25 avq 23:24manset

İlham Əliyev “Qarabağ”ı qəbul etdi, 2 milyon mükafat ayırdı

İlham Əliyev “Qarabağ”ı qəbul etdi, 2 milyon mükafat ayırdı
“Dünənki qələbə təsadüfi qələbə deyildi, siz ona doğru neçə il idi gedirdiz”
Azərbaycan futbolunda tarix yazaraq, Çempionlar Liqasının qrupuna vəsiqə qazanan “Qarabağ”ın uğuruna ölkə başçısı da biganə qalmayıb. Belə ki, İlham Əliyev dünən Ağdam klubunun üzvlərini qəbul edib. Bu haqda prezidentin mətbuat xidməti məlumat yayıb. AFFA prezidenti Rövnəq Abdullayevin də iştirak etdiyi qəbulda Əliyev “Qarabağ”ın əhəmiyyətindən danışıb, komandanın Azərbaycan xalqına sevinc bəxş etdiyini vurğulayaraq, futbolçuların çıxışını yüksək qiymətləndirib: “Dünən ölkəmizin futbol tarixinin yeni səhifəsi açılıb. “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Tarixi qələbə münasibətilə hamınızı ürəkdən təbrik edirəm. Gərgin mübarizədə bir daha göstərdiz ki, Azərbaycan idmançısı, vətəndaşı öz xalqına, dövlətinə bağlıdı, güclüdü, peşəkardı və ölkəmizi beynəlxalq müstəvidə ləyaqətlə təmsil edir. Bu tarixi qələbə eyni zamanda ona görə önəmlidi ki, onu hamımız üçün doğma və əziz olan “Qarabağ” komandası qazanıb. “Qarabağ” komandası Qarabağın adını daşıyır, işğal altında olan Ağdam şəhərini təmsil edir. Bu, sadəcə, idman qələbəsi yox, dövlətimizin, Azərbaycan gəncliyinin qələbəsidi. Biz döyüş meydanlarında, idman meydanlarında da qələbə qazanırıq. Necə ki, ötən ilin aprel ayında qəhrəman Azərbaycan hərbçiləri qəhrəmanlıq, şücaət göstərərək torpaqların bir hissəsini işğalçılardan azad ediblər. O torpaqlarda indi həyat qaynayır, vətəndaşlar işğaldan azad edilmiş torpaqlara qayıdıb, qururlar, yaradırlar, yaşayırlar. Bu torpaqlarda indi Azərbaycan bayrağı dalğalanır. Siz də dünən Azərbaycan bayrağını futbol sahəsində yüksəklərə qaldırmısız. Hər bir vətənpərvər Azərbaycan vətəndaşı və xaricdə yaşayan milyonlarla azərbaycanlı sizin qələbənizə ürəkdən sevinir və fəxr edir ki, Azərbaycan təmsilçisi, xüsusilə Qarabağ adını daşıyan komanda bu gün dünyanın, Avropanın ən güclü komandaları arasında yer tutub.
Mən çox şadam ki, dünyanın ən populyar idman növü olan futbol ölkəmizdə inkişaf edib. Biz bu inkişafı çoxdan gözləyirik, futbolçularımızın qələbələrini səbirsizliklə gözləyirdik. Bu gün bunun şahidiyik. Çünki həm klublar, həm də milli komandamız yaxşı nəticələr, ləyaqətli oyun, əzmkarlıq, iradə göstərir. Hesab edirəm ki, futbolumuz gələcəkdə daha da inkişaf edəcək, həm yığma, həm də klublar ölkəmizi ləyaqətlə təmsil edəcək. Bu qələbə həm də son illər ərzində idman sahəsində görülən işlərin nəticəsidi. Çünki idman Azərbaycanda dövlət siyasətidi. Bu gün Azərbaycan dünya miqyasında idman dövləti kimi tanınır. Çox şadam ki, Azərbaycanda ən məşhur və populyar idman növü olan futbol da inkişaf edir. Yeni stadionlar yaradılır, tarixi Tofiq Bəhramov adına stadionumuz bir neçə il öncə əsaslı təmir olunub, 70 min tamaşaçı tutan Olimpiya stadionu tikilib, bölgələrdə stadionlar, qurğular tikilir. Çünki idmanın inkişafı infrastrukturun mövcudluğuna bağlıdı. Bu istiqamətdə həm bölgələrdə, həm də Bakıda ən müasir idman infrastrukturu yaradılır. İndi sizi Azərbaycanda tanımayan yoxdu. Sizə diqqət artacaq. Bu günə qədər həm idmanda, həm məişətdə özünüzü necə ləyaqətlə aparmısızsa, əminəm ki, gələcəkdə də gənclər, gənc idmançılar üçün nümunə olacaqsız. Dünənki qələbə təsadüfi qələbə deyildi. Siz bu qələbəyə doğru neçə il idi gedirdiz”.
Qəbulda “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl, baş məşqçisi Qurban Qurbanov və kapıtanı Rəşad Sadıqov da çıxış edib. Prezidentin kapitana müraciətlə söylədiyi “veteran olduğunu bilirəm. Sən hələ bir neçə il də oynamalısan. Həm klubun, həm də yığmanın heyətində çox yaxşı oynadığını görürəm. Demək olar ki, səhvsiz oynayırsan” sözlərini iştirakçılar maraqla qarşılayıb.
Ölkə başçısı dünən həmçinin “Qarabağ"la bağlı sərəncam imzalayıb. Sərəncamda deyilir: "Qarabağ"ın ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolunun tarixi qələbəsidi. Klubun Azərbaycanı layiqincə təmsil etdiyini, ölkədə futbolun inkişafı və yüksəlişində xidmətlərini nəzərə alaraq, konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 2,0 (iki) milyon manat ayrılsın.
Maliyyə Nazirliyi bu sərəncamın maliyyələşməsini təmin etsin".
MİRAĞA hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar