28 dek 13:24manset, gundem

Üç ildə 7 komanda dəyişən yığma üzvü

Üç ildə 7 komanda dəyişən yığma üzvü
Kamran Ağayev, adətən, qış fasiləsində hərəkətlənir
Uzun illər yığmanın uğursuzluğunun səbəblərini sadalayarkən vacib amillərdən biri kim futbolçularımızın legioner həyatı yaşamamasını əsas gətirirdik. Təbii, bu məqamın əsas komandanın çıxışına təsiri böyükdü. Hətta karyerasının zirvə nöqtəsində olanlar da xaricə yollanmağa cəsarət etmirdi. Kimləri ki böyük ümidlərlə xaricə yola salırdıq, əli ətəyindən uzun dönürdü. Heç cür legioner həyatı yaşaya bilməyən futbolçularımızın suyu süzülə-süzülə geri dönməsini izləmək nə qədər çətin idisə, bunun səbəbini anlamaq da bir o qədər mübahisəli idi. Yox, əslində müəyyən mənada səbəblərdən birini izah edə bilirdik. Klublarımızın futbolçulara haqq etdiyindən dəfələrlə artıq pul verməsi onları xaricdən çəkindirirdi. “Evimin içində filan qədər alıram, xaricdə nə işim var?” düşüncəsi imkan vermirdi futbolçularımıza sərhəddən kənara çıxmağa. Heç kim isti yuvasını tərk edib karyerasını yüksəltmək, daha da inkişaf etmək, təcrübə toplamaq, başqalarına nümunə olmaq üçün risk etmək istəmirdi. Uzağı Türkiyənin aşağı dəstəsinə üz tutanlar olurdu ki, onlar da istədiyindən yox, məcburiyyətdən bu addımı atırdı. Özü də PTT Liqası ilə bizim çempionat arasında aşağı-yuxarı ciddi fərq yoxdu. Bir sözlə, məcburiyyətdən qardaş ölkəyə üz tutanları saymasaq, düz-əməlli legioner həyatı yaşayan, ölkəmizi xaricdə layiqincə təmsil edən, bizim də çıxışını izləyib fəxr edəcəyimiz oyunçu yox idi. Hə, klublarımız maliyyə sıxıntısı ilə üzləşən kimi sevincimizin həddi-hüdudu olmadı. Ona görə ki, artıq burda qəpik-quruşa oynamaq istəməyənlərin başqa çempionatlara üz tutacağını gözləyirdik. Əslində ciddi dəyişiklik olmasa da, cüzi fərq hiss olunur.
Yayda AFFA-nın uzun çək-çevirdən sonra razılığını aldığı Emin Mahmudov “Boavişta”, Ramil Şeydayev isə “Trabzonspor”la müqavilə bağladı. Budaq Nəsirovun “Sportinq”ə transfer olunması az qala ilin hadisəsi effekti verdi. Ardınca ara-sıra əsas yığmadan da dəvət alan Elnur Cəfərov Portuqaliyanın digər klubu “Tondela”ya üz tutdu. Yay fasiləsini boşa verən, daha sonra “Sumqayıt”la anlaşan, lakin ehtiyatda qalan Kamran Ağayev isə Mahmudovla birgə “Boavişta”nın şərəfini qoruyası oldu. Bir sözlə, görmədiyimiz günləri görürdük. Hərçənd bu sevincin xumarından tezliklə ayrıldıq. Əvvəlcə Cəfərov geri döndü və Xorvatiyanın 1-ci divizionuna üz tutdu. Düzdü, B komandasında olsa belə, Budaq hələ ki duruş gətirir. Şeydayevin Trabzonspor”da, Mahmudovun “Boavişta”da ehtiyatda qalmasına xeyli üzüldük. Tək təsəllimiz Kamran idi. Debüt oyununda kobud səhvlə yadda qalsa da, “hər qapıçıda belə bəxtsizlik olur” fikri ilə səbr etdik. Elə baş məşqçi də Kamrana bir oyuna görə qiymət vermək istəmədi, həmin səhvi unutdu və o “Boavişta”nın əsas qapıçısına çevrildi. “Moreyrense” ilə qarşılaşmada penalti dəf etməsinə də olduqca sevindik, epizodun təkrarını dəfələrlə izlədik, qürrələndik. Yığmanın 3 oyunluq “quru” seriyası isə bütün bunların zirvə nöqtəsi idi. Ancaq qış fasiləsi yaxınlaşdıqca hər şey birdən-birə dəyişdi. “Gimaraynş”la matçda iki kobud səvə yol verən “çərçivə qoruyucusu” “Tondela” ilə görüşdə uzaqdan vurulan cərimə zərbəsinin qarşısını ala bilmədi. Bir həftə ərzində çıxışındakı bu nöqsanları bir kənara qoyaq. Verdiyi açıqlama ilə bütün futbol azarkeşlərinin tənqidini qazandı: “Mənim 30 yaşım var. Atam üçün, evimiz üçün darıxıram. Artıq evlənmək vaxtıdı. Legioner ola-ola evlənmək çox çətindi. Menecerimlə danışacam. Azərbaycana qayıtmaq, yerli klubların birində oynamaq istəyirəm. Yaxın günlərdə hər şey məlum olacaq. Mövsümün sonuna qədər gözləmək istəmirəm”.
Bu artıq sözün bitdiyi yerdi. 30 yaşlı peşəkar futbolçunun darıxdığını dilə gətirməsinə heç cür haqq qazandırmaq olmaz. Yaxud da səbəb kimi evlənmək vaxtının çatdığını söyləməsi də gülüncdü. Məgər dünyada minlərlə legioner həyatı yaşayanın ailəsi yoxdu? Onlar evlənməyiblər? Sadəcə, belə söz-söhbət gəzir ki, qapıçı “Neftçi”dən yaxşı təklif aldığı üçün Portuqaliyanı tərk etmək fikrindədi. Əslində uzun illər “Xəzər Lənkəran”ın şərəfini qoruyan futbolçunun onun əzəli rəqibinə üz tutacağı bir qədər mübahisəli məsələdi. Ancaq bizdə də, elə dünya futbolunda da dəfələrlə belə halın şahidi olmuşuq. Lakin o da həqiqətdi ki, Ağayev “Xəzər Lənkəran”dan ayrılandan bəri heç cür bir yerdə duruş gətirə bilmir.
2006-13-cü illərdə “ağ-yaşıllar”ın şərəfini qoruyan qolkiper cənubluların o vaxtkı baş məşqçisi Mirça Redniklə arada yaranan narazılıq üzündən 2013-cü ilin qışında “Bakı”ya keçdi. Bir il “zolaqlılar”ın şərəfini qoruduqdan sonra 2014-cü ilin qışında üz tutdu “Qəbələ”yə. Həmin vaxt paytaxt klubu artıq maliyyə çətinlikləri ilə üz-üzə qalmışdı. Düz bir il “qırmızı-qaralar”ın şərəfini qoruyan Ağayev yenə də yanvarda “Qəbələ” ilə vidalaşmalı oldu. Artıq həmin vaxt “qırmızı-qaralar” Roman Qriqorçukla anlaşmış, ukraynalı çalışdırıcı isə həmyerlisi Dmitri Bezotosnını heyətə cəlb etmişdi. Belə deyək, mədəni surətdə Kamrana qapını göstərmişdilər. Beləcə 2015-ci ilin qışında “Kayserispor”la anlaşan “çərçivə qoruyucusu” burda yarım mövsüm duruş gətirdi. Komanda PTT Liqasından elitaya yüksəlsə də, Ağayev müəmmalı şəkildə klubdan ayrıldı. Yayda Türkiyənin digər aşağı dəstə təmsilçisi “Karşıyaka” ilə anlaşsa da, cəmi yarım mövsüm bu komandanın şərəfini qorudu. “Karşıyaka”dakı maliyyə problemi üzündən vətənə dönən Kamran bu ilin yanvarında “İnter”lə müqavilə bağladı. Ancaq onun paytaxt klubundakı karyerası da uzun çəkmədi. Yayda “bankirlər”dən ayrılan yığma üzvü fasiləni boşa verib, çempionatın startında “Sumqayıt”a üz tutdu. Ancaq “kimyaçılar”la anlaşma eləydi ki, dəvət olsaydı, çıxıb gedəcəkdi. Onsuz da Ağayev “gənclik şəhəri” təmsilçisində meydana çıxmadı və daha sonra “Boavişta” ilə anlaşdı. Göründüyü kimi, Portuqaliya klubu Kamranın 3 il ərzində üz tutduğu 7-ci klubdu: “Bakı”, “Qəbələ”, “Kayserispor”, “Karşıyaka”, “İnter”, “Sumqayıt”, “Boavişta”. Mənzərə olduqca acınacaqlıdı. Özü də məhz qışda Kamranın klub dəyişmək baxımından hərəkətə keçməsi çox maraqlı məqamdı. Bu dəfə də eyni söz-söhbətin məhz qış fasiləsində yaranması, görünür, boşuna deyil. Bu addımların, həmin açıqlamanın yığmanın bir nömrəli qapıçısına məxsus olması isə, sadəcə, faciədi. Təkcə Kamranın yox, Azərbaycan futbolunun və futbolçusunun faciəsi...
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:09 Sloveniyanı udduq Dünən, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi Dünən, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi Dünən, 20:05 AMKF bəyanat yaysa da... Dünən, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi Dünən, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı Dünən, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” Dünən, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər Dünən, 19:52 Məhsuldar başlanğıc Dünən, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər Dünən, 19:50 Reaksiyalar Dünən, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir Dünən, 19:47 Tanınmışlar da uğura biganə qalmadı Dünən, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı Dünən, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı Dünən, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi Dünən, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir Dünən, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı Dünən, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə Dünən, 15:04 Debütdə 1700 manat Dünən, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar