və İdman Nazirliyinin 2016-cı ilin yekunlarına həsr olunmuş tədbirində iştirak edib və başçılıq etdiyi federasiyanın işləriylə bağlı açıqlama verməklə yanaşı, birvaxtlar fəxri prezidenti olduğu “Bakı” haqda da fikirlərini bölüşüb: “Hafiz müəllimin üzləşdiyi xoşagəlməz hadisələr klubu bir qədər zəiflədib. Amma yəqin ki, Məmmədov gələcəkdə klubun inkişafı üçün səylərini əsirgəməyəcək, vəziyyət düzələcək”.
Əslində futbol ictimaiyyətinə bəllidi ki, "Bakı"nın ildən-ilə geriləməsi, fəaliyyətini dayandırmaq həddinə çatması Anar və Hafiz Məmmədovlar arasında baş qaldıran problemin dərinləşməsinin nəticəsidi. Bu haqda çox şey yazmaq, müəyyən mətləblərə baş vurmaq olar. Ancaq nə mənası?! Heç nə dəyişməyəcək. Tərəflərin münasibətləri düşmənçilik həddinə çatmasa da, hər halda, sonradan düzəlməyəcək səviyyədə pozulub. Hərə bu çəkişmədən öz yükünü götürüb və bir tərəfə çəkilib.
Hafiz bəy vaxtilə dostluq etdiyi nəqliyyat naziri Ziya Məmmədovun oğlu haqda indiyədək mediada bircə kəlmə də olsa, mənfi fikir səsləndirməyib. Əksinə, istər o, istərsə də atası haqda daim yaxşı danışıb. Anar bəyin özü də son açıqlamasında sabiq şəriki haqda diqqətı çəkən ifadə işlətməyib. Ancaq heç kimə sirr deyil ki, tərəflər arasında münasibətlər istənilən səviyyədə deyil. Hazırda "Bakı"nın Biləcəridə yerləşən bazasının başı üzərində qara buludlar dolaşır. Anar bəy kluba məxsus kompleksin bir hissəsini (ümumi sahəsi 2400 kvadrat metrdi) 2012-ci ilin aprelində prezidenti olduğu Qolf Federasiyanın balansına keçirmiş, 2013-ün oktyabrında isə təhvil almışdı. İndi baza SOCAR-ın nəzarətindədi. Qolf Federasiyasına aid bütün avadanlıqlar yaxınlarda burdan daşınıb. Ziya bəyin oğlunun adı çəkilən məkanı SOCAR-a təhvil verməsinin səbəblərinə gəlincə… Əldə etdiyimiz bilgiyə görə, "Bank of Azerbaijan"la bağlı araşdırmanın nəticəsində belə razılığa gəlinib. Anar bəy 2011-ci ilədək bankın Müşahidə Şurasının sədri olub və deyilənə görə, bankın nüfuzunu artırmaq üçün SOCAR-dan bir neçə milyon manat borc götürüb. Sonradan isə həmin məbləğ qaytarılmayıb və bunun da nəticəsi kimi SOCAR əraziyə yiyələnib.
(yazı tam halda qəzetin çap variantında)
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Bu gün, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Bu gün, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Bu gün, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Bu gün, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Bu gün, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Bu gün, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Bu gün, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Bu gün, 18:55 Yarım mövsümün rəqəmli tablosu Bu gün, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Bu gün, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Bu gün, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Bu gün, 18:49 Məkan və saat dəqiqləşdi Bu gün, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Bu gün, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Bu gün, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Bu gün, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Bu gün, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Bu gün, 18:37 "Keşlə"də daha bir ukraynalı Bu gün, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi Dünən, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü Dünən, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı Dünən, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi Dünən, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək Dünən, 18:48 Seqoviya haqq yoluna gəlir Dünən, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu Dünən, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” Dünən, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub Dünən, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı Dünən, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb Dünən, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı Dünən, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib Dünən, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! Dünən, 18:21 Vitali Borisov məşqlərə qoşuldu Dünən, 18:19 Liderlər sürprizə imkan vermədi Dünən, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular Dünən, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə Dünən, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi Dünən, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi Dünən, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu 16-01-2018, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi 16-01-2018, 15:08 Araz 89 dəqiqə oynasa da... 16-01-2018, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir 16-01-2018, 15:04 Fasiləyə iki liderlə 16-01-2018, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bütün xəbərlər
Ən çox oxunanlar