11 iy 00:30manset

“İnter Arena”ya kim 33 milyon verəcək: “Barselona”, yoxsa “Bavariya”?

“İnter Arena”ya kim 33 milyon verəcək: “Barselona”, yoxsa “Bavariya”?
“İnter”in düşdüyü vəziyyət Nikolovu özündən çıxarıb

“İnter”in məlum durumla üzləşməsinə – “İnter Arena”dan sürgün olunmasına ən çox üzülənlər uzun illər bu klubda çalışmış şəxslərdi. Həmin şəxslər ki, 2000-ci illərin ortalarında sabiq “bankirlər”in başında dururdu, kluba nəzarət edirdi, heyətində top qovurdu. Min bir çətinliklər bahasına “İnter”i indiki səviyyəyə çatdırmağı bacardılar. Lakin vaxtilə ölkənin sayılıb-seçilən klublarından olan, neçə-neçə əcnəbiyə qucaq açan, pula pul deməyən “İnter” indi tarixinin ən çətin günlərini yaşayır. İş o yerə çatıb ki, insanlar Avroliqada mərhələ adlamaq sevincini doyunca yaşaya bilmir. Necə yaşasınlar axı? 13 yaşlı klub şəhərin mərkəzində yerləşən bazadan qovularaq Mərdəkana – “Dalğa Arena”ya göndərilir. Həmin baza ki, AFFA-nın himayəsindədi, orda demək olar, bütün yığmalar hazırlıq keçir. Belə deyək, “İnter” yeni məkanda “artıq ət” təsiri bağışlayacaq. Bütün bunlar uzun illər klub prezidenti vəzifəsini daşımış Georgi Nikolovun da diqqətindən kənarda qala bilməz. Mütləq ki, yaşananlar ona da pis təsir edib. Elə dünənki 10 dəqiqəlik söhbətdə bunu hiss etmək çətin deyildi.
- Necəsiz, nə işlə məşğulsuz?
- Şəxsi işlərlə bağlı Sofiyaya gəlmişəm. Salamatçılıqdı, nəfəs alırıqsa, deməli, hər şey yaxşıdı. Sizdə vəziyyət necədi? İşləriniz necə gedir?
- Biz də yaxşıyıq, şükür. Baş verən proseslərə baxırıq, yazırıq, münasibət bildiririk. Avroliqanın birinci mərhələsindən sonra kefimiz kökdü.
- (gülür) Sevinməmək mümkün deyil. Bu dəqiqə sevinmək hər bir azərbaycanlının haqqıdı. “İnter”lə “Zirə” mükəmməl nəticələrə imza ataraq mərhələ adlamağı bacardılar. Ən vacibi, iki komandanın keçirdiyi 4 oyunda qapılarında cəmi 1 top görməsidi.
- Deyəsən, Azərbaycan futbolunu əvvəlki kimi xüsusi maraqla izləyirsiz.
- Əlbəttə, maraqlanıram. Başqa cür ola da bilməz! Bilgisayar hər saniyə əlimin altındadı. Bir düyməni basmaqla bütün məlumatları əldə edə bilirəm. Bacardığım qədər xəbərləri diqqətdən kənar qoymamağa çalışıram.
- “İnter”in başına gələnlərdən xəbəriniz var?
- Yazıq “İnter”in başına nə gəlmədi ki? Hansını nəzərdə tutursuz?
- Komandanın “İnter Arena”dan çıxarılmasını.
- “Mladost”la cavab oyunundan sonra Zaur Axundovun müsahibəsini oxudum. Yeni rəhbər böyük təəssüf hissi ilə bu haqda bəhs etmişdi. Belə başa düşdüm ki, “İnter”i “Dalğa Arena”ya göndərirlər. Niyə, nə üçün, hansı səbəbdən – bax, bunu anlaya bilmədim.
- Klub dövlətə, dəqiq desək, “Aqrarkreditbank”a olan 33 milyonluq borcu ödəməlidi. Ya borc bağlanmalı, ya da “İnter Arena” boşaldılmalıdı.
- Əvvəla, inanmıram ki, həmin məbləğ “Aqrarkreditbank” tərəfindən ödənilib. Ki, indi həmin bank “İnter”dən pul tələb edir. Sadəcə, borcu almaq “Aqrarkreditbank”ın öhdəsinə buraxılıb. Belə deyim, problemli kreditləri yığmaq məlum banka tapşırılıb. “Aqrarkreditbank” vaxtilə o qədər də tanınmayan, balaca bir qurum idi. Onların balansında bir milyard manatın olması inandırıcı deyil. İkincisi, lap deyək ki, kredit borclarını “Aqrarkreditbank” qarşılayıb. Belədə klubu, komandanı “İnter Arena”dan uzaqlaşdırmağın adı nədi? İmkan versinlər, komanda doğma bazasında məskunlaşsın, hissə-hissə həmin borcu bağlasın. Orda o qədər meydançalar var. Onların icarəsindən filan qədər gəlir əldə olunur. Guya “Dalğa Arena”ya göndərməklə borclar bağlanacaq?
- “İnter”i bazadan çıxarandan sonra həmin ərazidə dövlət üçün hansısa bina tikilə bilər, ya da hansısa şirkətə satmaq mümkündü. Əsas odu, 33 milyon büdcəyə qayıtsın.
- Baxın, “İnter” ordan çıxdı, obyekt də boş qaldı. Qulluqsuz, dəstəksiz, nəzarətsiz, bir sözlə, yiyəsiz. “Aqrarkreditbank” bundan nə əldə edəcək? Tutaq ki, satmaq istədilər? “İnter Arena”ya kim 33 milyon verəcək, “Barselona”, yoxsa “Bavariya”?
- Şəhərin mərkəzidi, aeroport yolunun üstüdü. Ən pis halda boş ərazi kimi satacaqlar.
- O ərazi futbolun, idmanın inkişafı üçün nəzərdə tutulmuşdu. Görün son illərdə ordan nə qədər idmançı çıxıb. Sadəcə, maraqlanın, say dəqiqləşdirin. “İnter Arena”nı boş sahə kimi satmaq düzgün olmaz. Orda meydançalar, trenajor zalı, restoranlar, biznes mərkəzi, otellər var. Məhz bu obyektlərin icarəsi sayəsində nə qədər pul qazanmaq olar. “İnter Arena”nı yox etmək faciə olar. Məncə, dağıtmazlar, nəsə fikirləşərlər. Onsuz da heç kim gətirib birdəfəyə 33 milyon verməyəcək. Alan, ya da icarəyə götürən adam, şirkət də hissə-hissə ödəyəcək. “Beynəlxalq Bank” “İnter Arena”nı futbolun inkişafı üçün, yəni klubun öz bazası olsun deyə almışdı. Yəni bankın mülkü kimiydi. Ona görə də bütün kreditlər “İnter”in adına alınmışdı. Düzdü, klubun üzərində 33 milyonluq borc var idi. Amma 50 milyon manatdan artıq aktivləri də unutmayaq. Məndə sənədlər var. 2014-cü ildə müstəqil audit şirkəti qiymətləndirmə aparmışdı. Və mülk olaraq “İnter Arena”ya 50 milyon manatdan artıq qiymət qoymuşdu. Sonradan yerdə qalan aktivləri də kreditə qatdılar. Bununla da aləm bir-birinə dəydi, ip əldən çıxdı. Bazanın qiymətləndirməsi 50 milyon manatdan artıqdısa, 33 milyona görə bütün “İnter Arena” klubun əlindən alına bilməzdi. Hansısa hissələrə bölünməliydi və bazanın müəyyən hissəsi “İnter”in olmalıydı. Deyəcəyim, yaxud edə biləcəyim heç nə yoxdu. Yalnız klub rəhbərliyinə cansağlığı və səbr arzu edə bilərəm ki, məsələni yoluna qoysunlar. “İnter” bazada qalmalı və ordakı obyektlərin hesabına borclar hissə-hissə ödənilməlidi.
- Olduqca əsəbi görünürsüz. Deyəsən, baş verənlər ən çox elə sizə təsir edib.
- Adam hər şeyi danışa bilmir. Hisslərimi içimdə boğmağa çalışıram, amma yenə də özümü saxlaya bilmirəm. 2006-ci ildə “İnter”i götürəndə, klub 2 yaşlı balaca uşaq idi. Təzə-təzə yeriməyi öyrənirdi. Min bir çətinliklərlə, əziyyətlə o uşağı böyüdüb yetkin yaşa çatdırdıq. “İnter” mənə övladım kimidi. Yuxusuz gecələr, həyəcanlı, sevincli, kədərli günlər – hamısı canlı səhnə kimi gözümün önündədi. Çəkilən o boyda zəhmətdən sonra bu cür “uraqanın qalxması” adama pis təsir edir.
- Özünüz necəsiz, nə işlə məşğulsuz?
- Futbola aidiyyatı olmayan işlərim var, onlarla məşğulam.
- Biznesdi?
- Kiçik biznes deyək.
- Bolqarıstanda iqtisadi durum necədi?
- Sabitlik, sakitlikdi. İnsanlar başlarını aşağı salıb bir tikə çörək üçün çalışır. İqtisadiyyatımız Azərbaycandakı kimi möhkəm və dayanaqlı olmasa da, buna da şükür etməliyik. Bir sözlə, Avropa İttifaqı bizə dəstək verir.
- Azərbaycan, Bakı üçün darıxmırsız?
- 13 il yaşadığın ölkədən ayrı düşmək sözün əsl mənasında üzücüdü. Düzdü, doğmalarım üçün çox darıxmışdım. Artıq onları gördüm, xoş günlərimiz oldu. Buna baxmayaraq, Azərbaycanın qəlbimdə öz yeri var. İslam Həmrəyliyi Oyunları, “Formula-1” yarışları, indi də avrokubok matçları – istər-istəməz günlər xoş keçir, adam idmanın içində olur. Apreldə Bolqarıstana gələndə məlum oldu ki, bir il Azərbaycana ayaq basa bilmərəm. Ona görə də gəlişim mümkün deyil. Gələn il qadağa aradan götürülsün, görək nə fikirləşirəm.
- “İnter”lə “Mladost” arasındakı oyunları izləmək imkanınız oldu?
- Düzünü desəm, şəxsi işlərimə görə canlı baxa bilmədim. Ancaq oyun günlərinin gecəsi videogörüntüləri izlədim. Məni ən çox sevindirən “İnter”in qapısında qol görməməsiydi. Bir də vurulan qolların gözəlliyi. Skarlatake ikinci gəncliyini yaşayır, Rauf, göz dəyməsin, formadadı, Nizami də həmişəkidi, top ayağına düşən kimi vurur (gülür). Komandada hər biri mənim üçün əzizdi. Videogörüntülərə baxanda da özümü kollektivin yanında hiss edirdim.
- “Fola” ilə səfər qarşılaşması üçün Lüksemburqa getmək fikriniz yoxdu ki?
- O-o-o... Lüksemburq bizdən çox uzaqdı. Yaxın ölkələr olsa, mütləq gedəcəm. Məsələn, Türkiyə variantı pis olmazdı. Eşitdiyimə görə, “Fola”nı keçsək, hansısa türk komandasıyla qarşılaşa bilərik. Bu baş versə, çox sevinərəm. Bizdən İstanbula 40 dəqiqəlik yoldu. Gedib türk fanatlarla yaxşıca dalaşaram, “İnter”i azarkeş kimi ürəkdən dəstəkləyərəm və ən sonda qələbə münasibətiylə komanda üzvlərini bir-bir təbrik edərəm.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:13 Dabo “Panatinaikos”a qarşı oynaya biləcək Dünən, 18:10 Amit Quluzadə “Panatinaikos”u dəyərləndirdi Dünən, 18:08 Ozobiç “Panatinaikos”u “Yagelloniya”dan güclü sayır Dünən, 18:07 Mütəxəssislər Sadiqovun “Zirə”dən qovulduğuna inana bilmir Dünən, 15:46 Eddi yenə diqqət mərkəzinə düşdü Dünən, 15:42 Bəhmən Həsənov “Sepidrud”un idman direktoru olmaqdan imtina etdi Dünən, 15:41 Masallıda yeni futbol klubu yaradıldı Dünən, 15:40 “Azenco” “Şahdağ”a vəd verib Dünən, 15:30 “Səbail” qələbəyə həsrətdi Dünən, 15:29 Elxan Məmmədov “Qarabağ”ın fanşopuna baş çəkdi Dünən, 15:26 “Kəpəz” yığma ilə qarşılaşacaq Dünən, 15:24 Tahir Gözəl “Qarabağ”dan iki qol gözləyirmiş Dünən, 15:22 Tahir Süleymanov Tsinkeviçin səhvlərini sadaladı Dünən, 15:21 Qurbanovun qarşısına daha aqressiv “Şerif” çıxıb Dünən, 15:18 Bordin müdafiəyə oturmağa məcbur olduqlarını boynuna aldı Dünən, 15:15 Meydana yad əşya yağdı Dünən, 15:11 “Şerif” Bakıdan istədiyi nəticə ilə getdi Dünən, 15:06 Xaqani Məmmədov toplanış məkanını və hakimlərin qiymətini açıqladı Dünən, 15:03 “Kəpəz” rəhbərliyi püşkatmanı gözləyir Dünən, 15:02 “Neftçi” inzibati işçilərini Avstriyaya aparmayıb Dünən, 14:58 AÇ-nin qrup oyunları nə vaxt başlayacaq? Dünən, 14:56 Vüqar Həşimovun xatirəsinə turnir keçirilir Dünən, 14:54 Ədalətin Gürcüstan zəfəri Dünən, 14:51 Parisdə beşinci oldu 19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı Bütün xəbərlər
Ən çox oxunanlar