28 dek 17:10manset

“Çox gözlədim ki, AFFA və ya Hakimlər Komitəsi AZAL rəsmilərinin ittihamlarına cavab verəcək”

“Çox gözlədim ki, AFFA və ya Hakimlər Komitəsi AZAL rəsmilərinin ittihamlarına cavab verəcək”
Fariz Yusifov Fikrət Hüseynova səsləndi
Klublar Komitəsinin son iclasında gündəliyə bir məsələ - yeni sədrin seçilməsi çıxarılsa da, toplantıya qatılan klub rəsmiləri daha çox hakimliyi müzakirə etməklə yadda qaldılar. Komitənin iclasından sonra brifinq keçirən AZAL-ın vitse-prezidenti Fikət Hüseynov premyer-liqada çıxış edən 8 klubdan yeddisinin ədalət təmsilçilərindən narazı qaldığını dilə gətirdi. Fikrət bəy xüsusilə Fariz Yusifovdan gileyləndi: “Kubokun 1/4 final mərhələsinin “Qəbələ” ilə keçirdiyimiz cavab oyununda Fariz Yusifov gözləri önündə qayda pozuntusunu görmədi. Dünyada olmayan bir şeydi ki, 14 gündə AZAL-ın üç oyununu eyni hakim idarə etsin. Bununla bağlı araşdırma aparmaq lazımdı. Bunların hamısı qərəzdən irəli gəlir”. Hüseynovdan bir neçə gün öncə isə “təyyarəçilər”in baş məşqçisi Tərlan Əhmədov oxşar açıqlama ilə yadda qalmışdı. AZAL rəsmilərinin bu iradlarına münasibət öyrənmək və bizi maraqlandıran başqa saullara cavab tapmaq üçün dünən Fariz bəyi aradıq.
- Fikrət Hüseynov mətbuata açıqlamasında sizi qərəzli idarəçilikdə ittiham edib.
- Fikrət Hüseynov kimdi?
- 14 gündə 3 dəfə oyunlarını idarə etdiyiniz AZAL-ın vitse-prezidenti.
- Siz həmin epizodu görmüsüz?
- Bəli.
- Orda penalti var idi?
- Bunu siz daha yaxşı bilərsiz. Hər halda, oyunun baş hakimi siz idiz və hər şey də gözünüzün qarşısında oldu.
- Müdafiə olunan komandanın müdafiəçisi hücumçuya toxunmursa, mən necə penalti nöqtəsini göstərə bilərəm?
- Orda penalti yoxdusa, nəyə görə Fikrət Hüseynov, Tərlan Əhmədov sizi qərəzli idarəçilikdə ittiham edir?
- Çox yaxşı ki, heç olmasa, siz mənimlə əlaqə saxlayıb fikirlərimi öyrənirsiz. Mənə yönələn ittihamlarla bağlı bir neçə gün susmağı lazım bildim. Gözləyirdim ki, Hakimlər Komitəsi və ya AFFA tərəfindən onlara cavab veriləcək. Düşünürdüm ki, AZAL-ın vitse-prezidenti və baş məşqçisi haqda ölçü götürülər. Ancaq heç bir reaksiya verilmədi. Bir məsəl var: “oğru elə bağırdı, doğrunun bağrı yarıldı”. Mənə də onların bu hərəkəti çox təsir etdi. Bilmirəm, bunu onlara aid etmək olar, ya yox? Mənim hakimlik karyeram hamıya məlumdu. Yaşıl meydanlarda olduğum 20 ildə ölkə futbolunun inkişafı naminə nəsə etməyə çalışmışam. Ancaq əfsuslar olsun ki, bəzi baş məşqçilər, klub rəhbərləri bəzən elə açıqlamalar verirlər ki... Fariz Yusifov dünənki hakim deyil. Hakimliyə də dünən gəlməyib. 20 ildi bu sahədə saç ağardıram. Mənim barəmdə ittiham irəli sürəndə bir balaca vicdanlarının səsinə qulaq assınlar. Fikiləşsinlər ki, bu ittihamı səsləndirməklə kiminsə şəxsiyyətinə, şərəfinə toxunurlar. Danışmamışdan öncə yaxşı-yaxşı düşünməlidilər. Klub rəsmiləri var ki, ağızlarına gələni mətbuata söyləyib, özlərini ictimaiyyətə “yaxşı oğlan” kimi göstərməyə çalışırlar. Belə şeylərə son qoymaq lazımdı.
- Fikrət bəyin “hakimlər sponsorları futboldan uzaqlaşdırırlar. Onlar inciyirlər, uzaqlaşırlar, klublara maliyyə buraxmaq istəmirlər. Hamısı hakim biabırçılığı ilə bağlıdı” fikrinə müsaibətinizi bilmək maraqlı olardı.
- Hakimlikdə 20 ilə qədər təcrübəm var və bu günə kimi heç bir sponsoru futboldan uzaqlaşdırmamışam. Bu işləri ancaq Fikrət Hüseynov kimi bəzi klub rəhbərləri bacara bilər. Qoyasan ancaq boş-boş danışıb, məsuliyyəti üzərlərindən atalar.1/4 finalın ilk oyununu da Qəbələdə mən idarə etmişəm. Necə olur, ilk qarşılaşmadan sonra narazılıq etmirlər, cavab görüşündən sonra danışmağa başlayırlar. İlk oyundan sərfəli nəticə ilə dönmüşdülər, ona görə də səsləri çıxmırdı. Onda Fariz Yusifov yaxşı hakim olur, məğlub olanda pis? Bəzi insanlar var ki, nə gəldi danışırlar, onun arxasında durmaq lazım gələndə isə geri çəkilirlər. Yenə deyirəm, mən çox gözlədim ki, AFFA və ya Hakimlər Komitəsi AZAL rəsmilərinin ittihamlarına cavab verəcək. Əfsuslar olsun ki, hamısı susdu.
- Başqa vaxt Xaqani Məmmədov hansısa hakimə iradlar bildiriləndə ona cavab verirdi. Ancaq nədənsə bu dəfə sizə görə bu addımı atmadı.
- Hakimlik elə bir peşədi ki, hamıya yaxşı ola bilmərik. Bu illər ərzində elə insanlarla rastlaşmışam ki, söylədikləri ilə əməlləri arasında yerlə-göy qədər fərq var. 3-4 gündü əsəbdən özümə yer tapa bilmirəm. Əqidəsiz, əməli düz olmayan insan hakimə etirazını bildirir və yalandan onu qərəzdə ittiham edir. Azərbaycan futbolunda hakimlik sahəsində bu gün qərəzdən söhbət gedə bilməz. Sizin qəzetiniz vasitəsilə bəzi baş məşqçilərə çatdırmaq istəyirəm ki, Rövnəq Abdullayev AFFA prezidenti olan gündən qərəz sözü Hakimlər Komitəsinə yaddı. Ola bilsin, hansısa oyunlarda hakimlər nəsə səhvə yol veriblər. Ancaq heç bir halda buna qərəz damğası vurmaq olmaz. Ağzına gələni mətbuata danışan baş məşqçilər cəzalanmalıdı. Çox gözlədim, ancaq heç kim AZAL rəsmilərinin yersiz ittihamlarına cavab vermədi.
- Bununla bağlı Xaqani Məmmədovla danışmısız?
- Heç kimlə danışmamışam. Sizdən başqa heç kim mənim fikirlərimi öyrənməyə çalışmayıb. Əslində bu məsələdə mətbuat da fəallıq göstərməliydi. Qarşı tərəfə deyilməliydi ki, ittiham irəli sürürsənsə, ortaya ittihamı təsdiq edən fakt da qoy. Göstərsinlər ki, hansı epizodda hakim AZAL-a qarşı qərəzəlidi. Ona görə deyirəm ki, bəzi klub rəhbərləri udanda özlərini qəhrəman kimi qələmə verir, uduzanda isə günahı hakimin boynuna atırlar. Fikrət Hüseynov kimi. Gəlsin, otursun, mən ona sübut edim ki, 74-cü dəqiqədə yaşanan epizodda qayda pozuntusu yoxdu. Oyun qaydaları çərçivəsində onu başa salım, başa düşə biləcəksə. Yenə deyirəm, həmin an müdafiəçi hücumçuya toxunmamışdı.
- Həmin an hücumçuya toxunuş yox idisə, yerdə qalan futbolçuya niyə simulyasiyaya görə sarı vərəqə göstərmədiz?
- AZAL-ın “9” nömrəli oyunçusu bir qədər çəkidən ağırdı və özünü saxlaya bilməyərək yerə yıxıldı. Hər şey gözümün qabağında baş verdiyindən davam işarəsi verdim.
- Fikrət bəy 14 gündə AZAL-ın üç oyununa təyinat almağınızı da dünyada analoqu olmayan bir fakt kimi qabardıb.
(müsahibə tam halda qəzetin çap variantında)
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“Mil-Muğan”ın da hədəfi premyer-liqadı 17:14Qriqorçuk “Qarabağ”la oyunu böyük və ciddi hadisə sayır 17:11Tərəflərin xeyrinə və əleyhinə olan məqamlar 17:09Rəşad Sadıqov əcnəbi hakimlərə ehtiyac duyulduğunu gizlətmədi 17:06Zərərçəkmiş şəxs də “Futbol+”ə üz tutdu 17:04Günay Məmmədzadə ölkə çempionu oldu 17:02Teleyayın hüququnu Az.TV-yə Saleh Məmmədov verib 17:00Stadionlar oyunları qəbul etməyə hazırdı 16:57Qəbələdə yenə 2:0 və çempionatda lider dəyişikliyi (yenilənir) 16:23Vidadi Əhmədov 25 il əvvələ qayıtdı 12:17Eldar Qasımovla Xaqani Məmmədov “Kəpəz” rəsmilərini qəzəbləndirib 12:14AZAL mərakeşli futbolçu ilə anlaşdı 12:12Mirbağır İsayev niyə PRO kurslarına qatılmayıb? 12:11Mütəxəssislər prinsipial oyuna proqnoz verdi 12:09Bütün oxlar Fariz Yusifovu göstərir 12:07Fineonu soyan xanımlardan biri ələ keçdi 12:04“Sərbəstlər” Dünya Kubokuna iki qələbə ilə başladı 12:01“CBC Sport” Həndbol Federasiyasından inciyib 11:58Divizionda yeni ildə ilk istefa: “Şəmkir” Əliyevlə vidalaşdı 11:5415 qol vuruldu, qovulan olmadı 13:55Karpol klublarımızın superliqada oynamasına razıdı? 13:53“Mil-Muğan” səfərdə sevindi 13:51Şeydayev seçimini əsaslandırdı 13:49Kamran Quliyev: “Hakimliklə bağlı bəzi fikirlər narazılıq hissi ilə deyildi” 13:45“Əlimdə bir sübut olsaydı, axıra qədər gedərdim” 13:42Sabiqlər mərkəzi oyuna Fariz Yusifovu “təyin etdi” 13:33“Qəbələ” “Qarabağ”la oyun ərəfəsində azarkeşləri coşdurdu 13:29SSRİ-nin tanınmış veteranları İlham Əliyevə açıq məktub göndərdi 13:27Ermənistana sığınan Şahin Mirzəyev “Caspian Ultras”ın üzvüdü 13:25Günay Məmmədzadə vahid lider oldu 13:22Bilet satışında artım var 13:20PFL-dən Bəhmən Həsənova cavab gəldi 13:17Hakimlər Komitəsi üçün çıxış yolu: yenə otellərə yığın! 13:14“Neftçi” “Sumqayıt”ın seriyasını qırdı 16:37Nizami Hacıyev Prosineçkiyə səsləndi 16:34Tərlan Əhmədov yenə “İnter”ə bata bilmədi 16:30Bəhmən Həsənov: “PFL-in saytında oyun epizodlarını birtərəfli yerləşdirirlər” 16:27Heç-heçəsiz tur və 2000 şəmkirli 16:26“Bu söz-söhbəti qətiyyən yaxın buraxmıram” 16:21AFFA rəhbərliyi Almeyda ilə görüşməyə tələsmir 15:46“Toplantıda iştirakı əlavə vaxt itkisi saydıq” 15:45Əliyarla Zeynal “Qəbələ”yə yenidən əsas verdi 15:42PFL-in qəribə standartları... 15:41Mahmud Qurbanov Şeydayevin uğurlu olacağını düşünür 15:39Karateyə 3 milyon lazımdı 15:37İslamiada üçün “İncə” və “Cəsur” 15:33“Azərbaycan klubları və “Volero” yarışın səviyyəsini qaldıracaq” 15:32Çox, çox, çox maraqlı! 14:03Kamran Quliyev “Sumqayıt”ın əvəzedicilərinə görə narahatdı 15:30Şeydayevin yeni komandasında yarımmüdafiəçilər “at oynadır” 15:26Şəhriyar və Teymur yenə “Qran-pri” seriyasında çıxış edəcək 15:24Zirədə dramatik sonluq və yenə şübhəli hakim qərarları 15:21“Kəpəz” Gəncədə də uduzdu 15:17Samir Abasov şübhəsi olanlara mesaj göndərdi 15:14“Xəmsə” rəhbərliklə görüşə qatılmayıb 15:11Ufuk Budak debütünü qolla qeyd etdi 15:08Fransadan üç medalla 15:04 Bütün xəbərlər
Ən çox oxunanlar