30 dek 14:35manset

Media Komitəsi jurnalistləri “İmperator”a yığdı

Media Komitəsi jurnalistləri “İmperator”a yığdı
Çərşənbə axşamı media nümayəndələri “İmperator” şadlıq sarayında bir araya gəlmişdi. PFL-in dəstəyi və AFFA yanında Media Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirin məqsədi idman jurnalistlərinin Yeni il bayramını təbrik etmək idi. Başqa cür desək, Dünya Azərbaycanlıların Həmrəylik Günü ərəfəsində yazarlar arasında dostluq münasibətini möhkəmləndirmək. Bəribaşdan qeyd edim ki, yığıncağa AFFA və PFL rəhbərliyi də dəvət olunsa da, müxtəlif səbəblərdən iştirak edə bilmədilər. Əvəzində 60-a yaxın jurnalist üçün məclisdə iştirak edərək, canını isitmək şaxtalı havada göydəndüşmə oldu. Masanın arxasında əli qələm tutanlar, üzərində isə boğaz yaşlamaq üçün “su” varsa, tədbirin axarını təsəvvür etmək çətin deyil. Bu haqda az sonra.
Məclisi giriş sözü ilə martda yaradılan komitəyə rəhbərlik edən, eyni zamanda “Futbol+”in baş redaktoru olan Mahir Rüstəmli açıb, ürək sözlərini, arzularını çatdırdı. Ardınca söz sıra ilə başqa qonaqlara, stajlı jurnalistlərə verildi. Hə, az qala yadımdan çıxacaqdı. İştirakçılar arasında klubların mətbuat katibləri də vardı. Hamısına dəvət göndərilsə də, yalnız “İnter”, “Neftçi”, “Zirə” və AZAL-ın sözçüləri “İmperator”a təşrif buyurmuşdu. Əlinə mikrofon alıb arzularını çatdıranlar arasında onlar da var idi. İlk bir saatda başımız kəmərlərin altını bərkitməyə qarışdığı vaxtda aparıcılığı və məclisi şənləndirməyi müğənnilər üzərinə götürmüşdü. Sənan Şəfizadə gələnə qədər. Uzun illərdi ATV-də çalışmasına baxmayaraq, bir çox tədbirlərdə aparıcılıq etmək bacarığını da ortaya qoyan Sənan bu dəfə də sinəsini irəli verdi. Zala daxil olan kimi masaya əyləşmədən mikrofonu tamadanın əlindən alan Şəfizadə öz ampluasında idi. Özünəməxsus səs tonu ilə diqqətləri üzərinə çəkir, zarafatlarından qalmırdı. Rəqs meydanını isə gənc nəslin nümayəndələri ələ keçirmişdi. İki İlkinlər və Məftun yorulmaq bilmədən oynayır, rəqs etməkdən çox söz deməyi bacaran təcrübəli jurnalistlərə isə həsrətlə baxıb əl çalmaq qalırdı. Məftunun gitarada, İlkinlərdən birinin sintezatorda ifası təkcə qonaqları yox, hətta alət yiyəsi olan musiqiçiləri də xeyli təəccübləndirdi.
Diqqətı çəkən məqamlara gəlincə, viktorinanın təşkili lap yerinə düşdü. Deməli, hər masaya idmana aid 6 sual ünvanlanır və suala ilk cavab verənə “AAAF Park”ın ailəvi əyləncə məkanında istirahət etmək üçün 50 manatlıq hədiyyə kuponu təqdim olunurdu. Təbii ki, yaşayış kompleksini inşa etdirən şəxslərin jurnalistlərə jesti idi. Suallar nə qədər maraqlı idisə, bir o qədər də gözlənilməz olduğundan bəzilərinə cavab verməkdə aşkar çətinliklə üzləşdik. “2+2”nin cavabını bilməyəcək qədər tormozlanmışdıq. Doğru cavabları eşidəndə kimisi başını qaldırmağa utanırdı, kimisi də çıxış yolunu bəhanə gətirməkdə tapırdı. Əsas olan hədiyyə kuponlarının sponsorların üstünə qayıtmamasıydı ki, bu baş verdi. Çünki 10 kuponun hamısına jurnalistlər sahib çıxdı.
“İdman Azərbaycan” və “CBC Sport”un münasibətlərinin hansı səviyyədə olduğu çoxlarına məlumdu. Hadisələrin kökünə varmadan qısaca qeyd edim ki, “CBC Sport” yaranandan sonra müxtəlif səbəblərdən arada müəyyən soyuqluq yarandı. Və həmin soyuqluq indiyə kimi davam etməkdədi. Maraqlıdı ki, tədbirdə hər iki telekanalın nümayəndələri vardı. Sənanın həm “İdman Azərbaycan”, həm də “CBC Sport”un əməkdaşlarını eyni anda səhnəyə dəvət etməsi başı yeyib-içməyə qarışanları biranlıq “işindən etdi”. Bir tərəfdə Siyavuş Əliyev, digər yanda Şəmsəddin Abbasov. Yox, hansısa “atışma” olmadı. Düzü, bir-birinə münasibətdə ögeylik də hiss etmədik. Əksinə, Şəmsəddin təmsil etdiyi telekanalı yeriməyə başlayan balaca uşağa bənzətsə də, “İdman Azərbaycan”la sağlam rəqabət aparmağa çalışdıqlarını gizlətmədi. Bax, bu etiraf, həm də “mehriban düşmənlər”in eyni səhnədə qucaqlaşıb əl sıxdığını görmək nəyə desən, dəyərdi.
Saat hələ 9 olmamış ofisiant və musiqiçilərin evə getmək istəyinin kökündə nəyin durduğunu bilməsək də, arzularının bu olması dəqiq idi. Kababın tikəsini dişinə keçirdiyin vaxtda masanın üzərində dondurma qablarını görmək üçün saat ən azı 11 olmalıdı. Çünki şənlikdə masaya gətirilən ən axırıncı təam dondurmadı. Əvvəlcə məclisin erkən başa çatmasını təşkilatçıların tələbi kimi anladıq. “Bəlkə də restoranı üçsaatlıq danışıblar” fikrinə düşdük. O yerdə ki, ATV-çi İlkin Fikrətoğlu, dostların dili ilə desək, “su”ya “meydan oxuyan” şəxs ola, o məclis erkən dağılarmı?! Dondurmanın tez gətirilməsinin İlkinə etdiyi təsir qüvvəsi çox keçmədən “partladı”. Mikrofonu əlinə alan Fikrətoğlunun “dostlar, dondurma gəlməyinə gəlib, amma bu məclisimizin sonudu anlamını daşımır. Ola bilsin, ofisiant qardaşlarımız saat səhvinə yol verib. Odu ki, dincəlin” deməsi bizlərə gülüş, divara söykənib gözlərini döyən ofisiantlara əsl kədər “hədiyyəsi” idi. Elə kişi və qadın müğənninin pərt halda bir-birinə baxıb köks ötürməsi də evə tez getmək arzularının dəfn olunması demək idi...
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... Dünən, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər Dünən, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu Dünən, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı Dünən, 14:56 Əliyarı finala layiq görmədilər Dünən, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Dünən, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi Dünən, 14:12 Mahirdən şübhəli mesaj Dünən, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” Dünən, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq Dünən, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı Dünən, 14:00 Emildən növbəti “quru” oyun Dünən, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq Dünən, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi Dünən, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir Dünən, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür Dünən, 13:51 “Keşlə” sabah toplanışa başlayır Dünən, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır Dünən, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı 17-06-2019, 21:26 "Neftçi" gözlənilən transferi gerçəkləşdirdi 17-06-2019, 21:24 “Qarabağ”ın veteranı klub rəhbərliyindən gileyləndi 17-06-2019, 21:23 “Əvəzimə əcnəbi müdafiəçi alınmayacaq, çünki komandada üç yerli müdafiəçi var” 17-06-2019, 20:06 Süni gündəm: “Qarabağ”ın futbolçuları hədəf göstərilir 17-06-2019, 20:04 Əfran İsmayılov yığmada lider çatışmazlığını qabartdı 17-06-2019, 20:03 U-21-in üzvü “Zirə”də 17-06-2019, 20:02 “Real”ın yeni transferinin zirvəyə yolu “Qəbələ Cup”dan keçib 17-06-2019, 20:01 Transfer dosyesi 17-06-2019, 20:00 Futbolçular xaricə gedə bilməməyin günahını agentlərdə görürülər 17-06-2019, 19:58 Gerye “köhlən atlar”la razılığa gəldi 17-06-2019, 19:57 Arif Əsədov üzr istədi və vaxt azlığını əsas gətirdi 17-06-2019, 19:55 Aleksey İsayev Avropaya yollanır 17-06-2019, 19:20 “Xəzər qasırğası” 75 yaşında! 17-06-2019, 18:53 Azad Cabbarov yenə sədr seçildi 17-06-2019, 18:49 Rıbka da azarkeşsizlikdən gileylənir 17-06-2019, 18:47 “Bu təcrübə Bakıya AÇ-2020-də зox kцmək edəcək” 17-06-2019, 18:36 “Energetik” can üstədi... 14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər Bütün xəbərlər
Ən çox oxunanlar