28 avq 18:56manset

Prosineçki Şimali İrlandiya ilə oyunu unuda bilmir

Prosineçki Şimali İrlandiya ilə oyunu unuda bilmir
“Raufun son oyunlarına baxın, hər şeyi özünüz görəcəksiz”
“Qarabağ” – “Qəbələ” matçında (2:1) yığmanın baş məşqçisi Robert Prosineçki də stadionda idi. Uzun müddətdi Azərbaycandan kənarda olan xorvat mütəxəssis qarşılaşmanı “sky-box”dan izləyirdi. Fasilədə ona yaxınlaşıb bir neçə sual ünvanladıq. Prosineçki öncə oyunun birinci yarısı haqda danışdı. Daha doğrusu, ilk hissədə futbol adına heç nə görmədiyini söylədi: “İlk yarı xoşuma gəlmədi. Heç də maraqlı keçmədi. “Qəbələ” tam müdafiə olunur. Qonaqlar yalnız əks-hücumlara bel bağlayıb. Bu da onlarda alınmır. “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Hiss olunur ki, komanda üçün bu cür uğurdan sonra çempionata qoşulmaq çətindi. Ümid edirəm ki, ikinci yarı daha maraqlı olacaq. İlk yarıda görə bilmədiyimiz sürətli futbolu ikinci hissədə görəcəyimizə ümid edirəm”.
Ardınca mütəxəssis suallarımızı cavabladı.
- "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı və rəqiblərini tanıdı. Fikirlərinizi bilmək maraqlı olardı.
- İlk növbədə "Qarabağ"ı bu münasibətlə təbrik etmək istərdim. Çünki bu, ölkə futbolu üçün çox önəmli hadisədi. Qrupa gəlincə, ÇL-də asan rəqib yoxdu. "Çelsi", "Roma" güclü rəqiblərdi, "Atletiko" haqda heç danışmaq istəmirəm. Onların necə futbol oynadığını hamımız bilirik. Əsas odu ki, "Qarabağ" bu işin öhdəsindən gəldi, tarixi addımı atdı. Qrup mərhələsinin startını gözləməliyik. Bir məqamı qeyd edə bilərəm ki, "Qarabağ" çox çətin qrupa düşüb.
- Qarşıdan Norveç və San Marino ilə oyunlar gəlir. Bu matçlar haqda nə deyə bilərsiz? Ümumiyyətlə, planlar necədi?
- Aman Allahım… Nə çətin sual verdiz. Ya da tərcüməçim bunu səhv çevririb. Sözsüz ki, əsas hədəfimiz bu iki oyunda maksimum, yəni 6 xal toplamaqdı. İndiyə kimi Şimali İrlandiya ilə Bakıdakı oyunu unutmamışam. Biz rəqibdən güclü idik. Lakin nəticəsini görə bilmədik. Norveçə qarşı son iki oyunda yaxşı nəticələrimiz var. Onlarla səfərdə qolsuz heç-heçə əldə etmişik. Evdə isə 1:0 hesablı qələbə qazanmışıq. Onlar da bizimlə qisas matçına çıxacaqlar. Hazırlıq üçün vaxtımızın az olmasına baxmayaraq, bütün bacarığımızı ortaya qoyacağıq. Ardınca evdə San Marinonu məğlub etməliyik. Gördüyünüz kimi, ölkənizdə futbol irəliləyir. Həm milli, həm də klub səviyyəsində.
- Şimali İrlandiya ilə oyundan sonra həm yorğun, həm də üzgün görünürdüz. İstirahətiniz necə keçdi?
- O vaxt elə də yorğun deyildim. Sadəcə, çox təəssüfləndim. Hamı bizdən qələbə gözləyirdi. Mən də komandamdan. Amma məğlub olduq. Həmin yenilgidən sonra qrupda ikinci yeri tutmaq imkanlarımız sıfra endi. Demək olar ki, yox oldu. Futbol belədi. Nə edə bilərik? Əvvəl təəssüflənirdim, indi isə istirahətdən sonra yaxşıyam.
- Mətbuat sizi avrokuboklarda çıxış edən komandaların oyunlarını stadiondan izləmədiyinizə görə qınayır. Jurnalistlərə cavabınız varmı?
- Düzdü, oyunlara canlı baxmamışam. Çünki istirahətdəydim. Lakin bu o demək deyil ki, komandaların necə oynadığından xəbərsizəm. Bütün təmsilçilərimizin oyunlarını televizordan izləmişəm.
- Sabiq köməkçiniz Elxan Abdullayev “Neftçi”dən ayrıldı. Onun yenidən yanınıza qayıtmaq imkanı varmı?
- Bu barədə AFFA rəhbərliyi qərar verə bilər. Onlardan soruşsaz, yaxşı olar. Mən bu suala konkret cavab verə bilmərəm.
- Rauf Əliyev yenə millidən kənarda qaldı. Özü “Futbol+”ə açıqlamasında bildirdi ki, hansısa müsahibəsi sizin xoşunuza gəlməyib, ona görə də Əliyevi çağırmırsız. Bu həqiqətə uyğundu?
- Elə bir şey yoxdu. Raufun işi müsahibə vermək yox, meydana çıxıb futbol oynamaqdı. Mən onu müsahibələrinə görə dəyərləndirmirəm. Özünü göstərmək istəyirsə, çıxsın meydana, oyununu oynasın. Onun son oyunlarına baxın, hər şeyi özünüz görəcəksiz. Futbolçu ən yaxşı sözlərini qəzetdə yox, meydanda deməlidi. Mənim onunla heç bir problemim yoxdu. Müsahibəyə görə millidən kənarda qalmaq məsələsi də düzgün məlumat deyil.
- Hazırda millidə ən zəif nöqtə qapı xətti sayıla bilərmi? Çünki Kamran Ağayevin oyun praktikası yoxdu, Səlahət Ağayev də ciddi səhvlər buraxır...
- Yalnız bu təlim-məşq toplanışından öncə yox, son 6 ayda Kamranda oyun təcrübəsi az idi. Ağayev əksər matçlarda meydana çıxmırdı. Bununla belə, hazırda ondan yaxşı qapıçı yoxdu ki, milliyə çağırım. Bu üzdən seçimim Kamran oldu.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar