04 iy 02:08manset

“İnter” “İnter Arena”dan çıxarıla bilər

“İnter” “İnter Arena”dan çıxarıla bilər
Borca görə arenanın işıqları da kəsilib

Avroliqada mübarizəyə birinci təsnifat mərhələsindən başlayan “İnter” səfərdə Serbiya “Mladost”una 3:0 hesabıyla qalib gəlməklə hər kəsi sevindirdi. Artıq ikinci mərhələyə yüksəlmək şansları yüksək olan komanda ətrafında maraqlı hadisələr cərəyan edir. Bütün qeyri-adi və xoşagəlməz olaylar hələ klubun sabiq fəxri prezidenti Cahangir Hacıyevin dönəmində başlamışdı. İndi də onların ardı-arası kəsilmir. Klub Azərbaycan Beynəlxalq Bankının (ABB) da prezidenti olan, sonradan isə həbs olunaraq 15 illik azadlıqdan məhrum olunan Hacıyevin qanunsuz əməllərinin əziyyətini çəkir. Bakılıların düşərgəsində hər kəs həsrətlə sabah nəyin necə olacağını düşünür. Yalnız maddi problemlər, transfer qadağası yox, indi də “İnter Arena” ilə bağlı problem bütün KİV-in manşetinə, əsas xəbərinə çevrilib.
Belə ki, ölkənin ən böyük idman qurğularından sayılan “İnter Arena” bugünlərdə qaranlığa qərq olub. Stadionun işıqları kəsilib. Buna səbəb isə çətin maliyyə durumdu. Paytaxt klubunun “Bakıelektrikşəbəkə”yə 6000 manat borcu var. Pulsuzluqdan isə həmin borcu bağlamaq mümkünsüzdü. Buna baxmayaraq, problem müvəqqəti həllini tapıb, işığın verilməsi təmin olunub. Deyilənə görə, klubun Müşahidə Şurasının sədri Zaur Axundov özü şəxsən bu məsələ ilə bağlı “Bakıelektrikşəbəkə”nin İdarə Heyətinin sədri Baba Rzayevlə danışıb, yaxın zamanda pulun ödəniləcəyinə söz verib. Maraqlıdı, futbolçuların maaşlarını öz cibindən ödəyən Zaur bəy indi borcu niyə bağlamaq istəmir?
Bundan əlavə, klubun kimin himayəsində qalacağı, sahibinin kim olacağı da bəlli deyil. Qışda ABB-nin sponsorluqdan imtina etməsi ilə “göydə qalan” bakılıları AFFA himayəsinə götürmüşdü. Çox keçmədən assosiasiya öz adamını - qurumun hüquqşünası Rəmiş Malıyevi kluba səlahiyyətli nümayəndə göndərmişdi. Lakin Zaur Axundovun gəlişindən sonra onun vəzifəsi dəyişdi, icraçı direktor təyin olundu. Maraqlıdı ki, indiki problem məhz yeni rəhbərliklə ABB arasında anlaşılmazlıq səbəbindən üzə çıxıb. Yanvarın 27-də sponsorluqdan imtina etməsinə baxmayaraq, ABB “İnter”i nə AFFA-ya, nə də Zaur Axundova və onun yan-yörəsindəki iş adamlarına vermək istəyir. 8 il öncə stadion və bazanı AFFA-nın balansından çıxarıb öz adına özəlləşdirən bank indi bura 33 milyon manat qiymət qoyub. Heç kim bu pulu ödəmək niyyətində deyil. Bu üzdən “İnter”in növbəti mövsüm ev oyunlarını harda keçirəcəyi belə sual altındadı. Hazırda isə klub avrokuboklarda “Dalğa Arena”dan yararlanır.
İndi “İnter Arena” "Aqrarkredit"in balansındadı. Yeni rəhbərlik arenada kosmetik təmir işləri aparsa da, qurum klubu “İnter Arena”dan çıxarmaq istəyir. Şirkətin nümayəndələri son günlər stadiona gələrək, klub rəhbərliyindən oranı boşaltmağı tələb edib. Klubla ABB arasında heç bir bağlılığın qalmamasını əsas gətirən "Aqrokredit" vaxt qoyub: əsas komanda başda olmaqla, "İnter"in əvəzedici heyəti və akademiyası iyulun ilk həftəsində kompleksi tərk etməlidi. Çünki stadiona görə götürülən kredit probleminin həlli məhz "Aqrarkredit"ə tapşırılıb. Bu təşkilat isə tələb edir ki, onlara məxsus arena boşaldılsın. "Aqrokredit"in belə mövqe tutmasının özəl səbəbləri var. Bu arena UEFA-nın vəsaiti ilə tikildiyindən təyinatı üzrə istifadə olunmalıdı. Qurğunun sökülməsi, ərazidə fərqli obyektlərin tikilməsi mümkün deyil. Üstəlik, “AzFar” burda uzunmüddətli icarə müqaviləsi əsasında futbol meydançaları salıb. Qurğunun kredit borcunu bağlamaq üçün ya dövlət güzəştə getməlidi, ya da stadion "Aqrarkredit"ə qalmalıdı, “İnter Arena”nın taleyi ilə bağlı bu qurum qərar verməlidi. Lakin hadisələrin axarı göstərir ki, çox güman, “İnter” stadionu tərk etmək məcburiyyətində qalacaq. "Aqrokredit" kluba müəyyən şərtlər təklif edib. Amma “İnter” hazırda həmin şərtləri qəbul edə bilmir. Çünki maliyyə vəziyyəti ağır olaraq qalır. Hətta deyilənə görə, klub Mərdəkana, “Dalğa Arena”ya köçə bilər.
Bütün bu məsələlərlə bağlı Zaur Axundovdan şərh almaq istədik. Lakin nə o, nə də icraçı direktor Rəmiş Malıyev telefon zənglərimizə cavab verdi. Başqa variant qalmadığından, klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovla danışmalı olduq. O, hazırda arenada işığın yandığını bildirdi: “Hazırda işdəyəm, işığımız da var, internetimiz də. Klubun fəaliyyətini davam etdirməsi yönündə heç bir problem yaşamırıq. Bəli, işıqlar sönmüşdü. Amma bu problem aradan qaldırılıb. Kommunal şəraitimiz yerindədi”.
Məmmədov stadionla bağlı problemin davam etdiyini bildirdi və yenilik olarsa, mətbuata rəsmi formada məlumat verəcəyini dedi: “Bəli, bu cür problem var. Özüm bu haqda Rəmiş Malıyevlə söhbət eləmişəm. Bilirsiz ki, “İnter Arena” ABB-yə məxsus idi. Ordakı qalmaqallardan sonra prezidentin sərəncamı ilə bankın bütün problemli kreditləri “Aqrokredit"in balansına verildi. O cümlədən “İnter Arena”. Lakin qışda ABB sponsorluqdan imtina etdi. Nəticədə klub AFFA-nın himayəsinə keçdi. ABB “İnter Arena”ya xeyli xərc çəkib. Oranın yenidən qurulması və başqa məsələlər. İndi də “Aqrokredit"lə danışıqlar gedir. Rəhbərlik bu məsələni həll etməyə çalışır. Təbii ki, mətbuatda müxtəlif yazılar dərc olunur. Deyirlər ki, güya “Aqrarkredit"in rəsmiləri gəlib, bizi burdan çıxarmağa çalışıb. Belə şey baş verməyib. Rəsmən onu deyə bilərəm ki, “İnter” hazırda “İnter Arena”dan istifadəyə davam edir. Gələcəkdə bu problemin necə həll olunacağı bilinmir. Tərəflər masa arxasına əyləşib, müzakirə edəcəklər”.
ŞƏFİ ŞƏFİYEV
Oxşar xəbərlər:
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” 6-03-2020, 11:51 Bir oyun təxirə salındı, sensasiya qeydə alınmadı 6-03-2020, 11:18 Skarlatake “Zirə”nin uğursuzluğunun səbəbini dedi 6-03-2020, 11:11 İdman jurnalistləri arasında ilk çempionat keçirilib 4-03-2020, 11:09 “Bu gün Səmədağa Şıxlarova qarşı edilən haqsızlıq sabah başqalarına olacaq” 4-03-2020, 11:08 “Bude-Qlimt”in maliyyə şərtləri Emil Balayevi razı salmadı 4-03-2020, 11:02 Hələ belə olmamışdı 4-03-2020, 11:01 “Qarabağ”ı Stamenkoviç və hakimlər dayandırdı 4-03-2020, 10:54 Baxımlı oyun və …heç-heçə 4-03-2020, 10:52 “Qəbələ” üçün əsən Zirə küləyi 4-03-2020, 10:49 Həftənin idman proqramı 4-03-2020, 10:47 “Araz” fərqi daha da artırdı Bütün xəbərlər
Ən çox oxunanlar