27 avq 18:06manset

Divizion təmsilçilərinin sayı Qurban bayramından sonra bəlli olacaq

Divizion təmsilçilərinin sayı Qurban bayramından sonra bəlli olacaq
Çempionatın yayın hüququ “CBC Sport”dan alına bilər
Yeni mövsümdə birinci divizionda iştirak etmək istəyən klubların sayının çoxluğuna toxunmuşduq. Onu da bildirmişdik ki, heç bir maddi-texniki bazaya sahib olmayan, bu sahədə ilk addımını atan klub prezidentləri, uşaq futbolunda belə özünü təsdiqləyə bilməyib, hansısa yolla yeni yaranmış komandanın “sükanı arxasına” gətirilən məşqçilər elə bil sözləşiblərmiş kimi birağızdan əsas hədəflərinin premyer-liqa olduğunu söyləyir, ölkə futboluna töhfə vermək istədiklərini bildirirlər. Yəqin ki, məhz belə məqamları nəzərə alan qarapapaqlı kişilər hələ əsrlər əvvəl “kənardan baxanda döyüş adama asan gəlir” fikrini səsləndiriblər.
Aşağı dəstədə yeni mövsümün startına saylı günlər qaldığını nəzərə alaraq, 2017/18 “futbol ili”ndə birinci divizionda neçə komndanın iştirak edəcəyini dəqiqləşdirmək üçün PFL-in Texniki Departamentinin rəhbəri Zamiq Hüseynovla əlaqə saxladıq. Zamiq bəy bu yöndə hələ heç nəyin dəqiqləşmədiyini bildirdi: “Bununla bağlı mövqeyimizi ötən həftə bildirmişik. Birinci divizonda iştirak etmək istəyən klublar tələb olunan şərtləri yerinə yetirməli və sənədləri müvafiq komissiyaya təqdim etməlidilər. Açığı, biz də sizin kimi yeni mövsümdə aşağı dəstədə neçə komandanın iştirak edəcəyini bilmirik. Baxmayaraq ki, hər gün mətbuatda hansısa klubun birinci divizionda iştirak niyyətində olduğu ilə bağlı xəbərlər yayılır. Xatırlayırsızsa, ötən illərdə də mövsümlərarası fasilədə yeni yaranan bəzi klubların aşağı dəstədə iştirak edəcəyi ilə bağlı informasiyalar dolaşırdı. Hətta elə olub ki, əvvəlki illərdə aşağı dəstədə çıxış etmək niyyətində olan bəzi yeni yaranan klublara sənədləri qaydasına salmaq üçün püşkatma gününə kimi vaxt verib, son ana qədər gözləmişik. Lakin sonradan qarşı tərəfin tələb olunan şərtləri yerinə yetirmək iqtidarında olmadığı bəlli olub. Odu ki, bu gün mətbuatda yayınlanan hər açıqlamaya görə yeni mövsümdə birinci divizonda iştirakçı komandaların sayının çox olacağını demək bir qədər tələsik addım olar. Biz də istərdik ki, daha çox komanda çempionatda mübarizə aparsın, gərgin rəqabət olsun. Ancaq hər şey qanunlar çərçivəsində olmalıdı. Böyük ehtimalla, 2017/18 “futbol ili”ndə aşağı dəstədə çıxış edəcək komandaların sayı Qurban bayramından sonra bəlli olacaq. Bu işlə məşğul olan müvafiq komissiyanın iclası bayramdan sonra keçiriləcək. Aşağı dəstənin püşkatma mərasimi isə komissiyanın toplantısından sonra keçiriləcək. Sentyabrın 15-nə kimi çempionata start vermək fikrindəyik”.
“CBC Sport” telekanalı yaranan gündən istər premyer-liqanın, istərsə də aşağı dəstənin oyunlarının yayın hüququna sahib çıxıb. Adını çəkdiyimiz telekanal müntəzəm olmasa da, geridə qalan iki mövsümdə birinci divizionun bəzi matçlarını azarkeşlərə təqdim edib. Bugünlərdə mətbuatda yayılan xəbərlərə görə 2017/18 mövsümündən birinci divizionun yayın hüququ təmənnasız olaraq ARB telekanalına verilib.
Məsələyə aydınlıq gətirmək üçün PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə danışdıq. Ancaq Aslan bəy yazılanları təkzib etdi: “Mən də sizin kimi bu xəbəri mətbuatda oxudum. Hələ ki bu məsələ gündəmdə deyil. Düzdü, bu ideya haqda düşünürük. Hətta bu məsələ ilə bağlı müəyyən şəxslərlə söhbətimiz olub. Ancaq ideyanın reallaşacağını idnidən söyləmək çətindi. Bildiyiniz kimi, ARB telekanalı texniki avadanlıq cəhətdən heç bir problem yaşamır və əksər bölgələrdə nümayəndələri var. Bu üzdən istəyirik onlarla əməkdaşlıq edək, aşağı dəstənin oyunlarının yayın hüququnu onlara verək. Lakin bir çox texniki məsələləri – siqnalın sputnikə ötürülməsindən tutmuş başqa nüanslara qədər –həll etmədən bu haqda danışmaq, konkret fikir bildirmək düzgün deyil”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar