04 yan 12:52manset, gundem

“Müşahidə Şurasının növbəti iclasında gündəlikdə duran ilk məsələ məhz bu olacaq”

“Müşahidə Şurasının növbəti iclasında gündəlikdə duran ilk məsələ məhz bu olacaq”
Səməd Qurbanov kluba məxsus kubokların qaytarılacağını dedi

“Neftçi” heyətini gücləndirmək yönündə fəaliyyətini davam etdirir. Namiq Ələsgərov və Gürcüstan yığmasının üzvü Georgi Navalovskini sıralarına qatan paytaxt klubunun baş məşqçisi Elxan Abdullayev indi də Türkiyəyə üz tutub. Bu barədə bilgini məşqçinin özündən aldıq. Transferlərlə bağlı yeniliklərdən xəbər tutmaq üçün onunla əlaqə saxladıqda bizə Türkiyədə olduğunu bildirdi. Düzdü, baş məşqçi qardaş ölkəyə ailəsiylə birgə istirahət etmək məqsədiylə yollandığını dedi. Məlum olduğu kimi, “ağ-qaralar” Antalyaya təlim-məşq toplanışına yanvarın 4-də gedəcək. Abdullayev ailəsini Bakıya yola saldıqdan sonra komandanı orda qarşılayacağını da əlavə etdi. Ancaq əldə etdiyimiz bilgiyə görə, təcrübəli mütəxəssis “Trabzonspor”dan ayrılmaq üzrə olan Ramil Şeydayevlə görüşmək üçün qardaş ölkəyə gedib. Onun həm “Trabzonspor”un rəhbərliyi, həm də millimizin üzvü ilə danışıqlar aparacağı bildirilir. “Neftçi”nin həmçinin “İnter”dən Ruslan Abışovla Ağabala Ramazanovu da heyətinə qatacağı gözlənilir. Bəs bu transfer çalışmalarında Müşahidə Şurasının üzvü Səməd Qurbanovun rolu varmı? Axı bir ara seleksiya fəaliyyəti ona həvalə olunmuşdu. Bu və digər suallara cavab tapmaq üçün veteran futbolçu ilə əlaqə saxladıq: “Yox, mənim bu transferlərdə əlim yoxdu. İdman direktoru və baş məşqçi məşğuldu transfer işləriylə. Açığı, mən mətbuatdan xəbər tuturam dəyişikliklərlə bağlı”.
Səməd bəyin növbəti fikirlərindən Müşahidə Şurasının “ofsayd”a salındığını da hiss etdik: “Nəsə iclasımız yubanır. Nəzərdə tutulmuşdu ki, ilin sonunda yığışaq, mövsümün ikinci yarısı, qış hazırlığı və dəyişikliklərlə bağlı müzakirələr aparaq. Ancaq...Belə görünür, iclasımız gələn ilə qalıb. Hər halda, iki gün qalıb və bizə heç nə bildirilməyib”.
Müşahidə Şurasının üzvü yeni transferlərlə bağlı bunları dedi: “Namiqin necə istedadlı futbolçu olduğu hər kəsə məlumdu. Bu transferlə Elşən Abdullayevin komandadan gedişini artıqlamasıyla “sığortaladıq”. Düzdü, Namiq də Elşən kimi zədə səbəbindən bir müddət yaşıl meydanlardan kənarda qalmışdı. Ancaq “Qarabağ”ın heyətində son oyunlarda yenidən özünü göstərdi və formaya düşdüyünü təsdiqlədi. Navalovskiyə gəlincə, açığı, bu futbolçu ilə bağlı geniş məlumatım yoxdu. Bilirəm ki, 5-6 il əvvəl bizim “İnter”də bir müddət oynayıb. Deməli, Azərbaycana uyğunlaşması vaxt aparmayacaq. Həm də Gürcüstan yığmasının üzvü elə-belə futbolçu olmaz. Ümidvaram ki, “Neftçi” onun transferindən faydalanacaq”.
Səməd Qurbanovdan bugünlərdə ən çox müzakirə olunan məsələyə - “Neftçi”nin son üç çempionluq kubokunu Sadıq Sadıqovun özü ilə aparmasına münasibətini də öyrəndik. Müşahidə Şurasının üzvünün reaksiyası loyal mövqe tutan, faktı yarıtmaz açıqlamayla ört-basdır etməyə çalışan klubun mövqeyindən fərqli oldu. Qurbanov kubokların klubun muzeyində yox, Sadıq Sadıqovun ofisində olmasını “ayıb” adlandırdı: “Etiraf edim ki, mənim bu məsələdən xəbərim yox idi, saytdan oxudum. O qənimətləri bir nəfər qazanıb ki, özüylə də aparsın? Əlbəttə, çempionluqda hər kəsin payı olub. Futbolçudan tutmuş klubun sıravi işçisinə qədər. Kubok “Neftçi”nindi, hansısa fərdin yox və buna görə də klubun muzeyində saxlanılmalıdı. Müşahidə Şurasının növbəti iclasında gündəlikdə duran ilk məsələ məhz bu olacaq. Yəqin Çingiz müəllim (Müşahidə Şurasının sədri Çingiz Abdullayevi nəzərdə tutur – M.) məsələnin araşdırılmasını tapşıracaq. Hesab edirəm ki, iclasda kubokların kluba qaytarılması haqda qərar çıxarılacaq. Bildiyimə görə, muzey hazırlanır. “Bakcell Arena”da olacaq. Hələ Elnur Məmmədovun dövründə bu istiqamətdə işlərə başlanılmışdı. Yaxın günlərdə məsələ həllini tapacaq. Kuboklar “Neftçi”nindi, klubun muzeyində də olmalıdı”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar