28 dek 13:18manset, gundem

Emin Mahmudov Rusiyaya qayıtmağı düşünmür

Emin Mahmudov Rusiyaya qayıtmağı düşünmür
“Mənim oyun tərzimə La Liqa daha çox uyğun gəlir”

Uzun müddət “Boavişta”nın heyətinə düşə bilməsə də, son turlarda baş məşqçinin etimadını qazanan Emin Mahmudov Portuqaliya çempionatının 15-ci turunda həm ilk dəfə əsas heyətdə meydana çıxdı, həm də yeni klubunda qol hesabını açdı. Millinin də şərəfini qoruyan Mahmudov bugünlərdə Rusiyanın məşhur “Sovetski Sport” nəşrinə müsahibə verib. Həmin müsahibəni müəyyən ixtisarla təqdim edirik.
- Azərbaycan pasportu almaq və milli komandada oynamaq haqda qərarı necə verdiz?
- Bu haqda çox düşündüm, ancaq qərarı çoxdan vermişdim. Təxminən iki il əvvəl Azərbaycan millisində oynamağı istəyirdim. Üstəlik, Portuqaliyaya yollanmaq da bunda rol oynadı. Çünki Rusiyada çıxış edərkən əcnəbi hesab olunmağımı istəmirdim. Beləcə qərar verdik.
- İndi Rusiyada legioner sayılırsan. Nə vaxtsa yenidən bura dönmək istəyirsən, yoxsa karyeranı Avropada davam etdirmək fikrindəsən?
- Avropada daha çox futbol oynamaq istəyirəm. Çalışacam ki, daha güclü çempionatlarda çıxış edən klubların diqqətini cəlb edim. Ən çox bəyəndiyim İngiltərə premyer-liqasıdı. Ancaq orda mənim üçün çox çətin olardı. Mənim oyun tərzimə La Liqa daha çox uyğun gəlir. Hər halda, İspaniya və İngiltərə futbolu bir-birindən fərqlənir. “Dumanlı Albion”da daha çox atletik futbola üstünlük verirlərsə, İspanıyada texnikalı oyunçulara tələbat var.
“Boavişta” variantı necə yarandı?
- Agentim dedi ki, Portuqaliyada çıxış etmək imkanı var. Daha dəqiq söyləsəm, iki klubun mənimlə maraqlandığını bildirdi. Məsləhət gördülər ki, bu iki klubdan “Boavişta” daha uyğun variantdı. Mən də razılaşdım. Başqa ölkədən də təklif var idi, ancaq Portuqaliya çempionatı mənə daha yaxın idi.
- Səhv etmirəmsə, həmin vaxt “Krılya Sovetov”la müqaviləniz davam edirdi…
- Bəli, baş məşqçi mənə güvənmirdi və fikriləşdi ki, ehtiyat oyunçular skamyasında oturub şansımı gözləyəcəm. Belə olan halda rəhbərliklə danışdım ki, məni buraxın, gedim. Portuqaliya klublarında oyunçu almaq üçün pul yoxdu. Üstəlik, Azərbaycan millisində çıxış etdiyimə görə artıq Rusiyada legioner sayılırdım.
- Müqavilənizin ləğvi ilə bağlı hansısa problem olmadı?
- Xeyr. Rəhbərliyə çox minnətdaram ki, mənə həmişə dəstək oldular, xüsusilə də zədəli olduğum vaxtlarda.
- “Spartak”da yaxşı başlamışdız. Necə oldu ki, sonra komandadan ayrıldız?
- Çətin idi. Gənc idim, cəmi 18 yaşım var idi. Bəlkə də əvvəlcə çox şans var idi, ancaq daha sonra oynamadım və “Tom”a icarəyə verildim. Bu isə geriyə addım idi. Ancaq günahkar özüməm. Karyeramı istənilən kimi davam etdirə bilmədim.
- “Spartak”ın təklifini qəbul etdiyiniz üçün peşmansız?
- Xeyr. “Spartak”a iki dəfə heç kimi çağırmırlar. O klubda oynamaq hamının arzusudu.
- Sizin və başqa rus futbolçuların Valeri Karpinlə münasibəti necə idi? Komandadakı braziliyalılar onu hələ də özlərinə böyük qardaş sayırlar...
- Fərqli idi. Kiminləsə yaxşı idi, kiminləsə pis. Kim ki oynaya bilmir, məşqçini pisləyir. Mən isə “Spartak”da oynadığım üçün Karpinə minnətdaram. Başqa heç nə.
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27Divizionun iddialıları, demək olar, hazırdı 13:24Mübariz Mənsimovun milyonlarını “yeyən” əcnəbi məşqçilər 13:21Mikayıl Nərimanoğlu jurnalistləri günahkar çıxardı 13:17“Əl-Sadd” stadionuna buraxılmayanlar “Futbol+”ə danışdı 13:16“Təyyarəçilər” intizamsız futbolçu ilə yolları ayırdı 13:13Maşallah Əhmədovun şikayətinə baxılacaq 13:10AVF reqlamenti niyə dəyişib? 13:09Kamil Nurəhmədov İmişlidə darıxır 11:46Şirdanov komandasını AZAL və “Kəpəz” səviyyəsində görür 11:44Mahmud Qurbanov yığmanın çıxışını dəyərləndirdi 11:37Elçin Məmmədov ad çəkmədi 11:36Mikayıl Nərimanoğlu doğum gününü yığmanın düşərgəsində qeyd edib 11:34Lənkəranlıları ölkə futboluna bəxş edə bilməyən “Xəzər Lənkəran” 11:31Kvekveskiri Apellyasiya Arbitraj Tribunalına təşəkkür etdi 11:29Rafael Ağayev uğurunun sirrini açıqladı 11:28“Azərreyl” sindromu qırsa da... 11:26Çempionatda mübarizə qızışır 11:24İlk gündə qazancımız bir “bürünc” oldu 11:23 Bütün xəbərlər
Ən çox oxunanlar