07 avq 20:40manset

“Neftçi” daha bir legionerlə güclənəcək

“Neftçi” daha bir legionerlə güclənəcək
Elxan Abdullayev: “Mənə inanmayan adamların fikrini dəyişmək üçün əlimdən gələni edəcəm”
Dörd gündən sonra, yəni avqustun 11-də növbəti mövsümə start veriləcək. Çempionatın açılış oyununda “Qarabağ”la “Neftçi” üz-üzə gələcək ki, bu oyunu səbirsizliklə gözləyənlərin sayı həddən artıq çoxdu. Meydanın bir tərəfində Çempionlar Liqasının qrupuna düşməyi hədəfləyən son 4 ilin çempionu olacaqsa, digərində son 3 ili titulsuz bitirən “Neftçi” yer alacaq. Xüsusilə “ağ-qaralar”ın indiki durumu maraq doğurur. Avstriyada keçirilən yoldaşlıq görüşlərində bundesliqa təmsilçiləri – “Şalke-04”ə 0:1, “Herta”ya 0:4 hesabı ilə məğlub olan, “Əl-Əyn”lə 1:1-lik heç-heçəyə razılaşan Elxan Abdullayevin yetirmələrinin son durumu “Qarabağ”la oyunda bilinəcək. Növbəti mövsüm həm də Abdullayev üçün son şansdı. Ötən çempionatın gedişində qış fasiləsindən sonranı işarə verən təcrübəli mütəxəssis komandasını hədəfə çatdıra bilməyəndən sonra növbəti birinciliyə işarə vurmuşdu. Deməli, hansı məsuliyyətin altına girdiyini Elxan bəy hamıdan yaxşı dərk edir. Odu ki, “Neftçi”nin çalışdırıcısıyla söhbətdə bəzi suallara aydınlıq gətirmək istədik.
- Ağır məşqlərdən, yoldaşlıq görüşlərindən sonra komandada vəziyyət necədi?
- Əla hazırlıq keçdiyimizi deməliyəm. Xüsusilə Avstriya toplanışından olduqca razı qaldım. Buna görə klub rəhbərliyinə xüsusi təşəkkür etmək istəyirəm. Ab-hava qaydasındadı. İndi hər kəs səbirsizliklə çempionatın başlamasını gözləyir. Futbol ictimaiyyəti kimi, biz də çempionat üçün darıxmışıq.
- Yay hazırlığından maksimum yararlanacağınızı demişdiz. Artıq “Neftçi”ni çempionata hazır saymaq olar?
- Heç bir məşqçi “komandam 100 faiz hazırdı” deyə bilməz. İş olan yerdə çatışmazlıqların olması mütləqdi. Yalnız onu deyə bilərəm ki, çempionata hazırıq.
- Ayyarımlıq hazırlıq dönəmində sizi nə sevindirdi?
- Məni ən çox sevindirən “Şalke-04” və “Herta”ya qarşı oyunlar oldu. Belə məşhur komandalarla oynamaq hər məşqçinin arzusudu. Bundesliqa təmsilçilərinə qarşı mübarizə aparmaq futbolçular üçün əsl sınaq, təcrübədi. Və bu oyunlarda futbolçular özü-özünə qiymət verə bilir. Üstəlik, biz məşqçilər çatışmazlıqları görmək imkanı qazanırıq. Belə komandaların bizimlə oynamağı razılıq verməsinin özü böyük işdi. Təşkilatçılar onları razı saldığına görə böyük iş görmüş oldu. Başqa bir məsələ futbolçularımızın diqqət mərkəzində olmasıdı. Belə matçları skautlar, agentlər izləyir, özləri üçün müəyyən qeydlər aparırlar.
- Sözlü adama oxşayırsız...
- Ad çəkməyəcəm, ancaq bəzi futbolçularımızla maraqlananlar oldu. Aralarında yerlilər də var idi, legionerlər də. Düzdü, bu dəqiqə kimisə alıb aparmayacaqlar. Sadəcə, kimlərinsə adlarını dəftərçələrinə yazmaları özü də böyük işdi. Həmin oyunçuları diqqət mərkəzində saxlayacaqlar.
- Bəs nədən narazı qaldız?
- Narahat edən məqam “Şalke-04” və “Herta” səviyyəsində ola bilməməyimizdi. Oyunlara baxanda əsl Avropa futbolundan nə qədər geridə olduğunu başa düşürsən. Məşqçi kimi yaxşı mənada paxıllıq etməyim narahatlıq doğuran məqamdı.
- Sualıma cavab kimi Georgi Navalovskinin gözlənilməz ayrılığını, Mateo Mujeklə Derlis Meza-Kolli mövsümün başlamasına təxminən 10 gün qalmış “Neftçi”yə qoşulmasını qabardacağınızı düşünürdüm...
- Bunlara görə narahat deyiləm. Bilirsiz, niyə? Çünki indiyə qədər heç bir futbolçunun öz istəyi ilə gedişinə təəssüflənməmişəm. Futbolçu getmək istədiyini deyirsə, onu zorla saxlamağın mənası yoxdu. Düzdü, Navalovski yaxşı futbolçu, lider idi. Amma məlum səbəblərə görə ayrılmaq istədiyini dedi. Mən isə buna normal yanaşdım. Mujekə gəlincə, “Neftçi”yə gələnə qədər Sloveniya çempionatında “Rudar”ın heyətində hər iki oyunda 90 dəqiqə forma geymişdi. Yəni hazır futbolçudu, narahatlığa ehtiyac yoxdu.
- Bəs Derlis?
- Derlislə bağlı bir narahatlığım vardı. Futbolçu kimi peşəkarlığına, meydanda gördüyü işə şübhəm yox idi. Nəyə qadir olduğunu “İnter”də görmüşdüm. Sadəcə, çarpazvari bağları qırılandan sonra çətin dönəm keçirmişdi. Adətən, bu zədəni alan futbolçular sonradan özünə bənzəmir, gözü qorxur, elələri də olur ki, ümumiyyətlə, futbola qayıda bilmir. Mənə Derlisin əvvəlki kimi döyüşkən görünüb-görünməyəcəyi maraqlı idi. Və meydana çıxdığı oyunlarda, məşqlərdə bir şeyə əmin oldum ki, bu vaxtilə “İnter”də gördüyüm həmin futbolçudu. Transferdə yanılacağımı düşünmürəm.
- “Kəpəz” və “Binə”ylə yoldaşlıq görüşlərindən sonra “yarımmüdafiədə lider oyunçuya ehtiyacım var” demişdiz. Derlisin gəlişiylə həmin problemin həllini tapdığını demək olar?
- Bəli, Meza-Kolli həmin futbolçulardandı. Bu adamda lider keyfiyyətləri var, məğlub olmağı bacarmır. Üstün cəhəti universal olmasıdı. Həm dağıdıcılıq qabiliyyəti var, həm də yaradıcıdı. Fikrimcə, bu cəhətləri “Neftçi”də özünü göstərməsinə kömək edəcək.
- Transfer çalışmalarına nöqtə qoyulduğunu deyə bilərik?
- Daha bir legionerin gəlişi gündəmdədi. Hazırda bu yöndə işlər görülür. Yaxın günlərdə daha bir yarımmüdafiəçi ilə anlaşma imzalanmalıdı. Danışıqlara nöqtə qoyulan kimi ictimaiyyətə xəbər veriləcək.
- “Şalke-04” və “Əl-Əyn”lə matçlarda komandanız pis təsir bağışlamadı. Maraqlıdı, “Herta”yla oyunda nə baş verdi?
- Bu suala cavab tapmaq üçün mənə sual verməyə ehtiyac yoxdu. Təkcə sonuncu Almaniya çempionatına baxmaq kifayət edir. “Herta” Çempionlar Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparsa da, sonda 6-cı pillə ilə kifayətləndi. Yəni bu gün “Herta” ilə “Neftçi” arasında müqayisə olunmayacaq dərəcədə aşkar səviyyə fərqi var. Təkcə İbişeviçi götürək. Onun illik maaşı az qala “Neftçi”nin 3 illik maaş büdcəsinə bərabərdi. Kalu, Duda, Darida kimi futbolçular da öz yerində. Qısası, səviyyə fərqi özünü göstərdi. Vəziyyət o yerdəydi ki, futbolçularımız “sürüşmə” fəndindən istifadə edə bilmirdi. Çünki rəqib futbolçulara çatmaq mümkün deyildi. Onların təklif etdiyi sürətin qarşısında tab gətirmək, sadəcə, mümkün deyil.
- Mövsümün ilk oyununun “Qarabağ”a qarşı keçirilməsini “Neftçi” üçün üstünlük saymaq olar? Hər halda, rəqib bu dəqiqə daha çox “Kopenhagen”lə qarşılaşmaları düşünür.
- Açığı, “Qarabağ”ın nə düşündüyü, bizimlə oyuna hansı heyət və motivasiya ilə çıxacağı məni narahat etmir. Bu dəqiqə bütün fikrimi “Neftçi”yə ayırmışam. Çempionatın açılış matçında azarkeşləri sevindirmək istəyirik. Bəli, “Qarabağ” güclü rəqibdi, son illərin çempionudu. Amma bu bizi qorxutmur. Qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik. Komandama inanıram.
- Maksim Vaylonun taleyi necə olacaq? Səlahət Ağayevlə Rəşad Əzizli varsa, o “papağını günə verib” maaşını alacaq?
- Maksim müqavilə ilə “Neftçi”yə məxsusdu. Biz ona özünə komanda tapmağı məsləhət görsək də, hələ ki bu yöndə yenilik yoxdu. Sabah yaxınlaşıb getmək istədiyini desə, ona şərait yaradılacaq. Amma indiki vəziyyətdə komanda ilə məşq edir. Çempionatda oynayacaq, ya yox – buna artıq mən qərar verəcəm. Bu gün üçün “bir nömrə” Səlahətdi.
- Qarşınıza hansı hədəf qoyulub?
- Məqsəd avrokuboklara vəsiqə verən yerlərdən birini tutmaqdı. Çempion olmaq hər komandanın arzusudu. Ancaq bu gün çətin görünür. Ona görə də hədəf kimi “4-lüy”ü seçmişik.
- Sonda futbol ictimaiyyətinə deyəcək sözünüz var?
- Mənə inanmayan, bacarığıma güvənməyən adamların fikrini dəyişmək üçün əlimdən gələni edəcəm. Bunu danışmaqla yox, işimlə göstərəcəm.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar