14 iy 18:11manset

“Futbol+” hakim-inspektorların imtahanında iştirak etdi

“Futbol+” hakim-inspektorların imtahanında iştirak etdi
Əli Hüseynov: “Gülağa Cabbarov özünə hörmət edən adamdı, fikirləşir ki, növbəti dəfə kəsilsə, imicinə zərbə olar”

Hakim-inspektorlar Komitəsinin sədri Əli Hüseynovla son müsahibəmizin “40”-ı yenicə çıxıb. İyunun ilk günü söhbətləşmişdik. Diqqətli oxucularımız yəqin xatırlayar, komitə sədrinin bizə bir vədi var idi: “Gələn ay həm seminar, həm də imtahanlarımız olacaq. Bəribaşdan söz verirəm ki, istəsəz, sizin də imtahanda iştirakınızı təmin edə bilərəm. Gəlin, imtahanın gedişini canlı izləyin. Qoy sonra heç kim deməsin ki, komitə bizi sıxdı, cavablarımızı saxtalaşdırdı, nə bilim nə. Siz də yazanda əlinizdə dəlil olsun”. Ayın 7-də zəng vurub dəvətini çatdırdı: “Gələn həftənin çərşənbə axşamı divizion inspektorlarının, ertəsi isə premyer-liqa inspektoru və AFFA nümayəndələrinin imtahanı olacaq. Vaxtınız olsa, gəlin”.
Qısası, dünən AFFA-ya yollandıq və 3 saata yaxın çəkən imtahandan reportaj hazırladıq. Onu da qeyd edək ki, bu ilk belə haldı. Yəni indiyə qədər nə həmin komitənin, nə də Hakimlər Komitəsinin imtahanında media nümayəndələri iştirak etmişdi.

Komitə sədri imtahan rəhbəri olmaq istəmədi
Təbii ki, Əli Hüseynov ilk növbədə prosesin şəffaf keçirildiyini nümayiş etdirmək istəyir, digər tərəfdən, özünü “sığortalamağa” çalışırdı. Sirr deyil ki, inspektor və nümayəndələrin bir çoxu tapşırıqla çalışan icraçılardı. Hərənin “yuxarı”da bir adamı var, imtahanda və ya bu kimi hallarda sıxışdırıldığını görüb kiməsə zəng vurur, “elçi salır”. Əli müəllim isə mümkün qədər belə halla qarşılaşmamağa çalışır, özünü prosesdən kənarda büruzə verirdi. Əvvəldən axıra qədər zalda üç-beş dəqiqədən artıq qalmır, ona yaxınlaşanlara “mən heç nə bilmirəm, imtahanın gedişinə mane olmayın” şəklində reaksiya verirdi. Bununla belə, komitə sədrinin və köməkçisi Şahin Cəfərovun telefonu susmur, zəng zəng dalınca gəlirdi. Bir çoxu isə cavabsız qalırdı...

Təkrar imtahan olacaq
Gözucu baxmaq kifayət etdi ki, heç də hamının imtahana gəlmədiyini aydınlaşdıraq. Təcrübəlilərdən Asim Xudiyev, Murad Məmmədov, Şaiq Həmidov, həmçinin Vüsal Əliyev, Eldəniz Musayev və başqaları gözə dəymədi. Sonradan öyrəndik ki, onlar üzürlüdülər və komitədən icazə alıblar. Gəlməyənlər üçün əlavə gün təyin ediləcək və imtahan keçiriləcək.

Yenilik, yoxsa köçürmə imkanı?
İnsafən, hamıya sərbəstlik verilmişdi. İmtahana qədər hər kəs onu narahat edən sualla bağlı müraciət edir, təklif səsləndirirdi. Bununla belə, həyəcanını gizlədə bilməyənlər də var idi. Məsələn, Rauf Əmirov eynəyini unudub evdə qoymuşdu, buna görə var-gəl edir, kimdənsə aldığı qaydalarla bağlı kitabçanı oxumaqda çətinlik çəkirdi. Hələ həyəcanını boğmaq üçün “yüngülvari vuranları” demirik. Bu bəlkə ona görəydi ki, hər stola PFL-in bir kamerası tuşlanmışdı.
Saat 10.00-da başlayan tədbirin ilk yarımsaatı izahata, qaydaların başa salınmasına həsr olundu. Əli Hüseynov əvvəlcə inspektor və nümayəndələrin ayrı-ayrılıqda imtahan verməsini təklif etdi və bunu müzakirəyə çıxardı. Çoxluq “qarışıq olsun” dediyinə görə ikinci variant qəbul olundu. Elan olundu ki, hər dəfə 6 nəfər bilet çəkəcək, 4 nəfər onlara nəzarət edəcək, digərləri gözləyəcək. Əslində bu variant yenilik kimi təqdim olunsa da, köçürməyə də şərait yaradırdı. Daha doğrusu, ilk “partiya” stuldan qalxan kimi növbə gözləyənlərdən bir neçəsi onlara yaxınlaşıb suallarla tanış olmağa can atırdı.

AFFA nümayəndəsi üsyan etdi
İmtahan yeni başlamışdı ki, zalda sükut pozuldu. Bilet çəkib əyləşən AFFA nümayəndəsi Arif Fərəcov əvvəlcə nəzarətçilərə, daha sonra Şahin Cəfərova yüksək səslə etirazını çatdırdı: “Burda iki sual var ki, nümayəndəyə aid deyil. Oyun qaydalarına aid suala inspektor cavab verməlidi, biz yox”. Səs-küyü eşidən Əli Hüseynov zala daxil oldu və Fərəcova yaxınlaşdı. Nümayəndənin etirazını dinləyib onu sakitləşdirməyə çalışdı: “Nəyi bilirsən, onu yaz, bilmədiyin qalsın. Onsuz da 10 sualdan 8-ni yazsan, keçirsən”. Arif bəy razılaşmadı və haqqının tapdandığını iddia etdi. Hətta mobil telefonunu çıxarıb sualların şəklini çəkməyə başladı. Belədə komitə sədrinin “səbr kasası daşdı”: “Nümayəndə oyun qaydalarını bilməməlidi? Bu nə məntiqdi? Bilmirsənsə, biletini qoy, çıx çölə”. Vəziyyətin qəlizləşdiyini görən Fərəcov başını aşağı salıb sualları cavablamağa başladı.
Hər kəsə 20 dəqiqə vaxt verilsə də, vaxtından əvvəl zalı tərk edənlər də oldu. AFFA nümayəndəsi Ramiz Abdullayevə cəmi 10 dəqiqə kifayət etdi ki, suallara hamıdan tez cavab versin. İddia etdiyinə görə, hər il belə olur...
İmtahandan sonra Əli Hüseynovla söhbətləşmək imkanımız da oldu.
- Əli müəllim, inspektor və nümayəndələrdən bir neçəsini burda görmədik.
- İmtahana 34 nəfər dəvət olunub. Düzdü, dörd-beşi yoxdu. Hamısı üzürlü səbəbdən gəlməyənlərdi. Asimlə Murad qonaqlarla məşğuldu. Bildiyiniz kimi, “İnter” və “Qəbələ”yə görə Bakıya UEFA nümayəndələri və hakim-inspektorlar gəlib. Onları qarşılamaq, müşayiət etmək bu iki şəxsə həvalə olunub. Şaiq müəllim əlillərlə bağlı hansısa tədbirə qatılıb. Vüsal isə Naxçıvanda toydadı, yaxın adamının xeyir işinə gedib. Onlar üçün bir gün təyin olunacaq və çempionata qədər imtahandan keçəcəklər. Təkrar imtahan üzürlü səbəbdən iştirak etməyənlər üçündü, bu gün kəsilənlər üçün yox.
- Sələfiniz Gülağa Cabbarovun bu gün imtahan keçirilməsindən xəbəri var?
- Bəli, xəbərdardı. Biz ona da dəvət göndərmişik. E-mailinə məktub ünvanlamışıq. Adətən, üzürlü səbəbdən iştirak edə bilməyənlər məktuba cavab verir ki, onu üzürlü sayaq. Gülağa müəllim, ümumiyyətlə, dəvətə reaksiya vermədi. Özünə hörmət edən adamdı, fikirləşir ki, növbəti dəfə kəsilsə, imicinə zərbə olar. Həm də Gülağa müəllim artıq başqa işlə məşğuldu.
- Sakin Məmmədzadə son vaxtlar təyinat almırdı. Bugünlərdə eşitdik ki, AFFA-ya köhnə tarixə aid ezamiyyə vərəqi təqdim etdiyinə görə cəzalandırılıbmış.
- Hazırda imtahanda iştirak edir. Sakin futbol adamıdı, sakit insandı. Bir səhvdi edib. Söhbətimiz olub, özü də səhvini başa düşür. Komitənin iclası oldu və qərara aldıq ki, onu da imtahana cəlb edək. Bölgədən olan azsaylı nümayəndələrimizdəndi.
- Arif Fərəcovun imtahan suallarıyla bağlı etirazı haqsızdı? Əvvəlcədən iştirakçılara deməmişdiz ki, AFFA nümayəndələrinə oyun qaydaları ilə bağlı suallar da düşəcək?
- Düzdü, biz AFFA nümayəndəsi üçün imtahan suallarına oyun qaydalarıyla bağlı iki sual əlavə etmişik. Eləcə də inspektor AFFA nümayəndəsinə aid iki suala cavab verməlidi. Nə üçün belə etmişik? Elə situasiya yarana bilər ki, fövqəladə vəziyyət olsun və onlardan hansısa biri oyuna çatmasın. Belədə bir-birini əvəz edə bilməlidilər. Biz ora basketboldan, hokkeydən sual salmamışıq, futbol oyun qaydalarındandı. Fərəcovun onları bilməməsi ayıbdı. Bilmirsə, deməli, onun bizim aramızda olmağa yeri yoxdu. Diviziondan gələn bütün nümayəndələr oyun qaydalarını bilməlidi, çünki aşağı liqada o həm də inspektor vəzifəsini yerinə yetirir. Ümumiyyətlə, istər inspektor olsun, istər nümayəndə, sıralarımızda yalnız futbol adamları olmalıdı. Elbrus Abbasov “Neftçi”ni güclülər dəstəsinə çıxaran adamdı, görün, özünü necə təmkinli aparır? Halbuki hamımız onun qarşısında “şapka”mızı çıxarmalıyıq. Gəldi, biletini çəkdi və cavab verib getdi. Bizə belələri lazımdı.
- İmtahanların cavabı nə vaxt bəlli olacaq?
- Çox güman, gələn həftə. Yubana da bilər, çünki imtahan verməyənlərimiz də var.
- Dünən birinci diviziona təyinat alan inspektorlar üçün də imtahan keçirmisiz.
- Onların sayı daha çox idi. 52 nəfər dəvət etmişdik, 42-si imtahanda iştirak etdi. Yaxın 4-5 gün ərzində onların cavablarını yoxlayıb dəqiqləşdirəcəyik. Keçənləri yığıb təlimatlar paylayacağıq. Onu da deyim ki, yeni kitabçalar hazırlamışıq. İnspektor orda heyətləri də yaza bilər. Üstəlik, iki hissə üçün ayrılıqda meydançanın sxemi əks olunub. Yəni qeydlərini ətraflı yaza bilərlər.
MİRAĞA
Oxşar xəbərlər:
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Bu gün, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Bu gün, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Bu gün, 10:28 Koronavirus olmasaydı... Bu gün, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” Dünən, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır Dünən, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş Dünən, 10:58 AFFA-da qanvermə aksiyası Dünən, 10:57 Bakı UEFA-ya təminat verib Dünən, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri 17-05-2020, 11:17 Klublar Komitəsinin iclasında daha çox təqvim müzakirə olunub 17-05-2020, 11:13 Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir 17-05-2020, 11:10 “Ağsu Siti” yeni arenaya köçür 16-05-2020, 10:56 Hər şey hazırdı, başlaya bilərik! 16-05-2020, 10:31 “Qəbələ”nin 195 iddialısı 16-05-2020, 10:27 “Neftçi” liderdi, baş məşqçinin oğlu bombardir 16-05-2020, 10:23 Namaşko “Keşlə”dən yeni müqavilə gözləyir 16-05-2020, 10:19 Baba yaşında ...ata olacaq 16-05-2020, 10:15 Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir” 16-05-2020, 10:09 Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb Bütün xəbərlər
Ən çox oxunanlar