27 iy 20:26manset

Vadim Vasilyev ölkəmizdə səviyyəli hücumçu olmadığını düşünür

Vadim Vasilyev ölkəmizdə səviyyəli hücumçu olmadığını düşünür
“Telefonuma hər dəfə tanımadığım nömrədən zəng gələndə sevinirəm ki, yəqin iş təklifi olacaq”

Ötən əsrin sonları, 2000-ci illərin əvvəlində Azərbaycan futbolunda ən sərrast forvardlardan biri də Vadim Vasilyev idi. Ölkənin bir çox aparıcı klublarının şərəfini qoruyan, yığmaya da cəlb olunan hücumçu şıxış etdiyi klubların “vuran ayağı” sayılırdı. 2003/04 mövsümündə “Neftçi”nin, 2005/06 mövsümündə isə “Bakı”nın çempionluğunda xidməti olan veteran futbolçu xeyli vaxtdı diqqətdən kənarda qalıb. Bir ara AFFA-nın Elit Məşq Layihəsində məşqçi kimi çalışan Vasilyevin indi harda olduğunu, hansı işin qulpundan yapışdığını bilmək üçün onu aradıq. “Futbol+”dən olduğumuzu bilən kimi veteran futbolçunun ürəyi açıldı. Diqqətsizlikdən gileylənən Vadim bizlə söhbətdə bir çox maraqlı məqamlara toxundu.
- Birvaxtlar müdafiəçilərin qorxulu röyasına çevrilən forvard hazırda nə işlə məşğuldu?
- Demək olar ki, heç nə ilə. Orda-burda vaxt keçirirəm.
- Bir ara artıq fəaliyyətini dayandırmış “Şuşa Qarabağ”ın məşqçilər korpusunda yer alırdın. Deyəsən, indi futboldan uzaq düşmüsən...
- Tam demək olmaz. Qadınlardan ibarət “Fidan” komandasında məşqçi kimi çalışıram. Yalandan vaxt öldürürəm. Ancaq açıq deyirəm, bu iş ürəyimcə deyil. Mən daha ciddi işdə, böyük futbolda çalışmaq istəyirəm. Təəssüf ki, bu istəyimə çata bilmirəm.
- Belə çıxır ki, Vadim Vasilyevə ölkə futbolunda iş yoxdu?
- Yoxdu. Vasilyevi unudublar.
- Bu müddətdə heç bir klubdan təklif almamısan?
- Görünür, heç kimə lazım deyiləm. Hara müraciət edirəmsə, eyni cavabı eşidirəm: “Bir az gözlə, zəng vurarıq”. Bu “gözlə” nə vaxt qutaracaq, bilmirəm. Adam nə qədər səbr edər? Telefonuma hər dəfə tanımadığım nömrədən zəng gələndə sevinirəm ki, yəqin iş təklifi olacaq. Daha hövsələm qalmayıb.
- Məşqçi kateqoriyan var?
- Bəli. B kateqoriyasını öz hesabıma almışam. A-nı almağa isə imkanım yoxdu.
- Bununla bağlı AFFA-ya müraciət etmisən? Assosiasiya rəhbərliyi bəzi mütəxəssislərin oxuması üçün yardımçı olub. Bəlkə sənə də kömək etdilər?
- İşləməyə-işləməyə A kateqoriyası almağın nə mənası var? İş olsun ki, kurslara qatılım. Bir də guya AFFA-ya müraciət etsəm, mənə görə pul ödəyəcəklər? Bu o qədər də inandırıcı görünmür. Onların öz adamları var. Bir dəfə siz deyən kimi etdim. Assosiasiya rəhbərliyindən məşqçi kurslarına qatılmaq üçün yardımçı olmalarını xahiş etdim. Dedilər baxarıq. Qarşı tərəf müraciətimə isti yanaşmadığından sonradan bir daha qapılarını döymədim. Deyəsən, hələ də baxırlar. Bir daha deyirəm, iş olmayandan sonra lap PRO kateqoriyan olsun, nə faydası? Diplomu evdə saxalamaq yox, işləmək üçün almaq lazımdı.
- Özün-özünə sual vermisən ki, niyə sənə iş təklif edən yoxdu?
- Bu haqda çox düşünmüşəm, bu sualı özüm-özümə çox vermişəm. Sonda belə qənaətə gəlmişəm ki, futbolçu kimi lazım idim, çoxları dalımca düşüb yalvarırdı. Görünür, məşqçi kimi ehtiyac olmadığından axtarıb-arayan, iş təklif edən yoxdu. Həyat qəribəliklərlə doludu.
- Bəlkə məşqçi kimi etimadı doğruldacağına, sənə veriləcək işin öhdəsindən gələ biləcəyinə inanmırlar və bu səbəbdən təklif göndərmirlər?
- İnanmıram ki, səbəb bu olsun. Mənim futbol savadım bəlkə də çoxlarından üstündü. Bunu sizə 100 faiz əminliklə deyirəm. Özümə əminəm və məqşçi kimi uğur qazana bilərəm.
- İstər aşağı dəstə, istərsə də premyer-liqa klublarının baş məşqçilərinin keçmişinə nəzərə saldıqda əksəriyyətinin futbol oynadığı dönəmdə müdafiəçi olduğunu görmək mümkündü. Səncə, müdafiəçilər oyunu daha yaxşı “oxuduğundan” məşqçi kimi daha uğurlu karyeraya malik olurlar, yoxsa bu, sadəcə, təsadüfdü?
- Qurban Qurbanovu unutmayın. O ki hücumçu olub. İndi ölkədə ən çox sayılıb-seçilən mütəxəssisdi. Ölkə klublarının “sükanı arxasında” olan baş məşqçilərin çoxunun vaxtilə müdafiəçi olmasına gəlincə, bəlkə də bu səbəbdəndi ki, klublarımız daha çox müdafiə futboluna üstünlük verir (gülür). Qurbanov isə futbol oynadığı dönəmdə qoleador olduğundan rəhbərlik etdiyi “Qarabağ” bu gün istər premyer-liqada, istərsə də avrokuboklarda inamlı təsir bağışlayır.
- “Neftçi”nin sayılıb-seçilən futbolçularından olmusan. Sabiq klubun niyə səninlə maraqlanmır, heç olmasa, aşağı yaş qruplarından birində işləməyinə şərait yaratmır?
- İnanırsız, təxminən ilyarım əvvəl “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevlə də görüşdüm. Çingiz müəllimə işləmək istədiyimi söylədim. O da klubda rəhbər vəzifə tutan yoldaşlardan birinə məni işlə təmin etməyi tapşırdı. Ancaq xeyri olmadı. Nə çağıran oldu, nə də iş təklif edən. Bu qədər etinasızlıq olar? Hərdən fikirləşirəm ki, yenidən Abdullayevlə görüşüm və ona deyim ki, sənin tapşırığına əməl edən olmadı. Hər gün qapı döymək, kimisə narahat etmək mənlik deyil. Ancaq elələri var ki, qapıdan qovurlar, pəncərədən girir, hər gün rəhbərliyin qapısında oturur və sonda istəyinə çatır. Görünür, həyatda belə olmalısan, əks halda sənə çörək verən olmayacaq. Sizə maraqlı bir hadisə danışım. “Monako”nun prezidentinin də adı Vadim, soyadı Vasilyevdi. Təsadüfə baxın ki, atalarımız da adaşdı. Həm o, həm də mən Viktoroviçəm. Həmin komanda “Qarabağ”la eyni qrupa düşəndə dostlar mənə məsləhət gördülər ki, “Qarabağ”la birgə Monakoya yollanıb klub prezidenti ilə görüşüm. Və adaşıma deyim ki, vaxtilə futbolçu olmuşam, hazırda isə işsizəm. Mənə “Monako”da bir iş ver. Rusiyada yaşayan tanışlar bildirdilər ki, o səni işlə təmin edəcək. Ancaq bu addımı atmadım (gülür).
- Bəs dolanışığını necə təmin edirsən? Hər halda, işləməyən şəxs üçün indi ayaqüstə durmaq çox çətindi.
- Şükür Allah, birtəhər dolanıram. Əsas odu, ac qalmıram. Yaxşı insanlar var, onlar kömək edir. Bundan başqa, evimi kirayə vermişəm. Özüm isə başqa yerdə qalıram.
- Bu gün ölkə futbolunda yaşananlara münasibətini bilmək istərdim.
- Bu haqda danışmaq istəmirəm. Ağzımı açsam, kimlərinsə xətrinə dəyə biləcək sözlər işlədə bilərəm. Bu isə mənə lazım deyil. Hələ də işlə bağlı problemim həll olunmayıb. Artıq-əskik nəsə danışaram, sonra, ümumiyyətlə, adımın üstündən xətt çəkərlər (gülür). Futbol var? Premyer-liqada iki komandanın “qızıl” uğrunda mübarizəsini izləyirik. Bir neçə il əvvəl isə vəziyyət başqa cür idi. 5-6 klub çempionluq uğrunda yarışırdı. İndi sanki elitada bölgü var: 2+6. “Qarabağ” və “Qəbələ” öz aralarında yarışır, qalanı həyatda qalmaq uğrunda “vuruşurlar”. Avrokuboklarda da məhz adını çəkdiyim klublar üzümüzü ağardır. Onlar olmasa, itib-batarıq.
- Avrokuboklardan söz düşmüşkən, “Qarabağ”la “Qəbələ”nin növbəti mərhələ şanslarını necə dəyərləndirirsən?
- Qurban Qurbanovun komandası dünən (srağagün) yaxaladığı qol vəziyyətlərindən heç olmasa, ikisini reallaşdıra bilsəydi, cavab görüşünə daha arxayın yollana bilərdi. İndi isə şansları 50-nin 50-yə dəyərləndirirəm. “Şerif” ilk oyunda heç də pis təsir bağışlamadı. “Qəbələ”yə gəlincə, rəqibin oyununu görmədiyimdən heç nə deyə bilmərəm. Ancaq Qriqorçuk heç də pis kollektiv formalaşdırmayıb. Sabahkı (bugünkü) matçda “Panatinaikos”un gücünə bələd olacağıq.
- Hücumçu Vasilyev bu gün yerli forvardlardan kimi bəyənir?
- İndi forvard var? 28 oyuna 10 qol vurub bombardır olurlar. Çox gülməli mənzərədi. Bizimkilər başa düşmürlər ki, futbolu tək ayaqla yox, başla da oynamaq lazımdı. Elə bilrilər ki, hücumçu daim qaçmalı, müdafiəçilərlə mübarizə aparmalıdı. Heç şübhəsiz, bunlar da olmalıdı. Ancaq normal forvard bir qədər də başını işlətməli, meydanda ağıllı hərəkət etməlidi. Elə oyun yoxdu ki, hansısa hücumçu 2 və ya 3 qol imkanı qazanmasın. Bunlardan ən azı birindən yararlanmaq lazımdı. Əvvəllər hücumçular bəzən üç oyunu yüksək səviyyədə keçirib birində zəif oynayırdılar. Buna görə onları az qala asıb-kəsirdilər. İndi isə əksinə olub, 3 oyun zəif oynayıb bir matçda nəsə etməklə özlərini ulduz sayırlar. Ancaq heç kim onlara heç nə demir. Sanki belə də olmalıdı. Elə düşünürlər ki, onlardan yoxdu. Son illər statistikaya nəzər yetirsək, görərik ki, ildən-ilə həm məhsuldarlıq, həm də yerli hücumçuların səviyyəsi aşağı düşür. Nə vaxta kimi belə davam edəcək, bilmirəm. Hərdən düşünürəm ki, bu minvalla davam edəcəyi halda ölkə klublarında, millidə hücumda oynatmağa yerli futbolçu tapılmayacaq. Artıq indidən həyəcan təbili çalmaq lazımdı. Yığmanın oyunlarına fikir verin. Fərqlənənlərin əksəriyyəti “milliləşdirilmiş” legionerlər və ya ölkə xaricində yetişmiş azərbaycanlılardı. Bu onu göstərir ki, bizim uşaq futbolunda forvard yetişmir. Bunun üzərində çalışmaq lazımdı. Gələcəkdə səviyyəli hücumçu olmaq üçün uşaqlarda qol duyumunu inkişaf etdirmək vacibdi.
- Yerliləri bəyənmədiyni başa düşdüm. Bəs ölkəmizdə top qovan legionerlərdən kimi fərqləndirərdin?
- Bəyəndiyim futbolçu sırf forvard olmasa da, ağıllı oyunu, killer instinkti ilə başqalarından seçilir.“Qəbələ”nin şərəfini qoruyan Filip Ozobiçi nəzərdə tuturam. Çox hiyləgər, hər an nəsə edə biləcək futbolçudu. Qeyri-standart qərarları ilə seçilir.
- Bir qədər də millidən danışaq. Robert Prosineçkinin rəhbərlik etdiyi yığma necə təsir bağışlayır?
- Oyun planında millinin hazırda daha baxımlı futbol sərgilədiyini söyləyə bilərəm. Berti Foqtsun dönəmində komanda əsasən müdafiənin qayğısına qaldığından çox darıxdırıcı oynayırdı. Xorvat məşqçi gələndən sonra kombinasiyalı oyuna üstünlük verən, hücum etməkdən çəkinməyən milli görürük ki, bu da məni sevindirir. Bu gün üçün yığmanın hesabında 7 xal var. Düşünürəm ki, seçmə mərhələnin sonuna kimi daha 3-4 xal da toplaya bilərik. Bundan artığı isə fantastika olar.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar