28 dek 17:04manset

Əli Hüseynov Gülağa Cabbarovun imtahandan kəsilməsinə aydınlıq gətirdi

Əli Hüseynov Gülağa Cabbarovun imtahandan kəsilməsinə aydınlıq gətirdi
“Diviziona AFFA nümayəndəsi ştatının ayrılmasının vaxtı çatıb”
Hakim-inspektorlar Komitəsinin sədri Əli Hüseynov hələ Hakimlər Komitəsinə rəhbərlik etdiyi vaxtdan mətbuata yaxın olub, müsahibələrdən qaçmayıb. Çempionatın startından bu yana inspektor və nümayəndələrin işindəki çatışmazlıqlarla bağlı bir neçə dəfə tənqidi material gedib qəzetimizdə və etiraf edək ki, onları sədrlə müzakirə etməyə, geniş danışmağa imkan olmamışdı. Nəhayət, dünən AFFA-ya yollanıb Əli müəllimlə üzbəüz söhbətləşdik. İki dövrənin yekunu ilə bağlı yığılıb qalan bütün suallara cavab tapmağa çalışdıq ki, komitə sədri gözünü gözümüzdən ayırmadan, səmimi şəkildə danışdı.

“Hər iki cəza düzgün verilməyən qiymətlə bağlı idi”
- Mövsümün ilk yarısını rəhbərlik etdiyiniz komitənin fəaliyyəti baxımından necə dəyərləndirirsiz?
- Fikrimcə, ilk yarını uğurlu saymaq olar. Elə oyun olmadı ki, hansısa inspektor və ya AFFA nümayəndəsi işinin öhdəsindən gələ bilməsin. Düzdü, ilk turda səhvlər olmuşdu, iki nəfərə cəza tətbiq etdik.
- Sirr deyilsə, adlarını açıqlayardız.
- Sirr niyə olur?! Bizdə komitənin işi şəffaf təşkil olunub. Cəzaları da gizlətmirik. Deməli, belə (qeyd kitabçasını açıb vərəqləyir)... Nəcəfov Füzuli (Zirə - Sumqayıt) və Xudiyev Asim (AZAL - Neftçi).
- Belə anlaşılır ki, Xudiyev AZAL – “Neftçi” matçında səhvə yol verən hakimə yüksək qiymət yazıb.
- Elədi, hər iki cəza düzgün verilməyən qiymətlə bağlı idi. Komitənin tərkibində komissiya yaratmışıq. Bu komissiyanın işi oyunların videoyazısını izləyib hakimlərə verilən qiymətləri təhlil etməkdən ibarətdi. İnspektor ədalətli olmayıbsa, yəni səhvə yol veribsə, nəticə komitəyə təqdim olunur və o, növbəti bir ay ərzində cəza alır. Videoyazını “CBC Sport” kanalından və PFL-dən göndərirlər bizə. İstəmirik hansısa hakimin hüququ pozulsun.
– Mümkünsə, komissiyanın tərkibini açıqlayardız.
- Mövsümün əvvəlində yaratdığımız komissiyada məndən başqa Məlik Həsənov, Asim Xudiyev, Əlisgəndər Nağıbəyov və Şahin Cəfərov yer alıb.
- İki dövrə ərzində cəzalandırdığınız şəxslərin siyahısını bizə verə bilərsiz?
- (yenə qeyd kitabçasını açır) Bu təyinatlardı, siyahıda adını çəkdiyim iki nəfərdən başqa cəzalı kimsə yoxdu. Ümumiyyətlə, onlara şərait yaratmışıq ki, görə bilmədikləri epizodların videoyazısına baxsınlar və qiymət yazsınlar. Buna görə də səhvlər avtomatik azalıb.

“Bizdə çoxları işinə gəlir mənbəyi kimi yanaşır”
- Həm Hakimlər Komitəsində, həm də Hakim-inspektorlar Komitəsində çalışmısız. Hansına rəhbərlik etmək daha asandı?
- Asan deməzdim, hər işin öz çətinliyi, məsuliyyəti var. İnspektor və nümayəndələrlə işləmək daha çətindi, nəinki hakimlərlə. Açığını deyəcəm, bizdə çoxları işinə gəlir mənbəyi kimi yanaşır. Zəng vurub təyinatla maraqlananda hiss edirəm ki, onları maliyyə tərəfi daha çox düşündürür. Belələrindən tədricən “təmizlənəcəyik”. Düzdü, divizion və premyer-liqada 38 nəfərlə yollarımızı ayırmışıq ki, əksəriyyəti məhz dediyim xüsusiyyətə malik idi. Bu kursu davam etdirəcəm. Məqsəd peşəkar, işinə məsuliyyətlə yanaşan inspektor-nümayəndə kollektivi formalaşdırmaqdı.
- Sələfiniz Gülağa Cabbarov sizə daha hansı problemlər saxlamışdı?
(müsahibə tam halda qəzetin çap variantında)
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Olimpiya çempionu güləşçimizi təriflədi 13:10“Marafon”a basqını Aynar Məmmədov təşkil edib? 13:08Yığmamız “Novruz” turnirində niyə NTD-nin formasında oynayıb? 13:04“Qəbələ” üçün “Şüvəlan sindromu” davam edir 19:15“Kəpəz” yenidən Avroliqa mübarizəsinə qoşuldu 19:12“Rəvan” Elxan Məmmədovla Apellyasiya və Ekspert Komitəsinə məktub göndərib 19:01Yığma üzvləri penaltiləri boşa vermədi 18:56“Qaradağ Lökbatan” üçüncü pilləyə yüksəldi 18:55“Neftçi” yubiley məclisində jurnalistləri görmək istəmir! 18:52Ölkə kubokunun finalı Naxçıvanda keçiriləcək 18:50Azarkeşlər almanlara qarşı birləşdi 18:48“Neftçi”dən “Neftçi”yə yubiley hədiyyəsi 13:30İzləyiciləri büdrədi, lider “taxtını bərkitdi” 13:28Bayrama bayram qatanlar 13:24“Qarabağ” fürsəti qaçırdı 13:23Almanlar “Hilton”da məskunlaşacaq 13:18“Məğlub olmasaq, Azərbaycan yaxşı mənada partlayacaq” 13:16Məşqçilər yenə Rəsul Çunayevlə Həsən Əliyev arasında seçim edəcək 13:13İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarıldı 13:10“Marafon”da idmançılar dalaşıb 13:05“Formula-1” üçün “İdman Azərbaycan”dan 400 min avro tələb olunub 13:03"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33 Bütün xəbərlər
Ən çox oxunanlar