30 iy 18:05manset

“Şərurspor”un prezidentindən şok açıqlamalar

“Şərurspor”un prezidentindən şok açıqlamalar
“Dovşan kimi orda-burda gizlənib, arxadan badalaq vurmaqla məşğuldular”

Bu ilin qışında ölkə futbolunda zəlzələ yaşandı. Müstəqillik illərində ilk dəfə iki klub - “Şərurspor” və “Rəvan” oyun alğı-satqısında suçlanaraq çempionatdan uzaqlaşdırıldı. Həmin ərəfədə “Şərurspor”un prezidenti Sərdar Bağırovun gözaltına alınması ictimaiyyət arasında AFFA rəhbərliyinin düzgün addım atması fikri yaratmışdı. Lakin çox keçmədən Sərdar bəy dəmir barmaqlıqlar arasından çıxdı və azadlığa qovuşan kimi birinci məhz qəzetimizə yaşananlarla bağlı müsahibə verdi. Həmin vaxt Bağırov ona və klubuna yönələn ittihamlarla razılaşmamış, əksinə, AFFA rəhbərliyinə qarşı kompromatlarının olduğunu söyləmişdi. Onu da bildirmişdi ki, yaxın vaxtlarda bu haqda açıqlama verəcək. Onunla sonuncu görüşümüzün üstündən xeyli vaxt keçdiyini nəzərə alıb, dünən Sərdar bəylə görüşməyə qərar verdik. Bağırov bu dəfə də çarpıcı açıqlamalarla yadda qaldı.

“Bizim kimi adamlar onlara mane olur”
- “Şərurspor”un çempionatdan uzaqlaşdırılmasıyla bağlı sizdən fikir öyərənəndə “futboldan kənarda qalmayacam. Yeni komanda yaradıb ya futzalda iştirak edəcəyik, ya da Naxçıvan çempionatında mübarizə aparacağıq” söyləmişdiz. Bu yöndə hansısa yenilik var?
- Hazırda başım şəxsi biznesimə qarışıb. Onu inkişaf etdirməyə, şaxələndirməyə çalışıram. Futboldan ayrı düşsəm də, idmandan uzaqlaşmamışam. Heç vaxt etdiklərimi reklam etməyi xoşlamamışam. Bəlkə də bu üzdən ictimaiyyət etdiklərimdən bixəbərdi. Bu gün başqa idman növlərində xaricə yarışlara yollanan bəzi idmançılara yardım edir, onların səfər və başqa xərclərini qarşılayıram. Bir Azərbaycan vətəndaşı kimi bunu özümə borc bilirəm. Hər dəfə onlar başqa ölkələrdə bayrağımızı qaldırıb, himnimizi səsləndirəndə bundan fərəhlənir, mənəvi zövq alıram. Futbola gəlincə, nə qədər ki, Elxan Məmmədov və ona havadarlıq edənlər ölkə futboluna rəhbərlik edəcək, mən və mənim kimi iş adamları futbola yatırım etməyəcək. Onlar min cür fitnə-fəsadla müstəqil klubların fəaliyyət göstərməsinin qarşısını alırlar. Bizim kimi adamlar onlara mane olur. Həmin insanların fikri-zikri ölkə futbolunda inhisar yaratmaqdı. “Qarabağ” və “Qəbələ” xaric, qalan 6 komanda birbaşa onların nəzarəti altındadı. Məmmədov və havadarlarının dedikləri ilə oturub-durmayanlar isə bu gün geri çəkilib. “Bakı”, “Xəzər Lənkəran”, “Rəvan” hardadı?
- Sizcə, bunun arxasında nə durur?
- Heç şübhəsiz, pul yeyintisi.
- Sözlərinizdən belə başa düşdüm ki, müstəqil, “sözə baxmayan” klublar bu işdə onlara mane olur. Yoxsa mən sizi səhv anladım?
- Yox, elə düz anladız. İndiki rəhbərlik qorxur ki, biz olan yerdə onların fırıldaqlarının üstü açılar. Götürək elə “Bakı”nı. Bu gün Hafiz Məmmədovun rəhbəri olduğu klubun neçə-neçə yetirməsi ölkənin aparıcı klublarında çıxış edir, müxtəlif yaş qrupları üzrə yığmalarda futbolçuları var. UEFA hər il uşaq futbolunun inkişafı üçün klublara maliyyə yardımı ayırır. Bir dəfə də olsun, AFFA həmin məbləğdən “Bakı”ya vəsait ayırıbmı? Ayırmayıb. Onlara çatacaq vəsaiti müxtəlif bəhanələrlə ələ keçiriblər. Elxan Məmmədovun baş katibi olduğu qurum hər il SOCAR-dan 25 milyon manata yaxın pul alır. O vəsaitdən nə qədəri şəxsi ciblərə gedir? Yaxşı olardı ki, həmin maliyyə Maliyyə Nazirliyinin xətti ilə AFFA-ya çatsın. Belədə xərclərə də nəzarət etmək asan olar.
- İldə bir dəfə AFFA-nın Hesabat Konfransı keçirilir. Orda müstəqil audit yoxlaması aparan şirkətin nümayəndəsi açıqlama verir və ayrılan vəsaitin istiqaməti üzrə xərcləndiyini bildirir.
- Hansı müstəqil auditdən söhbət gedir? Güldürməyin məni. Hamısı biq nöqtədən idarə olunur.
- Bu yerdə ortaya sual çıxır: SOCAR rəhbərliyi niyə ayrıdığı pulun hara xərclənməsi ilə maraqlanmır?
- Rövnəq Abdullayev məmurdu və bir neçə sahəyə cavabdehlik daşıyır. Ölkənin strateji postlarından birini tutur. AFFA-nı da tapşırıb vitse-prezidentlərə və baş katibə. Cüdo Federasiyası isə həvalə olunub Sadıq Sadıqova. Burda söhbət kişilikdən, mənlikdən, sadiqlikdən gedir. Siz cüdonun nəticələrinə baxın, bir də futbolun. Belə çıxır ki, Sadıq müəllim etimadı doğruldur, assosiasiyaya rəshbərlik edənlər isə yox.
- Gəlin futbolla cüdonu tərəzinin eyni gözünə qoymayaq. Hamı bilir ki, futbol daha çətin və çox vəsait tələb edən idman növüdü.
- Mən demirəm ki, futbol təsərrüfatı daha asandı. Ancaq bu illər ərizində görün ora nə qədər pullar xərclənib. Bunun qarşılığında nə görürük? Yalnız klub səviyyəsində uğurları. “Qarabağ”la “Qəbələ”nin timsalında nəsə edə bilmişik. Onlar isə Elxan Məmmədova və onun böyüklərinə baş əyməyənlərdi. Hər iki klubun rəhbərliyi müstəqil siyasət yürüdüb uğur qazanır. Ölkədə uşaq futbolu gündən-günə geri gedir. Hanı bizim Mxitaryanlarımız? Bəyəm Ermənistan höküməti futbola bizdən çox diqqət ayırır? Sizi inandırıram, bu gün düşmənlərimizin futbolu bizdən üstündü. İki ölkənin millisi üz-üzə gəlsə, biz qalib gələcəyik. Ancaq buna ustalıq səviyyəsi ilə yox, mənlik, kişilik sayəsində nail ola bilərik. Bizim oyunçular həmin matça son döyüş kimi çıxıb, son damla qanina qədər vuruşacaq ki, uduzmasın. Bu bir dəfə ola bilər. Sonrakı matçlarda isə ustalıq sözünü deyəcək. Xaricdə öyünə biləcək bir normal legionerimiz yoxdu.

“Azərbaycan futbolu bir leşdi, leşyeyən kimi qonublar onun üstünə, kim nə qopardı-qopardı”
- Sizcə, futbolçu yetişməməsinin də günahkarı Elxan Məmmədovdu? Məhz onun dönəmində aşağı yaş qrupları üzrə çempionatlar keçirilir, müxtəlif yaş qrupları üzrə yığmalara uğur qazanmaq üçün şərait yaradılıb. Buna nə deyirsiz?
- Yuxarıda qeyd etdim axı, premyer-liqanın 6 klubu AFFA-nın nəzarətindədi. Onlar tamahlarına yiyə çıxıb çox yox, 6-7 il ayrılan vəsaiti məqsədyönlü şəkildə xərcləyərək uşaq futboluna ciddi fikir versələr, nəticə özünü çox gözlətməz. Ancaq çox adam bunu bacarmır, daha doğrusu, nəfsinə sahib çıxa bilmir. Həmin şəxslər bu günlə yaşayırlar. Və fikirləşirlər ki, bu gün imkan varsa, niyə bundan istifadə etməyim?! Azərbaycan futbolu bir leşdi, leşyeyən kimi qonublar onun üstünə, kim nə qopardı-qopardı. Rövnəq müəllimin inamından sui-istifadə edib, xəyanətlə məşğuldular.
- Bir qədər də “Şərurspor”un taleyindən danışaq. Komanda çempionatdan uzaqlaşdırlan zaman demişdiz ki, vaxtı çatanda hər şeyi olduğu kimi açıqlayacam. Bəlkə indi bu haqda danışasız...
- Həmin vaxt bir çox mətbuat orqanlarında mənə və “Şərurspor”a qarşı qara kampaniya aparıldı. Bəzi saytlar yalan informasiyalar yaymaqla bizi gözdən salmağa çalışırdı. Sonradan həmin yazıların müəllifləri ilə görüşdüm. Və onlar etiraf etdilər ki, bütün yazılar bir nöqtədən sifariş olunub və məqsədyönlü şəkildə olub. 7-8 jurnalistdi. Ola bilsin, onlar indi mənə dediklərini dansınlar. Ancaq əlimdə video və səsyazıları var. Lazım olsa, hamısını ictimaiyyətə təqdim edə bilərəm. Sifarişin hardan və kimdən gəldiyi mənə məlumdu.
- Ancaq “Şərurspor”la bağlı sualı cavablandırmadız...
- Bir neçə gün öncə mətbuatda oxudum ki, premyer-liqaya vəsiqə qazanan “Səbail”ə hansısa dövlət idarəsi sponsorluq məqsədilə 1 milyon 500 min vəsait ayıracaq. Niyə, qardaş? Nəyə görə dövlətin pulu hansısa kluba xərclənməlidi? İmkan versinlər, iş adamları futbola yatırım etsinlər ki, ölkənin pulu belə yerlərə sərf olunmasın. Mən də daxil olmaqla oğlanlar var ki, əlini cibinə salıb futbola pul xərcləmək istəyir. Bu gün Tovuz klubuna, Qusar təmsilçisinə sahib çıxmaq istəyənlər var. Şəxsən hamısını da tanıyıram. Bizə əsl Azərbaycan çempionatı lazımdı, SOCAR turniri yox. Onlar futbola qəpik-quruşla yox, normal pulla gələrlər. Həmin 1 milyon 500 mini, bəlkə də artığını o insanlar xərcləməyə hazırdı. Ancaq mənim və başqalarının başına açılan oyunları gördükdən sonra bu addımı atmırlar. “Şərurspor” kimlərinsə marağına xidmət etmədi, buna görə də onu uzaqlaşdırdılar.
- Azərbaycanda sizə klub saxlamağa imkan vermirlərsə, ölkə xaricinə üz tutun. Necə ki bunu rusiyalı iş adamları edir. Bu haqda düşünmüsüz?
- Mən vətənimi sevirəm, həmişə ona qulluq etməyi arzulamışam. Nəyə görə Sərdar Bağırovun pulunu hansısa əcnəbi yeməlidi? Yeni klub yeni iş yeri deməkdi. Neçə-neçə ailə ordan dolana bilər. Belə şeyləri fikirləşmək lazımdı. Elə bilirsiz mənə xaricdə klub almaq təklif olunmayıb? Ukraynanın birinci divizionundan, Rumıniyanın, Moldovanın və Lüksemburqun güclülər dəstəsindən komanda təklif ediblər. Fikirləşdikdən sonra “yox” cavabı vermişəm.
- Sonuncu dəfə sizinlə martda görüşüb söhbətləşmişdik. Həmin vaxt “mənim əlimdə elə faktlar var ki, onları açıqlasam, indiki AFFA rəhbərliyi ya ölkədən qaçmalı, ya da məhkəmə qarşısına çıxmalıdı” söyləmişdiz. Bəlkə indi həmin faktları açıqlayasız.
- Dava zamanı vaxtından əvvəl yumruq atarsan, boşa çıxar, gec vurarsan, özün əziyyət çəkərsən. Hər şeyin öz vaxtı var. Bir qədər də səbr edin. Bu gün də onları sizə təqdim edə bilərəm. Ancaq bu mənə sərf etmir. Çünki indi onları açıqlasam, qarşı tərəf min cür bəhanə ilə özünü təmizə çıxara bilər. Deyər ki, həmin faktlar təsadüfdü. Dosyeni bir qədər də artırım, sonra materialları mətbuata və lazımi instansiyalara təqdim edəcəm.

“Məni sifarişlə həbs etdirdilər ki...”
- Söylədiyiniz dosyedə çox adamın adı keçir?
- Azərbaycan futbolunda yaşanan bütün çirkinliklər ordadı. Həmin şəxslər bəd əməllərini ört-basdır etmək üçün “Şərurspor”u qurban verdilər. Məndə olan materaillar çox suallara aydınlıq gətirəcək. Təsadüf bir, iki və ya üç dəfə olar. 10-15 oyun təsadüf olmaz ki. Millinin Xorvatiya ilə matçında heç-heçəyə yarım milyon pul qoyuluşu edilib. Sizcə, nəticəsi əvvəlcədən bəlli olmayan matça bu qədər pul qoymaq olar? Oyunun necə qurtaracağını bilmədən heç kim belə axmaq addım atmaz. Lap bunu təsadüf adlandırıb, üstündən keçmək olar. Bəs o biri qarşılaşmalar? Topladığım dosyedə tək bu məsələlər yer almayıb. Dövlətdən futbolun inkişafı üçün ayrılan pulların kimlər tərəfindən necə və hara sərf olunduğunu da bilirik. AFFA-da söz sahibi olan bəzi şəxslər nə qədər maaş alır ki, həmin pulla ölkə xaricində restoran, otel alırlar, biznes qururlar? Əlimizdə belə faktlar da var. Ancaq bu mövzular mənə o qədər də maraqlı deyil. Təmiz futbol istəyirlərsə, bunlar çıxıb getməlidlər. Rövnəq müəllim AFFA-nı da cüdo kimi gözütox, özünə sadiq insanlara tapşırmalıdı. Bəyəm yoxdu beləsi? Ramin Musayevə həvalə etsin və nəticəsini görsün.
- Ölkə futbolunda çirkinliyin baş alıb getdiyini söyləyirsiz. Sizcə, nəyə görə futbol veteranları, bu sahədə saç-saqqal ağartmış şəxslər yaşananlara münasibət bildirmir, mövqeyini ortaya qoymur?
- Ayda 3-5 min alıb susurlar. Onlar da yaxşı bilirlər ki, 20 il öncə bataqlıqda keçirilən futbol indikindən daha maraqlı idi. Həmin şəraitsizlik dönəmində neçə-neçə futbolçu ortaya çıxdı, ölkə xaricində Azərbaycanı təmsil etdi. Təəssüf ki, veteranlarımız da etiraz etməyə özlərində cəsarət tapmırlar.
- “Şərurspor”un yenidən ölkənin futbol ailəsinə qayıtmaq ehtimalı var?
- AFFA-da islahatlar aparılandan, rəhbərlikdə dəyişikliklər olandan sonra mümkündü. Azərbaycan futbolunu məhv edənlər, dövlətin ayrıdğı pulları şəxsi mənafeləri üçün xərcləyənlər bilsinlər ki, yaxın vaxtlarda onları ağır cəzalar gözləyir. Oturub yaxşı-yaxşı düşünsünlər ki, sonumuz necə olacaq. Məni sifarişlə həbs etdirdilər ki, ən azı 3 il baş-qulaqları sakit olsun, istədiklərini etsinlər. Ancaq istəklərinə çata bilmədilər. Fikirləşməsinlər ki, yenidən mənə nəsə edə bilərlər. Onlar mənim üçün heç kimdilər. Dovşan kimi orda-burda gizlənib, arxadan badalaq vurmaqla məşğuldular. Mən isə hər şeyi onların üzlərinə deyirəm. Nəticə çıxarsınlar, vaxtında ayılsınlar, sonra gec olacaq. Səsləndirdiyim fikirlər onların şəxsiyyətlərinə, mənliklərinə, qürurlarına toxunursa, versinlər məhkəməyə, orda üz-üzə gələk və hamı da bilsin ki, kim kimdi.
- Qorxmursuz ki, sizi yenidən həbs etdirə bilərlər. Məncə, bir dəfə bunu bacaranlar üçün ikinci dəfə də çətin olmaz.
- Nə bacarırlarsa, etsinlər. Uzağı 2-3 ay prosesi ləngidə bilərlər. Sonradan hər şey yerini tapacaq. Hər halda, bizim də haqq səsimizi eşidənlər tapılacaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar