23 avq 20:34manset

“Qarabağ” Kopenhagenə çatdı...

“Qarabağ” Kopenhagenə çatdı...
"Qarabağ" artıq Kopenhagendədi. Ağdam təmsilçisi dünən axşam, konkret 17.50-də Bakını tərk edərək, Danimarkaya yollanıb. Komanda səfərini çayter reysi ilə reallaşdırıb. “Qarabağ”ın bu gün axşam oyunun keçiriləcəyi stadionda məşqi nəzərdə tutulub.
Bu arada İspaniyanın məşhur “Marka” nəşri separatçı bölgələri təmsil edən futbol klubları haqda məlumat hazırlayıb ki, yazıda “Qarabağ”a da yer verilib. Belə ki, pireneyli həmkarlarımız Ağdam klubunu qondarma “Dağlıq Qarabağ Respublikası”nın təmsilçisi kimi təqdim edib: “Hazırda Moldova və Azərbaycan öz müstəqilliklərini birtərəfli elan etmiş ərazilərə qarşı mübarizə aparır. Moldova Dnestryanı, Azərbaycan isə Dağlıq Qarabağı özünə tabe etməyə çalışır. Maraqlıdı ki, bu bölgələri təmsil edən “Şerif” tabe olmadığı Moldova, “Qarabağ”da tabe olmadığı Azərbaycan çempionatlarında mübarizə aparırlar. Hər ikisi son ilin çempionlarıdı”.
Ağdam klubu məsələyə dərhal reaksiya verib. Mətbuat xidmətindən verilən bilgiyə görə, “Marka”ya müraciət olunub və qarşı tərəf yazıya düzəliş ediləcəyinə söz verib.
"Qarabağ"la bağlı bir xəbəri də nəzərinizə çatdıraq. Klubun vitse-prezidenti Tahir Gözəl Türkiyənin tanınmış uşaq məşqçisi Həmdi Sərpil Tüzünlə görüşüb. Klubun saytı bu haqda xəbər yayıb. Məlumatda qeyd olunur ki, Gözəl “Qarabağ”da çalışmış qocaman çalışdırıcını səhhətində problem yaranması səbəbilə ziyarət edib. Bundan xəbər tutan Tahir Gözəl məşqçiyə baş çəkməyi lazım bilib. O, Tüzünlə "Qarabağ"dan, bu yöndə xidmətlərindən danışıb. Məşqçinin səhhəti ilə maraqlanan vitse-prezident ona şəfa diləyib.
Həmdi Sərpil Tüzün 2004-cü ildə “Qarabağ”ın uşaq futbol akademiyasına dəvət olunub. Məhz onun rəhbərliyi altında Ağdam klubu ilk dəfə müxtəlif yaş qrupları üzrə seçimlər edib. Bu seçimlərə Qara Qarayev, Əfran İsmayılov, Rauf Əliyev və Maksim Medvedev kimi futbolçular qatılıb. Sərpil Tüzün 2005-ci ildə işinin ilk mərhələsini uğurla başa vuraraq, Türkiyəyə qayıdıb və 2010-cu ildə yenidən “Qarabağ”a dəvət olunub. Hazırda əsas komandada çıxış edən Eltun Turabov, Zaur Fərzəliyev, Məmməd Hüseynov və Turan Manafov kimi gənclərin önünü açan da məhz Tüzün olub. O, 2012-ci ildə şəxsi problemləri ilə bağlı Azərbaycanı tərk etmək qərarına gəlib.
Solbakken yenə danışdı
“Kopenhagen”in baş məşqçisi Stol Solbakkenin ev oyunu ərəfəsində kreslosu sarıdan əndişələnməsi və çox danışması normaldı. O, dünən bir daha “Qarabağ”la qarşıdakı oyun haqda danışıb: “0:1 keçilməz maneə deyil. Əvvəlki mərhələdə - Makedoniya ”Vardar”ı ilə bunu yaşamışıq. Ancaq təbii ki, bu mərhələdə işimiz daha çətin olacaq. Odu ki, ilk oyundan sonra “Qarabağ”ı favorit adlandırmaq olar. Xatırlatmaq yerinə düşər ki, son 30 dəqiqədə bizlə müqayisədə rəqibin gücünün daha çox qaldığı Bakıdakı görüşdə də şanslarımız oldu. “Qarabağ” çərşənbə günü daha “qapalı” oynayacaq, ancaq biz evdə oynayırıq və dolu tribunaların dəstəyi ilə hədəfə çatmaq niyyətindəyik”.
19 il əvvəlin xatirəsi ilə yaşayırlar
“Kopenhagen”in rəsmi saytı dünən gözlənilməz addım atıb. Danimarkalılar bu komanda ilə “Qarabağ” arasında 1998-ci ildə keçirilən oyunda (6:0) vurulan qolların videosunu yayıb. Yazıda azarkeşlərə müraciətlə deyilir: “Bu dəfə “Qarabağ” üzərində qələbə qazanmaq asan olmayacaq. Bunun üçün sizin dəstəyiniz lazımdı".
Xatırladaq ki, 19 il əvvəl ağdamlılar Kuboklar Kubokunun oyununda evdə 0:4, səfərdə isə 0:6 hesabıyla uduzmuşdu. Qolların videosuna baxanda belə açıq-aydın görünür ki, “Kopenhagen” qeyri-adi nəsə yaratmadan əsasən standart vəziyyətlərin hesabına 6 cavabsız top vurub. “Qarabağ” ötən həftə Bakıda rəqibi məğlub etməklə faktiki ilk qisas aktını reallaşdırdı. İndi başladılan işi sona çatdırmaq, elə buy olla da “Kopenhagen”in video sırtıqlığının cavabını vermək lazımdı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar