16 iy 18:20manset

“Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib

“Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib
“Belə görüşlərdə “Kəpəz”ə bir yox, on dəfə uduzmağa razıyam”
Çərşənbə axşamı “Neftçi”ylə “Kəpəz” arasında baş tutan yoldaşlıq görüşü ortaya bir çox suallar çıxardı. Söz yox, matç sınaq xarakteri daşıyırdı və qələbə ciddi mənada nəyisə həll etməyəcəkdi. Ən maraqlısı “ağ-qaralar”ın məhz “Kəpəz”ə yenilməsiydi. Həmin rəqib ki, toplanışa cəmi bir həftə öncə başlamışdı, heyətində legionerlər yox idi, yeni gələnlərin bir neçəsi əsas heyətdə yer almışdı. Bir sözlə, “Neftçi”nin qərb təmsilçisinə uduzmaq haqqı yox idi. Oyun başa çatandan sonra ortaya bir çox suallar çıxsa da, həmin vaxt cavab tapa bilmədik. Həm “Qarabağ” – “Samtredia” qarşılaşmasına çatmalıydıq, həm də baş məşqçi Elxan Abdullayevin başı çox qarışıq idi. Odu ki, təcrübəli çalışdırıcı ilə dünən söhbətləşdik.
- Yetirmələrinizi birinci yoxlama oyununda iş başında gördüz. Ümumi fikirlərinizi eşitmək maraqlıdı.
- Bəli, məhz birinci yoxlama matçıydı. Bu gün hazırlıq mərhələsinin üçüncü mərhələsindəyik, yəni yüklənmələrin ən pik nöqtəsində. Ona görə də qeydə alınan məğlubiyyət məni nə təəccübləndirdi, nə də üzdü. Açığı, belə olacağını hardasa gözləyirdim. Kiminsə orqanizmi yüklənir, kimsə topu rahat hiss edə bilmir – bütün bunlar da oyunda özünü göstərir. Bu oyun mənə nəticə baxımından yox, futbolçuları yüklənmə dövründə iş başında görmək baxımından lazım idi.
- Fiziki yüklənməni başa düşdük. Bəs hücumların məntiqi sonluqla başa çatdırılmaması, irəli xətdəki oyunçuların bir-birini anlamamasının səbəbi nə idi?
- Rəqib qapıçını təzyiq altında saxlamaq, ya da qol vurmaq üçün futbolçu rahat olmalı, topu hiss etməlidi. Bunlar olmadıqda “mənəm-mənəm” deyən futbolçu da çətinlik çəkəcək. Fikir verirdizsə, bizimkilər daha çox uzaq məsafələrdən zərbələrə üstünlük verirdilər. Mən də futbolçu olmuşam. İndiki vəziyyətdə hansı çətinlik çəkdiklərini bilirəm. Dördüncü həftədə tədricən yüngül çalışmalara üstünlük verəcəyik.
- Rəqibin vurduğu qollar zamanı müdafiə xəttində yol verilən səhvlər də fiziki yüklənməylə bağlıydı?
- Uduzmuşuqsa, buna bəhanə gətirmək istəmirəm. Mənim üçün vacib olan yoxlama görüşləri yox, çempionatdı. Sağlıq olsun, çempionatda tam başqa komanda görəcəksiz. Mən bu oyunda yüklənmə altında kimin nə qədər qaçdığını, nə qədər dözümlü olduğunu görmək istəyirdim və gördüm.
- Gördüz?
- Əlbəttə, gördüm.
- Ən yaxşılar və zəiflər kimlər idi?
- Bu artıq baş məşqçi kimi mənə aid olan məsələdi. Mətbuata nəsə deməyim düzgün olmaz.
- “Kəpəz” sizdən fərqli cəmi bir həftədi yığışıb. Bu dəqiqə onlar da fiziki yüklənmələr alır. Elə isə, onlar niyə topa olan hissiyyatı itirməmişdi, yorğunluq hss olunmurdu?
- Mən “Kəpəz”in əvəzinə danışa bilmərəm. Gündə neçə məşq edirlər, nə qədər çalışırlar, hansı proqram üzrə işləyirlər – bunlar “Kəpəz”ə aid məsələdi. Yenə təkrar edirəm ki, üçüncü həftə hazırlığın ən ağır dönəmidi. Ona görə də ilk oyunu bu vaxta salmışdıq. Adı yoxlama görüşü olsa da, mənim üçün adi məşqdən fərqlənmirdi. İkitərəfli oyun səviyyəsində matç idi. İnsanların belə ajiotaj qaldırmasını, “Kəpəz”ə uduzmağımızı faciəyə çevirməsini anlaya bilmirəm.
- Rəqib başqa komanda olsaydı, dərd yarı. Burda söhbət bütünlüklə yerlilərdən qurulmuş, heyətində çox sayda yeni futbolçu olan və ən əsası, cəmi bir həftə öncə toplaşan komandaya uduzmaqdan gedir.
- Belə görüşlərdə “Kəpəz”ə bir yox, on dəfə uduzmağa razıyam. Təki çempionatda qələbə bizim olsun.
- İqor Getman gözümə dəymədi.
- Ordaydı. Yəqin oturmuşdu deyə görməmisiz.
- İlqar Ələkbərov söhbəti hardan ortaya çıxmışdı?
- İlqarı “İnter”də işlədiyim dönəmdən tanıyıram. O vaxt perspektivli, gənc futbolçulardan hesab olunurdu. Məndən yoxlanışdan keçmək üçün icazə istədi, etiraz etmədi. Özünün də dediyi kimi, nəyə qadir olduğunu “Neftçi”də görmək ona maraqlıydı. Ona görə də ikinci hissədə ona şans verdim.
- Nəticəsi necə oldu?
- Özü də başa düşdü ki, “Neftçi”də oynamaq asan olmayacaq. Artıq bizimlə birgə deyil.
- Fasilədən sonra qapını Maksim Vaylo qoruyurdu. Həmin Vaylo ki, mövsüm başa çatandan sonra transferə çıxarılmışdı, belə deyək, “Neftçi”yə lazım deyildi. Belə məqamda “çərçivə”ni ona tapşırmağınız nə dərəcədə düzgün seçim idi?
- Maksim 2 il əvvəl “Neftçi”ylə 5 illik anlaşma imzalayıb. Bundan sonra onun daha 3 illik anlaşması qüvvədədi. Bizdən öncəki rəhbərlik, məşqçilər heyəti onunla uzunmüddətli müqavilə bağlanılmasına razılıq verib. Yəni bu gün sənədlə bizə məxsusdu. Mövsüm başa çatandan sonra özüylə söhbət oldu. Yeni komanda tapsaydı, biz onu icarəyə verə bilərdik. Çünki mövsüm başlayanda sərəncamımda 3 qapıçı olacaq - Səlahət Ağayev, Rəşad Əzizli və Sənan Əlizadə. Belədə Vaylonun oynamaq imkanı, demək olar, sıfıra enir. Lakin Vaylo indiyə qədər özünə klub tapa bilməyib. Ona görə bizimlə birgədi. Düşərgədə olmaq, məşqlərdə iştirak etmək onun haqqıdı. Komandadan birdəfəlik uzaqlaşdırmalı olsaq, bundan sonrakı 3 ilin təzminatını ödəməliyik.
- Məşqlərdə iştirak etmək başqa, yoldaşlıq görüşündə əlinə əlcək taxmaq başqa. “Bizə lazım deyilsən” dediyiniz futbolçuya oynamaq imkanı yaratmağınızı nəzərdə tuturam.
- Səlahət Ağayev bu gün bizimlə deyil. Kamran İbrahimov da əsgərliyə getdi. Belədə üç qapıçı qalır ki, onlara güvənməliyəm də. Həm də icarəyə vermək istədiyimiz qapıçının fiziki durumu, oyun təcrübəsi də qaydasında olmalıdı.
- Səlahətdən söz düşmüşkən, onun məsələsi nə yerdə qalıb? “Neftçi” tərəfi milli üzvünün avqustun 1-də komandaya qoşulacağını iddia etsə də, “İnter”in Müşahidə Şurasının sədri Zaur Axundov komandasının Avroliqada irəliləyəcəyi halda, sizə müraciət edəcəyini demişdi. Baş məşqçi kimi məsələyə münasibətiniz necədi?
- “İnter” rəhbərliyi Səlahətə görə bizdən xahiş etmişdi, biz də ölkə futbolunun inkişafı naminə razılıq vermişdik. Amma bizim də çempionat oyunlarımız yaxınlaşır. İndidən nəsə deyə bilməyəcəm. Təki “İnter” qrup mərhələsinə qədər irəliləsin, bu məsələ haqda sonra danışarıq. Gəlin avqustun 1-nə qədər gözləyək, görək nə olur.
- Zdenek Folprextin mövqeyinə yeni futbolçunun transferinin vacibliyindən danışmışdı. Nə yenilik var?
- Bizə yarımmüdafiənin mərkəzinə mütləq təcrübəli futbolçu lazımdı. Artıq bu yöndə işlərə start verilib. Namizədlər var, hazırda onları gözdən keçirməklə məşğuluq. Son qərarı verəndən sonra ad çəkmək mümkündü. Hələ ki həmin futbolçunun adını demək çətindi. Aralarında ən güclüsünü, faydalısını seçəcəyik.
- Təmsilçilərimizin avrokubok qarşılaşmalarını izləyə bilirsiz?
- Əlbəttə, izləyirəm. Çalışıram bir oyunu da buraxmayım. Gündə iki məşq olduğundan stadiona gedə bilmirəm, yalnız televizorun köməyinə ehtiyac duyuram. Bu günə kimi 6 oyunda 6 qələbə qazanmaqla mükəmməl göstəriciyə imza atıblar. İnşallah, bu gün də “Qəbələ” ilə “Zirə” uğurun davamını gətirər. Fürsətdən istifadə edib bütün təmsilçilərimizə uğurlar, bol-bol qələbələr arzulayıram. Onların zəfəri hər birimizin uğurudu.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Bu gün, 12:11 AİJF Baş nazirə müraciət etdi Bu gün, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” Dünən, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb Dünən, 21:09 Fərid Qayıbov payızı nişan verdi Dünən, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib Dünən, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi Dünən, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb Bütün xəbərlər
Ən çox oxunanlar