07 iy 00:12manset

Qurban Qurbanov Rəşadın karyerasını bitirməsinə imkan verməyəcək

Qurban Qurbanov Rəşadın karyerasını bitirməsinə imkan verməyəcək
“Bu kollektiv 5 ildi fasiləsiz premyer-liqa, ölkə kuboku, avrokuboklar və millidə çıxış edərək, həddən artıq yüklənib”

Avstriyadan döndükdən sonra bir gün dincələn “Qarabağ” dünən Bakıda ilk məşqinə çıxdı. Əslində bizi baş məşqçi Qurban Qurbanovun hazırlıq dönəmindəki məğlubiyyətlərlə bağlı hesabatı daha çox maraqlandırırdı. Təcrübəli mütəxəssis məşqdən öncə bir neçə dəqiqə vaxt ayırıb suallarımızı cavabladı.
- Əvvəlcə Avstriya toplanışını dəyərləndirərdiz.
- Kənardan elə görünə bilər ki, işimiz elə də yaxşı getməyib. Amma biz ən düzünü, ən doğrusunu etməyə çalışdıq. Niyə belə alındı? İlk gündən bütün heyət yığışa bilmədi. Demək olar ki, heyət üç hissəyə bölünmüşdü: bizimlə olanlar, əsas millidəkilər və U-21-dəkilər. Açığı, bu dövrdə çox əziyyət çəkdik. Həm ehtiyatlandıq, həm də onları iyulun 11-də "Samtredia" ilə keçirəcəyimiz Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununa qədər optimal formaya gətirmək sarıdan narahat olduq. Narahatlıq bu gün də var. Proqramımızı bütün komanda şəklində yerinə yetirə bilmirik. Bununla belə, hələ iyulun 11-dək vaxtımız var. Çalışdıq ki, əlimizdəki futbolçuları həmin oyuna hazırlaya bilək. Digər tərəfdən, planlaşdırılmayan, nəzərə almadığımız zədələr oldu. Düzdü, bunlara dəfələrlə şahid olmuşuq. Zədələr futbolun bir hissəsidi. Ancaq komandanın uzun müddət birgə olmaması halı heç vaxt indiki kimi olmamışdı. Ürəkaçan məqam odu ki, futbolçular hazırlıq dönəmində çox istəkliydi.
- Bütün yoxlama oyunlarında uduzduz. Bu məqam sizi narahat etmir?
- Təbii ki, narahat edir. Nəticələrimiz uğurlu olmadı. Amma bunlar elə səhvlər, çatışmazlıqlardı ki, komandamız aradan qaldıra biləcək. Dəfələrlə belə hallar olub. Bəzən qalib gəldiyimiz oyunlar olub, ancaq bu məni narahat edib. Hamısı təcrübəli futbolçulardı. Açığı, toplanışın nəticəsindən yox, futbolçuların istəyindən razı qaldım. Bu gün isə Bakıda ilk məşqimizə çıxdıq.
- Fiziki hazırlıqdan doğan, yüklənmə ilə bağlı səhvləri və itkiləri anlayışla qarşılamaq olar. Bəs fərdi səhvləri necə başa düşək? Məsələn, Bədavi Hüseynov uşaq səhvlərinə yol verdi. Polşalı müdafiəçi Yakub Rjezniçakın transferi müdafiənin mərkəzindəki səhvlərin aradan qaldırılmasına yönəlib?

- Hələ mövsümün sonunda bütün mövqelərə oyunçu transfer etmək istədiyimizi bildirmişdim. Müdafiəçi transferi əvvəlcədən nəzərdə tutulmuşdu. Əlimizdə bir çox variant var idi. Sonda Rzejniçakın üzərində dayandıq. Onunla danışıqlar çoxdan gedirdi. Sadəcə, bəzi nüanslarda razılaşmalıydıq. Ona görə də transfer son günlərdə baş tutdu. Müdafiəçilərin fərdi səhvlərinə gəlincə, bu, normal haldı. Təkcə müdafiədə yox, yarımmüdafiə xəttində də elə səhvlərimiz olub. Sadəcə, müdafiəçilərin səhvindən sonra qol olduqda həmin səhv daha qabarıq nəzərə çarpır. Bədavinin və başqalarının səhvinə dəfələrlə şahid olmuşuq. Bilirik ki, hansı futbolçu hansı səhvi edə bilər. Bir tərəfdən şad oldum ki, belə səhvlər yoxlama matçlarında baş verdi və psixoloji, fiziki yorğunluqdan irəli gəldiyini bir daha göstərdi. Çünki bu kollektiv 5 ildi fasiləsiz premyer-liqa, ölkə kuboku, avrokuboklar və millidə çıxış edərək, həddən artıq yüklənib. Çempionat oyunlarında məğlubiyyətləri tez unutmaq olur. Amma avrokubok matçlarında uduzduqdan sonra spesifik gərginlik, azarkeşlərin etirazları, mətbuatın tənqidləri futbolçulara istər-istəməz psixoloji təsir edir. Toplanışda onun da şahidi oldum ki, yetirmələrimin bir neçəsinin psixoloji təzyiqdən yaranan problemi var.
- Rəşad meydanda sizə lider kimi daha çox lazımdı, yoxsa futbolçu kimi?
- Hər ikisi. Liderdi deyə, hansısa futbolçunu səhvlərinə baxmayaraq, meydanda saxlamaq olmaz. Amma Rəşad elə futbolçudu ki, hər iki özəlliyi özündə cəmləşdirir. Hətta deyərdim, indi əvvəlkindən daha yaxşı çıxış edir, daha təcrübəli, inamlıdı, daha ağıllı oynayır. İstərdim ki, o daha iki-üç il bu səviyyədə oynasın. Siz Rəşadın getməsini istəyirsiz? Mən onun karyerasını bu yaxında başa vurmasına imkan verməyəcəm.
- Məğlubiyyətlərdən hansı dərsi çıxardız?
- Həmin oyunlardan sonra proqramımda bəzi dəyişikliklər etdim. Çünki səhvlər gərginlikdən və psixoloji yorğunluqdan irəli gəlirdi. Bu uşaqlar 5 ildi güvəndiyimiz, uğurlu nəticələr əldə etdiyimiz futbolçulardı. Oyunlarımız mənə və məşqçilər korpusuna düşünmək üçün əlavə əsaslar verdi. Hətta deyərdim ki, kollektivə bəzi anlarda yanaşma baxımından böyük təcrübə oldu. Bir neçə gündü böyük dəyişiklik görürəm. Əvvəllər hazırlıq prosesini kollektiv şəkildə qururduqsa, indi bəzi məsələlərdə onlara fərqli yanaşmağa başladıq. Düşünürəm ki, futbolçuların özləri də belə yanaşmanı daha tez qəbul etdilər, istəkli oldular və bu, onlarda inam yaratdı. Yenə deyirəm: bunlar aradan qaldırılası səhvlərdi.
- Komandanın fiziki hazırlığını necə qiymətləndirirsiz?
- Fiziki hazırlıq sarıdan problemlər var. Çünki milli komandadadakı futbolçular Şimali İrlandiya ilə oyundan 9 gün sonra bizimlə birgə çalışmağa başladılar. Proses çətin keçdi. Amma önümüzdə vaxt var. Futbolçularla söhbətimiz olub. Ümidvaram ki, qarşıdakı rəsmi oyunda problemlərimiz olmaz. Hərçənd futbol problemlər üzərində qurulub. Bunları aradan qaldırmağın yolları üzərində düşünəcəyik. Səhv varsa, işimiz də, məsuliyyətimiz də çoxalır.
- Kintana nə vaxt komandaya kömək edə biləcək?
- Gördüyüz kimi, Dani hələ fərdi məşq edir. Bu elə bir zədədi ki, risk etmək olmaz. Həkimlər hələ bir ay, ayyarım sonra oynaya biləcəyini deyir. Yəqin ki, 10-15 günə komanda ilə birgə məşqə başlaya biləcək. Bu, diz zədəsidi. Onun oyunda iştirakını istəsək, çox ehtiyatlı davranmalıyıq.
- Bəs Riçard Almeyda?
- Riçardın da ilk oyunda iştirakı sual altındadı. Hələ tam gücüylə oynamağa hazır deyil.
- Yeni transferlərinizə verəcəyiniz maaş çoxdu, yoxsa klublarına ödəyəcəyiniz kompensasiya?

- Dünya futbolunda kluba verilən kompensasiya futbolçuya veriləndən daha çox olur. Əfsuslar olsun ki, biz hələ o səviyyəyə çatmamışıq. Futbolçunu maaş və təzminat sarıdan ən aşağı qiymətə gətirməyə çalışmışıq. Amma məbləği açıqlamayacam. Hadisələrin axarı onu göstərir ki, Azərbaycan futbolu, klublar böyümək istəyirsə, mütləq peşəkar səviyyədə iş görməliyik. Hansısa futbolçunu vaxtında heyətə cəlb etmək istəyirsənsə, müəyyən məbləğdən keçməlisən.
- Yeni transferlər komandaya nə vaxt qoşulacaqlar?
- Bunu dəqiq deyə bilmərəm. Polşalı müdafiəçi bu gecə gələcək. Digəri isə, ola bilsin, vizaya görə 1-2 gün gecikəcək.
- Komanda ilə yoxlama matçında iştirak etməyən, heyətə uyğunlaşmayan legionerdən “Samtredia” ilə oyunda yararlanmaq risk deyil?
- Onları meydana buraxmağa tələsməyəcəyik. Görsək ki, hələ hazır deyillər, risk etməyəcəyik. Amma adlarını ayın 6-da (bu gün - red.) UEFA-ya göndərəcəyimiz sifariş ərizəsinə daxil edəcəyik.
- Vayld-Donald Gerryer və Yakob Rzejniçakdan əlavə hansı futbolçunu transfer etmək istəyirsiz?
- Hələlik razılıq əldə olunan oyunçular onlar ikisidi. Biri də var idi. Onunla bağlı çalışmalarımızda dayanma getdi. Xeyr, bu, Tokelo Ranti deyildi. Rantini hələ bir az gözləyəcəyik. Adını çəkmədiyim oyunçunun alınma ehtimalı daha çox idi. Sonradan müəyyən problemlər çıxdı. Komandanın baş məşqçisi fikrini dəyişdi. Ona görə də hələlik məsələ açıq qalıb.
- Bu, İtaliya B Seriyasında çıxış edən italiyalı Nikola Çitrodu?
- Ölkə xaricindəndi (gülür).
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:13 Dabo “Panatinaikos”a qarşı oynaya biləcək Dünən, 18:10 Amit Quluzadə “Panatinaikos”u dəyərləndirdi Dünən, 18:08 Ozobiç “Panatinaikos”u “Yagelloniya”dan güclü sayır Dünən, 18:07 Mütəxəssislər Sadiqovun “Zirə”dən qovulduğuna inana bilmir Dünən, 15:46 Eddi yenə diqqət mərkəzinə düşdü Dünən, 15:42 Bəhmən Həsənov “Sepidrud”un idman direktoru olmaqdan imtina etdi Dünən, 15:41 Masallıda yeni futbol klubu yaradıldı Dünən, 15:40 “Azenco” “Şahdağ”a vəd verib Dünən, 15:30 “Səbail” qələbəyə həsrətdi Dünən, 15:29 Elxan Məmmədov “Qarabağ”ın fanşopuna baş çəkdi Dünən, 15:26 “Kəpəz” yığma ilə qarşılaşacaq Dünən, 15:24 Tahir Gözəl “Qarabağ”dan iki qol gözləyirmiş Dünən, 15:22 Tahir Süleymanov Tsinkeviçin səhvlərini sadaladı Dünən, 15:21 Qurbanovun qarşısına daha aqressiv “Şerif” çıxıb Dünən, 15:18 Bordin müdafiəyə oturmağa məcbur olduqlarını boynuna aldı Dünən, 15:15 Meydana yad əşya yağdı Dünən, 15:11 “Şerif” Bakıdan istədiyi nəticə ilə getdi Dünən, 15:06 Xaqani Məmmədov toplanış məkanını və hakimlərin qiymətini açıqladı Dünən, 15:03 “Kəpəz” rəhbərliyi püşkatmanı gözləyir Dünən, 15:02 “Neftçi” inzibati işçilərini Avstriyaya aparmayıb Dünən, 14:58 AÇ-nin qrup oyunları nə vaxt başlayacaq? Dünən, 14:56 Vüqar Həşimovun xatirəsinə turnir keçirilir Dünən, 14:54 Ədalətin Gürcüstan zəfəri Dünən, 14:51 Parisdə beşinci oldu 19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı Bütün xəbərlər
Ən çox oxunanlar