07 avq 19:58manset

Uğursuz “Qəbələ”nin baş meneceri danışdı

Uğursuz “Qəbələ”nin baş meneceri danışdı
Adlı-sanlı, ustalıq səviyyəsi yüksək olan oyunçuları Azərbaycana gətirmək çox çətindi”
Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Panatinaikos”a yenilərək qitəmiqyaslı turnirdən kənarda qalan “Qəbələ”də artıq bütün diqqətlər premyer-liqaya yönəlib. Ardıcıl iki il Avroliqanın qrup mərhələsində çıxış edən “qırmızı-qaralar”ın bu yay uğursuzluğa düçar olmasını ictimaiyyət heç də birmənalı qarşılamadı. Mütəxəssislərin fikrincə, şimallıların heyətinin hər dəfə mövsümlərarası fasilədə sökülüb-yığılması, Roman Qriqorçukun əlinin altında oturuşmuş heyətin olmaması uğursuzluğu şərtləndirən əsas amillərdən biridi. Bu cür düşünənləri hardasa başa düşmək olar. Doğrudan da hər yay “Qəbələ” rəhbərliyi düşərgədə kütləvi dəyişikliklərə əl atmaqla yadda qalır. Bəs bu addımı zəruri edən nədi? Maliyyə, baş məşqçinin futbolçularla yola getməməsi və ya başqa səbəb? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün şimallıların baş meneceri Zaur Əzizovla danışmağı lazım bildik.
- Rəhbərlik komandanın avrokuboklardan kənarda qalmasına necə reaksiya verdi?
- Heç şübhəsiz, klubda çalışan istənilən şəxs, o cümlədən rəhbərlik də komandanın “Panatinaikos” səddini aşmasını istəyirdi. Ən azı son iki ildə olduğu kimi komandanı Avroliqanın qrup mərhələsində görməyi arzulayırdı. Ancaq bu dəfə alınmadı. Və buna görə də rəhbərlik təəssüf hissi keşirdi.
- Yalnız təəssüf hissi?
- Cavab görüşündən öncə, demək olar ki, həftəboyu oyun barədə rəhbərliklə fikir mübadiləsi aparır, real durum haqda danışırdıq. Odu ki, qeydə alınan məğlubiyyət o qədər də kəskin reaksiya doğurmadı. Bizim durumumuz, rəqibin səviyyəsi özünü göstərdi.
- Əksər mütəxəssislərin fikrincə, mövsümlərarası fasilədə “Qəbələ”də bu qədər dəyişikliklər olmasaydı, komanda qitəmiqyaslı turnirlərlə belə erkən vidalaşmazdı. Heyətdə əsaslı dəyişiklikləri zəruri edən səbəbləri bilmək istərdik. Nəyə görə hər yay “Qəbələ”də eyni proseslər yaşanır?
- Hamının fikrinə hörmətlə yanaşırıq. Bu gün “Qəbələ” pley-offa vəsiqə qazansaydı, heç kim bu nüansı qabartmayacaqdı. Necə ki ötən illərdə heç kim heyətdə baş verən dəyişikliklərə toxunmadı, bunu problem kimi qabartmadı. Əksinə, həmin vaxt hamı “Qəbələ”nin transfer siyasətini tərifləyir, düzgün iş qurduğunu söyləyirdi. Bu dəfə mübarizəni erkən dayandırdığımızdan belə söz-söhbət ortaya çıxır. Necə deyərlər, uğurun şəriki çox olur, məğlubiyyət isə yetimdi. Ötən il, ondan əvvəlki mövsüm komandanın uğurundan ağızdolusu danışanların sayı sonsuz idi. Hətta kluba yaxından-uzaqdan bağlılığı olmayanlar belə qazanılan nəticələri öz adlarına çıxırdı. Bu işdə onların da xidmətlərinin olduğunu vurğulayırdılar. Ancaq bu gün xırda çatışmazlıqları belə şişirtməyə çalışanlar var. Həmin şəxslər, onlar kimi düşünənlər klubun içində olmadığından bir çox məsələlərdən xəbərsizdilər. Biz də istəmərik ki, hər yay heyətdə böyük dəyişikliklər olsun, avrokubok oyunları ərəfəsində vaxtımızı heyəti komplektləşdirməyə sərf edək. Lakin müəyyən səbəblər var ki, bunu qaçılmaz edir. Bu haqda geniş danışmaq, klubdaxili sirri ictimaiyyətə açıqlamaq istəmirəm. Bəlli olan odu ki, bu addımı məcburiyyətdən atmalı oluruq.
- Müsahibələrinizin birində “paytaxt təmsilçilərindən fərqli, bölgə klubuna səviyyəli leginer dəvət etmək çox çətindi” söyləmişdiz. Və ardınca “bunu nəzərə alıb, yeni mövsümdən daha çox Bakıda məskunlaşacağıq” bildirmisiz. Doğrudanmı əcnəbilər Qəbələyə gəlmək istəmir?
- Əvvəlcə onu söyləyim ki, bu gün səviyyəli legioneri nəinki “Qəbələ”yə, ümumiyyətlə, Azərbaycana dəvət etmək çətindi. Üstəlik, komanda bölgə təmsilçisi olanda bu çətinlik ikiqat artır. Maraqlandığımız legionerlərlə danışıq masası arxasına oturanda onlar maliyyədən öncə yerli şəraitlə maraqlanırlar. Legionerləri daha çox övladlarının hansı məktəbdə təhsil alacağı, asudə vaxtlarını necə keçirəcəkləri maraqlandırır. Burdakı şərait onları qane edəcəyi halda artıq maliyyə məsələsinin müzakirələri başlayır. Bu yay dəfələrlə belə halla qarşılaşdıq. Avropada sözün həqiqi mənasında “Qəbələ” ətrafında müsbət imic formalaşıb. Kimlərlə görüşdüksə, hamısı klubumuz haqda xoş sözlər eşitdiklərini dilə gətirdilər. Lakin yuxarıda qeyd etdiyim şərtlər bəzən bizə mane oldu.
- Belə çıxır ki, bu yay istədiyiniz transferləri həyata keçirə bilmədiz?
- Elə deməzdim. Bizim transfer siyahımızda hər mövqe üçün 3-4 futbolçu nəzərdə tutulmuşdu. Bütün nüansları nəzərə alıb əvvəlcədən ehtiyat variantlar da fikirləşmişdik. Adı siyahıda birinci olanların bəziləri ilə qeyd etdiyim səbəblərdən ortaq məxrəcə gələ bilməsək də, ikincilərlə anlaşa bildik. Onların hər biriylə danışmaq, müsbət cavab almaq xeyli vaxtımızı apardı. Bu üzdən onlar komandaya gec qoşuldular. Məncə, bu yay rənglərimizə bağladığımız legionerlərin hamısı meydana çıxdıqları oyunlarda ümidləri doğrultdular. Yenə deyirəm, adlı-sanlı, ustalıq səviyyəsi yüksək olan oyunçuları Azərbaycana gətirmək çox çətindi. Bütün klublarımız eyni problemlə üzləşir.
- Yeni transferlərinizin düşərgəyə gec qoşulduğunu bildirdiz. Bəlkə “Qəbələ”nin avrokuboklarla erkən vidalaşmasının kökündə məhz bu məqam durur?
- Ola bilər. Bunu inkar etmək, danmaq düzgün olmazdı. Seçim zamanı səhvə yol verməmək üçün çox çalışdıq. Belə olanda isə istər-istəməz vaxt itkisinə yol vermiş olursan. Ancaq hər şeyi bu məqama bağlamaq da düzgün deyil.
- Bayaq verdiyim suallardan birinə aydınlıq gətirmədiz. “Qəbələ”də premyer-liqanın əksər klubları kimi yeni “futbol ili”ndən paytaxtda məskunlaşacaq?
- Xeyr. Komanda həmişə olduğu kimi, bu il də təmsil olunduğu bölgədə məskunlaşacaq. Sadəcə, yeni mövsümdə Bakıda keçirəcəyimiz çempionat matçlarına əvvəlki illərdə olduğu kimi bir gün öncədən yox, daha tez gələcəyik. Ev oyunlarımızı isə Qəbələdə keçirəcəyik.
- Çempionatdan söz düşmüşkən, avrokuboklarla erkən vidalaşmaq bəlkə də “Qəbələ”nin işinə yarayacaq. Üç “cəbhə”də mübarizə aparmağın çətin olduğunu nəzərə alsaq, indi bütün diqqətlər premyer-liqaya və ölkə kubokuna yönələcək. Yəni “Qarabağ”ın ən azı dekabra qədər qitəmiqayaslı turnirlədə iştirak edəcəyini nəzərə aldıqda 2017/18 mövsümü titul qazanmaq üçün əla şansdı.
- “Qəbələ” artıq neçə mövsümdü çempionluq uğrunda mübarizə aparır. Ancaq hər dəfə hardasa büdrəyərək istəyimizə çata bilmirik. Bunun da obyektiv və subyektiv səbəbləri var ki, indi o haqda danışmaq istəmirəm. Bu il də hədəf dəyişməyib. Əsas məqsəd qızıl medalı qazanmaqdı. Heyətimiz də buna imkan verir.
- “Transfer pəncərəsi”nin bağlanmasına hələ xeyli vaxt var. Qarşıdakı günlərdə heyətə yeni futbolçu cəlb etmək fikriniz var?
- Hər bir baş məşqçi istəyər ki, sərəncamında daha çox oyunçu olsun. Ancaq hər şeyin həddi var. Məncə, bugünkü heyətimiz genişdi və düşərgədə olanlar da yaxşı oyunçulardı. Kiminsə gəlməsi üçün kiminsə getməsi gərəkdi.
- Kuluarlarda yayılan söz-söhbətlərə inansaq, komanda bu il də çempion ola bilməsə, hazırda rəhbərlikdə təmsil olunanlar və baş məşqçi işini itirəcək. Bununla yanaşı, klubun büdcəsi də kəskin azalacaq və heyətdə əsasən akademiyanın yetirmələri çıxış edəcək. Söylənilənlər nə dərəcədə doğrudu?
- Bayaq söylədiyim kimi, hamının fikirlərinə hörmətlə yanaşsaq da, bizim öz yolumuz, strategiyamız var. Bir, iki, üç ildən sonra nə olacaq - bunu indidən heç kim proqnozlaşdıra bilməz. Bir də ki biz heç vaxt iki-üç il sonranı fikirləşmirik. Hər çempionat oyunundan sonra artıq bütün diqqəti növbəti tura yönəldirik. Nəyin necə olacağını isə zaman göstərəcək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar