15 avq 11:36manset

Boris Xetaqurov göz yaşını saxlaya bilmədi

Boris Xetaqurov göz yaşını saxlaya bilmədi
“Çingiz Abdullayevin hərəkəti yadıma düşür, yanıb-yaxılıram”
“Neftçi”nin “Qarabağ”a uduzmasına ən çox məyus olan sıravi azarkeşlərlə yanaşı, həm də Boris Xetaqurov idi. Bu da təsadüfi deyil. Avqustun 12-də 77 yaşını tamamlayan stajlı həkimin ad günü bir gün öncə, məhz məlum qarşılaşmadan əvvəl klub rəhbərliyi tərəfindən qeyd olundu. Üzərinə ad və soyadı, həm də “77” yazılmış tort kəsildi ki, ömrünün 50 ildən çoxunu futbola həsr etmiş biri üçün bundan gözəl hədiyyə ola bilməzdi. 1965-ci ildən 2003-cü ilə qədər “Neftçi”də, 2004-dən 2011-ə qədər “Xəzər Lənkəran”da çalışan təbib 2011-də yenidən “Neftçi”yə döndü və 2015-ci ilə qədər klubda çalışdı. Lakin “ağ-qaralar”da Elnur Məmmədov dönəmi başlayandan sonra “Neftçi”nin bir çox əfsanələri kimi, Boris Naneyeviç də unuduldu. Dünən səbəbkarla əlaqə saxlamaqda məqsədim doğum günü ilə bağlı bəzi suallara cavab tapmaq olsa da, söhbət bir qədər geniş alındı.
- 1966-ci ildə “bürünc” qazanan heyətdə yer alanlardan sağ qalan azsaylı “Neftçi”lilərdən birisiz. Sizi bir daha təbrik edir, cansağlığı arzulayırıq.
- Çox sağ olun. Daim mənimlə maraqlandığınıza, təbrik etdiyinizə görə qəzetinizin rəhbərliyinə və kollektivinə təşəkkür edirəm.
- Avqustun 11-də “Neftçi” rəhbərliyi sizi stadiona dəvət edərək, oyundan əvvəl təbrik etdi. Gözləyirdizmi?
- Düzünü desəm, yeni rəhbərliyin gəlişindən sonra klubda ciddi inkişaf görürəm. Bu rəhbərlik keçmişi unutmur, yeni işlər görmək istəyir. Ona görə də hansısa yolla təbrik edəcəklərini, maraq göstərəcəklərini bilirdim. Amma bu cür təbrik etmələri, açığı, mənim üçün sürpriz oldu.
- Necə baş verdi? Oyuna baxmağa getmişdiz, yoxsa sırf dəvət əsasında “Bakcell Arena”daydız?
- Oyundan bir gün əvvəl klubun əməkdaşı Rüstəm Əfsərli zəng vurub, “Qarabağ” – “Neftçi” matçını canlı izləməyə dəvət etdi. Ad günüm ayın 12-də olacaqdı deyə, bir gün əvvəl təbrik edəcəklərini gözləmirdim. Amma danışıq əsnasında başa düşdüm ki, hansısa ideyaları var. Düzü, təsirləndim. İki il əvvəl “Neftçi”dən ayrılandan sonra klubda heç kimin yadına düşmürdüm. Elnur Məmmədov, Vəli Qasımov, hətta Çingiz Abdullayev elə davranırdılar ki, sanki “Neftçi”nin tarixində Boris Xetaqurov adlı şəxs olmayıb. Hətta 75 illiyimdə belə, yada salan olmadı. O vaxt ordakılardan heç kimə pisliyim dəyməmişdi ki, məndən incisinlər, mənə qarşı soyuq davransınlar. 75 illiyimdə qəzet və saytlar yazdı, jurnalistlər müsahibə aldılar, AFFA təbrik etdi, amma “Neftçi”dən səs çıxmadı. Quru “təbrik” sözünü də eşitmədim.
- Elnur Məmmədovla Vəli Qasımovu “Neftçi” və onun tarixi maraqlandırmırdı ki...
- Qətiyyən! Nəinki maraqlandırmırdı, dəqiq desək, veclərinə də deyildi. Özləri ilə görüşüb sözümü demək üçün dəfələrlə cəhd etsəm də, müraciətimə baxan olmadı. Amma hiss edirəm ki, indiki rəhbərlik ciddi işlər görmək istəyir. Bunu onlara xoş görünmək üçün demirəm. 77 yaşlı veteranın üzünü güldürmək, jurnalistlərlə və azarkeşlərlə münasibətləri qaydasına salmaq, müxtəlif sosial layihələr təşkil etmək – bütün bunlar klubda çalışanların nəsə etmək istəyindən xəbər verir. Yeri gələndə 77 yaş yubiley sayılmır, adi telefon zəngi ilə də kifayətlənə bilərdilər. Lakin onlar şənimə tort kəsməyi qərara aldılar. Üstəlik, “skay-boks”da əyləşdirdilər. Sizi inandırım, həmin an dünyaları mənə verdilər. Çox gözlənilməz sürpriz oldu. Bir az komandanın işləri düz getmir. O da zamanla düzələcək. Əsas odu, indiki rəhbərliyi uğur qazanmaq maraqlandırır.
- Demək istəyirsiz ki, indiki rəhbərlik keçmişdən qalan “zibilləri” təmizləyir?
- Məhz dediyiniz kimidi. Mən də sizin kimi düşünürəm. İndiki rəhbərliyin şənimə tort kəsməsi sırf Boris Xetaqurova yox, “Neftçi”yə və onun tarixinə olan dəyərdi, hörmətdi. “Bürünc” tarixindən qalan 3-4 nəfərik. Bir neçə ildən sonra biz də olmayacağıq. Kimdənsə pul, yaxud iş istəmirəm, qapı-qapı gəzmirəm. Sadəcə, dəyər versinlər, arada yada salsınlar. 77 yaşdan sonra bizə nə lazımdı? Diqqət, qayğı, başqa heç nə. “Qarabağ” – “Neftçi” oyunu günü evə dalımca maşın göndərmişdilər. Bundan artıq hörmət nə ola bilər axı? Heç nə!
- Klub rəhbərliyini bildik. Bəs Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayev necə, görüşüb təbrik etdi?
- Çingiz Abdullayev stadiondaydı ki? Yox, təbrik etmədi. Mən elə bilirdim stadionda deyil. Stadionda olub, amma yaxınlaşıb bir kəlmə deməyib? Baxın, bu da sizə bayaqdan dediklərim. Onların mənə, bizə olan diqqəti. Oyunda olduğuna əminsiz?
- 100 faiz! Hətta matçdan sonra həmkarlarım ondan müsahibə götürmək istəyib.
- Ayıbdı, vallah, ayıbdı. Mənim hədiyyəyə, pula, var-dövlətə ehtiyacım yoxdu e. Yaxınlaşıb quru təbrik edərdi, bir az söhbət edərdik. Nə olacaqdı?
- Hədiyyə demişkən, ancaq tort kəsildi, yoxsa başqa dəyərli hədiyyə də oldu?
- Vallah, o tort da lazım deyildi. Olmasaydı da, inciməzdim. Ad günümü unutmamaları, məhz oyun günü dalımca maşın göndərib oyuna dəvət etmələri, “skay-boks”da yer ayırmaları mənim üçün dünyalara bərabərdi. Bununla da kimlərinsə üzümə bağladıqları “Neftçi”nin qapılarını yenidən açdılar. Bu komanda mənə doğmadı, mənim ailəmdi. “Neftçi”nin adı gələndə tüklərim biz-biz olur. Bu komandada mənim pis-yaxşı günlərim olub. Ömrümün 40 ildən artığını “Neftçi”yə vermişəm. Ailəmə ayırmadığım vaxtı kluba, komandaya ayırmışam. SSRİ dönəmində komanda yüksək liqanı tərk etdi, ancaq mən heç yerə getmədim. Bütün bunlara baxmayaraq, iki il əvvəl öz evimin qapılarını mənim üzümə bağladılar (gözləri dolur, səsindən qəhərləndiyini hiss edirəm deyə başqa suala keçirəm).
- Ad gününüzə qayıdaq. Yəqin ki, oyunun yekun nəticəsi hədiyyəni korladı.
- Nəticəyə görə çox üzüldüm. Sadəcə, rəqib “Qarabağ” idi deyə, özümə təsəlli verməyə çalışırdım. Sizi inandırım, komanda bu il yaxşı çıxış edəcək. Sadəcə, bir az vaxt lazımdı. Rəhbərlik ki, mənim kimi bir ayağı o tərəfdə olanların üzünü güldürür, Allah onların bu yaxşılığını yerdə qoymayacaq. Çingiz Abdullayevin hərəkəti yadıma düşür, yanıb-yaxılıram. Necə ola bilər ki, stadionda olsun, ancaq ad günümdən xəbər tutmasın, əlimi sıxıb iki kəlmə xoş söz deməsin? Hörmətli adamdı, dünyaca tanınmış yazardı. Həqiqətənmi Boris Xetaqurovu tanımır, çəkdiyi əziyyətlərdən xəbərsizdi? Nə isə... Nəyə istəyirsiz and içim, mənə heç nə lazım deyil. Nə pul, nə iş, nə var-dövlət. Sadəcə, köməyimə ehtiyac duysunlar, hansısa mənada işlərinə yarayım. Bilim ki, futboldayam, ömrümün son illərində müəyyən mənada kömək edirəm. Mən “Neftçi”nin yaşayan canlı tarixiyəm, çiyinlərimdə illərin həkimlik təcrübəsi var. Geridə qalan 50 ildə nələr görmüşəm, nələrlə rastlaşmışam, Allah bilir. Onları gələcək nəsillərə xatirə qoymaq istəyirəm.
- Ad gününüz avqustun 12-dəydi. Necə qeyd etdiz, hardaydız?
- Bağda qeyd etdik. Özümüz idik, ailəm. Qızım, kürəkənim, nəvələrim. İndi də bağdayam. Eh səni, Çingiz Abdullayev. Söz tapa bilmirəm e. Sən o çəkidə Çingiz Abdullayev, mən bir ayağı o tərəfdə olan Boris Xetaqurov, nə oldu, bir quru təbrik qədər hörmətim olmadı? Nə günah işləmişəm ki, mənə belə münasibət göstərir? Bu birinci belə hal deyil. İki il əvvəl də nələrisə görüb, hiss etmişdim. Rusiyadan, Bolqarıstandan, Almaniyadan, Kanadadan, ABŞ-dan nə qədər təbrik mesajı aldım. Amma Çingiz Abdullayev burdan-bura təbrik etmədi. Eybi yox, Allah canını sağ eləsin.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar