04 sen 18:28manset

“Futbol+” hamının axtardığı Elvin Səfərlini Türkiyədə tapdı

“Futbol+” hamının axtardığı Elvin Səfərlini Türkiyədə tapdı
“Şəmkir”in prezidenti klubun çöküşündə Elxan Məmmədovu süçladı
Futbol ictimaiyyəti onu ötən ilin avqustunda tanıdı. Çempionatın startına sayılı günlər qalmış heç kimin gözləmədiyi halda “Şəmkir”ə yeni sponsor sahib çıxdı, klubun prezidenti postuna isə Elvin Səfərli gətirildi. Yeni prezident ilk gündən iddialı açıqlamalar verir, əsas hədəflərinin elitaya yüksəlmək olduğunu söyləyirdi. Mövsümün sonunda isə iddialı başqan Azərbaycanı tərk edərək Türkiyəyə üz tutdu. Deyilənə görə, onu buna vadar edən səbəblər olub.
Elvin bəylə çoxdan danışmaq istəyirdik. Lakin koordinatlarını bilmədiyimizdən əlaqə yaratmaq mümkün olmurdu. Nəhayət, dünən istəyimizə çatdıq. Hazırda İstanbulda olduğunu bildirən Elvin bəy ona yönələn ittihamlarla razılaşmadığını, şəxsi işləri ilə bağlı qardaş ölkəyə səfər etdiyi bildirdi.
- Artıq 5 aya yaxındı Türkiyədə yaşayırsız. Söylənilənlərə inansaq, külli miqdarda borcunuzun olması səbəbindən Azərbaycandan qaçmısız.
- Əvvəlcə onu bildirim ki, Türkiyəyə qısamüddətli işgüzar səfərə gəlmişdim. Lakin sonradan elə alındı ki, həmin məsələlərin həlli bir qədər yubandı və bu üzdən hələ də İstanbuldayam. Kim deyir ki, mən Azərbaycandan qaçmışam? Arada imkan tapan kimi vətənə baş çəkirəm. Bütün bu söz-söhbətlərin hardan qaynaqlandığını başa düşə bilmirəm. Belə çıxır ki, kimsə hansısa səbəbdən ölkə xaricinə yollanırsa, həmin adama “qaçaq” damğası vurulmalıdı?!
- Ötən yay “Şəmkir”in prezidenti postuna təyin olunanda “bu komanda premyer-liqada oynayacaq, gələcəklə bağlı böyük planlarımız var” söyləmişdiz. Ancaq bu gün komanda nəinki elitadadı, heç birinci dəstədə də çıxış etməyəcək. İkiqat ölkə çempionu fəaliyyətini dayandırdı. “Şəmkir”in dağılmasında özünüzü günahkar bilirsiz?
- Mənim və ya sponsorun komandanın dağılmasında heç bir günahı yoxdu. Bizi məcbur etdilər ki, futboldan uzaqlaşaq. Birinci divizonda boş yerə vəsait xərcləməyin mənası yoxdu. Bir çempionat ki, formallıq xatirinə, UEFA-dan AFFA-ya söz gəlməsin deyə keçirilir, orda çıxış etməyin nə mənası var? Elitaya yüksəlmək üçün nə idman prinsiplərinə riayət olunur, nə ədalət gözlənilir, nə də pul xərcləyən iş adamına hörmət qoyulur. Azərbaycanda hər şey Elxan Məmmədovun iradəsindən asılıdı. Yenidən aşağı dəstədə çıxış edən komandaya sponsorluq etməyi mənasız saydıq. Məqsədimizi, hədəfimizi ötən ilin payızında açıqlamışdıq. Bununla bağlı rayon rəhbərliyinə, Şəmkir ictimaiyyətinə söz vermişdik ki, komanda növbəti mövsüm elitada mübarizə aparacaq. Bunun üçün ilk gündən böyük həvəslə işə başladıq. Elita təcrübəsi olan bir neçə tanınmış futbolçunu düşərgəyə dəvət etdik, böyük pullar xərclədik, premyer-liqanın bəzi klubları qışda təlim-məşq toplanışı üçün Türkiyəyə yollana bilmədiyi halda, aşağı dəstədə çıxış etməsinə baxmayaraq, “Şəmkir” Antalyada ikihəftəlik hazırlıq keçdi. Mövsümün sonunda başa düşdük ki, sən demə, bizdə premyer-liqaya yüksəlmək üçün güclü komanda formalaşdırmaq, idman prinsiplərinə əməl etmək lazım deyil. Bunun üçün başqa üsullar keçərlidi. Mənim səhvim onda oldu ki, özüm kimi, sponsoru da inandırmışdım ki, Azərbaycanda futbol var və bu sahəyə yatırım edib gələcəkdə böyük uğurlar qazanmaq mümkündü.
- “Şəmkir” elitada çıxış etməyə hazır idisə, Elxan Məmmədov nəyə görə sizə mane olsun?
- AFFA-nın baş katibi ilə yalnız bir dəfə, bir neçə il öncə, uşaq futbolu ilə bağlı müəyyən məsələləri müzakirə edən vaxt görüşmüşük. Onda da bizə soyuq münasibət göstərmişdi. Çempionat boyunca Şəmkirə ezam olunan AFFA nümayəndələri görülən işlərdən ağızdolusu danışır, bizi tərifləyirdilər. Ancaq nədənsə Məmmədov “Şəmkir”i elitada görmək istəmirdi. Əslində bunun səbəbi məlumdu. Baş katib istəmirdi ki, bu gün ölkəmizi beynəlxalq arenada uğurla təmsil edən, bizi sevindirən “Qarabağ” və “Qəbələ”dən sonra elitada daha bir müstəqil, onun kurasiyasında olmayan klub çıxış etsin. Adını çəkdiklərimdən fərqli, qalan 6 klubun hamısı onun “çətiri altındadı” və öz kadrlarını da ora yerləşdirib. “Şəmkir”in kənarda qalmasının əsl səbəbi budu. PFL prezidenti Ramin Musayev son ana qədər çalışdı ki, “Şəmkir” premyer-liqaya yüksəlsin. Lakin Məmmədov buna razılıq vermədi. Yaxın ətrafına “mən o klubun rəhbərliyini tanımıram” söyləyib. Başa düşmürəm, elitaya çıxmaq üçün mütləq mən və ya sponsor onunla tanış olmalıydı? Bəlkə Əsasnamədə və ya lizensiya sənədlərində “premyer-liqada oynamaq istəyən klubun rəhbərliyi, əsas himayədarı baş katiblə şəxsən tanış olmalıdı” deyə bir bənd var, bizim bundan xəbərimiz olmayıb. Hətta komandanın məsələsi ilə bağlı bizim xahişimizlə rayonun icra başçısı Alimpaşa Məmmədov da AFFA-ya zəng vurdu. Lakin faydası olmadı. Baş katib yalandan “artıq sənədləri UEFA-ya göndərmişik” deyib, məsələnin həll olunmasının qarşısını aldı.
- Lisenziyalaşmanın tələbləri yerinə yetirilmişdi?
- Komandanı götürən ilk gündən bu sahəyə çox diqqət ayırdıq. Bunun üçün hətta “Simurq”da çalışmış Vaqif Əliyevi komandaya dəvət etdik. Bununla bağlı Vaqif müəllimlə də danışa bilərsiz. Bütün sənədləşmə tələb olunan formada hazırlanmışdı. Yalnız iki məsələ - audit yoxlaması və təminat məktubu qalmışdı. Onları da bir gündə həll etmək mümkün idi. Özəl audit şirkətlərindən birinə müraciət edirsən, onlar da gəlib maliyyə sənədlərini yoxladıqdan sonra rəy verirlər. Aprelin sonuna kimi bizə deyirdilər ki, bütün sənədləriniz qaydasındadı, elitada çıxış etməklə bağlı problem yoxdu. Soyadı yadımdan çıxsa da, AFFA-da Bəhmən müəllim var. Onunla, demək olar, hər gün əlaqə saxlayırdıq.
- Sizin adınız daha çox oyun alğı-satqısında, bukmeker kontorları ilə işbirliyində hallanır. Doğrudanmı “Şəmkir”in oyunları zamanı kontorlara pul qoyuluşları etmisiz?
- Bununla bağlı bir dəfə də AFFA-dan bizə nəsə deyilməyib. Ötən mövsüm bir neçə klubun adı bu cür xoşagəlməz olayda hallandı, ikisi cəzalandırıldı. “Şəmkir” belə işlərlə məşğul olsaydı, bizə də irad bildirərdilər. Bilirsiz, ən maraqlısı nədi? Nəyə görə həm mənim, həm də “Şəmkir”in adı məhz apreldən sonra oyun alğı-satqısında hallanmağa başladı? Bu məsələ var idisə, əvvəlcədən tədbir görərdilər, bizi cəzalandırardılar. Görünür, AFFA-da oturanlar öz ayıblarını ört-basdır etmək üçün başqalarına böhtan atmaq üzrə xüsusi kurslara gediblər. Bunların sözündən belə çıxır ki, komandaya pul ayıran sponsorlar dünyadan bixəbərdilər və Elvini başlı-başına buraxıblar ki, biz qazanaq, sən də kefin istədiyin yerə, istədiyin qədər xərclə. Belə işlərdə sərf olunan hər qəpiyin haqq-hesabı aparılır.
- Bəs futbolçulara olan borcların taleyi necə olacaq?
- Hər şeyi mətbuata açıb danışmaq mümkün deyil. Elə məsələlər var ki, onlar bağlı qalmalıdı. Kimlərə borcumuz qalıbsa, həmin futbolçulara azad agent statusu verilib. Və onlar da özlərinə yeni klub tapıblar. Həmin oyunçuların “Şəmkir”lə müqavilələri var idi. Biraylıq borcun qarşılığında biz də belə jest etdik. Bu gün “Şəmkir” rəhbərliyinin arxasınca danışan bəzi futbolçular mövsümboyu onlara necə diqqət göstərildiyini unutmasınlar. Bəlkə də çoxları heç elita klublarında oynayarkən o cür şərait görməmişdilər. Hər ay vaxtında maaşlarını alırdılar, mükafatlar premyer-liqa səviyyəsində idi. Mən yalnız ona peşmanam ki, rayon ictimaiyyətinə, Alimpaşa Məmmədova verdiyim vədi tuta bilmədim. Şəmkir futboluna hansısa formada ziyan vurmuşamsa, buna görə hamıdan üzr istəyirəm. Ancaq mən həmişə çalışmışam ki, komanda üst səviyyədə olsun, uğurları sıralasın. Bunun üçün də maksimum səylə çalışmışam.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar