03 avq 14:28manset

Tiraspolda yazılan tarixi Azərbaycan görmədi

Tiraspolda yazılan tarixi Azərbaycan görmədi
“İdman Azərbaycan” yaxasını kənara çəkdi
Ölkə futbolu adına növbəti ilkə imza atdı “Qarabağ”. Belə ki, indiyədək heç bir klubumuz ÇL-in pley-offuna vəsiqə qazana bilməmişdi. Bunu bacaran “köhlən atlar” artıq Avroliqanın qrupunu özü üçün təmin edib. Daha öncə “Bakı” və “Neftçi” hərəyə bir, “Qarabağ” isə üç dəfə qitənin ən nüfuzlu klub turnirinin 3-cü mərhələsində “ilişmişdi”. Nəhayət, çərçənbə axşamı bu uğursuz sindrom qırıldı. Evdə “Şerif”lə heç-heçən edən (0:0) Qurban Qurbanovun komandası səfərdə qalib gəlməklə (2:1) tarixi uğura imza atdı. Artıq “köhlən atlar” püşkü səbirsizliklə gözləyir. Məhz sabah baş tutacaq mərasimdə “Qarabağ”ın ÇL-in qrupuna düşmək uğrunda hansı komanda ilə mübarizə aparacağı bəlli olacaq.

Moldovalıların iddiaları “suya düşdü”
Hələ Bakıdakı oyundan öncə “Şerif”in baş məşqçisi Roberto Bordinin 0:0 hesablı heç-heçənin onları qane edəcəyini söyləməsi bir qədər qəribə görünmüşdü. Çünki belə oyunlarda səfərdə vurulan qolun hansı məna daşıdığını hər kəs yaxşı bilir. İtaliyalı çalışdırıcının həmin fikri səsləndirməsinin səbəbini müəyyən mənada analamaq olardı. Tiraspolluların hədəfi bəlli idi: “Tofiq Bəhramov”dan məğlub olmadan ayrılmaq və “Şerif” stadionunda qələbəyə ümid etmək. Lakin oyunun axarı göstərdi ki, “arılar” bəxt sayəsində ilk görüşdə yenilməyiblər. O başqa məsələ ki, Tiraspol təmsilçisinin Bakıdakı görüşdə “təmiz” penaltisi verilmədi. Bu isə artıq hakimin işində buraxdığı nöqsandı. “Həmin penalti verilsəydi, “Şerif” mərhələni keçəcəkdi” fikirini əminliklə söyləmək yersizdi. Çünki ondan sonra matçın ssenarisinin necə olacağını heç kim deyə bilməzdi. Fakt budu ki, “Qarabağ” rəqibindən üstün, mərhələni adlamağa daha layiq idi. Futbolda təkcə bəxtə ümid etməklə uğura inanmağın faydasız olduğunu “Şerif”in timsalında gördük. Maraqlı məqam odu ki, Bakıdan qolsuz “sülh”lə dönən molovalılar bunu toy-bayrama çevirdilər, hətta növbəti mərhələ ilə bağlı xəyallar da qururdular. Futbolçuları, baş məşqçini müəyyən mənada anlamaq olar. Ancaq Moldova Futbol Federasiyasının prezidentinin bir-birindən iddialı, lakin əsassız iddiaları zamanın hökmü ilə qüvvədən düşdü. Xatırladaq ki, Pavel Çebanu daha öncə “tiraspollu futbolçular nəticəyə oynayırdılar. Buna da nail oldular. "Şerif" "Qarabağ"dan güclüdü, ona görə də Çempionlar Liqasında çıxışını davam etdirməlidi” söyləmişdisə, cavab oyunu ərəfəsində “Şerif”in pley-off mərhələsinə yüksəlmək üçün çox gözəl şansı var. Çünki onlar nə “Atletiko”, nə “Real”, nə “Barselona”, nə də “Bavariya” ilə qarşılaşacaqlar. Bu komanda “Qarabağ”la üz-üzə gələcək. Doğrudu, rəqibin heyətində yaxşı braziliyalı futbolçular var. Ancaq nəzərə alaq ki, onlar Braziliyadan yox, Azərbaycandan olan klubu təmsil edirlər” deməklə təmsilçimizə yuxarıdan aşağı baxdığını nümayiş etdirmişdi. Çərşənbə axşamı “Şerif” stadionunda tarix yazan Qurbanovun yetirmələri federasiya prezidentinin iddialarını əsassız çıxardı.

Tarixi uğur ekranlara daşınmadı
Təəssüf ki, bu tarixi uğuru azərbaycanlı futbolsevərlər heç də arzuladığı kimi yaşamadı. Söhbət “Qarabağ”ın Tiraspoldakı oyununun canlı yayınlanmamasından gedir. Belədə azərbaycanlı futbolsevərlər saytların, oyunu göstərən portalların ümidinə qaldı. Heç də hər kəs matçı istədiyi kimi izləyə bilmədi. Əvvəlcə 50 min, daha sonra isə 100 min avro qarşılığında yayını bizimkilərə satmaq istəyən Tiraspol təmsilçisi mərhələ arzusu gerçəkləşmədiyi kimi, istədiyi məbləği də ala bilmədi. “Qarabağ”ın ev və səfər oyunlarını canlı yayınlayan “İdman Azərbaycan” isə yaxasını kənara çəkib, Moldova tərəfini günahkar çıxardı. Halbuki dövlət büdcəsindən maliyyələşən telekanal bütün gücünü səfərbər edib, bu tarixi anı ekranlara daşımalıydı. Lakin telekanal bacarıqsızlığının günahını “Şerif”in üzərinə atmaqla sudan quru çıxamağa çalışdı. Telekanalın yaydığı bəyanatda deyilir: "İdman Azərbaycan" Çempionlar Liqasının pley-off mərhələsindən etibarən oyunların yayın hüququna sahibdi. 1, 2 və 3-cü mərhələdəki oyunlar isə klubların öz ixtiyarındadı. Həmin mərhələ zamanı "İdman Azərbaycan" klublara yardım etmiş və səfər oyunlarının da Azərbaycanda yayınlanması üçün rəqiblərlə razılığa gələrək qarşılaşmaları barter etmişdi. Ötən həftə keçirilən "Qarabağ" - "Şerif" oyunu zamanı da "İdman Azərbaycan" matçı çəkərək Moldova tərəfə ötürməyə hazır idi. Lakin "Şerif" bununla razılaşmayaraq, Bakıdakı oyunun Moldovada göstərilməsinə razı olmadı və Tiraspoldakı oyunun da yayınına razılıq vermədi. Bu səbəbdən də "Şerif" - "Qarabağ" oyununun yayınlanmamasının səbəbkarı "Şerif"di".
Maraqlıdı ki, "CBC Sport" da qarşılaşmanı yayınlanmağa cəhd edib. Lakin danışıqlar müsbət nəticələnməyib. Bu haqda telekanalıın baş direktoru Volkan Üst açıqlama verib: “Şerif"lə oyunun yayınlanması üçün "Qarabağ"la birgə etdiyimiz cəhdlər nəticə vermədi. Moldova klubunun rəhbərliyi matçın canlı göstərilməsində maraqlı olmadı. Bu səbəbdən oyunu yayınlaya bilməyəcəyik". Belədə çoxları “Qarabağ”ın əlini cibinə atmasını gözləyirdi. Düzdü, məsələyə peşəkar cəhətdən yanaşsaq, klub buna borclu deyil. Bu məsələdə əsas məsuliyyət telekanalların üzərindədi. Ancaq bizdə durum fərqlidi. Telekanallar yaxasını kənara çəkən kimi gözlər kluba dikilir. Lakin Moldova tərəfinin təklifi önündə “köhlən atlar” da geri çəkildi. Bütün bunların nəticəsi isə bu oldu ki, azərbaycanlı futbolsevərlər, həmin gün “Qarabağ”ın uğurunu toy-bayram edənlər tarixi zəfəri istədiyi kimi yaşaya bilmədi.

Növbəti hədəf ÇL-in qrupudu
Hər kəs tarixi uğuru qeyd etdi, “Qarabağ”ın bunu bacarmasına sevindi. “Şerif” səddini dəf edən “köhlən atlar” Avroliqanın qrupuna vəsiqəni özü üçün təmin edib. Bu nəticə ilə Qurbanovun komandası ilk missiyanın öhdəsindən gəldi. Həmçinin 3 il ardıcıl AL-in qrupunda çıxış edən “Qarabağ” bir addım irəli getmiş oldu. Təkcə “Tofiq Bəhramov”da ÇL-in himinin səslənəcəyini düşünmək adama əlavə ruh yüksəkliyi verir. Ancaq “Avroliqanın qrupu təmin olunub” fikri ilə kifayətlənmək olmaz. “Qarabağ”ın qarşısında duran hədəf qitənin ən nüfuzlu klub turnirində bunu bacarmaqdı. Lakin bu sabahkı püşkatmanın nəticəsindən də asılı ola bilər. Ümid edək ki, püşk ağdamlıların üzünə güləcək və pley-offda onların bəxtinə münasib rəqib düşəcək. Daha bir maraq doğuran məqam isə “Qarabağ”ın növbəti hədəfə çatmaq üçün atacağı addımdı. Hər kəs bu düşüncədədi ki, klub daha bir transfer gerçəkləşdirməlidi. Təbii, hədəf ÇL-in qrupudusa, səviyyəli bir legioner alınmalıdı. Ki, mümkün uğursuzluq fonunda bu məqam sonradan əsas səbəb kimi qabardılmasın. Bu bir fürsətdi. Növbəti mövsüm necə olacağını heç kim deyə bilməz. Ancaq o da məlumdu ki, ÇL-in formatında dəyişiklik ediləcək və qrupa düşmək daha da çətinləşəcək. Odu ki, budəfəki imkandan maksimum yararlanmaq lazımdı.

“Qarabağ”ın qazancı – 3320000 avro
Qazanılan uğurla ölkə futbolunda bir ilk yaşandı, reytinq əmsalımıza əlavə olundu. Bunlar öz yerində. Məsələnin maliyyə tərəfini də unutmayaq. Müsair futbolda pulun necə önəm daşıdığını izah etməyə ehtiyac yoxdu. ÇL-in 2-ci təsnifat mərhələsində 320 min avro əldə edən “köhlən atlar” pley-offa vəsiqə qazanmaqla 3 milyon avronu da özü üçün təmin etdi. Belə deyək, artıq 3 milyon 320 min avro ağdamlıların “cibindədi”. Bu da klub üçün önəmli bir məbləğdi. Maraq üçün maliyyə qazancının necə dəyişə biləcəyini də qeyd edək. Pley-offdakı mümkün uğursuzluq fonunda AL-in qrupunda yarışacaq “köhlən atlar” göstərilən məbləğlə kifayətlənəcək. Qrupda isə hər qələbə və heç-heçəyə görə verilən mükafat da öz yerində. Ancaq “Qarabağ” ÇL-in pley-offunu uğurla dəf edərsə, həmin 3 milyon 2 milyona endiriləcək, lakin ÇL-in qrupuna düşdüyünə görə 12,7 milyon avro əlavə veriləcək. 2-ci təsnifat mərhələsindəki 320 mini, pley-offdakı uğura görə 2 milyonu və qrupa düşməyə görə verilən 12,7 milyonu nəzərə alsaq, deməli, ÇL-in qrupuna vəsiqə qazanarsa, “Qarabağ”ın qazancı 15 milyon avrodan çox olacaq. Bu da məsələnin maliyyə tərəfi. Qrupdakı heç-heçə və qələbələrə görə verilən mükafatları da artıq qeyd etdik.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar