09 avq 13:49manset

Ramil Şeydayev “Qarabağ”a məlumat ötürsə də, özündən danışmaq istəmədi

Ramil Şeydayev “Qarabağ”a məlumat ötürsə də, özündən danışmaq istəmədi
“Əsasən “7 nömrə”ni zərərsizləşdirmək lazımdı”
Çempionlar Liqasının pley-offunda “Qarabağ”la qarşılaşacaq “Kopenhagen” bizim üçün “sirli qutu” olsa da, yığmanın şərəfini qoruyan futbolçulardan birinə yaxşı tanışdı. Söhbət “Jilina”nın formasını geyən Ramil Şeydayevdən gedir. Xatırladaq ki, Danimarka çempionu ÇL-in ikinci təsnifat mərhələsində məhz Şeydayevin komandasını mübarizədən kənarlaşdırmışdı. Slovakiyada baş tutan qarşılaşmada 3:1 hesabıyla qalib gələn “Kopenhagen” doğma azarkeşləri önündə 1:2-lik məğlubiyyətə üzülmüşdü. Ramilin hər iki qarşılaşmanın iştirakçısı olduğunu qeyd edək. İlk oyunda “Jilina” hesabda 1:0 öndə olarkən həmyerlimiz 57-ci dəqiqədə meydana çıxmışdı və bundan sonra skandinaviyalılar 3 qol vurmağa nail olmuşdu. Cavab görüşündə isə hesab 2:1 slovakların xeyrinə olanda Ramil 66-cı dəqiqədə meydana çıxsa da, qola sevinə bilməmişdi. Qısası, milli üzvü 180 dəqiqə iş başında gördüyü “Kopenhagen” haqda lazımi məlumatlara sahib olmalıdı. Ramilin hansısa mənada “Qarabağ”a, dəqiq desək, Azərbaycan futboluna faydalı məlumatlar verə biləcəyini nəzərə alıb, onunla əlaqə saxladıq. Təəssüf ki, danışmaqla arası olmayan hücumçu suallara ötəri cavablarla kifayətləndi.
- “Kopenhagen”lə bağlı bəzi bilgiləri almaq üçün narahat edirəm. Hər iki oyunun iştirakçısı olduğunu nəzərə alsaq, yəqin ki, deyəcəklərin var.
- Bununla bağlı mənə zəng vurmuşdular. Amma dəqiq nəsə söyləməkdə çətinlik çəkdim. Çünki danimarkalıların “Qarabağ”a qarşı necə oynayacağını bilmirəm. Həm də indi texnologiyanın inkifaş etdiyi zamandı. “Qarabağ” rəsmiləri lazım olan bütün məlumatları toplaya biləcək.
- Orası elədi. Bizə maraqlı olan “Kopenhage”nin “Jilina”ya qarşı necə çıxış etməsidi. Məsələn, hansı cəhətlərdə rəqibdən ehtiyatlanmaq lazımdı?
- Baxımlı futbol oynamağı bacaran kollektivdi. Hücumda olduqca təhlükəlidilər, asanlıqla qol vəziyyəti yarada bilirlər. Cinahlarda sürətli futbolçular yer alıb ki, hücumların qurulmasında əsasən onlar iştirak edir.
- Bəs çatışmazlıqları kimi nəyi qabarda bilərsən?
- Müdafiə xəttində bəzən çaşqınlıq yaşayırlar. Sanki arxa xətt oyunçuları bir-birilərini başa düşmürlər. Bu cür səhvlərdən mütləq yararlanmaq lazımdı.
- Hansı taktiki sxemlə oynayırlar?
- Bizə qarşı 4-4-2 ilə meydana çıxmışdılar. Həm səfərdə, həm də evdə. Bəlkə də “Qarabağ”a qarşı başqa cür oynayacaqlar. Amma bizimlə oyunda iki hücumçudan istifadə etdilər.
- Səncə, “Qarabağ” belə komandaya qarşı açıq futbol sərgiləməlidi, yoxsa əks-hücum taktikası əlverişli olar?
- “Qarabağ” rəqibin adına baxmadan sadiq qaldığı oyun üslubundan yararlanır. Məncə, bu dəfə də belə olacaq. Pley-off elə bir mərhələdi ki, ehtiyatı əldən vermək olmaz. Çox güman, danimarkalılar da ehtiyatlı davranacaqlar.
- Hansı futbolçulardan təhlükə gözləmək olar?
- Orta sahədə “7 nömrə” (Benjamin Verbiç) var. Oyunu, demək olar, onun üzərində qururlar. Olduqca texnikalı və sürətlidi. Əsasən onu zərərsizləşdirmək lazımdı. Lakin onun yoxluğunda da səhnəyə çıxa biləcək futbolçular var.
- Tipik Skandinaviya, yəni gücə hesablanmış atletik futbol sərgiləyirlər, yoxsa texnikalı oyun həvəskarıdılar?
- Qaçmağı, mübarizə aparmağı bacarırlar. Bununla yanaşı, texnikalı futbolçuları da var. Topla davranmaq baxımından problem yaşamırlar.
- Səfər görüşündə stadiondakı ab-hava necə idi? Stadion tam dolmuşdu?
- Boyük stadionları var. Tribunalar, demək olar, tam dolmuşdu. Gördüyümə əsasən onu deyə bilərəm ki, danimarkalılar futbolu sevirlər, “Kopenhagen”i dəstəkləyirlər. “Qarabağ” cütün taleyini Bakıda həll etsə, yaxşı olar.
- Son olaraq özündən danışaq. Slovakiya çempionatında 3 tur geridə qalsa da, meydana çıxmamısan. Səbəb nədi?
- Söhbətin əvvəlində razılığımız oldu ki, ancaq “Kopenhagen”lə bağlı suallara cavab verəcəm. Ona görə də “Jilina” mövzusuna toxunmaq istəmirəm.
Ramil məsələ ilə bağlı danışmaq istəməsə də, futbolçunun millini seçməsində əməyi olmuş, AFFA-da seleksiya işləri üzrə əlaqələndirici vəzifəsini daşıyan Riyad Rəfiyev mətbuata açıqlamasında Şeydayevin heyətdən kənarda qalmasının səbəbini dilə gətirib: “Ramili ilk turda Çempionlar Liqasında “Kopenhagen”lə oyunlara görə oynatmadılar. Belə deyim, onu qoruyurdular. “Jilina” Danimarka çempionuna uduzduqdan sonra isə əsas heyətin bir neçə futbolçusu, o cümlədən Ramil cəza tədbiri kimi yerli çempionatın matçlarında oynadılmır. Elə buna görə də çempion komanda ardıcıl 3 oyunun hamısında uduzub”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar