30 avq 20:12manset

“Zirə”nin baş məşqçisinin “Sumqayıt”a yazığı gəlib

“Zirə”nin baş məşqçisinin “Sumqayıt”a yazığı gəlib
Ceyhun Sultanov: “Deməyə söz tapmıram, heç də xoş mənzərə deyildi”
İkinci turda “Qəbələ”yə 1:9 hesabı ilə yenilən “Sumqayıt”ın əvəzedici heyətinin bibırçı məğlubiyyətdən dərs çıxaracağı gözlənilsə də, Elbrus Məmmədovun rəhbərlik etdiyi komanda “Zirə” ilə qarşılamada da fiaskoya uğradı. “Kimyaçılar”ın “ikinciləri” qəsəbə təmsilçisi ilə görüşdə qapısında 5 cavabsız qol görməklə meydanı başıaşağı tərk edib. “Qəbələ faciəsi”ndən sonra qəzetimizə açıqlama verən Elbrus bəy yaşananlardan nəticə çıxaracaqlarını, məğlubiyyəti şərtləndirən səbəbləri araşdıracağını söyləmişdi. Görünür, PRO kateqoriyalı mütəxəssisin araşdırması başa çatmayıb və bu üzdən fiasko davam edir. Bəs görəsən, rəhbərlik yaşananlara necə münasibət göstərir? Bu suala cavab tapmaq üçün “Sumqayıt”ın baş meneceri Ceyhun Sultanovla danışmağı lazım bildik.
- Əvəzedici komandanın ardıcıl böyükhesablı məğlubiyyətə uğraması rəhbərlik tərəfindən necə qarşılanır?
- Əvəzedici heyətin əsas məqsədi əsas komandaya futbolçu yetişdirməkdi. Perspektivli gənclər ikinci heyətdə özünü göstərməli, bir qədər təcrübə toplamalı və bundan sonra birinci komandaya keçməlidi. Bizim əvəzedicilər isə... Açığı, deməyə söz tapmıram. Düzdü, heyət də gəncdi, bu yay, demək olar ki, sıfırdan qurulub. Ancaq bu o demək deyil ki, hər matçda belə nəticələr qeydə alınmalıdı.
- “Zirə” ilə görüşdən sonra Elbrus Məmmədovla görüşmüsüz?
- Bəli. Baş məşqçi ilə görüşüb söhbət etdik.
- Elbrus bəy uğursuzluğu nə ilə izah etdi?
- Baş məşqçi kimi komandasının yanında olduğunu, gənclərə inandığını bildirdi. Onu da qeyd etdi ki, komanda “qara zolaq”dan çıxacaq.
- Məğlubiyyətlər sıralansa, necə olacaq?
- Bu suala indidən cavab verə bilmərəm. Hər şeyi zaman göstərəcək. Məşqçilər korpusu çempionatda yaranan fasilədən maksimum istifadə edib vəziyyəti düzəltməlidi. Əks halda uğursuzluq davam edəcək. Böyük ehtimalla, heyətə yeni, bir neçə yaşlı və təcrübəli oyunçu cəlb olunacaq. Yeniyetmələrin yanında iki-üç nəfər bir qədər təcrübəli futbolçu olmalıdı ki, çətin anlarda onlara dəstək olsun.
- Sizcə, 3 aya yaxın davam edən mövsümlərarası fasilədə normal komanda formalaşdıra bilməyən məşqçilər korpusu 10 günlük fasilədə bunu bacaracaq?
- Yaşayarıq, görərik.
- Uğursuz seleksiyanın məsuliyyəti kimin boynundadı?
- Heç şübhəsiz, baş məşqçinin. Rəhbərlik olaraq biz heç vaxt məşqçilərin işinə qarışmırıq. Özləri kimi bəyənirsə, komandaya dəvət edir. Bizim işimiz komandanın çempionata normal hazırlaşması üçün şərait yaratmaqdı ki, bunu da etmişik. Əsas komanda kimi, əvəzedicilər də çempionat ərəfəsində təlim-məşq toplanışı keçib, yoldaşlıq matçlarında qüvvəsini sınayıb.
- Əvəzedici heyətin uğursuzluğu həm də “Sumqayıt”ın futbol akademiyasının fəaliyyətinə kölgə salır. Belə çıxır ki, 7 ilə yaxın müddətdə aşağı yaş qruplarında “ikincilər”də oynaya biləcək normal futbolçu yetişməyib.
- Mən belə düşünmürəm. “Zirə” ilə görüşdə məhz akademiyanın iki yetirməsi – 2001 doğumlu Səbuhi və Rüfət Abdullazadələr meydana çıxandan sonra komanda bir qədər özünə gəldi.
- Bizdə olan məlumata görə, hesab 5:0 olandan sonra “Zirə”nin baş məşqçisi yetirmələrinə daha qol vurmamağı, top saxlamağı tapşırıb. Qarşılaşmanı canlı izləyən biri kimi həmin an hansı hissləri keçirdiz?
- Deməyə söz tapmıram, heç də xoş mənzərə deyildi. Ümid edirəm, başda Elbrus Məmmədov olmaq şərti ilə məşqçilər korpusu komandanı böhrandan çıxarmağı bacaracaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar