10 avq 16:10manset

“Boavişta” müqavilə şərtlərini yerinə yetirmədiyindən bu addımı atmaq məcburiyyətində qaldım”

“Boavişta” müqavilə şərtlərini yerinə yetirmədiyindən bu addımı atmaq məcburiyyətində qaldım”
Bu yay Çexiyaya yollanıb “Mlado Boleslav”la anlaşan Kamran Ağayev uzun müddət idi ki, ölkə mətbuatından yan qaçırdı. Şərqi avropa ölkəsinə gedəndən sonra millinin də şərəfini qoruyan qolkiperlə dəfələrlə əlaqə sxalayıb danışmaq istəsək də. Zənglərimiz cavabsız qalırdı. Nəhayət dünən Ağayevlə əlaqə saxlaya bildik. Yığma üzvü həm mövümlər arası fasilədə aldığı təkliflərdən söhbət açdı, həm də Çexiyaya üz tutmasının səbəbini söylədi.
- Əvvəlcə “Mlado Boleslov”a keçidindən danışardın. Açığı, Çexiya təmsilçi ilə anlaşmağın bir qədər gözlənilməz oldu.
- Burda qeyri-adi heç nə yoxdu. Neçə illərdi futbol oynayıram, yığmanın şərəfini qoruyuram. Kluba qapıçı lazım olduğundan maraqlanıblar, oyunlarımı izləyiblər və sonda təklif göndəriblər. Mən də bir qədər fikirləşdikdən sonra qarşı tərəfin təklifini müsbət dəyərləndirdim. İrəli sürülən şərtlər hər iki tərəfi qane etdiyindən müqavilə imzaladım.
- Mövsümlərarası fasilədə adın müxtəlif klublarla yanaşı hallandı. Mətbuat səni bir gün Rusiya “Amkar”ına göndərdi, ertəsi “İnter”lə anlaşdığın barədə xəbərlər yayıldı. Bu söz-söhbətlər nə dərəcədə düz idi?
- Necə deyərlər, od olmasa tüstü çıxmaz. Bəli mövsümlərarası fasilədə müxtəlif klublardan təklif almışdım. Onların arasında adını qeyd etdikləriniz də var idi, başqaları da. “Amkar”ın baş məşqçisi ilə agentim görüşüb danışıq aparmışdı. Hacı Hacıyev məni komandasında görmək istəyirdi. Zaur Axundovla da münasibətlərimiz yüksək svəiyyədədi. “İnter”lə də danışığımız olmuşdu. Türkiyə superliqasında çıxış edən bir klubdan, Avropadan da təklif almışdım. Ancaq çox düşününəndən sonra Çexiya variantına üstünlük verdim. Onu da bildirim ki, superliqa klubu daha yaxşı maliyyə şərtləri təklif edirdi. Bir tərəfdə pul, digər tərəfdə daim oynaya biləcəyim komanda. Bir qədər fikirləşdikdən sonra pula yox, futbola üstünlük verdim. Bu yay mənim barəmdə ölkə mətbuatında çox şeylər yazdılar. Gah dedilər “Neftçi”yə gəlir, gah dedilər Kamranın futbolu qutarıb artıq gecə həyatı yaşayır, bütün günü qəlyan çəkir. Bunların hamısını oxyub əsəbləşirdim. Çünki yazılanların heç biri həqiqəti əks etdirmirdi. Bu üzdən mətbuatdan inciyib, heç kimlə danışmaq istəmirdim. Tutaq ki, “Neftçi”yə keçirdim. Burda nə var idi ki? Hər halda yığmanın qolkiperinin klubsuz qalmasındansa, yerli komandaların birində oynaması daha yaxşıdı. Milli üzvüyəm, sabah hansısa yığma ilə qarşılaşmada “çərçivə”ni mən qoruyacam. Oyun təcrübəsi olmadan qapıda inamlı görünmək qeyri-mümkündü. Hamımız Azərbaycanın adının yüksəlməsinə xidmət edirik.
- “Mlado Boleslav”la anlaşandan sonra millinin baş məşqçisi Robert Prosineçki ilə əlaqə saxlamısan? O sənin klubsuz qalmağından çox narahat idi.
- Əslində Prosineçki də, AFFA-nın baş katibi Elxan Məmmədov da bilirdi ki, bu yay yenidən ölkə xaricinə yollanacam. “Boavişta”dan ayrılıb vətənə dönəndən sonra Elxan müəllimlə görüşüm oldu. O yığmanın qolkiperi kimi gələcək karyeramla maraqlandı. Hətta klubsuz qalmağıma görə narahat olduqlarını bildirdi. Həmin görüşdə baş katibə yenidən Avropaya dönmək fikrimin olduğunu söylədim. Yəni legioner həyatı yaşayacağımı həm Məmmədov, həm də millinin baş məşqçisi bilirdi. Sadəcə, nə mən, nə də onlar bu haqda mətbuata açıqlama vermədik. Gözləyirdik ki, ortada real nəsə olsun.
- Portuqaliya macərasından sonra yenidən Avropaya üz tutmaqdan çəkinmədin?
- Bayaq qeyd etdiyim kimi Rusiya və Türkiyəyə yollana bilərdim. “Amkar” da, məni rənglərinə bağlamaq istəyən adını çəkmədiyim türk klubu da güclülər dəstəsində çıxış edirlər. Ancaq avropa daha yaxşı variantdı. Bir də Portuqaliyada mənə qarşı haqsızlıq olmamışdı ki, nədənsə çəkinim. Özüm “Boavişta”dan ayrılmaq istədim. Portuqaliya klubunun rəhbərliyi müəyyən müqavilə şərtlərini yerinə yetirmədiyindən bu addımı atmaq məcburiyyətində qaldım. Onlar vədlərini tutmadılar. Oyun planında hər şey qaydasında idi. 5 oyunluq cəzalansam da, bəzən zədələnsəm də məşqçilər koprusu, komanda yoldaşlarım mənə xoş münasibət göstərir, inanırdılar.
- Məndə olan məlumata görə “Mlada Boleslav”ın təklifini bir şərtlə qəbul etmisən ki, əsas heyət üzvü olacaqsan.
- Bu məlumatı sizə kim ötürüb? Məncə, bu haqda danışmaq düzgün deyil. Düzdü, baş məşqçi ilə aramızda müəyyən söhbət olub. Ancaq detalları ictimaiyyətə açıqlamağım etik cəhətdən dügün olmaz. Əsas heyət üzvü olmaq ilk növbədə futbolçunun özündən asılıdı. Baş məşqçi məni ilk gündən qapıda gömək istəyirdi. Ancaq özüm tam formada olmadığıma görə razılaşmadım. Ona optimal formada olmadığımı dedim. Onu da bildirdim ki, belə vəziyyətdə meydana çıxsam özümü “yandıra” bilərəm. Allah qoysa, bir neçə məşqdən sonra tam hazır olacam.
- Son günlər yenidən zədələndiyinlə bağlı xəbərlər yayılıb. Nə olub?
- Futbolçu fiziki cəhətdən tam hazır olmayanda yükləmələrə tab gətirmir. “Şkenderbü” ilə oyuna yollananlar arasında mən də var idim. Albaniyadakı matçdan öncə isinmə hərəkətləri edən zaman əzələmdə ağrılar baş qaldırdı. Həkim baxıb oynaya bilməyəcəyimi dedi. Mən də, baş məşqçimiz də məyus olduq. Ancaq çalışdırcı həvəsdən düşməməyimi söylədi. Oyundan sonra da çox güvəndiyini, “çərçivə”ni mənə həvalə etmək istədiyni bildirdi. Çünki məşqlərdə inamlıı təsir bağışlamağım, çox danışmağım onun xoşuna gəlir. Ümumiyyətlə, bizdən fərqli Avropada çox danışan, müdafiəni idarə edən, bəzən stopper kimi oyuna qoşulan qapıçıları xoşlayırlar. Bizdə isə əksinə, mətbuat hər dəfə çox danışmağımı qabardıb bunu mənə irad tutur.
- Həkimlər nə deyir? Nə vaxt sıraya dönə biləcəksən?
- Bu gün ikinci dəfə həkin müayinəsində oldum. Analizlər müalicənin effekt verdiyini göstərdi. Sabahdan inşallah ümumi kollektivlə birgə məşq edəcəm. İnanıram ki, yaxın vaxtda əsas heyətdə meydana çıxa biləcəm.
- Artıq nömrə seçimini etmisən? Orda da “1 nömrə” olacaqsan?
- “1 nömrə”nin sahibi olduğundan başqa nömrə altında çıxış edəcəm. Hələ ki, seçim etməmişəm. Rəhbərliyə nömrənin fərqi olmadını bildirmişəm. heç vaxt nömrə “xəstəsi” olmamışam. Məncə, nömrənin futbolçu məşhur edir, nömrə futbolçunu yox.
- Yeni komandan səni necə qəbul etdi? Kollektivdə ən çox kiminlə münasibət qurursan?
- Normal. Komanda da braziliyadan, serbiyadan avstraliyadan legionerlər var. Ümumilikdə düşərgədə 35 yaxın futbolçu var ki, hamısı ilə münasibətim yaxşıdı. Kapitanla daha çox yaxınıq. O da təcrübəli futbolçudu, söhbətimiz tutur.
- Boleslav kiçik şəhərdi. Darıxmırsan ki? Boş vaxtlarını necə keçirirsən?
- Mənim işim futbol oynamaqdı. Şəhərin böyük və ya kiçik olması önəmli deyil. Əsas odu yaradılan şərait ürəyincə olsun. Boş vaxta gəlincə, Bakıda necə burda da elə. əsasən vaxtımı evdə keçirirəm. Bəzn olur ki, komanda yoldaşlarımdan kiminləsə şəhəri gəzməyə çıxıram. Darıxmağa gəlincə, yaxın dostum Ruslan Əmircanov və atam üçün darıxıram. Demək olar ki, hər gün danışırıq.
- Klub səni evlə təmin edib, yoxsa bazada qalırsan?
- Normal şəraiti olan ev və maşın verilib. Bu məsələ ilə bağlı heç bir narahatçılığım yoxdu.
- “Mlada Boleslav”ı premyer-liqanın hansı klubu ilə müqayisə etmək olar?
- Azərbaycanı çox sevdiyimdən heç vaxt onu heç hara ilə müqayisə etmərəm, o cümlədən bizim klublarımızı. Onların hamısı mənə əzizidi.
- Səninlə söhbət zamanı tez-tez ingilis dilində kiminləsə danışırsan. Kimdi həmin şəxs?
- Komanda yoldaşımdı. Aşağıdan məni gözləyir. Biz bir istiqamətdə yaşadığımızdan onu da evlərinə mən aparıram. İngilis dilinə gəlincə, sizcə onunla hansı dildə danışmalıyam. Hələ ki, çex dilini öyrənməmişəm (gülür). Bu üzdən komanda yoldaşlarımla da ingilis dilində danışıram.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar