25 avq 13:50manset

İspan hakimin ayağı “Qarabağ”a düşdü

İspan hakimin ayağı “Qarabağ”a düşdü
Tahir Süleymanov: “Malyenko sırf ÇL səviyyəsində işi ilə diqqəti çəkdi”
“Qarabağ”la “Kopenhagen” arasında ötən həftə Bakıda baş tutan matçda Paolo Talyaventonun başçılıq etdiyi italiyalı hakimlər briqadası iş başında olmuşdusa, “Parken”dəki qarşılaşmada ədaləti İspaniyadan olan məşhur referi Alberto Undiano Malyenko və həmyerliləri qorudu. Təcrübəli hakim ilk dəqiqələrdən “oyuna qoşuldu”. Oyunun əvvəli olmasına baxmayaraq, Lüftnerin əks-hücumun qarşısını əllə kəsməsini tərəddüd etmədən sarı vərəqə ilə qiymətləndirdi. Əslində isə ispan olmasına rəğmən, Malyenko sərt oyuna imkan verirdi. Onun ilk yarıda iki dəfə qaydanı sərt formada pozan Mahir Mədətovu bağışladığını qeyd etməliyik. Futbolçumuz əvvəlcə rəqibi əllə tutub saxladı, yarımsaat sonra “ayağa oynadı”. Epizodlara yaxın olan referi 36-cı dəqiqədə Almeydanın əllə oyununu, Miçelin rəqibin ayağına toxunduğunu da görə bildi. Malyenkonun həmyerlisinə göstərdiyi sarı vərəqə də haqlı idi. İlk yarıda yeganə səhv 42-ci dəqiqəyə təsadüf etdi ki, yan xətt hakimi “Qarabağ”ın lehinə yanlış ofsayd qərarıyla diqqəti çəkdi.
İkinci yarıda gərginlik və sürət artsa da, bu, Malyenko üçün çətinlik törətmədi. Əksinə, o, xırda follara göz yummaqla və tez-tez “üstünlük” prinsipindən yararlanmaqla sürəti sanki süni şəkildə artırırdı. Baxmayaraq ki, belədə bəzi epizodlar gözdən qaçırdı. 54-cü dəqiqədə Yakob Jezniçak arxadan rəqibin ayağına zərbə endirsə də, hakim müdafiəçini bağışladı. Əvəzində bir neçə dəqiqə sonra “Kopenhagen”in futbolçusu polşalını əllə itələsə də, hakim buna göz yumdu. Əksinə, qərara sərt təpki verən Jezniçaka vərəqə göstərdi.
Beynəlxalq dərəcəli hakim Tahir Süleymanov xırda səhvlərə baxmayaraq, Malyenkonun idarəçiliyinin yüksək səviyyədə olduğunu düşünür: “Malyenko və briqadasının oyunun öhdəsindən gələcəyi şübhə doğurmurdu. Çünki bu səviyyədə oyunlara elə-belə hakim təyinat almır. O, İspaniya çempionatının, “Real”ın, “Barselona”nın oyunlarını idarə etmiş hakimdi. Referi oyunda tempin artmasından çəkinmirdi. Əksinə, mübarizəyə şərait yaradır, futbolçuların sona qədər oynamasına imkan verirdi. Vərəqələr tam haqlı idi. Düzdü, bir neçə xırda səhv diqqətdən yayınmadı. 42-ci dəqiqədə rəqibin hücumu zamanı ofsayd qeydə alındı. Halbuki oyundankənar vəziyyətdən söhbət gedə bilməzdi. Yaxşı ki, yan xətt hakimi komandamızın xeyrinə səhvə ol verdi. İkinci hissənin əvvəlində Jezniçak rəqibə qarşı kobud oynadı ki, hakim əlini cibinə atmalıydı. Çünki müdafiəçimiz arxadan ayağa zərbə endirmişdi. Bir epizodda polşalı özü kobudluğa məruz qaldı. Cərimə meydançamızda onu əllə itələdilər. Bu epizodda köməkçi hakim müdaxilə etməliydi. Bu qeydlərim Malyenko və briqadasının yüksək səviyyədə işinə xələl gətirməməlidi. Bir sözlə, hakimlik möhtəşəm idi. Yerli azarkeşlərin və futbolçuların təzyiqinə baxmayaraq, hakimlər briqadası obyektiv idarəçiliklə yadda qaldı. Malyenko sırf ÇL səviyyəsində işi ilə diqqət çəkdi”.
İstənilən halda, “Qarabağ” kimi, Malyenko da futbolumuzun tarixinə düşdü. Məhz onun idarə etdiyi oyunda Ağdam təmsilçisi tarix yazaraq, Çempionlar Liqasının qrupuna vəsiqə qazandı.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar