19 iy 18:59manset

“Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi

“Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi
Sübhan Əliyev: “Futbolçuların 80 faizi aldığı pulu haqq etmir”

Ötən mövsüm premyer-liqada 8 komanda arasında 7-ci yeri tutan və avrokuboklarda iştirak hüququndan məhrum olan “Neftçi” yeni mövsümün hazırlıqlarına start verib. Artıq komanda iki həftədən çoxdu Bakıda məşqləri davam etdirir. “Neftçi” bu müddət ərzində iki yoxlama matçında da qüvvəsini sınayıb. İyulun 11-də “ağ-qaralar” İsmət Qayıbov adına Bakıxanöv qəsəbə stadionunda əbədi və əzəli rəqib “Kəpəz”lə qarşılaşmışdı. Sözügedən qarşılaşmanı “Neftçi” azarkeşləri də izləyib. Daha dəqiq desək, hər zaman komandanın yanında olan “Forza Neftçi” bu dəfə də sevimli kollektivi tək buraxmamışdı. Fanatlar oyun ərzində şüarlar səsləndirmiş, mahnılar oxumuş, “Neftçi”yə necə lazımdı, dəstək olmuşdu. Xatırlatmaq yerinə düşər ki, həmin görüşdə “Forza Neftçi” erməni hərbçilər tərəfindən öldürülən Zəhra ilə bağlı “Biz hamımız Zəhrayıq!” pankartı da açmışdı. Bütün bunlara baxmayaraq, Elxan Abdullayevin yetirmələri tərəfdarları sevindirə bilməmişdi. Qarşılaşma gəncəlilərin 2:0 hesablı qələbəsi ilə başa çatmışdı. İylun 15-də isə paytaxt klubu eyni məkanda daha bir yoxlama matçında qüvvəsini sınayıb. Rəqib isə növbəti mövsüm birinci divizionda iştirak edəcəyi gözlənilən “Binə” olub. Bu görüşdə “Neftçi” 1:0 hesablı qələbə qazanıb. Lakin bu qələbə azarkeşlərin könlüncə olmayıb. Buna səbəb komandanın olduqca zəif çıxış etməsidi. Oyundan dərhal sonra azarkeşlər sosial şəbəkələrdə yenə “Neftçi” rəhbərliyini, məşqçilər korpusunu və futbolçuları tənqid edib.
“Forza Neftçi”nin rəhbəri Sübhan Əliyevin yazdıqları ilə tanış olun: “Binə” ilə oyuna baxdıq. Səsimizi çıxarmadıq. Hər şey açıq-aşkar ortadadı. Elxan bəy özü də gördü ki, komanda oynaya bilmir. Futbolçular heç düz-əməlli ötürmələr edə bilmirlər. “Kəpəz”lə oyunda edilən səhvlər “Binə” ilə qarşılaşmada da təkrarlandı. Heç bir dəyişiklik yoxdu. Komanda birqəpiklik oyun sərgiləyə bilmir. Bu oyunla çempionatda heç nə edə bilməyəcəklər. Bəziləri deyir ki, nəticə vacib deyil, çünki yoldaşlıq oyunudu. Amma hamı bilir ki, bu oyundan sonra gələcək təhlükəlidi. Məlum məsələdi ki, bu kollektiv 6-7-ci yerlədən başqasını tuta bilməyəcək. Ən yaxşısı istefa verin, gedin. Verməsəz, onsuz da yarıyolda qalacaqsız. Heç olmasa, birinin “Neftçi” fanatlarına yazığı gəlsin. Göz görə-görə flaqmanı dağıdırlar. Biz də cavan uşaqlarıq. Komandanın pis günə qoyulması bizə də dəhşətli dərəcədə pis təsir edir. Axırda səbrimiz daşacaq. Kənardan “Qəbələ”də Cavid Hüseynova, “Qarabağ”da Rəşad Sadıqova, “İnter”də Nizami Hacıyevə, “Zirə”də isə Rəşad Sadiqova baxanda ürəyimiz qan ağlayır. Ruslan Abışov “İnter”də gül kimi oynayırdı. Azarkeşlərin rəğbətini qazanmışdı. Amma qışda onu da gətirdiz, yaman vədlər verdiz, elə olacaq, belə olacaq, komanda güclənəcək dediz. Amma bunu görmədik. Bu gün kənardan Ruslana baxanda çox həvəssiz görünürdü. Çünki haqlıdı. Ən azı verilən vədin heç birini yerinə yetirməmisiz. Çempionat bitəndə demişdilər ki, səviyyəli təlim-məşq toplanışı keçiriləcək. Ən azı 4 nəfər yaxşı legionerlə komanda güclənəcək. Hətta deyirdilər ki, “Neftçi”ni tanımayacaqsız. Düz deyirsiz, flaqman dəyişdi. Onu yıxdız, tanıya bilmədik. O boyda “qoca çinar” bu gün yox olmaq üzrədi. Gəlin, özümüzü aldatmayaq. “Neftçi” rəhbərliyi və məşqçisi, dürüst olun, çıxın deyin ki, inkişaf olmayacaq. Ərizənizi yazıb, gedin. Hələ də gec deyil. Bizim də səbrimizin daşacağı günə çox az qalıb”.
Sübhan Əliyev dünən qəzetimizə açıqlamasında da “Neftçi” rəhbərliyindən və məşqçilər korpusundan narazı olduğunu vurğuladı: “Mən “feysbuk”da öz adımdan yazmışdım. Narazı olan tək mən deyiləm. Bütün “Neftçi” azarkeşləri narahat və narazıdı. Flaqmanı pis günə qoyublar. Adam bilmir, nə desin. Bu bizim qanımıza, canımıza toxunur. Hər dəfə yalançı vədlər verirlər. Nə etdiklərini heç özləri də bilmirlər. Deyirlər ki, banka borcumuz var. Bu üzdən fərli oyunçu ala bilmirik. Və ya yaxşı təlim-məşq toplanışı təşkil etmək olmur. Biz bütün bunları qəbul etmək istəmirik. Bu klubu borca salan azakeşlər olmayıb. Bankdan pulu biz götürməmişik ki. İstənilən havada öz cibimizdən pul ödəyib oyunlara gedirik. Hər şeyi təmənnasız edirik. Bu cür idarəçilik, sadəcə, fiaskodu”.
Əliyev deyir ki, bu oyunla heç bir nəticə qazanılmayacaq: “Söz veriblər ki, komanda ilk “3-lük”də olacaq. Bu oyunla? Siz də inanmayın. Biz yaxşı anlayırıq ki, yoxlama oyunudu. Amma gələcəyə nikbin baxmaq üçün heç nə görmədik. Uşaq belə olsan, komandaya kənardan baxanda hər şeyi anlayırsan. Bu heyətlə kimin qarşısına çıxmaq mümkün olacaq? Heç kimin. Hamıya uduzacaqlar. Futbolçuların 80 faizi aldığı pulu haqq etmir. Onların heç biri alın təri ilə qazanmırlar. Təsəvvür edin, yeni yaranan “Binə” yeri qaşıyırdı. Həqiqətən də meydanda can qoyurdular. Hələ “Kəpəz”dən danışmıram. Bir həftə öncə yığışan komanda elə oynayırdı ki, sanki “Neftçi”dən iki-üç dəfə güclüdü. Futbolçu meydandan çıxanda üstü palçıq olmadısa, onu oyunçu saymıram. Xüsusilə də sən “Neftçi”də oynayırsansa. Bütün bunları anlamaq lazımdı. Transferlər üzərində çalışmalıdılar. Bacarmayacaqlarsa, çıxıb getsinlər”.
ŞƏFİ ŞƏFİYEV
Oxşar xəbərlər:
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! Bu gün, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” Bu gün, 16:30 Karius FIFA-ya şikayət etdi Bu gün, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” Bu gün, 16:20 Tramp da videokonfrans keçirdi Bu gün, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı Bu gün, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? Bu gün, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib Bu gün, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan Dünən, 11:22 Fonda daha hansı klub pul köçürəcək? Dünən, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək Bütün xəbərlər
Ən çox oxunanlar