03 avq 14:50manset

Ramin Musayev “Xəzər Lənkəran” rəsmilərinin cavabını verdi

Ramin Musayev “Xəzər Lənkəran” rəsmilərinin cavabını verdi
“Ümumiyyətlə, Tuyqun Nadirovun Rövnəq Abdullayev haqda danışmaq haqqı yoxdu”
Püşkatma başa çatdıqdan sonra Ramil Musayevin iştirakı ilə mətbuat konfransı keçirildi. PFL prezidenti həm elita, həm də birinci divizion ilə bağlı sualları cavabladı.
- Püşkatmadan öncə yeni mövsümdə tətbiq olunacaq yeniliklər barədə məlumat verdiz. Ancaq əvəzedicilərin çempionatına toxunmadız. Bizdə olan məlumata görə, yeni “futbol ili”ndən əvəzedicilər əvvəlki illərdə olduğu kimi əsas komandadan bir gün əvvəl yox, bir gün sonra meydana çıxacaq.
- Düz qeyd etdiz. Baş məşqçilərin fikirlərini nəzərə alıb bu addımı atdıq. Ancaq mənə elə gəlir, bu yanlış qərardı. Çünki əvəzedicilərin oyunu 1 gün əvvəl olanda əsas komandanın baş məşqçisi də gedib, onların matçına baxırdı, orda fərqlənən gəncləri gözaltı edirdi. İnanmıram ki, Qəbələyə, Gəncəyə səfər edən klubun çalışdırıcısı öz komandasının oyunundan sonra 1 gün orda əlavə qalıb əvəzedicilərin oyununu izləsin. Təki mən yanılım, ancaq fikrimcə, bu addım uğurlu olmayacaq.
- Artıq neçə illərdi yığmanın oyunları və təlim-məşq toplanışları ilə bağlı premyer-liqada uzunmüddətli fasilələr yaranır. Berti Foqtsun qoyduğu ənənə Robert Prosineçkinin də dönəmində davam edir. Qeyd etdiyimiz problem yeni mövsümdə də olacaq?
- Əsas məqsədimiz nədi? Güclü yığmanın olması. Çempionat milliyə futbolçu yetişdirmək üçün keçirilir. Bu səbəbdən yığmanın baş məşqçisi necə istəyirsə, biz də ona uyğun qərar verməliyik. Mənə çatan məlumata görə, Prosineçki qarşıdakı aylar üçün uzunmüddətli toplanışlar nəzərədə tutmayıb. Belə olacağı halda yəqin fasilə olmayacaq.
- Birinci divizionda neçə komanda iştirak edəcək?
- Bu haqda açıqlama vermək istəmirdim. Hazırda 12 namizəd var. Amma belə qərara gəldik ki, bütün klublardan bank təminatı tələb edək. Fərqi yoxdu, həmin komanda yeni yaranıb və ya uzun illərdi aşağı dəstədə çıxış edir. Təminat məktubu olmayan komanda çempionata buraxılmayacaq. Bu addımı atmağa məcburuq. Çünki sonradan futbolçular maaşlarını ala bilməyəndə bizim üstümüzə gəlirlər.
- Əvvəlki illərdən fərqli, hakimlər təlim-məşq toplanışını ölkə daxilində keçəcək. Bu haqda nə deyə bilərsiz?
- Mətbuatda yazılır ki, hakimlər maddi durumla bağlı ölkə xaricinə getməyiblər. Amma bu doğru məlumat deyil. Hakimlərimiz ölkə xaricində hazırlıq keçən zaman yetərincə oyun idarə edə bilməyəcəklərsə, onları ora göndərməyin nə mənası var? Bizə Bolqarıstandan məktub gəlmişdi və gördük ki, hakimlərimiz üçün cəmi 8 oyun nəzərdə tutulub. Bizim isə premyer-liqa oyunlarını idarə edən 9 ədalət təmsilçimiz var. Belə çıxır ki, onlardan biri toplanışdan kənarda qalmalıdı. Məhz bu səbəbdən hakimlərimizi xaricə göndərməməyə qərar verdik.
- “Şərurspor”un prezidenti Sərdar Bağırov bugünlərdə “Futbol+”ə açıqlama verib və bildirib ki, futbola yatırım etmək istəyən iş adamları var. Amma bizə imkan vermirlər. Sizcə, kim icazə vermir?
- Vallah, burda xanımlar olmasaydı, yaxşı söz deyərdim. O şəxsin nyə görə şikayət etdiyini bilmirəm. Ölkə xaricində olduğumdan müsahibəsi ilə tanış deyiləm. “Şərurspor” və “Rəvan” UEFA-nın qərarı ilə çempionatdan uzaqlaşdırılıb. Onlar göndərilməsəydi, Azərbaycan futbolu məhv olacaqdı. Kimdi futbola yatırım etmək istəyənlər, çıxsınlar ortaya, tanıyaq. Gəlsinlər, söhbət edək, lazımi dəstəyi göstərək. Bugünlərdə yeni yaranan “Binə” klubunun rəhbəri yanıma gəlmişdi. Görüşüb söhbət etdik, hədəflərindən söhbət açdı. Məndən ən azı 20 yaş cavan olmasına baxmayaraq, maşına qədər ötürdüm. Belə çətin vaxtda klub yaratmaq, futbola yatırım etmək çox çətindi. Eyni sözlər “Göyçə” rəhbərliyinə də aiddi. Hər dəfə deyirəm və sözümün üstündəyəm.
- “Xəzər Lənkəran”ın rəsmiləri bildirib ki, AFFA rəhbərliyi dəyişənə qədər cənub klubu ölkə çempionatında oynamayacaq. Buna münasibətinizi bilmək istərdik...
- Bunu kim deyib?
- Mais Mənsimovla Tuyqun Nadirov.
- İkisi eyni anda deyib bu sözləri?
- Fərqi nədi? Hər halda, bu klubun mövqeyidi. Bu sözlər isə Tuyqun Nadirova məxsusdu.
- Onlar bugünkü AFFA rəhbərliyindən narazılıq edirlərsə, buna siz jurnalistlər cavab verməlisiz.Onlar düz deyirlərsə, mən istefa verməyə hazıram. İnsan səhvi birinci özündə axtarmalıdı. Mən həmişə deyirəm ki, hansı klub rəhbəri öz maliyyəsindən futbolun inkişafı naminə ayırırsa, onları futboldan iyrəndirməməliyik. Hakimlərə də bunu tez-tez deyirəm ki, bizə inanan insanları futboldan küsdürməyin. Mənə sual verirlər ki, “Bakı” və “Xəzər Lənkəran” premyer-liqaya gəlmək istəsə, çempionata buraxarsızmı? Yenə deyirəm, hansısa sponsor komandasını elitaya buraxmaq istəyərsə, yenidən püşkatma keçirərəm. “Rəvan” və “Şərurspor”un 1-ci diviziondan getməsi mənə xoş gəlmədi, rəhbərlikləri ilə yaxşı münasibətimiz var idi. Dəvədən böyük fil var. UEFA-dan bizə məktub gəldi ki, onlar cəzalandırılır. Tuyqun Nadirov deyib bu sözü? Ümumiyyətlə, Tuyqun Nadirovun Rövnəq Abdullayev haqda danışmaq haqqı yoxdu. İndi kimin necə işlədiyi hər kəsə bəllidi. Bir insan danışırsa, öncə öz işinə baxmalıdı. “Xəzər Lənkəran”ın rəhbəri Mübariz Mənsimov idi və o, çempionatdan imtina etmək qərarına gəldi. Nadirov isə Rövnəq Abdullayevin istefasını görməyəcək.
- Çempionatda yenə 8 komanda çıxış edəcək və yarısına AFFA sponsorluq edir. Sizcə, bunda assosiasiyanın heç günahı yoxdu?
- Özünüz də bilirsiz ki, bütün dünyada böhrandı. Moldovalılar “Qarabağ”ın “Şerif”lə oyununu göstərmək üçün 100 min avro tələb ediblər. Həmin pula Moldovada bir şəhər almaq olar. Bu yaxınlarda Ukraynada səfərdəydim. Orda vəziyyət çox acınacaqlıdı. 10 min dollara ikimərtəbəli, xeyli torpaq sahəsi olan evlər satılır. Futbola gəlmək istəyən sponsor yoxdu, AFFA nə etsin? Bir dəfə futbola sponsorluq edənlərdən biri dedi ki, bu qədər pul yatırıram. Dedim ki, sənə pul qazanmaq üçün ayrılan kanal mənə ayrılsaydı, 5 klub saxlayardım. Kimlərsə dövlət qarşısında səhv edib, bizneslərini məhv edirlərsə, biz nə edək? Sağ olsun Zaur Axundov ki, “İnter”ə sahib çıxdı. AFFA da bu məsələdə yardımçı oldu. Yoxsa daha bir klub dağılacaqdı.
- Ötən mövsüm ölkə kubokunun final oyununun Naxçıvana salınması “Qəbələ” rəhbərliyi tərəfindən narazılıqla qarşılandı.
- Niyə?
- Yol uzaq olduğundan azarkeşlər Naxçıvana yollana bilmədilər.
- Naxçıvan bizimdi. Orda yaşayan futbolsevərlər də belə böyük futbol bayramını izləməyə layiqdilər. Niyə final Qəbələdə keçiriləndə heç kim narazılıq etmədi, ancaq Naxçıvana ağız büzürlər? Quzanlıda keçirilən “Qarabağ” – “İnter” oyununu xatırlayın. Aranızda həmin matçı işıqlandırmaq üçün Quzanlıya yollananlar da olub. Həmin oyun günü qəsəbədə əsl bayram yaşanırdı. İnsanlar qaloşla, çəkmə ilə stadiona gəlmişdilər.
- İşıqlandırma sistemi olmayan stadionda günorta, qızmar istidə oyun keçirmək nə dərəcədə düzdü? Onu da nəzərə alaq ki, azarkeşləri də zorla arenaya gətirmişdilər.
- Zorla gətirilən tamaşaçı əl çalmaz, şüar səsləndirməz. Bəlkə bunu da zorla etdiriblər?
- Naxçıvanda futbola marağın böyük olmadığını “Heydər Əliyev kuboku”nda gördük.
- Premyer-liqanın aparıcı klubları ilə birinci divizion təmsilçilərini eyni tutmayın. “Heydər Əliyev kuboku”nun mükafatlandırma mərasimində iştirak edən Naxçıvan Ali Məclisinin sədri Vasib Talıbovla söhbət zamanı işıqlandırma sistemi məsələsinə toxunduq. Qısa vaxtda problemin aradan qaldırılması üçün göstəriş verdi. Məhz belə turnirlərin, oyunların sayəsində çatışmazlıqlar həll olunur.
- Klublar ötən mövsümdən qalan borcları tam ödəyib?
- “Qarabağ”dan başqa bütün klubların borcu var.
- Teleyayın məsələsi yeni mövsümdə necə olacaq? Yenə tender elan olunacaq, yoxsa ötən illərdə olduğu kimi, premyer-liqa qarşılaşmalarını “CBC Sport”da izləyəcəyik?
- Gəlin bir qədər insafla danışaq. Bu telekanldan narazı olan var? Demək olar ki, bütün qarşılaşmalar canlı yayınlandı. Klubların istəyinə uyğun vaxtda oyunlar keçirildi. “Qəbələ” saat 16.00-da yox, 18.00-da oynamaq istədiyini bildirdi, telekanal razılaşdı. “Qarabağ” namaz qılmalı olduğunu söyləyib, matçın başlama vaxtının dəyişdirilməsini istədi, onlara da “baş üstə” dedilər. Yayının keyfiyyəti də öz yerində. Odu ki, “CBC Sport”la yola davam edəcəyik.
- "Qarabağ"ın Çempionlar Liqasının qrupuna düşmək şansı nə qədər realdı?
- “İdman bəxti” deyilən bir şey var. Hansı klubun onlara rəqib olmasından çox şey asılıdı. Futbolda hər şey ola bilər. İlk oyundan sonra heç kim “Qəbələ”nin mərhələ adlayacağına inanmırdı. Ancaq səfərdə “Yagelloniya”ya qalib gəldilər. Məni qınamayın, “Qarabağ” indi bir qədər zəifdi. Üç il əvvəl daha güclü idilər.
RƏŞAD
bu jurnalistler sual verirdi naxcivanda nie final oldu? ayibdi! naxcivan azerbaycan deyil? lap seher saat 10da oyun olsun amma bolgelede olsun. deyirler gebele nazari idi. guya cempionada gebele azarkewi gelirki? gelen il gebele kepez cempionati terk edacag onun yerine bine ve shuvalan fc geleceg . bunu isteyir bezi jurnalistler.

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:02 Yığma üzvləri darmadağından danışdı Dünən, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub Dünən, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır Dünən, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır Dünən, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də Dünən, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... Dünən, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” Dünən, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı Dünən, 15:50 "Qəbələ" həvəslə hazırlaşır Dünən, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi Dünən, 15:40 10 saatlıq tur Dünən, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub Dünən, 15:37 Sürprizsiz tur Dünən, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” Dünən, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi Dünən, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət Dünən, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı Dünən, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı Dünən, 12:47 Miloş Velebit kimdi? Dünən, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir Dünən, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın Dünən, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq Dünən, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət Dünən, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil Dünən, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib Dünən, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı Dünən, 12:25 Stuxlik Xorvatiyaya gedəcək Dünən, 12:23 “Red Black Army” narahatdı Dünən, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli Dünən, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” Dünən, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar