02 avq 20:46manset

Alesio Zaur Axundovdan üzr istəyib

Alesio Zaur Axundovdan üzr istəyib
“Biro Jade ilə fikir ayrılığımız olub”
O, üç il əvvəl bir gecə səssizcə Bakını tərk edərək, Xəzər dənizinin o tayına – Qazaxıstana üz tutmuşdu. Arxasınca ittihamlar səsləndirilmiş, xəyanətdə suçlanmışdı. Qaçışının səbəbini bir müddət sonra Qazaxıstan mətbuatına açıqlamışdı. Çətin şərtlər altında işləyə bilmədiyini, rəhbərliyin onun ideyalarını həyata keçirmədiyini və belədə Azərbaycanda perspektiv görmədiyi üçün getdiyini demişdi. Gedişi kimi, bu yaxınlarda yenidən Azərbaycana qayıdışı da müzakirələrə yol açan qəhrəmanımız girişdən təxmin etdiyiniz kimi Joze Alesio da Silvadı. “Araz”ın və futzal yığmamızın köhnə-yeni baş məşqçisi dönüşündə ilk müsahibəsini də məhz “Futbol+”ə verdi. Özü də onunla telefonla yox, üz-üzə görüşüb söhbətləşdik. Gözlər heç vaxt yalan danışmır axı. Bilmək istəyirdik braziliyalının burnuna yenə “kabab iyi” çatıb, yoxsa həqiqətən peşmandı, əlacsızlıqdan qayıdıb?
“Taktika ustadı”na ilk sualı biz vermədik, imkan yaratdıq ki, söhbətə hardan başlayacağımızı özü təxmin etsin. Dərhal anladı...
“Həyat yoldaşım artıq mənə görə qorxurdu”
- Yəqin soruşmaq istəyirsən ki, o vaxt Qazaxıstana niyə getdim (gülür).
- Elədi. Qazaxıstanda verdiyiniz müsahibədə demişdiz ki, Azərbaycan Futzal Federasiyası tələblərinizi yerinə yetirmirdi, tunelin sonunda işıq görünmürdü. Hansı şərtlər dəyişib ki, bu gün burdasız?
- Həqiqətən də o vaxt çox yorulmuşdum. Bütün işlər mənə həvalə olunmuşdu, hər şeyi təkbaşına görməli olurdum. Həm yığmanın, həm də “Araz”ın baş məşqçisiydim. Hər ikisində köməkçi-məşqçi də mən idim, fiziki hazırlıq üzrə mütəxəssis də, seleksiyaçı da. Bütün bunlarla özüm məşğul olurdum. Bir insanın bu qədər işi çiynində daşıması çətindi. Ailəmə vaxt ayıra bilməməyim bir yana, öz istirahətimi belə təşkil edə bilmirdim. Yüklənmədən səhhətimdə problemlər yaranmışdı, evdəkilər də narahat olmağa başlamışdı. Həyat yoldaşım artıq mənə görə qorxurdu. Federasiyada çalışanlar bilir, bir neçə dəfə Zaur müəllimə (Futzal Federasiyasının prezidenti Zaur Axundovu nəzərdə tutur - M.) yaxınlaşıb bu yüklənmə ilə işləyə bilməyəcəyimi, şərtlər dəyişməyəcəyi halda çıxıb getmək istədiyimi və bunun üçün icazə verməsini istədim. O isə hər dəfə “başını aşağı sal, işini davam etdir” deyirdi. Sonluq da sizə bəllidi. Halbuki Barselonadan sonra Bakını özümə ikinci ev sayıram. Barselonada 8 il yaşamışam, Bakıda da ondan bir qədər az. O ki qaldı sualın ikinci hissəsinə, yəni şərtlərin dəyişib-dəyişmədiyinə, indi köməkçilərim çoxdu. Mahmud müəllim (Futzal Federasiyasınınn baş katibi Mahmud Sadıqovu nəzərdə tutur – M.) ümumi nəzarəti həyata keçirəcək, Marat Salyanski transfer və başqa təşkilati işlər ilə məşğul olacaq, Ağakərim Həsənov köməkçi-məşqçi kimi üzərinə düşən işi görəcək. Bundan başqa, fiziki hazırlıq üzrə mütəxəssis də dəvət edəcəyik. Bir sözlə, mən sırf baş məşqçi funksiyasını yerinə yetirəcəm. Görəcəksiz, belədə işin keyfiyyəti də yüksələcək.
- Müqavilənizdə hansısa xüsusi bənd var? Rəhbərlikdən nəsə tələbiniz varmı?
- Qeyri-adi bənd yoxdu, 1 illik anlaşmışıq (gülür). Arzularım, istəklərim var. Çox istərdim ki, Azərbaycanda gənclər yığması, U-17, U-19 və ya U-21 yaradılsın. İnanın, hərdən yuxuma da girir, çünki bu haqda çox düşünürəm. Gənc nəsil olmalıdı ki, veteranların əvəzlənməsi prosesi risksiz keçsin.
- Yığmaya qayıdışınız DÇ ərəfəsində də gündəmdə idi. Hətta Zaur Axundov qəzetimizə müsahibəsində “aramızdakı soyuqluğa baxmayaraq, Alesio mundialda uğur qazanacaqsa, onu qarşılamağa hava limanına gedərəm” demişdi. Münasibətlərdəki buzlar nə vaxt əridi?
- Serbiyada 2016-cı ildə keçirilən Avropa çempionatı ərəfəsində. Mən o vaxt Qazaxıstan millisiylə Belqrada yollanmışdım. Oteldə məskunlaşandan və komandanı yerbəyer edəndən sonra ilk işim Zaur müəllimi, sizinkiləri axtarmaq oldu. O məndən küsmüşdü, gedib üzr istədim. Aramızdakı soyuqluq da o vaxtdan aradan qalxmağa başladı. Nəticədə AFFA ilə də münasibətlər düzəldi. Sağ olsunlar, Azərbaycan futzalındakı xidmətlərimi nəzərə aldılar, birdəfəlik silib atmadılar.
“Tino risk etməyi xoşlamırdı”
- Yeri gəlmişkən, həm AÇ-də, həm də DÇ-də yığmamızı yaxından izləmisiz. Tino Peresin və Miltinyonun millisi necə yadınızda qalıb?
- Xüsusilə Kolumbiyada gördüyüm millini fərqləndirərdim. Miltinyonun gəlişiylə komandada ruh yüksəkliyinin artdığını, futzalçıların istəkli olduğunu müşahidə etmişdim. Açığı, komanda xoşuma gəlmişdi. Baxmayaraq ki, güclü qrupda yer almışdı, İspaniya, İran və Mərakeş kimi komandalarla mübarizədən üzüağ çıxıb pley-offa adlamışdı. Daha sonra 1/8-də Taylandı yenib 1/4 finala çıxdı. Portuqaliya ilə qarşılaşmanı isə sırf bəxtsizlik kimi qiymətləndirərdim. Üç aparıcı heyət üzvünün olmaması sözünü dedi. Rəqib futzalçı Rikardinyonun heç nədən fərqləndiyini, “boş qollar” vurduğunu da qeyd etməliyəm.
- Prinsipcə sizdən sonrakı məşqçilər – Peres, Miltinyo və Biro Jade uğursuz sayılmamalıdı. İspan mütəxəssis yığmanı tarixində ilk dəfə DÇ-yə çıxardı, Miltinyo orda uğur qazandı, sonuncu isə AÇ-nin finalına birbaşa vəsiqə əldə etdi. Bununla belə, sizi arzulayanlar çox idi. Çoxları belə düşünür ki, nəticə var, oyun yoxdu.
- Miltinyonun vaxtı az oldu. DÇ-yə apardığı komandanı bir neçə aya hazırlamışdı. Razıyam, onun vaxtında texniki cəhətdən problem hiss olunurdu. Tinonun vaxtında isə milli daha təşkilatlanmışdı. Sadəcə, Tino risk etməyi xoşlamırdı. O ki qaldı mənə, 5 il yarım, 6 il eyni komandada çalışan məşqçinin işi asan olur. O, öz fəlsəfəsini həyata keçirə bilir. Mənim üstünlüyüm bu komanda ilə daha çox bir yerdə olmağımda idi.
- Biro Jadeyə münasibəti necə qəbul edirsiz? Komandanı AÇ-nin final mərhələsinə çıxarmasına rəğmən, federasiya onunla müqaviləni uzatmadı. Məşqçilər korpusunda ona yer verəcəksiz, yoxsa “quru sağ ol”la kifayətlənəcəksiz?
- Bildiyimə görə, Azərbaycan Futzal Federasiyası və AFFA Miltinyonun gedişindən sonra məcburiyyətdən baş məşqçi postunu Biroya tapşırıb. Çünki AÇ-yə qədər vaxt az qalırdı. Təcrübəsinin azlığına və boynuna böyük məsuliyyət götürməsinə baxmayaraq, o, nəticə qazanmağı bacardı. Onunla müqavilənin uzadılmaması mənim qərarım deyil, rəhbərlik belə məsləhət bilib. Ona futzalçı kimi böyük hörmətim var. Vaxtilə rəhbərliyim altında çıxış edib və bizə böyük köməyi dəyib. Bununla belə, onunla bir yerdə işləməyimiz alınmaz. Onun öz fəlsəfəsi, mənim öz fəlsəfəm var. Həm də (fasilə verir)... Açığı, onunla 2014-cü ildə fikir ayrılığımız olub. Bu, 2014-cü ildə Belçikada təşkil olunan Avropa çempionatı zamanı baş verib. O vaxt Zaur müəllim onu komandaya cəlb etmişdi ki, bizə kömək etsin. Ancaq sırf oyun fəlsəfəsiylə bağlı mübahisəmiz oldu. Odu ki, onunla bir yerdə işləyə bilmərəm.
- “Araz”da yeni transferlər var. Valelya və Qabriel sizin tapıntılarınızdı, yoxsa klubun seleksiyaçılarının fəaliyyətinin nəticəsi?
- Birgə işin məhsulu adlandırardım bu transferləri. Çünki müqaviləyə qədər klub rəhbərliyi ilə müzakirə etmişdik bütün detalları. Zaur müəllimlə məsləhətləşmişdik ki, ilk növbədə bizə bir müdafiəçi lazımdı. Qabriel arxa xətt oyunçusudu. Valelya isə hücumçudu. Hər ikisinin bacarığına bələdəm, əvvəlcədən də onları tanıyırdım. Onların bizə faydalı olacağını düşünürəm.
- Bəs Rusiya çempionatında oynamış gənclərlə bağlı fikriniz necədi? Baxışdan keçən bu futzalçıları bəyənirsiz?
- Onlardan birini – Ramil Quliyevi saxlamaq fikrim var. O elə mövqedə oynayır ki, bir-iki il sonra Rizvan Fərzəliyevi əvəz edə bilər. Rizvana peşəkar futzalçı kimi hörmət edirəm, ancaq yaş amili istər-istəməz özünü göstərməkdədi. Ramili yetişdirə bilərik. Onun göstəriciləri və davranışı məni qane edir. O biriləri hələ bir neçə gün də sınamaq fikrim var. Seleksiya işimiz davam edəcək.
“Uğursuzluğu ağlımızdan belə keçirmirik”
- İlk sınağınız oktyabrda “Araz”la futzal üzrə UEFA kubokunda olacaq. Qarşınıza hansı hədəf qoyulub?
- Əvvəl bu turnir sırf çempionların liqası idi. İndi reqlament dəyişib. İştirakçıların sayı artıb. Reytinqinə görə öndə olan bəzi ölkələrin iki təmsilçisi yarışda mübarizə aparacaq. Bəzi qruplarda 4 iştirakçıdan üçü mərhələ adlayacaqsa, bizim qrupda elit mərhələyə yalnız qalib komanda çıxacaq. Bizim qrupun oyunları Rumıniyada keçiriləcək ki, əsas mübarizə də bu ölkə təmsilçisiylə bizim aramızda gedəcək. Başlıca vəzifə elit mərhələyə yüksəlməkdi. Ondan sonra həm elit mərhələ üçün vaxt qazanmış olacağıq, həm də Avropa çempionatına hazırlaşacağıq. Növbəti hədəf yığma ilə Avropada uğurlu çıxış etməkdi. UEFA kubokundan sonra qitə birinciliyinə hazırlaşmaq üçün vaxtımız az olacaq.
- “Araz”ın klub turnirindəki çıxışı Avropa çempionatı ilə bağlı planlara təsir edə bilər? Mümkün uğursuzluq baş versə, bu, “Araz”dakı milli üzvləriylə bağlı sərt addımlara yol açacaqmı?
- Uğursuzluğu ağlımızdan belə keçirmirik. Bu baş versə belə, önümüzə baxacaq və qitə çempionatına daha güclü hazırlaşacağıq. UEFA kubokunda qarşımıza elit mərhələyə yüksəlmək, daha sonra “dördlər finalı”na qatılmaq hədəfi qoymuşuq. Belə hədəfləri olan komanda əsas mərhələdə sürprizə imkan verməməlidi.
- “Araz” hazırlıq prosesi çərçivəsində beynəlxalq yoxlama oyunu keçirəcək?
- Avqustun sonu üçün sınaq qarşılaşmaları nəzərdə tutulub. Ancaq hələ komandam oynamağa hazır deyil. Ayın 20-dən sonra hazır olacağıq. Serbiya “Ekonomaç”ı ilə iki oyun nəzərdə tutulub. Bundan başqa, Gürcüstan klubları ilə də danışıqlar gedir. Dörd beynəlxalq oyun keçirə bilsək, yaxşı olar. Bundan başqa, mənə deyiblər ki, sentyabrda ölkə çempionatına start veriləcək. Yığma üzvlərinin UEFA kubokuna qədər premyer-liqada 3-4 turda iştirak etməsi xeyrimizə olar.
- Sonda Zaur Axundovla bağlı sizə daha bir sual ünvanlamaq istəyirəm. Federasiya prezidenti hazırda bir neçə vəzifəni icra edir. O, paralel olaraq, AFFA İcraiyyə Komitəsinin üzvü və “İnter”in Müşahidə Şurasının sədri postundadı. Onun futzala, eləcə də sizə daha az vaxt ayırmasından ehtiyat etmirsiz?
- Zaur müəllim futzalı çox sevir. O, burda özünü doğrultduğuna, uğur qazandığına, təşkilatçılıq bacarığına görə AFFA tərəfindən mühüm postlara dəvət olunub. Axundovun yığmada və “Araz”da güvəndiyi adamları var. İşin bir hissəsini Mahmud Sadıqovla Marat Salyanskiyə tapşırıb. Bununla belə, mənə telefon nömrəsini verib ki, “nə vaxt istəsən, zəng vur, istəyini, səni narahat edən məsələni çatdır”. Fürsətdən istifadə edib Zaur müəllimə başqa işlərində də uğur arzulayıram.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar