15 avq 11:30manset

Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı

Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı
Əlinağı Hüseynzadə: “Onun nəinki məni, heç bir azarkeşi söyməyə ixtiyarı yoxdu”
“Neftçi”nin baş məşqçisi Elxan Abdullayevin azarkeşlərlə çəkişmələri bitmək bilmir ki bilmir. Hər şeyin ötən mövsümdə qaldığını düşünürdük. Lakin belə deyilmiş. Premyer-liqanın startı ilə Abdullayev də fəaliyyətini bərpa etdi. Söhbət çempionatın açılış oyunu olan “Neftçi” – “Qarabağ” matçında (1:3) yaşanan hadisədən gedir. Ötən sayımızda xəbər verdiyimiz kimi, fasilədə Elxan bəy bir fanatı təqir edib. Həmin azarkeş Əlinağı Hüseynzadə olub. Hüseynzadə həm də “İctimai” Televiziyanın əməkdaşıdı. Lakin oyunlara sırf azarkeş kimi gəlir. O, “Neftçi”nin məğlub durumda olduğunu görüb, əsəblərini cilovlaya bilməyib. Komandalar fasilədə paltardəyişmə otağına yollanarkən Əlinağı baş məşqçiyə yaxınlaşaraq, “Neftçi” sənlik deyil, çıx get” deyib. Onun cavabı isə sərt olub – “get, s…” burdan! Üstəlik, Elxan bəy fanatın tribunadan uzaqlaşdırılmasını istəyib. Təhqir olunan Hüseynzadə ardınca PFL prezidenti Ramin Musayevə yaxınlaşıb və şikayət edib. O da vəziyyəti anladığını, söhbətin şişirdilməməsini istəyib. Buna baxmayaraq, polis və mühafizə xidmətinin əməkdaşları Əlinağını VİP lojadan kənarlaşdırıblar. Məsələ ilə bağlı özü ilə danışmağı lazım bildik. Çünki Abdullayevin azarkeşlərə münasibətdə belə hərəkətlərinin ardı-arası kəsilmir. Bir müddət əvvəl də o, “Forza Neftçi” üzvlərini xuliqan adlandırmışdı. Hüseynzadə hadisəni olduğu kimi danışdı. O heç nədən təhqir olunduğunu söylədi: “Mən stadiona azarkeş kimi getmişdim. Baxmayaraq ki, özüm də media işçisiyəm. “Neftçi” formasında fotolarım da var. Həmişə tribunada oluram. 1999-cu ildən “Neftçi” fanatıyam. Hətta səfər matçlarına belə gedirəm. Ramin Musayevdən tutmuş “Neftçi” əməkdaşlarına kimi hər kəs məni tanıyır. Onlar bilirlər ki, mən necə azarkeşəm. Bu klubu sevənlərdən biriyəm və belə də qalacam. Bu gün nəticələr pis ola bilər. Amma “Neftçi” adlı tarixi heç kim silə bilməz. “Qarabağ”la oyunu da VİP zonadan izləyirdim. Şirkətin vəsiqəsindən məhz VİP lojada əyləşmək üçün istifadə edirəm. İlk hissədə komanda bərbad futbol oynadı. Buna futbol demək olmazdı. Artıq əsəbdən yerimdə otura bilmirdim. Nə qədər vaxt keçib, amma heç bir dəyişiklik yoxdu. Gözləyirdik ki, fasilədə nəsə dəyişər. Abdullayev özü dəfələrlə söz vermişdi ki, yaxşı olacaq, komanda güclənəcək. Amma dəyişiklik yoxdu. Hər şey sıfırdı. Oktyabrda Elxan gələndə necə idisə, indi də elə qalıb. VİP lojanın önü polislərlə dolu idi. Komandalar tribuna altına gedəndə düşdüm aşağı, məhəccərə yaxınlaşdım, Abdullayevə dedim ki, “artıq bezmişik, “Neftçi” sənlik deyil, çıx get”. Aramızda cəmi 2 metrə məsafə var idi. Özü də mənə baxırdı. Sonra məni təhqir etdi. Mən cavab qaytarmamış getdi. Fasilədən sonra yenə aşağı düşüb dedim ki, sən məni niyə söyürsən? Dedi, yaxşı eləmişəm. Mən də eyni cür onu söydüm. Sonra polislər işə qarışdı. Göstəriş verdi ki, bunu aparın. Getdim oturdum yerimdə. Bu arada bir nəfər mülki geyimli şəxs yaxınlaşdı. Dedi ki, biz bilirik azarkeşsən, əsəbisən, sakitliyə riayət elə. Mən də olanı ona danışdım. O, məni ordan uzaqlaşdırmaq istəyirdi. Deyirdi ki, bura VİP yerdi, hörmətli adamlar oturub”.
Azarkeş deyir ki, özü Ramin Musayevə yaxınlaşıb, şikayət edib: “3-cü qoldan sonra əsəblərim tab gətirmədi. İndiyə kimi heç kim məni təhqir etməyib. Getdim Ramin müəllimin yanına. Olan hadisəni danışdım. O dedi ki, söhbətdən xəbərim var. Lakin xahiş etdi ki, şişirtməyim. Üstəlik, mən hərəkətimə görə Musayevdən üzr də istədim. O da başa düşdü, əsəbləri cilovlamağı məsləhət gördü. Bu arada xeyli polis gəldi. Məni ordan uzaqlaşdırdılar. Düşdüm aşağı. Sonra PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev yanıma gəldi. Onu Ramin müəllim göndərib ki, birdən bölməyə apararlar. Aslan polislərlə danışdı, sonra qalxdım yuxarı”.
Hüseynzadə Elxan Abdullayevin istefasını və ya üzr istəməsini tələb edir: “Xeyr, oyundan sönra mənə heç kəs zəng etmədi. Çoxunun söhbətdən xəbəri yox idi. Ən birinci istəyim Elxanın “Neftçi”dən getməsidi. Getməsə belə, çıxsın məndən üzr istəsin. İndiyə kimi atam mənə “qələt edirsən” deməyib. Elxan kimdi ki, məni təhqir etsin? Onun nəinki məni, heç bir azarkeşi söyməyə ixtiyarı yoxdu”.
Fanat Abdullayevi həm də komandanı qorxaq futbol oynatmaqda suçladı: “Neftçi”nin bu günə düşməsində əsas günahkar Çingiz Abdullayevdi. Üstəlik, məşqçi seçimində düzgün addım atmayıblar. Elxan gələn gündən deyirdi ki, bu heyət mənim deyil. Yanvarda komandanın 50 faizi dəyişdi. Yenə dedi ki, yeni heyət lazımdı. İndi isə həmin heyətdən bir nəfər qalıb – Məqsəd İsayev. Oktyabrda düz bir il olacaq ki, Abdullayev “Neftçi”dədi. Amma heç bir irəliləyiş görmürük. “Qarabağ”a uduzmaq olar. Burda qəbahət heç nə yoxdu. Biz İtaliya “İnter”inə də uduzmuşduq. Amma hansı oyunla? Bu gün həmin futbol varmı “Neftçi”də? Təbii ki, yoxdu. Hər şey sıfırdı indi. Komanda biabırçı haldadı. “Qarabağ”la oyunda qorxaq futbol, uşaq səhvləri gördük. Həmişə məni yandıran, gileyləndirən Abdullayevin oynatdığı qorxaq futboldu. İkinci hissədə Tərzin Cahangirovun yerinə Herreranı saldı. Amma Herrera ilk dəqiqələrdən oynamalıydı. Qorxaq olduğuna görə oynatmayıb. Oyundan sonrakı açıqlamasını oxudum. Deyir ki, əks-hücumlarda oynamağı düşünürdük. Niyə axı? Sən “Neftçi”nin baş məşqçisisən. Sən hücum elə, topu nəzarətdə saxla, qoy “Qarabağ” əks-hücumlara bel bağlasın. Özü də doğma meydanda müdafiədə oturmaq biabırçılıqdı. Oyun başlamamış Elxan rəqibdən qorxub, “Qarabağ”a təsilm olub”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar