05 iy 14:19manset

Kaxaber Tsxadadze qışda Reynaldonu “Kayrat”a aparmaq istəyirmiş

Kaxaber Tsxadadze qışda Reynaldonu “Kayrat”a aparmaq istəyirmiş
“Qurban Qurbanov özünü daha güclü və rəqabətli birincilikdə sınamalıdı”

Qazaxıstanın “cənub paytaxtı” sayılan Almatı mənim üçün qərib şəhər deyil. Ömrümün düz 50 unudulmaz ayını bu şəhərdə yaşamışam. 7 illik fasilədən sonra Almatıya gələrkən özüm üçün səfər proqramını zərgər dəqiqliyi ilə müəyyənləşdirmişdim. Uzun müddət addımladığım küçələri gəzəcək, köhnə dost-tanışla görüşəcəkdim. Onların arasında Kaxaber Tsxadadzenin də adı vardı. Düzdü, Bakıda işlədiyi müddətdə onu tez-tez tənqid etmişəm. Münasibətlərimizdə zaman-zaman yaşanan gərginliyi unutmuşdum. Uzun fasilədən sonra onu görmək, xatirələri təzələməklə yanaşı, “Kayrat”dakı işiylə bağlı söhbətləşmək mənim üçün çox maraqlı idi. “Atlantas”la oyundan sonrakı mətbuat konfransında mehribanlıqla görüşdük. Almatı klubunun mətbuat xidmətinin rəhbəri Baqıjan Abuova müsahibə üçün vaxt təyin etməyi tapşırdı. Sonradan bildim ki, klubla arasındakı müqaviləyə əsasən mətbuat xidmətinin rəhbəri mütləq müsahibələr zamanı orda olmalı, verilən sualları və cavabları eşitməlidi. Təyin olunan vaxtda Baqıjan məni “Kayrat”ın bazasına apardı. Almatının mərkəzindən 25 kilometr kənarda, Besağac qəsəbəsində yerləşən bazayla müsahibədən əvvəl tanış olmağım şəxsən Tsxadadzenin arzusu idi. Ona görə də bazanın xanım bələdçisi onun tapşırığı ilə mənim üçün kiçik ekskursiya təşkil etdi. Gördüyüm mənzərə və məni heyrətə salan baza ilə bağlı təəssüratımı başqa vaxta saxlayıram. İndi isə həmin ekskursiyadan dərhal sonra Kaxaber Tsxadadzenin iş otağında baş tutan müsahibəni diqqətinizə təqdim edirəm.
“Bakıda çalışarkən belə dəstək görmürdük”
- Bakını xeyli müddətdi tərk etmisiz. Paytaxtımız, ümumlikdə Azərbaycan futbolu üçün darıxırsızmı? Almatıyla Bakını necə müqayisə edərdiz?
- Ötən dəfə də dedim. Şübhəniz olmasın ki, Bakı üçün çox darıxıram. Orda unudulmaz günlərim keçib, acılı-şirinli xatirələrim var. Özümü Azərbaycanda evdəki kimi hiss edirdim. Hələ də xeyli dostlarım Bakıdadı, onlarla tez-tez əlaqə saxlayıram. Çox istəyirəm ki, ilk imkandaca Bakıya baş çəkim, tanış yerləri gəzim, dostlarımla görüşüm. Küləklər şəhəri mənə çox doğmadı. 7 ilə yaxın orda yaşamışam. Az vaxt deyil. Almatıda hələ o qədər yaşamamışam (gülür). Bununla belə, Almatının da məni çox təəccübləndirdiyini deməliyəm. Bir qədər Tbilisini mənə xatırladır. Həm tikililər, həm də təbiət ordakına çox bənzəyir. Şəhərin dörd bir yandan dağlarla əhatə olunması bir ayrı gözəllikdi. “Kayrat”da işləməyə başlayana qədər Almatını tanımırdım. Çox uzaq keçmişdə, SSRİ vaxtında “Dinamo”nun heyətində bura futbol oynamağa gəlmişdim. Burda yaşıllığın çox olması xoşuma gəlir. Yerli əhali də bizi çox yaxşı qarşılayıb, onlardan da razıyam. Bakıda olmayan çox vacib bir məqam burdakı azarkeşlərin sayıdı. “Kayrat”ın oyunlarına xeyli azarkeş gəlir. 10-15 min azarkeşin dəstəyini hiss etmək çox xoşdu. “Astana” ilə oyunumzda isə 20 min çılğın azarkeş bizimlə idi. İstənilən ölkəyə, istənilən kluba nümunə göstərmək olar. Bakıda çalışarkən belə dəstək görmürdük. Vurğulayacağım məqamlar bunlardı. İşimiz çoxdu, ona görə də şəhəri çox gəzə bilmirik. Hər gün səhər 10-da bazaya gəlirik. Gün ərzində iki məşqimiz olur. Axşam özümüzü evə güclə çatdırırıq. Amma iş şəraitimizi Bakıdakı ilə müqayisə edə bilmərəm. Özünüz də bazanı gəzdiz, məşq üçün olan meydançaları, komandanın necə yüksək səviyyədə təmin olunduğunu gördüz. Avropanın aparıcı klubları belə “Kayrat”ın infrastrukturuna həsəd apara bilər. “Kayrat”ın hazırda sahib olduğu imkanlar, yaradılan imkanlar bizi qürrələndirir. Bunun qarşılığında özünü işə həsr etməmək cinayət olar.
- Şəraitlə bağlı dediklərinizlə razıyam. Sizin “İnter”də çalışdığınız vaxtlarda Azərbaycan çempionatında nəfəskəsən mübarizə vardı. Həmin ab-hava Qazaxıstanda da hiss olunurmu?
- Bəribaşdan deyirəm ki, müqayisə aparmayacam. Bu düzgün də olmaz. Amma bunu deyə bilərəm ki, mənim “İnter”i çalışdırmağa başladığım ilk mövsümdən sonrakı 4 il çox maraqlı və gərgin idi. Çempionluq uğrunda eyni vaxtda bizdən başqa “Xəzər Lənkəran”, “Neftçi”, “Bakı”, “Qarabağ” mübarizə aparırdı. “Qəbələ” ilə oynamaq xeyli çətin idi. AZAL-ın özü çox arzuolunmaz rəqib sayılırdı. Şüvəlandakı meydança da onların əlavə üstünlüyü idi. Çempionluq uğrunda yarışan beş komanda, başqa amansız rəqiblər. Əlbəttə, indiki zamanı müqayisə edə bilmərəm. Amma onda çox maraqlı və gərgin mübarizə gedirdi. Çempion olduğumuz mövsümdə istəyimizi yalnız son turda rəsmiləşdirdik. Ondan sonra da “Qarabağ” hegemonluğu əla aldı. Deyim ki, “Qarabağ” həm futbolçuları, həm də məşqçisi ilə buna layiqdi. Hazırda Qazaxıstan premyer-liqasında da mübarizə belədi. Yaxşı məşqçilər, səviyyəli legionerlər burda çıxış edir. Bəzən çempionatın iddiasız komandaları belə sürprizə imza atırlar. Ona görə də xeyli gərgin və maraqlı mübarizə gedir. “Astana” və “Kayrat” başqalarından bir az irəlidədi, ölkə futbolunun bayraqdarıdı. Qalanlar da onlara layiqli rəqibdi.

“Hazırda əlimin altında daha səviyyəli futbolçuların olduğunu deməliyəm”
- Sizin çalışdırdığınız “Kayrat” Azərbaycanda çempion ola bilərmi?
- Gəlin, hər şeyə real yanaşaq. Bu gün “Kayrat”ın büdcəsi xeyli genişdi, imkanlar böyükdü. “İnter” büdcəsinə görə Azərbaycanda 6-cı sırada idi. Bununla belə, yetərincə iddialıydıq. Mükafatlar qazanırdıq. Təkcə Arşavini xatırlayaq. Ötən mövsüm Timoşuk da bizim komandada idi. Millinin kapitanı İslamxan Baurjan “Kayrat”ın futbolçusudu. O həm də Qazaxıstanın ən yaxşısı sayılır, Avropanın istənilən klubunda oynamağa qadirdi. Azərbaycanda hələlik belə futbolçular oynamır. Keçmişdə də olmayıb. Bizim çox güclü futbolçularımız var. Mən bir vaxtlar “İnter”də rəhbərliyim altında çıxış edənlərin zəhmətini unutmuram, onların istedadını və bacarığını aşağılamıram. Onlarla işləmək çox xoş idi. Yerli futbolçular mənə çox hörmətlə yanaşırdılar, meydanda can qoyurdular. 2013-cü ildə oynadığımız sistemi “Çelsi” bu mövsüm tətbiq etdi və İngiltərədə çempion oldu. Bununla belə, hazırda əlimin altında daha səviyyəli futbolçuların olduğunu deməliyəm.
- Sadaladığınız ulduzlarla işləmək çətin deyil?
- Bir futbolçu zirvəyə yüksəlibsə, orda özünü saxlamağı bacarmalıdı. Azarkeşlər çox tez ulduzu unudurlar. Peşəkarlar da bunu yaxşı başa düşür. Düzdü, bu qədər tanınmış futbolçu arasında seçim etmək çətindi. Amma bu həyatın qanunudu. Kimin oynayacağına baş məşqçi qərar veri. Onlar da bunu anlayışla qarşılayırlar.
- AZAL-ın stadionunu xatırladız. Burda vəziyyət necədi?
- Deyim ki, burda xüsusən bölgələrdə daha dəhşətli stadionlar var. “Atırau” ilə ilk oyunumda müdafiənin əsas fiqurlarından birini itirdim. Hələ də özünə gələ bilmir. Özü də məşq zamanı. “Kayrat”ın məşq meydançaları elitanın bəzi iştirakçılarının əsas stadionundan belə yaxşıdı. Vəziyyəti faciəvi adlandıra bilərəm. Qazaxıstan futbolunun əsas problemlərindən biri də budu. Stadionlar yaxşı olsa, çempionat daha maraqlı keçər. Qoy mənim tənqidimdən inciməsinlər. Bahalı legionerdən əvvəl infrastrukturu, məşq meydançalarını düzəltmək lazımdı. “Kayrat” əvvəl bazanı tikib, sonra da Arşavinə dəvət göndərib.

“Nikanın getməsi “Qəbələ” üçün ciddi itkidi”
- “Samtredia”nın “Qarabağ”a rəqib olmasından xəbərdarsız. Georgi Tsetsadze sizdən dost məsləhəti istəyəcəyini demişdi. Ona nə məsləhət gördüz?
- Mən çoxdandı “Qarabağ”ın oyununu izləmirəm. Giya mənim yaxın dostumdu, millidə məşqçilər korpusunda idi. Öz üzərində çalışır, daim inkişaf etməyi arzulayır. Onunla tez-tez danışırıq, amma hansısa məsləhət istəməyib. Özü də bilir ki, “Qarabağ”ın oyunundan çoxdan xəbərsizəm. Hansısa faydalı informasiyaya malik deyiləm. “Qarabağ”ın oyun sistemi dəyişməsə də, oyunçular dəyişir. Şəxsi fikrim belədi ki, “Qarabağ”ın çox yaxşı, təcrübəli futbolçuları var. Və sözsüz ki, Qurban Qurbanov amilini qeyd etməliyəm. Çox istedadlı, bacarıqlı məşqçidi. Hətta onun Azərbaycan çempionatının səviyyəsini çoxdan keçdiyini deməliyəm. Qurbanov özünü daha güclü və rəqabətli birincilikdə sınamalıdı. Avropanın aparıcı futbol ölkələrində olmasa belə, Türkiyədə asanlıqla işləyə və uğur qazana bilər. Onun buna imkanı da olub, amma əldən buraxıb. Çoxdan bu haqda düşünməliydi. Təcrübəsi də yetərincədi. Amma onun da məqsədi var. Çox istəyir ki, “Qarabağ”la Çempionlar Liqasının qrupuna yüksəlsin. Bunun üçün də çox zəhmət çəkir.
- Bu yaxınlarda “Tobol” “Qəbələ”dən Nika Kvekveskirini transfer etdi. Sizin Azərbaycanda göz qoyduğunuz, “Kayrat”da görmək istədiyiniz futbolçu varmı?
- Birmənalı deyə bilərəm ki, Nika çox yaxşı futbolçudu. Mənim vaxtımda milliyə də çağırmışdıq. Almaniyaya qarşı əla oynamışdı. Omari Tetradze məndən bu barədə soruşanda da dedim ki, tərifləmək fikrində deyiləm. Özü baxıb, qərar verə bilər. Nikanın getməsi “Qəbələ” üçün ciddi itkidi. “Kayrat”da transferlərlə seleksiya qrupu məşğul olur, məşqçilərin bu işlə məşğul olmağa elə çox vaxtı yoxdu. Hazırda komandamız tam komplektləşdirilib, hansısa mövqeyə futbolçu axtarmırıq. Amma etiraf edim ki, qışda Reynaldonu hədəfə almışdıq. Danışıqlar aparırdıq, müsbət nəticə olmadı.
- Tetradzenin gedişindən sonra “Qəbələ” azarkeşlərinin də ümidləri baş qaldırıb. Düşünürlər ki, Nika da “Tobol”dan ayrıla, geri qayıda bilər...
- Buna inanmıram. Onun ikiillik müqaviləsi var. Baxmayaraq ki, Omari onu israrla istəyirdi, Kvekveskiri özünə heyətdə yer edəcək gücdədi. Həm də ki, transferlə bağlı qərarı rəhbərlik verib, təkcə Omari yox.
- Oğlunuz Baçana indi hardadı?
- Baçananın çox ciddi zədəsi var. Pəncəsindən xəsarət alıb. Artıq 5 aydı zədəsini sağaldır. Əvvəl əməliyyat olundu, Latviyada, sonra Hollandiyada bərpa kursuna başladı. Hər şey uğurla gedir. Tezliklə yenidən meydana dönəcək. Daha bir problemi burnu ilə bağlıdı. Kiçik bir əməliyyatla burun çəpərinin düzəldilməsi lazımdı, nəfəs almağa çətinlik törədir.
“Ölkənin idman naziri bizimlə çalışmaq istəmirdi”
- Gürcüstan yığmasına böyük ümidlərlə yollandız. İşlər də pis getmirdi, Şotlandiyanı məğlub etdiz. Amma ordakı fəaliyyətiniz uzun çəkmədi.
- Ölkənin idman naziri bizimlə çalışmaq istəmirdi. Onunla problemlərimiz vardı, münasibətlərimiz pis idi. Bunu hamı bilirdi. Nazir istəmədi ki, biz millini çalışdıraq. Federasiya rəhbərliyinə də təzyiq etdi. Hər şey bu qədər sadədi. Biz də getməyə qərar verdik.
- “İnter”də çalışarkən praqmatik oyuna görə tənqid olunurduz. Əsasən hesabı qorumağa, qol buraxmamağa çalışırdız. “Kayrat”da isə əksinədi. Baxımlı oyun, bol qollar. Nə dəyişib? İfaçılar, yoxsa sizin futbola baxışınız?
- Bayaq da bu haqda danışdıq. Sərəncamımda xeyli yaxşı futbolçu var. Mən Arşavinə necə deyim ki, get, müdafiədən oyna? Yaxud Qou, İsabel? “İnter”də 3-4-3 taktikasına üstünlük verdim. Çempionatda ilk 6 oyundan beşini uduzduq. Mən hətta istefa ərizəmi rəhbərliyə təqdim etmişdim, amma qəbul olunmadı. Sonra 5-4-1-ə keçdik və 12 oyun uduzmadıq. Bunlar sizin də yadınızdadı. İfaçılardan çox şey asılıdı. Cinah müdafiəçiləri sürətli olmalı, reyd etməli, hücuma dəstək verməlidi. Mən indiki futbolçularımla praqmatik futbol oynaya, müdafiəyə “otura” bilmərəm. Baxımlı oyun belə alınır. “İnter”də isə “ikinci rol”da olmağa məcbur idik. Onlar da həmin taktikanı yaxşı bacarırdılar. Fərdi şəkildə oyunun taleyini həll edə bilən futbolçular yox idi. Burda üç mərkəz müdafiəçisi ilə oynamırıq. İndi hücum potensialımız çoxdu.
- Qurban Qurbanovdan misal çəkdik ki, məqsədi Çempionlar Liqasına düşməkdi. Tsxdadadzenin məqsədi, hədəfləri nədi?
- “Kayrat” iştirak etdiyi bütün turnirlərdə yüksək yerləri hədəfləyir. Təkcə çempionluq üçün oynamır. Ölkə superkubokunda qalib gəlmişik, kubokun finalına çıxmışıq. Avropa Liqasının qrupunu hədəfləmişik. Sözsüz, çempionluq uğrunda da “Astana” ilə sona qədər mübarizə aparacağıq. Bu mövsüm hədəflərimiz budu. Gələcək planlar da indiki işlərin gedişindən asılıdı. Mən də millini kluba dəyişmişəm, geri addım atdığımı düşünmürəm. Əksinə, iddialı klubdayam. İrəliyə doğru böyük addımlar atıram. Əvvəl “Kayrat”la uğur qazanmalıyam, sonra başqa hədəflər barədə düşünmək olar. “Feyr-pley”ə riayət olunsa, bu il “Kayrat” Qazaxıstan çempionu olacaq.
“Arveladze “Neftçi”yə gəlməyi özü istəmədi”
- Ötən il qrup mərhələsinə gedən yolunuzu həmyerliniz Şota Arveladze kəsdi. Amma indi onun da işləri qaydasında deyil. “Neftçi”yə gəlmədi, amma “Paxtakor”a getdi.
- Şota çox istedadlıdı. Mənim yaxın dostumdu. Türkiyədə də “Kayserispor” və “Kasımpaşa” ilə böyük uğurlar qazanıb. Amma İsraildə ona vaxt vermədilər. “Neftçi”yə gəlməyi özü istəmədi. Detalları bilmirəm. “Paxtakor”da uğur qazanacağına əminəm. “Makkabi”də ona şans versəydilər, bu mövsüm İsrail çempionu olardu. 5-6 aya komanda yaradıb, hamını udmaq mümkün deyil.
- “İnter”in səfərdə “Mladost”u 3:0 hesabıyla yendiyini eşidəndə hansı hissləri keçirdiz?
- “İnter”də indi çox şey dəyişib. Mənim üçün doğma klubdu. Amma “İnter”i yaradan, onu yüksəklərə qaldıran Cahangir Hacıyev orda yoxdu. Buna çox təəssüflənirəm. Mənimlə birgə çalışmış futbolçular ordadı. O səbəbdən də “İnter”ə tam biganə deyiləm. 6 unudulmaz ilim “İnter”lə keçib. Hacıyevin adının orda olmaması mənə pis təsir edir. “İnter”in mənim məşqçi kimi yetişməyimdə böyük rolu var. Cahangir müəllim mənə hər cür imkan yaratmışdı, inanırdı. İki dəfə ölkə kubokunun finalına çıxdıq, gümüş, bürünc, qızıl medal qazandıq. “Birlik kuboku”nu Bakıya gətirdik. Bunları da unuda bilmərəm. İnanıram ki, yenə də yaxşı çıxış edəcəklər, uğurlar qazanacaqlar.
- Bakıda nə vaxtsa geri dönüb, tamamlamaq istədiyiniz yarımçıq qalmış işiniz varmı?
- Orda kuboku qazana bilmədik. Avropa Liqasının qrup mərhələsinə yüksəlməyi çox arzulayırdım, amma qismət olmadı. İndi “Kayrat”ın baş məşqçisiyəm. Həm klubumun, həm də özümün imicim üçün daim çalışmalı, qələbələr qazanmalıyam. Üç ildi Bakıya gələ bilmirəm. Çox istəsəm də, hələlik alınmır. Amma məni tanıyan hər kəsə salamlarımı göndərirəm, uğur arzulayıram. Xüsusən də “İnter”ə!
AMAL, Almatı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:13 Dabo “Panatinaikos”a qarşı oynaya biləcək Dünən, 18:10 Amit Quluzadə “Panatinaikos”u dəyərləndirdi Dünən, 18:08 Ozobiç “Panatinaikos”u “Yagelloniya”dan güclü sayır Dünən, 18:07 Mütəxəssislər Sadiqovun “Zirə”dən qovulduğuna inana bilmir Dünən, 15:46 Eddi yenə diqqət mərkəzinə düşdü Dünən, 15:42 Bəhmən Həsənov “Sepidrud”un idman direktoru olmaqdan imtina etdi Dünən, 15:41 Masallıda yeni futbol klubu yaradıldı Dünən, 15:40 “Azenco” “Şahdağ”a vəd verib Dünən, 15:30 “Səbail” qələbəyə həsrətdi Dünən, 15:29 Elxan Məmmədov “Qarabağ”ın fanşopuna baş çəkdi Dünən, 15:26 “Kəpəz” yığma ilə qarşılaşacaq Dünən, 15:24 Tahir Gözəl “Qarabağ”dan iki qol gözləyirmiş Dünən, 15:22 Tahir Süleymanov Tsinkeviçin səhvlərini sadaladı Dünən, 15:21 Qurbanovun qarşısına daha aqressiv “Şerif” çıxıb Dünən, 15:18 Bordin müdafiəyə oturmağa məcbur olduqlarını boynuna aldı Dünən, 15:15 Meydana yad əşya yağdı Dünən, 15:11 “Şerif” Bakıdan istədiyi nəticə ilə getdi Dünən, 15:06 Xaqani Məmmədov toplanış məkanını və hakimlərin qiymətini açıqladı Dünən, 15:03 “Kəpəz” rəhbərliyi püşkatmanı gözləyir Dünən, 15:02 “Neftçi” inzibati işçilərini Avstriyaya aparmayıb Dünən, 14:58 AÇ-nin qrup oyunları nə vaxt başlayacaq? Dünən, 14:56 Vüqar Həşimovun xatirəsinə turnir keçirilir Dünən, 14:54 Ədalətin Gürcüstan zəfəri Dünən, 14:51 Parisdə beşinci oldu 19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı Bütün xəbərlər
Ən çox oxunanlar