28 avq 18:39manset

“Həqiqətən də Nikanın yeri görünür”

“Həqiqətən də Nikanın yeri görünür”
[b]Ruslan “Qəbələ”nin “Qarabağ”dan nədə geri qalmasının səbəbini bilir[/b]
“Qarabağ” dayanmaq bilmir. Çempionlar Liqasının qrupuna düşən “köhlən atlar” ölkə çempionatından da qopmaq istəmir. “Qəbələ” ilə vacib oyunda qazanılan layiqli qələbə ağdamlıların cari mövsümdə də qarşısıalınmaz olacağını göstərdi. Bu mənada bölgə təmsilçisində müəyyən əskikklərin olduğu sirr deyil. Yayda ciddi dəyişikliklərə məruz qalan komandada xətlərarası anlaşma baxımından ciddi problem müşahidə olunmaqdadı. Hər halda, bu “Qəbələ” ötən mövsüm gördüyümüz “Qəbələ” deyil. Vəziyyət yaxşıya doğru dəyişməsə, Roman Qriqorçukun yetirmələri çempionluq yolunda “Qarabağ”a əngəl törədə bilməyəcək. Srağagün baş tutan mərkəzi qarşılaşmadan sonra qonaqların futbolçuları jurnalistlərə açıqlama vermədiyindən, dünən onlardan biri – Ruslan Qurbanovla danışmaq qərarına gəldik.
[b]- Bilirəm, əsas rəqibə məğlub olandan sonra əhvalınız yerində deyil.[/b]
- Uduzmusansa, bu normaldı. Meydana başqa arzuyla çıxırsan, yekunda hər şey tərsinə olur. Gizlətmirəm, məqsədimiz qalib gəlmək idi. Onlar həlledici anlarda daha soyuqqanlı tərpənib istəklərinə çatdılar. Belə görüşlərdə qol imkanlarından lazımınca yararlanmalısan. Yas saxlamağın mənası yoxdu. Qarşıda daha 25 tur var. Odu ki, ruhdan düşməməliyik.
[b]- Demək istəyirsən ki, “Qarabağ” haqlı qələbə qazandı.[/b]
- Təbii ki.
[b]- Hansı komponentlərdə sizi üstələdilər? [/b]
- Hər şeydən əvvəl oturuşmuş heyətləri var. Elə futbolçular var ki, 5-6, bəlkə də 8 ildi birlikdə çıxış edirlər. Ən pis halda, 2-3 ildi eyni komandadadılar. Bunun özü olduqca böyük üstünlükdü. Bir-birini gözüyumulu başa düşürlər deyə, qol vurmaq asanlaşır. Məsələn, Aqolli cinahdan keçid edəndə Mahir, yaxud Dino topun hansı istiqamətə və necə havalanacağını bilir. Ya da 3-4 nəfər hücuma atılanda hər kəs yerini tutur. Bunu bacarmaq üçün 3-5 ay yox, 3-5 il vaxt lazımdı. Belə deyim, “Qarabağ”da sistem “oturub”. Bizdə də görün neçə futbolçu komandaya yeni qoşulub. Məğlubiyyətin əsas səbəbi bu idi.
[b]- Üç gün əvvəl səfərdə “Kopenhagen”ə qarşı mübarizə aparmaları da işinizə yaramadı.[/b]
- Dediyim həmin sistem söhbətinə görədi. Ehtiyatda qalan futbolçular da çətinlik çəkmir. Məsələn, başqa komandada ehtiyatda qalan futbolçuların çoxu eyni anda meydana çıxanda, istər-istəməz çətinlik çəkirlər. Amma “Qarabağ”da bu yoxdu. Ona görə də nisbətən az şans qazananlar da özlərini göstərə bildilər. Bir də ki Qurban Qurbanov zəif futbolçunu komandaya götürməz.
[b]- Bu gedişlə ağdamlıların ardıcıl 5-ci çempionluğu bayram edəcəklərinə şübhə yeri qalmır. Mövsümün başa çatmasına 25 tur qalsa da...[/b]
- Dediyiniz kimi, o vaxta hələ çox var. 8-9 ay ərzində çox şey baş verə, dəyişə bilər. Zaman keçdikcə “Qəbələ” öz oyununu tapacaq. Buna 100 faiz əminəm. Sadəcə, bir az vaxt lazımdı. Əlbəttə, çempionluq uğrunda mübarizə yenə gərgin keçəcək. Amma bir oyunda məğlub olmuşuq deyə, əllərimizi yana salmaq fikrində deyilik. “Qarabağ”ın da xal itirdiyi oyunlar olacaq. Həmişə belə getməzlər (gülür).
[b]- “Qəbələ”də çoxlu yeni futbolçu var. Hiss olunur ki, ötənilki heyətlə müqayisədə çatışmazlıqlar çoxdu. Bu da istər-istəməz çıxışınıza təsir edir. Sanki nəsə çatmır./b]
- Əlbəttə, dəyişikliklərin olması özünü göstərir, göstərməlidi də. Mövsüm başa çatandan sonra 11 futbolçu ilə yolların ayrılması zarafat deyil. Bu, ciddi dəyişiklik deməkdi. Əsas odu ki, yeni gələnlər komandaya kömək edəcək gücdədi. Sadəcə, bir az vaxt lazımdı. 3-5 oyuna düzələcək.
[b]- Gedənlərin arasında “Qəbələ”yə faydalı ola biləcək futbolçular var idi. Daha çox kimin yeri görünür?[/b]
- Kimisə fərqləndirmək istəməzdim. Amma həqiqətən də Nikanın yeri görünür. Hücumameyilli istənilən futbolçunun arzuladığı oyunçu hiyləgər ötürmələri verməyi bacaran birinin olmasıdı. “Qəbələ”də həmin futbolçu Kvekveydi. Orta sahədə olduqca böyük iş görürdü. Onunla yanaşı, Zenyovla Uiksin də adını çəkə bilərəm. Onlar da komandaya fayda verməyi bacarıblar.
[b]- Ağır zədədən sonra özünü necə hiss edirsən?[/b]
- Desəm ki, 100 faiz hazıram, yalan olar. Gündən-günə yaxşıya doğru gedirəm, itirdiyim gücü qaytarmağa çalışıram. “Sumqayıt”a qarşı 75, “Qarabağ”a qarşı 45 dəqiqə oynadım. Daha çox oynaya bilərdim. Tam hazır olmadığıma görə baş məşqçi birdən-birə yüklənməyimi istəmir. Əsas heyətdəki yerimi qaytarıb, sona qədər meydanda qalmaq üçün əlimdən gələni edirəm. Üç aya yaxın futbolsuz qaldım. Ancaq müalicə alıb, fərdi məşq edirdim. Ötən mövsümün sonlarında bir aydan çox oynaya bilməmişdim. Üst-üstə gələndə, təxminən 5 ay edir. Çətindi, çox çətin. Ayaqlarımda əvvəlki güc yoxdu, bərpa etməliyəm. “Qarabağ”la matçı Robert Prosineçki də izləyirdi. Özümü sübut etmək üçün bacardığımı etməyə, etimadını doğrultmağa çalışırdım.
[b]- Millidən söz düşmüşkən, bir neçə gündən sonra iki çətin oyuna çıxacaqsız. “Qarabağ”lılar sıx təqvimə görə yorğun olacaq, siz “Qəbələ”lilərin Avroliqadakı uğursuzluqdan sonra əhvalınız yerində deyil, “Neftçi”nin futbolçularından isə danışmağa dəyməz. Səncə, bu amillər yığmanın uğur qazanmasına mane ola bilər?[/b]
- Bu haqda qətiyyən düşünməyin, ürəyinizdə şübhə qalmasın. Milliyə dəvət alan futbolçuların hamısı peşəkardı. Ortada bayraq və ölkənin adı varsa, nə yorğunluq, nə psixoloji sarsıntı? Klubla millinin ab-havası başqadı. Hədəfə çatmaq üçün meydanda canımızı qoyacağıq.
[b]- Hədəf nə olacaq ki?[/b]
- Əvvəl səfərdə Norveç kimi millilərlə oynayanda, məqsəd 1 xal olurdusa, bu dəfə qələbə dalınca gedəcəyik. İtirəcəyimiz heç nə yoxdu. Ona görə də ancaq və ancaq 3 xal haqda düşünməliyik. Üstəlik, baş məşqçi də müdafiədə “oturub” heç-heçə etməyin tərəfdarı deyil. Şimali İrlandiyaya uduzmasaydıq, vəziyyət daha yaxşı ola bilərdi. İndi DÇ-2018-in final mərhələsinə vəsiqə qazanmaq üçün 0,01 faiz də şansımız varsa, sona qədər mübarizə aparacağıq. Almaniya ilə səfər qarşılaşması heç, amma qalan üç oyundan maksimum xalla ayrıla bilərik.
[b]- Norveç və San Marino ilə oyunlarda neçə xal qazana bilərik? İçindən gələn səs nə deyir?[/b]
- İçimdən gələn səs “istəsəz, hədəfə çatacaqsız” deyir (gülür). Səmimi danışsaq, qazana biləcəyimiz mümkün 4 xal da normal sayılacaq. Amma 6 xal olsa, bu artıq mükəmməldi. Seçmə mərhələnin sonuna 2 oyun qalmış 13 xal - əla göstərici deyilmi? Hadisələri qabaqlamayaq, bir həftədən sonra görək necə olacaq.
[b]HƏBİB[/b]
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar